Məhkəmə qərarları › İş №2(102)-2313/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2313/2022

25.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2313/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X4 cavabdeh X5 qarşı iş üzrə QƏRARİ 2(102)-2313/22 Açar sözlər: mülkiyyətə maneçiliyin qadağan edilməsi Bakı şəhəri, 25 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3607/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0.36 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi X4 və onun ailə üzvlərinin mülkiyyəti kimi 26 noyabr 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. 21 noyabr 2013-cü il tarixdə Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,36 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və tikililərə dair X4 adına texnik pasport tərib edilmişdir.

3. Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,44 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi X2 və onun ailə üzvlərinin mülkiyyəti kimi 24 yanvar 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 4. 29 dekabr 2019-cu il tarixdə Cəlilabad rayonu, Cəfərxanlı kəndində 0,44 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və tikililərə dair X2 adına texniki p asport tərtib edilmişdir.

5. Cəlilabad rayon Üçtəpə bələdiyyəsi tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli arayışda göstərilir ki, X2 bələdiyyə ərazisində yerləşən 0,43 hektar həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi üzərində 1982-cildən yaşayış evi və mal-qara saxlamaq üçün tövlə inşa etmişdir. Yaşayış evində ailəsi ilə birgə yaşayır, tövlədə iri buynuzlu və xırda buynuzlu heyvan saxlayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X8 cavabdeh X5 qarşı cavabdeh tərəfindən evin arxa hissəsində xırda və iri buynuzlu mal-qaranın saxlandığı fermaya oxşar (stilli) tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu mal-qaranın və cücələrin saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda Cəlilabad rayonu Cəfərxanlı kəndində cavabdehlə qonşuluqda yaşayır. Yaşadıqları torpaq sahəsində əvvəllər iddiaçının atası Əzizağa Ağayevin evi olmuş, sonradan iddiaçı Əjdər Ağayev həmin torpaq sahəsində cavabdehlə həmsərtrəd yerdə özünə fərdi yaşayış evi inşa edərək orada yaşamağa başlamışdır. Daha sonra isə həmin torpaq sahəsi və fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 noyabr 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışa əsasən 0,36 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır, iddiaçı Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən həmin torpaq sahəsində fərdi yaşayış evi tikməklə ailəsi birlikdə yaşayır. İddiaçı ilə qonşuluqda yaşayan cavabdeh X6 iddiaçının evinin arxa hissəsində tikdiyi ferma stili tövlədə xırda və iri buyunzlu mal-qara saxlayır. Mal-qaranın ifrazatından qalxan üfunət və qara milçək iddiaçının və ailə üzvlərinin səhhətinə ciddi ziyan vurduğundan dəfələrlə cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh mal-qaranı evinin arxa hissəsindəki tikdikləri ferma stili tövlədə və açıq qəhəldə saxlamaqda davam edir. Bunun nəticəsində üfunətli ifrazatdan yaranan peyini də evinin arxa hissəsinə tökür. Cavabdehə xəbərdarlıq edilmişdir ki, saxladığı malqaranı, əmələ gələn tullantıları iddiaçının evinin yaxınlığından uzaqlaşdırsin və iddiaçının ailəsini zərərli amillərin təsirinə məruz qoymasın, mal- qaranı təci li olaraq həyətin başqa hissəsinə köçürsünlər. Lakin cavabdeh heç bir əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirir. Cavabdehin həyətində saxladığı iri və xırda buynuzlu mal-qaranı onun evinin çox yaxınlığında yerləşdirməsi, orada əmələ gələn peyin, qara milçək və pis qoxu nəticəsində iddiaçının və ailəsinin sağlamlığını təhlükə altında qoymuşdur. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh tərəfindən evinin arxa hissəsində inşa edilmiş cücə damından axan yağış suları evinin bünövrəsinə tökülməklə evin divarlarına çatlayaraq deformasiyaya uğramasına səbəb olur və evdə çökmələr və çatlar başlayır. Eyni zamanda cücələrin damından gələn üfunəti iyindən yaşamaq mümkünsüz hala gəlmişdir

8. Birinci instansiya məhkəməsində cavabdeh X7 iddianı etiraf etməyərək verdiyi izahatında bildirm işdir ki, iddiaçı ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır, uzun müddətdir ki, ədavəti var. Bu səbəbdən ona qarşı əsassız iddialar qaldırmaqla dinc yaşamasına mane olur. Sözügedən mübahisəli tövləni yaşadığı evlə birlikdə 1982-ci ildə tikmişdir. Hazırda həmin tövlədə 7-8 baş iri və xırda buynuzlu heyvan saxlayır. Belə ki, kənd camaatı kimi ailəsini dolandırmaq üçün ehtiyacı olan vaxt artım olduqca heyvanlardan satır, dolanışığını təmin edir. O, fərdi yaşayış evini və tövləni tikən zaman iddiaçının yəmin yerdə yaşayış evi olmamışdır. Həmin yer əvvəllər iddiaçının atası Əzizağa Ağayevin yurdu olmuş və iddiaçının atasına məxsus balaca ölçüdə tikilmiş ev həmin həyətin ortasında onun evindən və tövləsindən xeyli kənarda olmuşdur. Onun evi və tövləsi tikiləndən 15-20 il sonra, yəni 1990-cı illərin sonlarında iddiaçı Əjdər Ağayev ata yurdu olan həmin yerdə onun tikdiyi evin və tövlənin yaxınlığında fərdi yaşayış evi inşa edərək orada yaşamağa başlamışdır, iddiaçı Əjdər Ağayev özü də yaşadığı evin həyətində mal-qara saxlamaq üçün tövlə tikmiş və onun tikdiyi tövlə qonşu evinin yaxınlığındadır. Belə olan halda iddiaçının tikdiyi tövlə gərək sökülsün. İddiaçı uzun müddətdir ki, həmin ərazidə yaşayır və bu müddətdə tövlənin sökülməsi barədə heç bir iddia etməmişdir, indi isə aralarında torpaq mübahisəsi olduğu üçün iddiaçı qərəzli olaraq ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekolgiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, 1524 nömrəli mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu, Cəfərxanlı kənd sakini X2 həyətyanı sahəsinə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, Fazil Həşimovun həyətyanı sahəsində inşa edilmiş 20x10=200 kv.m həcmində olan tövlənin içərisinə və ətrafına yerində baxış keçirilərkən mal-qaranın saxlandığı tövlədə əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy üfunətin olmadığı, ətraf mühitə heç bir mənfi təsiri olmadığı müəyyən edilmişdir. Hal-hazırda qonşuluqda yaşayan X4 və ailəsinin səhhətinə və normal həyat tərzinə hər hansı ziyanlı təsiri yoxdur.

10. Cəlilabad Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(073)-339/2021 saylı qətnaməsi ilə (hakim E.Əmirəliyev) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh fərdi yaşayış evini və tövləni tikən zaman iddiaçı Əjdər Ağayevin həmin yerdə yaşayış evi olmamış, həmin yer əvvəllər iddiaçının atasının yurdu olmuş, cavabdehin evindən və tövləsindən aralıda köhnə evi olmuşdur. İddiaçı sonradan, 1990-cı ildə cavabdehin həmin yerdə cavabdehin evinin və tövləsinin yaxınlığında özünə fərdi yaşayış evi tidirmiş, və orada yaşamağa başlamışdır. Tövləyə mütəxəssis tərəfindən yerində baxış keçirilərkən əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy üfunətin olmadığı, ətrafmühitə heç bir mənfi təsiri olmadığı, hal-hazırda qonşuluqda yaşayan iddiaçı və ailəsinin səhhətinə və norman həyat tərzinə hər hansı ziyanlı təsiri olmadığı müəyyən edilmişdir.

12. Məhkəmə öz mövqe yini hüquqi cəhətdən əsaslandırarən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 170.2-ci maddəsinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, cavabdehin həyətində saxladığı iri və xırda buynuzlu mal-qaranı onun evinin çox yaxınlığında yerləşdirməsi, orada əmələ gələn peyin, q ara milçək və pis qoxu nəticəsində iddiaçının və ailəsinin sağlamlığını təhlükə altında qoymuşdur. Əlavə olaraq bildirmək istəyirə ki, cavabdeh tərəfindən evinin arxa hissəsində inşi edilmiş cücə damından axan yağış suları evinin bünövrəsinə tökülməklə evin divarlarına çatlayaraq deformasiyaya uğramasına səbəb olur və evdə çökmələr və çatlar başlyarır. Eyni zamanda cücələrin damından gələn üfunəti iyindən yaşamaq mümkünsüz hala gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilərək, cavabdeh X6 tərəfindən evinin arxa hissəsində inşa edilmiş xırda və iri buynuzlu mal-qaranın saxlandığı ferma stilli tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu mal-qaranınvə cücələrin saxlanmasına, peyinin tökülməsinə qadağa qoyulmalıdır.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov, iş N 2(106)-3607/2021) şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini birinci instansiya məhkəməsi ilə eyni məzmunda əsaslandıraraq göstərmişdir ki, tərəflər həmkəndli olmaqla yanaşı qonşudurlar. Sözügedən mübahisəli tövləni cavabdeh 1982-ci ildə tikmişdir və hazırda həmin tövlədə özünə məxsus iri və xırda buynuzlu heyvan saxlayır. Cavabdeh fərdi yaşayış evini və tövləni tikən zaman iddiaçı Əjdər Ağayevin həmin yerdə yaşayış evi olmamış, həmin yer əvvəllər iddiaçının atası Əzizağa Ağayevin yurdu olmuş v ə həmin yerdə Fazil Həşimovun evindən və tövləsindən aralıda köhnə evi olmuşdur. İddiaçı Əjdər Ağayev sonradan yəni, 1990-cı illərin sonlarında ata yurdu olan hdfrıin yerdə cavabdehin tikdiyi evin və tövlənin yaxınlığında özünə fərdi yaşayış evi inşa edərək orada yaşamağa başlamışdır. İddiaçının qanunsuz hesab edilərək sökülməsini tələb etdiyi tövləyə mütəxəssis tərəfindən yerində baxış keçirilərkən mal-qaranın saxlandığı tövlədə əmələ gələn tullantıların təmizləndiyi, təmiz vəziyyətdə olduğu, iy ufunətin olmadığı, ətraf mühitə heç bir mənfi təsiri olmadığı, hal-hazırda qonşuluqda yaşayan X4 və ailəsinin səhhətinə və normal həyat tərzinə hər hansı ziyanlı təsiri olmadığı müəyyən edilmişdir.

17. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddiaçı X4 cavabdeh X5 qarşı cavabdeh tərəfindən evin arxa hissəsində xırda və iri buynuzlu mal-qaranın saxlandığı ferma stilli tövlənin və cücə saxlanılan damın sökülərək yerlərinin dəyişdirilməsi, orada xırda və iri buynuzlu malqaranın və cücələrin saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması tələbinə dair birinci instasniya məhkəməsi tərəfindən iddia tələbininin təmin etməməklə bağlı gəldiyi nəticədə qanuni və əsaslıdır.

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 170.2, 171.1, 171.2, 180.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın t am təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mütəxəssis rəyinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeoroloji Xidmətinin 14 avqust 2021-ci il tarixli, 0358 saylı “monitorinq aktı”nda iddiaçının iddia tələbində göstərdiyi fakt, yəni, cavabdeh Fazil Həşimovun heyvandarlıq təsərrüfatında spesifik iy-qoxunun müşahidə edilməsi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası X1 X3 xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, cavabdehə məxsus tövlədə cavabdeh tərəfindən baytarlıq-sanitariya tələblərinə əməl olunmadığından cavabdehə bu barədə xəbərdarlıq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd edilən ziddiyyətli halı aradan qaldırmamışdır.

21. Məhkəmə əsaslandırıcı hissədə daha çox cavabdehin həqiqətə uyğun olmayan izahatını əsas götürərək həmin hissəyə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mül kiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

25. Maddə 171.1-171.3. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digə r torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

26. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam müb ahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, iddia hərəkətlərin qadağan edilməsi hissəsi istisna olmaqla, qalan hissədə düzgün həll olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tikililərin sökülərək yerlərinin dəyişdirilməsi hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, mülkiyyətçi öz sahəsində başqasına zərər vurmadan, habelə hüququndan sui-istifadə etməmək şərtilə müvafiq yardımçı binalara malik olmaqda sərbəstdir və cavabdehin bu hüququnun məhdudlaşdırılması üçün əsaslar hazırkı işdə aşkar edilməmişdir.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmişdir.

37. Belə olan halda Kollegiya hesab edir ki, iddianın birinci hissəsi nəticə etibarilə düzgün həll edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Bununla belə Kollegiya hesab edir ki, sözügedən tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması hissəsində iddia düzgün həll edilməmişdir.

39. Çünki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məh kəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi nəinki sözügedən tələbin qanuni əsasını tapmamış, müvafiq normaların dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, hətta q ətnamədə maddi hüquq normasına belə istinad etməmişdir.

41. Baxılan işdə, iddiaçı, qonşuluqda yaşayan cavabdehin ferma kimi istifadə etdiyi tikililərdə xırda və iri buyunzlu mal-qara saxladığını, onların ifrazatından yaranan peyini evin arxa hissəsinə tökdüyünü, bunlardan qaynaqlanan qoxu və digər təsirlərin özünün və ailə üzvlərinin səhhətinə ciddi ziyan vurduğunu, sağlamlıqlarının təhlükə altında olduğunu bildirərək tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaya etiraz edir.

42. Mülki Məcəllənin 170-171-ci maddlərinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanu nda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Əgər mülkiyyətçi əhəmiyyətli təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Bundan başqa, torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququn a yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər (§ 24-26).

43. Eyni zamanda, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 23).

44. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydaları”nın (Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6 -1) 4.20-ci bəndinə görə, yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək ) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır.

45. Kollegiya hesab edir ki, iddianın tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması hissəsinin düzgün həlli üçün işin müəyyən edilmiş faktiki halları ilə yuxarıda göstərilən normaların dispozisiya şərtləri arasında uyğunluğun olubolmamasına dair hüquqi dəyərləndirmə aparılmalı, çəkişmə prinsipinə riayət olunmaqla tərəflərin dəlillərinin tam və hərtərəfli araşdırılması üçün onlara şərait yaradılmalı, cavabdehin istinad olunan hərəkətlərinin iddiaçıya hər hansı fo rmada maneçilik yaradıbyaratmadığı, zərər vurub-vurmadığı aydınlaşdırılmalı, bu xüsusat üzrə ekspertiza rəyləri işdəki digər sübutlarla birlikdə mötəbərlilik baxımından qiymətləndirilməli, zəruri olduqda mütəxəssis və ya ekspertin iştirakı ilə yerində müayinə aparılmalı və əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla həmin tələblər əsaslandırılmış formada həll edilməlidir.

46. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə tələblərin həllinə aid hissədə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3607/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi tikililərdə heyvanların saxlanmasına və peyinin tökülməsinə qadağa qoyulması barədə tələblərin həllinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar