Məhkəmə qərarları › İş №2(102)-2317/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2317/2024

09.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2317/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər) qarşı iş üzrə QƏRARİ Kateqoriya (Açar sözlər): mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi ilə bağlı tələblər, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərk ibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə- üçüncü şəxslər) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1578/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2018 nömrəli, 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh QSC ilə cavabdehlər X3, X1, X4, X5 və X2 müştərək qaydada iddiaçının xeyrinə 93055,15 ABŞ dolları əsas borcun, 26605,74 ABŞ dolları faiz borcunun və 200 ABŞ dolları dəbbə, cəmi 119860,89 ABŞ dolları məbləğinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə olmaqla borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manata xidmət haqqının tutularaq "xxxx" QSC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılmas ı satışdan əldə olunan vəsaitin hesabına banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 329606 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçı çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh QSC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(003)-12034/2018 nömrəli, 14 noyabr 2018-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)-471/2018 saylı qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2464/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(003)12034/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, evin hərracda satıldıqdan sonra Cavabdeh QSC-yə təhvil verilməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə rədd edilmişdir. 4. "xxxx" MMC tərəfindən tərtib edilmiş 58/02 nömrəli xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokolundan görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 saylı fərdi yaşayış evini Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2464 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 532877593/17 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubunun və “Access Bank“ QSC-nin müvafiq məktubunun icrasına hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 329606 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 280165,10 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 210123,83 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3787/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə, İddiaçı və qeyrilərinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi və hərracın dayandırılması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsin in 2(005)-2569/2021 nömrəli, xx.xx.2021ci il tarixli, qətnaməsi ilə İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC və Accessbank QSC-yə qarşı “hərracın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2025/2023 nömrəli, xx.xx.2023cü il tarixli, qərardadı ilə İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə HərracMərkəzi MMC və Cavabdeh QSC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 dekabr 2019-cu il tarixli ********* q eydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, ev 21 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh QSC-nin adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh QSC-yə (Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə üçüncü şəxslər) qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə dair “Accessbank“QSC-nin mülkiyyət hüquqla rını təsdiq edən, 9 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış Cavabdeh QSC-nin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hissəsində etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçrilməsi ilə bağlı istənilən hər hansı bir özbaşına maneə və (və ya) müdaxilələrə cavabdeh və digər hər hansı bir üçüncü şəxsə (və ya şəxslərə) qadağan olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manatın cavabdehdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə çıxarılmasını xahiş et mişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. Hər iki daşınmaz əşya müvafiq kredit müqaviləsinin təminatı üsulu kimi, Cavabdeh QSC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, Cavabdeh QSC tərəfindən iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək yaranmış kredit borcunun tutulması və tutmanın da həm yaşayış evinə, eləcə də orada yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamənin çıxarılması istənilmişdir. Məhkəmə mübahisəsi üzrə iş bitdikdən sonra, icra olunması üçün Ali Məhkəmənin 2(102)2464/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi tərtib olmuşdur. İcra hərəkətlərinin h əyata keçirilməsi zamanı müvafiq qaydada hərrac həyata keçirilsə də, ancaq hərracın keçirilməsi ilə bağlı icra Şöbəsinin təklifi olmamışdır. Buna baxmayaraq, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 58/02 nömrəli hərracın yekunları barədə Protokol tərtib olunmuş və həmin protokolun yekun əsası kimi, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə də imzalanmışdır. Qeyd edilən bu iki sənəd üzrə Sabunçu rayon Məhkəməsinin qətnaməsinin icrası üzrə ipoteka predmetlərindən yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi çıxış etmişdir. Digər ipoteka predmeti olan və yuxarıda adı çəkilən ünvanda yerləşən 0,06 ha torpaq sahəsi barədə hərrac keçirilməmişdir. Həmiçinin, hərracın keçirilməsi ilə bağ lı bütün hüquqi prosedurlara riayət olunmamış və ümumiyyətlə İddiaçı bu barədə lazımi qaydada məlumatlandırılmamışdır. Baxmayaraq ki, ipoteka predmeti barədə hərracın keçirilməsi ilə əlaqədar, “İpoteka haqqında” Qanunun tələb və göstərişlərinə riayət olunmalı idi. Ən əsası da, məhkəmə qərarının özündə də tutmanın hər iki əşyaya yönəldilməsi nəzərdə tutulmuş olsa da, ancaq hərracda yalnız fərdi yaşayış evi satışa çıxarılmışdır. Mübahisəli torpaq sahəsinin hərracda satılması haqqında məhkəmə qərarında qeyd edilməmişdir. Bütün bu yuxarıda deyilənlərə istinadən, qeyd edilən hərracın nəticələri barədə protokol və o cümlədən həmin protokol üzrə də müqavilə üzrə, fərdi yaşayış evi ilə yanaşı 0,06 ha torpaq sahəsi barədə Cavabdeh QSC-nin mülkiyyət hüquqları qeydə alınmış və bu barədə də xx.xx.20 19-cu il tarixli müvafiq çıxarış verilmişdir. Həmin çıxarışın hüquqi əsasları kimi isə, yalnız istinad edilən hərracın yekun protokolu və müqavilə çıxış etmişdir. Həmin yekun sənədlərdə isə torpağın hərrac yolu ilə satılması olmamışdır. Beləliklə, vaxtı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icra olunması üçün nəzərdə tutulmuş icra icraatı zamanı hazırkı iş üzrə iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi qanunsuz və əsassız olaraq Cavabdeh QSC-nin mülkiyyətinə keçirilmişdir. Bu isə onu bildirir ki, torpaq sahəsinə bankın mülkiyyət hüquqlarının qeydə alınması ləğv olunmalı, İddiaçı mülkiyyət hüquqları bərpa olunmalı və DƏDRX tərəfindən cavabdehin adına verilmiş, xx.xx.2019-cu il tarixli mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv olunmalıdır. 1

1. Məhkəmə iclasında iştirak edən cavabdeh “Accessbank“ QSC-nin nümayəndəsi Nümayəndə2 etiraz edərək bildirmişdir ki, hərrac keçirilən zaman heç bir pozuntu olmamışdır, 2019-cu ildən məhkəmələrdə bu cür proseslər davam edir. Hər şey qanunauyğun formada keçirilmişdir. Uzun müddətdir ki, mübahisələr gedir. Banka xeyli ziyan dəymişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməsini xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(004)-4382/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Süleymanov) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə dair “Accessbank“QSC-nin mülkiyyət hüquqların ı təsdiq edən, 9 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış Cavabdeh QSC-nin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hissəsində etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçrilməsi ilə bağlı istənilən hər hansı bir özbaşına maneə və (və ya) müdaxilələrə Cavabdeh QSC-yə qadağan edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat pulun Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə iddia tələbini qismən təmi n edərkən ona istinad etmişdir ki, Ali Məhkəmənin 2(102)- 2464/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən hərrac keçirilərkən tutma həm Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evinə, həm də torpaq sahəsinə yönəldilməli idi, lakin icra vərəqəsi icra olunan zaman yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi hərracda satışa çıxarılmış və həm yaşayış sahəsi, həm də torpaq Cavabdeh QSC-nin adına qeydə alınmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, Ali Məhkəmənin 2(102)- 2464/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra olunan zaman yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi hərraca çıxarıldığından iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə dair “Accessbank“QSC-nin mülkiyyət hüquqlarını təsdiq edən, 09 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış Cavabdeh QSC-nin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hissəsində etibarsız hesab edilməli, həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqları bərpa olunmalı və Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçirilməsi ilə bağlı istənilən hər hansı bir özbaşına maneə və (və ya ) müdaxilələrə Cavabdeh QSC-yə qadağan edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1, 9, 416.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 21 saylı fərdi yaşayış evi vahid bir əmlak kimi qeydiyyata alındığından qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsi və üzərində fərdi yaşay ış evi vahid əmlak olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnamələri ilə həmin əmlaka tutma yönəldilmişdir. Həmin əmlak tutma yönəldilməsi ilə bağlı məhkəmələrin qanuni qüvvədə olan qətnamələri mövcuddur. Məhkəmə tərəfindən işlə bağlı qanuni qüvvəsində olan məhkəmə aktlarına əhəmiyyət verilməmiş, həmin məhkəmə aktları ilə artıq təsdiqini tapmış məsələlər təkrarən yoxlanmış və yenidən hüquqi qiymət verilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan banka təklif edilmiş və bank tərəfindən əmlakın borcun qarşılığında bankın mülkiy yətinə götürülməsinə razılıq verilmişdir. Qeyd edilən məhkəmə qətnamələrinə baxdıqda aşkar formada ipoteka predimeti olan torpaq və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka predmeti olduğu və məhkəmə aktı ilə həm torpağa, həm də fərdi yaşayış evinə tutma yönəldildiyi qeyd edilmişdir. Həmçinin ipoteka predmetinin realizə olunması ilə bağlı keçirilmiş hərrac da borclu tərəfindən mübahisələndirilmiş, onun iddiası rədd edilmiş, qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən hərracın qanuni və əsaslı olması, heç bir pozuntunun olmaması öz təsdiqini tapmışdır. Hazırkı iddia tələbində isə müəyyən olunur ki, iddiaçı hərrac nəticəsində əmlakın bankın mülkiyyətinə qəbul olunması barədə çıxarışı mübahisələndirir. Lakin işə baxan birinci instan siya məhkəməsi bütün bu mötəbər sübutlara, qanuni qüvvəsini almış məhkəmə aktlarına məhəl qoymayaraq heç bir hüquqi əsası olmayan iddianı təmin etmişdir. Hərrac bildirişlərində torpaq sahəsinin qeyd olunmaması əsası ilə həmin torpaq sahəsinin ipoteka predmeti olmaması, ona tutma yönəldilməməsi bu əsasla çıxarışın qismən ləğv olunması qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin bu mövqeyi qanuni qüvvəsini almış məhkəmə aktlarının mötəbərliyinin pozulması deməkdir. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qeyd olunan əmlaka tutma yönəldilməsi qət edilmişdir. Lakin İddiaçı nə bankın iddia tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qərarlarına, nə də özünün dəfələrlə məhkəmələrdə mübahisələndirdiyi, rədd olunmuş və xitam verilmiş eyni əsaslı iddia tələblərinə əhəmiyyət vermədən tə krarən eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, əmlak hərrac yolu ilə bankın mülkiyyətinə qəbul olunub, hərrac prosesi də bir neçə dəfə iddiaçı tərəfindən mübahisələndirilib, hərracın qanuni keçirilməsi və hər hansı pozuntunun olmaması artıq öz təsdiqini tapıb. Həmin qətnamələr bank tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Lakin məhkəmə bütün bu halları nəzərə almamış və yekunda qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1578/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 027M**********02 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmetini Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 21 saylı fərdi yaşayış evi təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışı ilə Bakı şəhəri, Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və ü zərində yerləşən 21 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi vahid əmlakdır və onların vahid bir çıxarışı mövcuddur. 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 21 saylı fərdi yaşayış evi vahid bir əmlak kimi qeydiyyata alındığından qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsi və üzərində fərdi yaşayış evi vahid əmlak olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnamələri ilə həmin əmlaka tutma yönəldilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmadığından yekunda ipotek a saxlayan banka təklif edilmiş və bank tərəfindən əmlakın borcun qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Həmçinin ipoteka predmetinin realizə olunması ilə bağlı keçirilmiş hərrac da borclu tərəfindən mübahisələndirilmiş, onun iddiası rədd edilmiş, qəbul edilmiş qətnamə də qanuni qüvvəsini almışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktına əsasən hərracın qanuni və əsaslı olması, heç bir pozuntunun olmaması öz təsdiqini tapmışdır.

19. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, ona dair çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunmasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası isə qeyd etmişdir ki, hərrac bildirişlərində torpaq sahəsinin qeyd olunmaması əsası ilə həmin torpaq sahəsinin ipoteka pred meti olmaması, ona tutma yönəldilməməsi və bu əsasla çıxarışın qismən ləğv olunması əsassızdır. Halbuki ipoteka predmeti olan əmlak Bakı şəhəri, Səbail rayonu Salyan yolu 1ci küçə 3-cü döngədə yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 21 saylı fərdi yaşayış evidir. Həmin əmlak da hərrac yolu ilə bankın mülkiyyətinə qəbul olunub, hərrac prosesi də bir neçə dəfə iddiaçı tərəfindən mübahisələndirilib, hərracın qanuni keçirilməsi və hər hansı pozuntunun olmaması artıq öz təsdiqini tapmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanan zaman bu əmlakların vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyy ata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Hazırkı halda da torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi vahid əmlak kimi bir çıxarışla da bankın mülkiyyətinə keçməklə rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi isə qanuni əsaslarla bankın mülkiyyətinə keçmiş əmlakla bağlı çıxarışı qismən etibarsız hesab edərkən qeyd edilənləri nəzərə almadan vahid əmlak kimi ipoteka ilə yüklü edilmiş (torpaq sahəsi ilə evi birlikdə) daşınmaz əmlaka münasibətdə hərrac protokolunda yalnız evin göstərilməsini qeyd etməklə formal əsaslarla bankın verdiyi pulun təminatı olaraq vahid əmlak kimi yüklü edilən, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutumanın yönəldiyi (o cümlədən hərracın nəticələrinin düzgün hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olan) qanuni əsaslarla daşınmaz əmlaka dair dövlət qeydiyyatına alınmış mülkiyyət hüququndan əsassız olaraq məhrum etmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən işin halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmamaqla iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.

21. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 140, 319.1, 337.1-ci maddələrinə, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 7.2, 10.2, 10.8, 12.1, 30.1, 31.1, 51.1, 51.2-ci maddələrinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.3, 10.1, 10.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə mülki işin materiallarında olan mötəbər sübutlara əhəmiyyət verməmiş və ancaq fikir və sözdən ibarət olan cümlələr üzərindən işin həll olunmasına nail olmuşdur. Bunun da nəticəsində, həm maddi, həm də prosessual hüquq normalarının kobud pozulması ilə müşaiyət olunan bir məhkəmə qərarı ərsəyə gəlmişdir. Bu günə qədər heç bir məhkəmə mübahisəsi üzrə işə baxan hakimin mülahizə və işdə olan sübutlar kənarda qala-qala, özünün uydurması ilə mübahisə həll edilməmişdir. Mübahisənin hə lli, hüquq normalarına və mübahisə üzrə iş materiallarında olan mötəbər sübutlara istinad etməklə, həqiqətə nail olmaqla yekunlaşa bilər. İşə baxan hakim isə, işin hallarını özündə əks etdirən məlumatları özünün maraqları naminə təhrif etməkdən belə çəkinməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı təqdim edərək, etirazında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1578/2024 nömrəli, 21 fevral 2024-cü il qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

26. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahə si ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.

28. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

29. Maddə 10.8. İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.

30. Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

31. Maddə 31.

1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini (ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; və ya ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini) tələb edə bilər.

32. Maddə 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.

33. Maddə 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilini n, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

34. Maddə 8.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

35. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. Madd ə 10.2.1. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərində n və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq, ipoteka pr edmeti olan əmlak Bakı şəhəri, Səbail rayonu Salyan yolu 1-ci küçə 3-cü döngədə yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 21 saylı fərdi yaşayış evidir. Həmin əmlak da hərrac yolu ilə bankın mülkiyyətinə qəbul olunub, hərrac prosesi də bir neçə dəfə iddiaçı tərəfindən mübahisələndirilib, hərracın qanuni keçirilməsi və hər hansı pozuntunun olmaması artıq öz təsdiqini tapmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanan zaman bu əmlakların vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 13.7-ci maddəsinə əsasən də üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alı nır. Hazırkı halda da torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi vahid əmlak kimi bir çıxarışla da bankın mülkiyyətinə keçməklə rəsmiləşdirilmişdir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüqu qun düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1578/2024 nömrəli 21 fevral 2024-cü il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar