Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2319/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2319/21 (Açar sözlər: hərracın yekunlarının etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(103)7005/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 24 may 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxslərə qarşı iddia qaldıraraq, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin 23 saylı mənzilinin hərracda satılması ilə bağlı tərtib edilmiş “Hərracın yekunları haqqında” 05 dekabr 2018-ci il tarixli protokolun; hərracın yekunları üzrə mənzilin alqı-satqısı barədə 05 dekabr 2018-ci il tarixli müqavilənin; habelə “xxxx” KB ASC adına rəsmiləşdirilmiş Reyestr Xidməti tərəfindən verilmiş 24 yanvar 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2020-ci il t arixli qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Cavabdeh2 MMC tərəfindən iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin, 33 saylı mənzilin açıq hərracda satışı üçün elan verilib. İlkin hərrac 25 oktyabr 2018-ci ildə, təkrar hərrac 19 noyabr 2018-ci ildə keçirilib, lakin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan edilib. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən mənzil 25 faiz aşağı qiymətlə “xxxx” KB ASC təklif edilib və nəticədə sonuncu tərəfindən ipoteka predmeti əldə edilib. Mübahisəli mənzil ilkin hərracda 70.000 m anata, təkrar hərracda 15 faiz endirimlə 59.500 manata, daha sonra təkrar hərracda ilkin satış qiymətindən 25 faiz endirimlə 44.625 manata ipoteka saxlayan “xxxx” KB ASC satılıb ki, bu da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olub. Belə ki, hərracın keçirilməsini həyata keçirən Cavabdeh2 MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunub və ipoteka saxlayan “xxxx” KB ASC öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmeti olan mənzili 30 gün müddətində əldə edib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317.1, 414-416-cı maddələr inin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq normalar ının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317.1, 414-416-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qə tnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Mübariz Yolçiyev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər “xxxx” KB ASC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və üçüncü şəxslər Abşeron rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqınd a” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş g öndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticəl ərə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli qətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qətnaməsinə qismən dəyişiklik edilərək, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin 33 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi, həmin mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmalarına aid hissədə ləğv edilib, həmin hissədə iddianın rədd olunması və qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Bundan sonra, Abşeron rayon İcra və Probasiya şöbəsinin Cavabdeh2 MMC ünvanladığı 14 sentyabr 2018-ci il tarixli “hərracın keçirilməsi haqqında” sifariş məktubuna əsasən, tələbin ipoteka predmeti olan İddiaçı m ülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin, 33 saylı mənzilinə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi xahiş olunub. Eyni zamanda, Cavabdeh2 MMC tələbkar “xxxx” KB ASC, borclu İddiaçı ünvanladığı “açıq hərracın keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli bildirişə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin, 33 saylı mənzilin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılması və hərracın keçirilməsi 25 oktyabr 2018-ci il tarixə təyin edilib. Daha sonra, Cavabdeh2 MMC tərəfindən tələbkar “xxxx” KB ASC və borclu İddiaçı ünvanladığı “açıq hərracın keçirilməsinə dair” 02 noyabr 2018-ci il tarixli bildirişə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin, 33 saylı mənzilinin ilkin satış qiyməti 59.500 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılması və hərracın keçirilməsi 19 noyabr 2018-ci il tarixə təyin edilib. 07 noyabr 2018-ci il və 29 sentyabr 2018-ci il tarixli xəbərnamələrə əsasən, Cavabdeh2 MMC tərəfindən borclu İddiaçı göndərilmiş bildirişlər həmin tarixlərdə Rəsul Bəkirli tərəfindən qəbul edilib. İşə əlavə edilmiş “Hərracın yekunları haqqında” 05 dekabr 2018-ci il tarixli protokola və “Hərracın yekunları üzrə mənzilin alqı-satqısı barədə” müqaviləyə əsasən, hərracın təşkilatçısı Cavabdeh2 MMC ilə alıcı “xxxx” KB ASC sözügedən mənzilin 44.625 manata satılması barədə razılığa gələrək həmin protokolu və müqaviləni imzalamışlar və 24 yanvar 2019-cu il tarixli Çıxarışa əsasən, həmin mənzil mülkiyyət hüququ üzrə tələbkar “xxxx” KB ASC adına qeydə alınıb. Bundan başqa, işdən görünür ki, 19 avqust 2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən, “xxxx” KB ASC tərəfindən İddiaçı 60 ay müddətinə illik 1 faiz olmaqla, 12.851,02 manat kredit verilib və onlar arasında bağlanmış 19 avqust 2019-cu il tarixli “kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair” sazişə əsasən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanına uyğun olaraq 01 mart 2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 354,89 manat faiz borcu hər iki tərəfin razılığına əsasə n ləğv olunub. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb, yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə kredit borcu ipoteka predmeti olan sözügedən mənzilə yönəldilib, hərracın təşkilatçısı Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilib, ipoteka saxlayan “xxxx” KB ASC və ipoteka qoyan İddiaçı verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilib. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış onlara verilib və hərracın keçirilməsinə 1 5 təqvim günü qalmış ikinci elan verilib. Bundan sonra, hərrac təşkilatçısı Cavabdeh2 MMC ipoteka predmeti olan mənzili 70.000 manata ilkin satış qiymətlə hərraca çıxarıb. Lakin mənzilin alıcısı olmadığından və bununla da hərrac baş tutmamış elan edildikdən sonra ipoteka saxlayan “xxxx” KB ASC ipoteka predmeti olan sözügedən mənzili təkrar hərracdakı 59.500 manat ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 44.625 manata satın alıb. Apelyasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, hərracın keçirilməsini həyata keçirən Cavabdeh2 MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olu nmuş qaydalarına tam riayət olunub və ipoteka saxlayan “xxxx” KB ASC də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə edib. Həmçinin, ipoteka qoyan İddiaçı ilkin və təkrar hərracın keçirilməsi barədə tam məlumatlı olub. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi digər dəlillər də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Mülki Məcəllənin 421.1-ci maddəsinin mənasına görə, müqavilənin ləğv edilməsini yalnız müqavilə üzrə tərəflər tələb edə bilər və bu, yalnız müqavilə üzrə tərəflərin razılaşması ilə mümkündür. Hazırki hal da isə iddiaçı, sözügedən “Hərracın yekunları haqqında” protokol və alqı-satqı müqaviləsi üzrə tərəf olmadığı halda, həmin protokolun və müqavilənin etibarsızlığını deyil, ləğvini tələb edir. Bunlar isə fərqli anlayışlardır. Mülki Məcəllənin 416.1-ci maddəsində göstərilir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən ləğv deyil, etibarsız sayıla bilər. Eyni zamanda həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin ləğvinə deyil etibarsızlığına səbəb olur. Digər tərəfdən, ipoteka predmeti olan mənzil hərracda ipoteka saxlayan “xxxx” KB ASC satıldıqdan və həmin mənzilə dair sonuncu ilə hərracın təşkilatçısı Cavabdeh2 MMC arasında alqı-satqı müqa viləsi bağlandıqdan sonra, “xxxx” KB ASC ilə İddiaçı arasında 19 avqust 2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsi bağlanaraq, sonuncuya 60 ay müddətinə illik 1 faiz olmaqla 12.851,02 manat kredit verilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında olan öhdəliyə borclu İddiaçı kreditor “xxxx” KB ASC xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi mülki iş materialları ilə təsdiq edilmədiyindən, habelə iddiaçının tələbinə əsasən sözügedən mənzilə dair keçirilmiş hərracın və bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, kasasiya şikayətinin dəlilləri əsaslı sayla bilməz. Eyni zamanda, mənzilin yenidən iddiaçının mülkiyyətinə qaytarılması yalnız tərəflərin qarşılıqlı razılaşması il ə mümkündür. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(103)7005/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2319/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2319/2021
24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver