Məhkəmə qərarları › İş №2(102)-2319/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2319/2022

25.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2319/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2319/22 Açar sözlər: protokol və çıxarışın etibarsız sayılması, preyudisiallıq Bakı şəhəri, 25 may 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8313/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “AMEA aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 19 dekabr 2012-ci il tarixli 564 nömrəli Sərəncamına əsasən AMEAnın 14 noyabr 2012-ci il tarixli razılıq məktubu, "xxxx" MMC-nin 07 dekabr 2012-ci il tarixli müraciəti və tərəflər arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqavilə nəzərə alınaraq, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. Sifarişçi AMEA ilə podratçı "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsinə əsasən, podratçı ünvan 2 ünvanında AMEA-ya məxsus yataqxanada y aşayan Akademiya əməkdaşları və sakinləri üçün həmin yataqxanaya aid olan ərazidə yaşayış binasının inşası üçün BŞİHin sərəncamı əsasında AMEA-ya məxsus 0,66 ha torpaq sahəsində 1 ədəd 4 girişli 16 mərtəbəli yaşayış binasının layihə sənədlərinə və müqavilənin şərtlərinə uyğun olaraq tikintisini öz öhdəsinə götürmüşdür. 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsində sifarişçiyə ayrılacaq mənzillərin sayı və girişin nömrəsi göstərilmədiyindən tərəflər arasında yaranmış anlaşılmazlıqların tənzimlənməsi məqsədilə müqavilənin ayrılmaz hissəsi hesab edilən podrat müqaviləsinə 08 iyul 2015-ci il tarixli əlavələr protokolu tərtib edilmiş, protokolun 1-ci bəndinə əsasən müqavilədə qeyd olunan ünvanda "xxxx" MMC-nin vəsaiti hesabına tikilməkdə olan yaşayış kompleksində 5000 kv.m sahənin ödənişsiz əsaslarla AMEA-ya verilməsi, 2-ci bəndinə əsasən AMEA-ya veriləcək mənzillərin yerləşdiyi mərtəbə, otaqların sayı, ümumi və yaşayış sahələri göstərilməklə təsdiq edilmiş siyahısının MMC tərəfindən AMEA-ya təqdim edilməsi qərara alınmışdır. Adı çəkilən yataqxanada yaşayan bir sıra şəxslərin tərtib etdikləri akta görə, AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, yataqxanada qeydiyyatda olan və yaşayan İddiaçı həqiqətən 54 AMEA əməkdaşı ilə birlikdə 13 iyun 2017-ci il tarixində AMEA ilə "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanındakı yataqxananın ərazisindəki yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsində iştirak etmiş, ona püşkatma zamanı Şərifzadə ünvanındakı bir bloklu yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 99 kv.m sahəyə malik 27 saylı mənzil düşmüşdür.

2. Azərbaycan Milli Elmlər X8 İttifaqının yataqxana və mənzil komissiyasının 08 yanvar 2003-ci il tarixli iclasının protokolundan çıxarışına əsasən ki, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunun kiçik elmi işçisi İddiaçı 2 nəfər ailə üzvi ilə birlikdə AMEA-nın 2 nömrəli yataqxanasına daimi qeydiyyata götürülmüşdür.

3. Azərbaycan Milli Elmlər X8 İttifaqının Azərbaycan Milli X3 küçəsi, 12 ünvanında yerləşən yataqxanasına məskunlaşma barədə 29 dekabr 2003-cü il tarixli 45 nömrəli orderinə əsasən, Bakı şəhəri Şərifzadə küçəsi ev 12 mənzil 21”A” AMEA-nın İqtisadiyyat institutunun kiçik elmi işçisi İddiaçı verilmişdir.

4. Azərba ycan Milli Elmlər X8 İttifaqının Azərbaycan Milli X3 küçəsi, 12 ünvanında yerləşən yataqxanasına məskunlaşma barədə 11 oktyabr 2005-ci il tarixli 30 nömrəli orderinə əsasən, Bakı şəhəri Şərifzadə küçəsi ev 12 mənzil 11 AMEA-nın fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutunun elmi işçisi olan Cavabdeh2 verilmişdir.

5. Azərbaycan Milli Elmlər X6 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər X6 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının 21 sentyabr 2017-ci il tarixli 3 nömrəli protokolundan çıxarışdan görünür ki, AMEA-nın ünvan 3 ünvanında yerləşən aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşamayan AMEA-nın Fəl səfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavabdeh2 5 nəfərdən ibarət ailəsinə (özü, arvadı X7, qızı X13 və 2 oğlu-X10, X11) yataqxananın ərazisində yeni inşa edilən yaşayış evindən, "xxxx" MMC tərəfindən AMEA-ya ayrılmış 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 99 kv.m olan, 2 otaqlı, 27 nömrəli mənzil verilməsi qərara alınmışdır.

6. Azərbaycan Milli Elmlər X2 aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli 08 A nömrəli müqavilədən görünür ki, "xxxx" MMC və Azərbaycan Milli Elmlər Akademiyası arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsinə, eyni zamanda 08 iyul 2015ci il tarixli podrat müqaviləsinə əlavələr protokoluna əsasən, Cavabdeh2 "xxxx" MMCnin Yasamal rayonu Şərifzadə küçəsi, 12 ünvanında inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5-ci girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 99 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 27 saylı mənzilin “Sifarişçi”si olaraq qəbul edilir.

7. İş materiallarında olan məhkəmə aktlarına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(009)-678/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına qarşı ünvan 2 ünvanında “Evrostroy-S" MMC tərəfindən inşa edilmiş binadan AMEA-ya ayrılmış 5 saylı tikilidə, 5-ci mərtəbədə yerləşən 27 saylı mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin olunmamış, son nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

8. AMEA mənzillərin bölüşdürülməsi komissiyası Şərifzadə küçəsi, 12 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olub AMEA-da daimi və uzun müddət çalışan və mənzil şəraitini yaxşılaşdırmağa daha çox ehtiyacı olan şəxslərin elmi dərəcələri də nəzərə alınmaqla onlara həmin binadan mənzillər ayrılması barədə qərar qəbul etmişdir. Həmin Komissiyanın 15 sentyabr 2017-ci il tarixli iclasının qərarı ilə AMEA-nın aspirantlar yataqxanasında yaşayan, lakin AMEA-da işləməyən və ya əvəzçiliklə (0,5 ştat) işləyən əməkdaşlara, o cümlədən 03 oktyabr 2013-cü ildən AMEA-da əvəzçiliklə (0,5 ştat) işləyən X4 mənzil ayrılmaması qərara alınmışdır.

9. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində 27 saylı mənzilin ilkin hüquqi sənədlərin ona verilməsi öhdəliyinin yerinə yetirilməsinin AMEA-nın (AMEA mənzillərin bölüşdürülməsi komissiyasının) üzərinə qoyulması və sözügedən mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi kimi tələblərinə hüquqi qiymət verilərək bu iddiaların əsassız olması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək İddiaçı üçün ayrılmış, lakin sonradan Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunması, İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir).

11. İddia belə əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən AMEA-nın aspirantlar yataqxanasında məskunlaşan AMEA-da işləyən, İddiaçı da daxil olmaqla bir qrup əməkdaşın, xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisinə, Nazirlər Kabinetinə olunan rəsmi müraciətində, bundan öncə isə AMEA-nın Prezidentinin Azərbaycan Respublikası Prezidentinə ünvanladığı 22 fevral 2011-ci il tarixli məktubunda, aspirantlar yataqxanasında uzun illər yaşayan AMEA-nın alimlərinin mənzil şər aitinin yaxşılaşdırılması ilə bağlı həmin sakinlərin mənzillə təmin olunması zəruriliyi bildirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə AMEA-nın aspirantlar yataqxanası sökülüb, yenidən tikintisinin layihələşdirilməsinə dair icazə verilməsi haqqında Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 564 saylı sərəncamı qəbul edilmişdir. Həmin sərəncam iş materiallarında mövcuddur və sərəncamın 1-ci bəndində də aydın şəkildə qeyd olunur ki, “xx.xx.2012-ci il tarixli müqaviləni nəzərə alaraq, ünvan 5 ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilsin”. Belə ki, AMEA-nın Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 15/2 saylı qərarı ilə yaradılmış komissiya tərəfindən təsdiq edilmiş 16 may 2017-ci il tarixli arayışda 2-ci səhifədə, 2-ci bənddə ünvan 6 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binalardan AMEA-ya ayrılmış binaların ilk növbədə yataqxanada qeydiyyatda olan, orada yaşayan, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan AMEA əməkdaşlarının ailə üzvlərinə verilməsi təklif edilmiş, təklif və siyahılar AMEA-nın 24 may tarixli 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə mənzillərin bölüşdürülməsi yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının Mənzillərin bölüşdürülməsi Komissiyasına” tapşırılmışdır. 13 iyun 2017-ci il tarixdə mənzillə təmin olunacaq alimlər arasında mənzillərin bölüşdüriilməsiylə bağlı 54 alimin işti rakıyla püşkatma keçirilmiş və bunun nəticəsində İddiaçı payına 5-ci mərtəbədə, sahəsi 99 kv.m olan, 2 otaqlı 27 saylı mənzil düşmüşdür. Daha sonra heç bir qanuni əsası olmadan İddiaçı də daxil olmaqla 27 nəfərin mənzili əlindən alınaraq digər şəxslərə satıldığı qənaətinə gəlmək qaçınılmazdır. Baxmayaraq ki, mənzilin tikintisiylə bağlı münasibətləri tənzimləyən, “Sifarişçi” adlandırılan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun şəxsində bir tərəfdən və “Podratçı” adlandırılan "xxxx" MMC-nin direktoru Xalid Pənahovun şəxsində digər tərəfdən imzalanmış 01 noyabr 2012-ci il tarixli Podrat müqaviləsinin aşağıdakı bəndlərinə nəzər salsaq, bənd: - 1.3 “Podratçı” AMEA-ya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan akademiya əməkdaşları və sakinləri üçün öz vəsai ti hesabına inşa etdiyi 1 (girişli) 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla “Sifarişçiyə” təhvil veməyi öz üzərinə götürür. Bənd: - 2.1.3. “Podratçı” güzəştli satış üçün tərəflər arasında müvafiq razılaşmaya əsasən göstərilən torpaq sahəsində inşa olunacaq mənzillərdən (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinlər üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) AMEA-nın mənzil hüququ olan əməkdaşlarına onların istəyinə uyğun əlavə sahə ayırır. Yuxarıda qeyd etdiyi kimi bütün rəsmi sənədlərdə aydın şəkildə təsdiq olunur ki, binanın tikintisi mənzillərin bölgüsündə ilk öncə yataqxanada qeydiyyatda olan və hal-hazırda da yaşayan əməkdaşlar üçün ilk öncəlik birmənalı şəkildə nəzərdə tutulmuşdur. Müqavilənin hüquqi qüvvəsi mövcud olduğu halda heç bir əsaslı səbəb olmadan İddiaçı mənzili 7-10 noyabr tarixində həmin yataqxanada yaşamayan Cavabdeh2 verilmişdir. Baxmayaraq ki, Cavabdeh2 da yataqxanada yaşamayan, lakin ev əldə etmək üçün qeydiyyatını saxlayan digər əməkdaşlar kimi öz adına olmasa da yaxınlarının adına əldə etdiyi mənzili mövcuddur və həmin mənzildə də yaşamağa davam etmişdir. İddiaçı isə həmin yataqxanada 22.5 kv.m sahəsi olan, şəraitsiz və təmirsiz yerdə 2 azyaşlı uşağı və ailəsi ilə 20 ildən çoxdur ki, yaşayır. İllərlə rəsmi müraciət edənlər arasında ümidlə mənzillə təmin olunacağı günü gözləyir. İş materiallarında AMEA-nın 24 may 2017-ci il tarixli 8/21 nömrəli qərarında aparılan araşdırma zamanı yataqxanada qeydiyyatda olub yaşayan 107 ailə olm asını, 71-i AMEA-da işləyən, 36 ailənin isə qeydiyyatda olub AMEA-da işləməyənlərdən olduğunu, 71 ailənin 63-nün AMEA-da tam ştatla işləməsini, 8 nəfərin isə AMEA-da 0.5 ştatla işlədiyini və bu qərarın 3-cü bəndinə əsasən “AMEA-ya ayrılmış mənzillərin ilk növbədə yataqxanada qeydiyyatda olan və hazırda orda yaşayan, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilməsi, həmin ailələrin ehtiyacı ödənildikdən daha sonra qalan mənzillərin AMEA-da işləyən və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlara verilməsinin qərarlaşdırıldığı öz təsdiqini tapmışdır” və bu qərara təsdiq olunmuş arayış və siyahı əlavə olunmuşdur, lakin AMEA siyahını təqdim etməkdən yayınmışdır. Növbəti dəfə gülünc və gülməli addım ataraq 05 iyul 20 17-ci il tarixli 9/23 saylı qərarı ilə komissiya tərkibini genişləndirmiş ki, yeni tərkib 0.5 ştatla işləyən 6 əməkdaşı bu səbəbə əsaslanaraq mənzillə təmin etməkdən yayınmağa çalışmışdır. Halbuki, İddiaçı AMEA X16 tərəfindən həmin yataqxanada Mənzil Komissiyasının 08 yanvar 2003-cü il tarixli 01 nömrəli Protokola əsasən verilmiş xx.xx.2003-cü il tarixli 45 nömrəli orderlə AMEA İqisad İnstitutunun kiçik elmi işçisi kimi 2 nəfər ailə üzvü ilə yaşamaq üçün sahəsi 22.5 kv.m olan, 21 “a” saylı mənzil ayrıldığı mübahisələndirilməyən hal kimi iş materiallarına əlavə olunan digər mübahisə predmeti ilə bağlı məhkəmə qətnamələrində də öz təsdiqini tapmışdır. İddiaçı həyat yoldaşı da 2003-cü ildən tam ştatlı vahidlə AMEA-da işləyir və həmin yataqxanada məskunlaşmışdır. Bu qərarın qəbulundan sonra 0. 5 ştatla işləmələri bəhanəsiylə mənzil almaq hüququnda məhrum edilən AMEA-nın 6 nəfər əməkdaşı Azərbaycan Respublikası Prezidentinə rəsmi məktub ünvanlamış və cənab Prezidentin dəstəyi ilə 0.5 ştatla işləyən 6 əməkdaşın da evlə təmin olunması təsdiq olunmuşdur. İş materiallarında olan sənədlərlə tanış oduqda, AMEA-nın X9 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hümanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya xx.xx.2019-cu il tarixli cavab məktubunda da qeyd olunur ki, “Komissiyanın növbəti iclaslarında yataqxanada yaşayan və qeydiyyatı olub yaşamayan 12 AMEA əməkdaşlarına, o cümlədən qeydiyyatda olub yaşamayan 1 elmlər doktoruna və AMEA-da 0.5 ştatla işləyən elmi dərəcəsi olan 6 ailədən 5 ailəyə mənzil ayrılmışdır. Bu 5 ailədən ikisinə Buzovna qəsəbəsindən ayrılan mənzillər verilmişdir. İddiaçı da bu təklif edilmiş, lakin o yalnız Şərifzadə küçəsində inşa edilən mənzil istədiyini bildirmişdir”. Rəsmi şəxs tərəfindən yazılan cavab məktubuna nəzər salanda görürük ki, 2003-cü ildən həmin yataqxanada yaşayan İddiaçı bütün ailə düzənini uşaqlarının yaşayış rutinini pozub şəhərdən kənara məskunlaşmağı qəbul etməliymiş, halbuki Cavabdeh2 kimi əməkdaşlar üçün həmin ərazidə yaşamadıqlarına görə şəhərdən kənarda əlavə mənzillərinin olması heç bir maneə deyildir. Sonda isə qeyd edilir ki, İddiaçı mənzil məsələsinə məhkəmədə baxılır. Halbuki, İddiaçı üçün nəzərdə tutulmuş mənzil ondan qanunsuz olaraq alınaraq digər yataqxana yaşamayan əməkdaşa verildiyinə görə o, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışd ır. Bütün bunlar azmış kimi İddiaçı AMEA-nın İqtisad İnstitutundan 03 yanvar 2019-cu il tarixində heç bir səbəb olmadan müqavilə müddəti uzadılmamış və işdən azad olunmuşdur. Mənzil təminatı hüququnun bərpa olunması üçün apardığı mübarizə onun işdən kənarlaşdırılması ilə nəticələnmişdir. Belə olan halda, AMEA Rəyasət Heyətinin 8/21 nömrəli 24 may 2017-ci il tarixli qərarında da qeyd olunduğu kimi heç bir bəhanəsi qalmayan AMEA-nı təmsil edən Sərdar Əliyev adlı əməkdaşı məhkəmə iclasında həddini aşan mövqe nümayiş etdirmiş, İddiaçı pozulmuş hüquqlarının müdafiəsini təmin etmək üçün məhkəməyə müraciət etməkdə günahlandırmış, “müraciət etməsəydi mənzillə təmin edilə bilərdi” deyə bildirmişdir. İş icraatında olan digər hakim barışıq əldə olunması üçün AMEA-nın əməkdaşına İddiaçı də nəzərdə tut ulmuş mənzillə təmin olunması üçün danışıqlar aparılmasını bildirmişdir. İddiaçı vəkilin iştirakı ilə növbəti gün Sərdar Əliyevin qəbulunda olmuş, lakin Sərdar Əliyev “get mənzili məhkəmədən al” deyə qeyri etik şəkildə rəftar etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında Bakı şəhəri İcra Hakimiyyətinin normativ xarakterli aktında, eyni zamanda Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən mənzillə ilk növbədə təmin olunmalı şəxslər arasında İddiaçı adı ilk sıradadır. Keçirilən püşkatmanın nəticələrinin qanunsuz və əsassız olaraq ləğv olunması belə, həmin ünvanda tikilən binanın mənzillərinin orada faktiki yaşayan sakinlərə ilk öncə verilməsi növbəliliyini pozmur. Bunun AMEA əməkdaşları tərəfindən Prezidentin dəstəyi ilə inşa olunan binanın mənzillərinin AM EA-nın bəzi rəhbər əməkdaşları tərəfindən mənimsənilməsi, mənzillərin faktik yataqxanada yaşamayan şəxslərə satılması, bunun ört basdıq olunması üçün müxtəlif tarixlərdə fərqli “Qərar”lar verilməsi, İddiaçı mənzil hüququ kimi konstitusiyon hüququnun kobud şəkildə pozulması hesab olunmalıdır. Təəssüflər olsun ki, AMEA-nın müxtəlif bəhanələrlə məhkəməyə təqdim etməkdən boyun qaçırdığı püşkatmanın nəticəsini təsdiq edən Protokol və digər sənədləri, eyni zamanda AMEA-nın əməkdaşları tərəfindən iddia olunan püşkatmanın hansı əsasla, nə vaxt, kim tərəfindən ləğv olunmasını təsdiq edən sənədləri məhkəməyə sübut kimi təqdim etməkləri onların imkanları xaricindədir. Lakin bu püşkatmanın keçirildiyini təsdiq edən, belə ki, püşkatmada şəxsən iştirak edən əməkdaşların izahatları əlavə olunur. Bütün bunlara baxmayaraq hər bir halda AMEA-m təmsil edən əməkdaşlar da məhkəmədə İddiaçı adının mənzil almalı olan əməkdaşlar arasında ilkin növbədə olduğunu təsdiq edir. Bunun əksini bildirən hər hansı sənədin təqdim olunması isə mümkün deyildir. Belə ki, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının” 4 nömrəli, 11 may 2018-ci il tarixli Protokoldan çıxarışdan da aydın görünür ki, İddiaçı ilə eyni vaxtda AMEA-nın digər institutunda 0,5 ştatla işləyən X1, qalan digər 5 əməkdaş da həmin binada mənzillə təmin olunmuşlar. Bu özlüyündə onu təsdiq və sübut edir ki, İddiaçı qarşı xüsusi qərəzli yanaşma mövcud olduğuna görə o, gah 0.5 ştatlı işçi ol ması bəhanəsiylə, gah da AMEA-nın digər institutunun əməkdaşı olması bəhanəsiylə onun üçün ayrılmış mənzildən məhrum olunmuşdur. Halbuki, AMEA rəhbərliyi püşkatmanın keçirilməsi nəticəsini təsdiq edən və ya iddia etdikləri kimi püşkatmanın nəticəsinin ləğv olunduğunu təsdiq edən heç bir rəsmi sənədi təqdim etməmiş, iş materiallarında bu barədə hətta məhkəmənin 17 yanvar 2019-cu il tarixli rəsmi sorğusu olmasına baxmayaraq, AMEA rəhbərliyi hörmətsizlik göstərərək sorğuya cavab verməmişdir.

12. Cavabdeh2 birinci instansiya məhkəməsində iddiaya etiraz təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi İddiaçı, ona və AMEA-ya qarşı mənzilə aid hüquqi sənədlərin verilməsi və mənzilin Cavabdeh2 ayrılması barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə iddia tələbi nin rədd edilməsinə dair 2(009)678/18 saylı, 29 iyun 2018-ci il tarixli qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsindən narazı qalan iddiaçı tərəf, qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-10248/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(102)-2375/2019 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018 tarixli, 2(103)-10248/2018 saylı qətnaməsi qismən ləğv edilərək, işə yenidən baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. B akı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 8397/2019 saylı qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 678/18 saylı, 29 iyun 2018 tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. O, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8397/2019 saylı qətnaməsi qanunsuz olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(102)7213/2019 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8397/2019 saylı qətnaməsi qismən ləğv edilərək, işə yenidən baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmış və sonrakı məhkəmə prosesləri də iddia tələbinin təmin edilməsi üçün əsas tapa bilməmişdir.

13. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi iddiaya etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı, AMEA-ya və Cavabdeh2 qarşı mənzilə aid hüquqi sənədlərin verilməsi və mənzilin Cavabdeh2 ayrılması barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir, iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu vaxtdan bir neçə ay sonra, iddiaçı tərəf eyni iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə yenidən müraciət etmiş və əvvəlki iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək, haz ırkı iddia tələbinin dayandırılmasına dair məhkəməyə ərizə vermiş və məhkəmə də, öz növbəsində işin icraatını dayandırmışdır. Həmin mülki işin məhkəmə baxışı yekunlaşmış, iddia tələbi rədd edilmişdir. Hazırki iddia tələbinin araşdırılmasının davam etdirilməsi üçün yenidən məhkəməyə ərizə vermişdir. Odur ki, əvvəlki iddia tələbi üzrə aşağıdakı məhkəmə qərarları qəbul edilməklə, iddiaçının iddia tələbi rədd edilmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi iddia tələbinin rədd edilməsinə dair 2(009)- 678/18 saylı, 29 iyun 2018 tarixli qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsindən narazı qalan iddiaçı tərəf, qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-10248/2018 saylı qətnaməsi ilə, Bakı şəhərinin Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəf kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(102)-2375/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10248/2018 saylı qətnaməsi qismən ləğv edilərək, işə yenidən baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu tarixli, 2(103)- 8397/2019 saylı qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)678/18 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbinin təmin edilməsi qərara alın mışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8397/2019 saylı qətnaməsi qanunsuz olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(102)-7213/2019 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8397/2019 saylı qətnaməsi qismən ləğv edilərək, işə yenidən baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmış və sonrakı məhkəmə prosesləri də iddia tələbinin təmin edilməsi üçün əsas tapa bilməmişdir. İddiaçı tərəf, yenidən məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirmişdir. Lakin iddiaçı heç bir son məhkəmə qərarlarına istinad etmədən məhkəməyə müraciət edilmişdir.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.N.Qafarova) 29 aprel 2021-ci il tarixli, 2(009)-26/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının, ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində 27 saylı mənzilin ilkin hüquqi sənədlərin (protokoldan çıxarış qərarının) ona verilməsi öhdəliyinin yerinə yetirilməsinin AMEA-nın (AMEA mənzillərin bölüşdürülməsi komissiyasının) üzərinə qoyulması və sözügedən mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi kimi tələblərinə hüquqi qiymət verilərək bu iddiaların əsassız olması müəyyən edildiyi hal da, iddiaçı hazırki tələbində Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunması, özünün mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 8 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsini iddia etmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilə dair Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunması kimi tələbi üzrə artıq yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktı olduğu üçün bu hissədə onlar hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb edir.

17. Belə ki, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmi şdir ki, iddiaçının mübahisələndirilən mənzillə əlaqədar hər hansı hüquqları yaranmadığından, ona dair üçüncü şəxs Cavabdeh2 verilmiş sənədlərin mübahisələndirilməsi üçün subyektiv hüquqa malik deyildir.

18. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktları bu hissədə hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olduğu üçün məhkəmə tələbin bu hissəsinə yenidən hüquqi qiymət verilməsini mümkün saymır.

19. Məhkəmə hazırkı iddia tələblərinin İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələblər eyni tərəflər arasında əvvəlki məhkəmə işlərində iddia predmeti olmasa da, bu tələbin əsaslandırıldığı hallar üzrə əvvəlki məhkəmə mübahisəsi zamanı müəyyən edilmiş bəzi diqqətəlayiq və mühüm məqamlar nəzərə alınmalıdır.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması cavabdehlərə aid olmadığı üçün ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi kimi tələb də əsaslı sayıla bilməz. Belə ki, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının iddiaçı qarşısında belə bir öhdəliyinin olması və bu öhdəliyi də pozması kimi halların mövcudluğu öz təsdiqini tapmamışdır.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçının özünün də göstərdiyi kimi, onun və digər mənzil ayrılmayan əməkdaşların çoxsaylı müraciətlərinin nəticəsi olaraq onlardan ikisinə Bu zovna qəsəbəsindən ayrılan mənzillər verilmişdir. İddiaçı da bu təklif edilmiş, lakin o yalnız Şərifzadə küçəsində inşa edilən mənzil istədiyini bildirmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

24. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia tələbinin İddiaçı üçün ayrılmış, lakin sonradan Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunmasına dai r hissəsi bundan əvvəl məhkəmə araşdırmalarının predmeti olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(009)- 678/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına qarşı ünvan 2 ünvanında “Evrostroy-S" MMC tərəfindən inşa edilmiş binadan AMEA-ya ayrılmış 5 saylı tikilidə, 5-ci mərtəbədə yerləşən 27 saylı mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin olunmamış, son nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Buna görə də Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ. Ə.Kərimli (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) 23 noyabr 2021-ci il tarixli, 2(103)-8313/21 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi tələbinin təmin olunmamasına dair hissədə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) 23 noyabr 2021-ci il tarixli, 2(103)-8313/21 nömrəli qərardadı ilə Cavabdeh2 apelyasiya şik ayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi mənzilin ayrılmasına dair protokol və çıxarışın etibarsız sayılması tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, işin faktiki hallarından görünür ki, iddiaçı AMEA-nın işçisi olmadığı halda, ona AMEA-nın aspirantlar üçün yataqxanasında mənzil verilmiş, bundan əlavə, mənzillərin bölüşdürülməsi komissiyası tərəfindən püşkatma keçirilsə də, Akademiyanın səlahiyyətli orqanları tərəfindən bu barədə hər hansı qərar qəbul olunmamışdır.

29. Beləliklə, yuxarıda qeyd edilən qanu ni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirilən mənzillə əlaqədar hər hansı hüquqları yaranmadığından, ona dair üçüncü şəxs Cavabdeh2 verilmiş sənədlərin mübahisələndirilməsi üçün subyektiv hüquqa malik deyildir.

30. İddia tələbinin İddiaçı üçün ayrılmış, lakin sonradan Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunmasına dair hissəsi bundan əvvəl məhkəmə araşdırmasının predmeti olduğundan və müvafiq məhkəmə aktları ilə iddia tələbi rədd edildiyindən, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunaraq 23 noyabr 2021-ci il tarixli 2(103)-8313/2021 saylı qərardadla həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

31. İddia tələbinin İddiaçı mənzillə təmin olunmaq hüququnun bərp a olunması, ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi barədə hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının mənzil hüququnun cavabdehlər tərəfindən pozulması halı müəyyən edilməmiş, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının iddiaçı qarşısında belə bir öhdəliyinin olması və bu öhdəliyi pozması öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qə bul edilməsini xahiş etmişdir.

33. İddia ərizəsi ilə məzmunda olan kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, işin faktiki hallarına düzgün qiymət verilməmiş və nəticədə əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Azərbaycan Milli Elmlər Akademiyası kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

35. Maddə 91.1.2 Yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.

36. Maddə 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil al dığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halları nın araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8313/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min ir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar