Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2320/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 10 aprel 2019-cu il iş № 2(102)-2320/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.B.Əsədov, iş 2(001)-3910/2018) İddiaçı Cavabdeh (maraqlı şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsi) qarşı ümumi yığıncağın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, “Borçalı” İctimai Birliyinin 02.12.2017-ci il tarixli ümumi yığıncağının nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 noyabr 2018-ci il tarixli, 2(103)10973/2018 saylı qətnaməsi ilə (V.T.Həsənov (sədrlik edən və məruzəçi), hakimlər Ş.A.Məmmədova və N.Ş.Cəfərov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(001)-3910/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “ümumi yığıncağın nəticələrinin etibarsız hesab e dilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı ümumi yığıncağın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinə təqdim edilmiş “Borçalı” İctimai Birliyinin 02.12.2017-ci il tarixli ümumi yığıncağının nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maraqlı şə xs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Borçalı” İctimai Cəmiyyəti 31.03.1993-cü il tarixdən dövlət qeydiyyatından keçərək, qanuna müvafiq qaydada fəaliyyət göstərir. Bundan sonra “Borçalı” İctimai Cəmiyyəti “Borçalı” İctimai Birliyi kimi qeydə alınmış və bu dəyişiklik 340 nömrə ilə dövlət qeydiyyatına alınaraq, birliyə müvafiq şəhadətnamə verilmişdir. 09.12.2017-ci il tarixdə birliyin nizamnaməsinə və Qanuna uyğun olaraq Xİ ümumi yığıncağını keçirmiş, birliyin sədrinin istefa ərizəsinə baxılması və birliyə yeni sədrin təyin olunması məsələsinə baxılmışdır. Ümumi yığıncağın protokoluna əsasən, birliyin əvvəlki sədri X1 istefa ərizəsi müzakirə olunaraq qəbul edilmiş, birliyin idarəetmə orqanı seçilmiş, nizamnaməyə dəyişikliklər olunmuş, birliyin yeni rəhbərliyi formalaşaraq idarə heyətinin üzvləri seçilmiş və birliyin sədri seçilmişdir. Birliyin yeni seçilmiş sədri və idarə heyətinin üzvləri haqqında məlumatların dövlət qeydiyyatına alınması məqsədilə iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinə rəsmi müraciət edilmiş, müraciətin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Buna səbəb kimi həmin birliyin 02.12.2017-ci il tarixdə keçirilmiş ümumi yığıncağında Cavabdeh təşkilat sədri və üzvləri haqqında məlumatların dövlət qeydiyyatına alınması barədə müraciətinin daxil olması göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı iddiası təmin edilməli, “Borçalı” İctimai Birliyinin 0 2.12.2017-ci il tarixli ümumi yığıncağının nəticələri etibarsız hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasınm Konstitusiya Məhkəməsi Plenumunun “MBun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə ed ir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz həkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ". Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbi irəli sürən İddiaçı iddia tələbi irəli sürülməsi üçün subyektiv hüquqa malik olan şəxs hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, id diaçının istinad etdiyi yeni nizamnamə qəbul olunmamış və qeydə alınmamış, cəmiyyətinin qanuni təmsilçisi olmasına dair qərar müvafiq vergi oraqanında qeydə alınmamışdır. İddiaçının istinad etdiyi ümumi yığıncaqda onun sədr seçilməsi və təmsilçilik hüququnun verilməsi özlüyündə onun İctimai Birliyin adından deyil, öz adından iddia tələbi irəli sürməsinə səahiyyət vermir. Hətta iddiaçının sədr kimi seçilməsi mübahisələndirilmədiyi halda belə İctimai Birliyin mənafeləri ilə bağlı olaraq öz adından iddia tələbi irəli sürməsi yolverilməzdir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının əraz isində qeyri-hökumət təşkilatının təsisçisi və qanuni təmsilçisi ola bilərlər. İş materiallarında olan (i/v 57) MYİ seriyalı, ******* saylı vəsiqədən məlum olur ki, Gürcüstan Respublikasının vətəndaşı olan İddiaçı Azərbaycan Respublikası ərazisində 26.01.2018-ci il tarixdən 26.01.2019-cu il tarixədək müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Cəmiyyətin qüvvədə olan Nizamnaməsinin 2.2-ci bəndinə əsasən isə 16 yaşına çatmış hər bir Azərbaycan vətəndaşınnı «Borcalı» cəmiyytəinin üzü ola bilməsi göstərilmişdir. Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətə üzv olmasını mümkün edən müddəaların daxil olduğu Nizamnamə isə müəyyən olunduğu kimi qeydiyyata alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı “ümumi yığıncağın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsin in MK-nın 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2320/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2320/2019
10.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver