Məhkəmə qərarları › İş №2(102)-2320/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2320/2020

03.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2320/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)9261/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş № 2(006)-1820/2019) İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına yenidən qeydə alınması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı Şəhəri, Nəsimi Rayonu, Ə.İsgəndərov küçəsi, 13 saylı evin 1 otaqlı 24 saylı mənzili xx xxxx 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və notariatda təsdiq olunmuş xx xxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən onun tərəfindən qardaşı qızı Cavabdeh bağışlanmışdır. 2019-cu ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus mənzili qardaşı qızı Cavabdeh gələcəkdə ona qayğı göstərməsi məqsədilə bağışlamasını, lakin sonuncunun vədinə əməl etməyərək xəstə və yaşlı olmasını nəzərə almayaraq ona heç bir qayğı göstərməməsini əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinin tələbinə müvafiq olaraq bağışlama müqaviləsinin ləğv edilməsi və mənzilin onun mülkiyyətinə qaytarılmaqla adına qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatl andırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, bağışlama müqaviləsi iddiaçının könüllü ifadəsinə uyğun olaraq notariatda təsdiq edilməklə bağlanmış, bu zaman hər hansı bir qanun pozuntusuna yol veri lməmiş və cavabdehin müqavilədən yaranmış mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 670.1-ci maddəsində bağışlama müqaviləsinin şərtlərinin və ya öhdəliklərinin yerinə yetirilməsindən asılı edilə bilməsi imkanı nəzərdə tutulsa da, işdən görünür ki, bağlanmış müqavilədə heç bir şərt və öhd əlik nəzərdə tutulmamışdır. Mübahisəli mənzil müqavilədən sonra iddiaçının istifadəsində qalsa da, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hədiyyə edilmiş əmlak cavabdeh tərəfindən işin yuxarıda göstərilən hallarına əsasən qəbul edilmiş sayılmalıdır. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmiş, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan xx xxxx 2019cu il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar