Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2321/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-57/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakıları müəyyən etdi: İşin halları
1. RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa görə ünvan 1 ünvanda 0,0272 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 18,6 kv metr fərdi yaşayış evinin 2/4 hissəsi İddiaçı1, 1/4 hissəsi X2 və 1/4 bir hissəsi isə X6 mülkiyyətindədir. 2. ********** qeydiyyat nömrəli, 17 oktyabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanda, dövlət mülkiyyətində olan 0,008130 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 45,6 kv metr olan fərdi yaşayış evi maraqlarına toxünan şəxs kimi kassasiya şikayəti verən Maraqlı şəxs mülkiyyətindədir.
3. İddiaçı və cavabdehin ümumi mülkiyyətində olan yaşayış evi ilə maraqlarına toxunan şəxs kimi kassasiya şikayəti verə n şəxsin yaşayış evi hasar qonşuluğunda yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən evin 0,0272 ha həyətyanı torpaq sahəsinin ona məxsus olan 2/4 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mülk 2/4 hissəsi onun, ¼ hissəsi Cavabdeh1, ¼ hissəsi isə X6 adına rəsmiləşdirilmişdir. Digər iki mülkiyyətçi vəfat etmişdir. Mübahisəli mülkün torpaq sahəsindən cavabdeh Teymur Orucovla birlikdə istifadə etməsi qeyri-mümkündür. Torpaq sahəsindən istifadəsi ilə bağlı tez-tez mübahisələri yaranır. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
6. Gən cə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 25770 nömrəli, 31 yanvar 2017-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən evin həyətyanı torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 payının rəyə əlavə edilmiş torpaq sahəsinin bölgüsü üzrə plan sxemdə göstərilən qaydada texniki cəhətdən ayrılması mümkündür.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2017-ci il tаrixli, 2(044)-33/2017 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus olan 2/4 hissəsinin naturada ayrılması, ünvan 3 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus olan 2/4 hissəsinin naturada ayrılması üçün tətqiq olunan torpaq sahəsində yerləşən (texniki pasportda öz əksini tapmayan) tikilinin bir hissəsi söküldükdən sonra əlavə giriş-çıxış qapısını açılması və iş üzrə İddiaçı1 məxsus 2/4 paya düşən 136,0 kv metr (8,5x16,0 metr) ölçüdə torpaq sahələri üzrə sərhəd hasarı çəkilməklə torpaq sahələrində təcrid sahələrinin yaradılması qət edilmişdir.
8. Məhkəmə işin hallarını, ekspert rəyini nəzərə alaraq iddiaçının payının naturada ayrılmasının mümkün olması qənaətinə gəlmiş, hesab etmişdir ki, tədqiq olunan torpaq sahəsində yerləşən (texniki pasporta öz əksini tapmayan) tikilinin bir hissəsi söküldükdən sonra əlavə giriş-çıxış qapısı açılmalı və iş üzrə iddiaçıya məxsus 2/4 paya düşən 136,0 kv metr ölçüdə torpaq sahələri üzrə sərhəd hasarı çəkilməklə torpaq sa hələrində təcrid sahələri yaradılmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 20.2 və 220.3-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında, 0,0081 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. Həmin əmlakı xx.xx.2019-cu il tarixdə mülkün əvvəlki sahibi X1 alqı-satqı yolu ilə almışdır. Alqı-satqı edilən zaman D.Ə.Əhmədovanın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-ci il tari xli Çıxarışı mövcud olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 saylı qətnaməsi hazırkı mərhələyədək icra edilməmişdir. İş üzrə icra məmuru ünvan 6 ünvanında, 0,0081 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 45,6 kv metr yaşayış sahəsinin mülkiyyətçisi kimi onunla əlaqə saxlayaraq bildirmişdir ki, məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icra olunanan zaman ekspertin verdiyi koordinatlara əsasən mülkiyyətiındə olan ev sökülməlidir. Qətnamənin icrası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Maraqlı şəxs icra məmuruna hansı əsasla onun mülkiyyətində olan evin söküləcəyini soruşanda o dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icra olunmasının məcburi olduğunu və narazı olacağı təqdirdə qətnamədən şikayət verə biləcəyi ni demişdir. Bundan sonra qətnaməni, icra vərəqəsini və digər sənədləri toplayaraq apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Belə ki, DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan aydın olur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 saylı qətnaməsinin icra olunması üçün onun mülkiyyətində olan ünvan 7 ünvanında, 0,0081 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 45,6 kv metr yaşayış evi sökülməlidir. Hesab edir ki, xx.xx.2017-ci il tarixli, 25770 saylı ekspert rəyi tam əsassızdır. Ekspertin hansı əsasla əvvəllər X3, daha sonra isə onun mülkiyyətinə keçmiş və texniki pasportda öz əksini tapmaqla qanuni mülkiyyətdə və istifadədə olan torpaq sahəsində yerləşən evin sökülməsi ilə İddiaçı1 iddi asının maraqlarına xidmət edən rəy verməsi müəmmalıdır. İşə baxılan zaman məhkəmə tərəfindən mülkün əvvəlki sahibinin işə cəlb edilməməsi də ekspertin məsuliyyətsizliyi ucbatından olmuşdur. Belə ki, ekspert texniki pasport olmadığı halda rəy verməklə yanaşı, rəydə müəyyən etdiyi ölçülərin başqa şəxsin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxardığını müəyyən etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(104)-2939/2021 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizаsının 21 iyun 2022-ci il tarixli 10/1154 nömrəli rəyinə görə ünvan 4 ünvanda yerləşən evin həyətyanı torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payın ayrılması, DƏDRX-nin ********** qeydiyyat nömrəli çı xarışı ilə Maraqlı şəxs mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın bütövlüyünə təsir etdiyi müəyyən edilir. ünvan 4 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payın ayrılması, DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışı ilə Maraqlı şəxs mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakın bütövlüyünə təsir etdiyi halda, başqa qaydada ünvan 4 ünvanında yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hisssədə payının ayrılması mümkündür. Bunun üçün tədqiq olunan həyətyanı torpaq sahəsinin sağ küncündən qonşu sərhəd hasarından 9,0 metr uzunluğunda hissə saxlanılmalı və həmin hissədən İddiaçı1 məxsus yaşayış evi ilə Maraqlı şəxs mülkiyyətində olan yaşayış evi arasında olan sərhəd hasarına bitişik şəkildə 14,0 metr uzunluğunda sər həd hasarı çəkilməlidir. Maraqlı şəxs mülkiyyətində olan yaşayış evinə dalandan əlavə giriş-çıxış qapısı əlavə quraşdırılmalıdır.
13. Gəncə Apellyasiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(104)300/2021 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizаsının 21 noyabr 2022-ci il tarixli 10/6894 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən mülkün torpaq sahəsinin çıxarışlarda və texniki pasportda göstərilən 2/4 hissəsi İddiaçı1, ¼ hissəsi X7 və 1/4 bir hissəsi isə X9 məxsus olan 18,6 kv metr yaşayış evinin yerləşdiyi ********** reyestr nömrəli 0,272 ha sahəsinin, Maraqlı şəxs mülkiyyətində olan 45,6 kv metr yaşayış evinin yerləşdiyi və istifadədə olan ********** reyestr nömrəli 0,00813 ha torpaq sahəsindən naturada ayrılması mümkündür. Bunun üçün təd qiq olunan həyətyanı torpaq sahəsində Maraqlı şəxs mülkiyyətində olan 45,6 kv metr yaşayış evinin tinindən 2,50 metr enində sərhəd hasarı çəkilməli, sərhəd hasarının son nöqtəsindən 9,5 metr uzunluğunda sərhəd hasarı çəkilməli və son nöqtəsindən dalana tərəf bitişik şəkildə 12,5 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-57/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçı), hakimlər Şamil Rzaquliyev və Fikrət Mehdiyev ) maraqlarına toxunan şəxs Maraqlı şəxs verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəl diyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 135.4-cü və Torpaq Məcəlləsinin 4-cü maddəsinin tələbindən göründüyü kimi torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İşə baxan birinci instansiya məhkəməsi isə Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2017-ci il tarixli, 25770 nömrəli rəyini əsas götürərək iddia tələbini təmin etmişdir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əşya olmaqla, vahid mülkiyyət obyektidir. Bu mənada torpaq sahəsinin fərdi yaşayış evindən kənar şəkildə naturada ayrılması yolverilməz hesab olunur. Belə ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi həmin evdən təyinatı üçü n istifadə etməyə xidmət göstərən ərazi hesab olunur. İş materiallarında olan Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan və fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi ünvan 1 ünvanda 0.0272 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 18,6 kv metr sahəsi olan 1 otaqlı evdən ibarətdir ki, həmin 1 otaqlı yaşayış otağının 2/4, 1/4 və 1/4 hissələrdən ibarət paylara naturada ayrılması mümkün deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, paylı fərdi yaşayış evinin naturada paya uyğun şəkildə ayrılması zamanı hər bir payçının fərdi yaşayış evinə giriş çıxışı olmaqla, torpaq sahəsi də buna müvafiq olaraq naturada ayrıla bilməlidir. Hazırkı iddia üzrə isə iddiaçının payının naturada ayrılması qeyd olunanlara əsasən qeyri-mümkün dür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur.
16. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 25770 nömrəli, 31 yanvar 2017-ci il tarixli ekspert rəyinə əsaslanaraq qətnamə ilə ünvan 4 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus olan 2/4 hissəsinin naturada ayrılması üçün torpaq sahəsində yerləşən (texniki pasportda öz əksini tapmayan) tikilinin bir hissəsi söküldükdən sonra əlavə giriş-çıxış qapısının açılmasını qət edilmişdir ki, icra zamanı sökülməsi qət edilən tiklinin Maraqlı şəxs mülkiyyətində olması müəyyən edilmişdir. Buna görə də Maraqlı şəxs tərəfindən apellyasiysa şikayəti verilmiş, apellyasiya icraatı zamanı isə əl avə ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2022-ci il tarixli 10/1154 saylı rəyi ilə ünvan 10 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payının ayrılmasının, Maraqlı şəxs mülkiyyətində olan ünvan 11 ünvanında olan daşınmaz əmlakın bütövlüyünə təsir etməsi müəyyən edilmişdir. Buna baxmayaraq ekspert rəyi ilə ünvan 1 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payının ayrılması başqa qaydada mümkün olması, bunun üçün tədqiq olunan həyətyanı torpaq sahəsinin sağ küncündən qonşu sərhəd hasarın 9 metr uzunluğunda hissə saxlanılmalı olması və həmin hissədən İddiaçı1 məxsus yaşayış evi ilə Maraqlı şəxs mülkiyyətində olan yaşayış evi arasında olan sərhəd hasarına bitişik şəkildə 14 metr uzunluğunda sərhəd hasarı çəkil ərək bölünməli olması və Maraqlı şəxs mülkiyyətində olan yaşayış evinə dalandan əlavə giriş-çıxış qapısının quraşdırılmalı olmasına dair rəy verilmişdir ki, məhkəmə kollegiyası həmin rəylə razılaşmamışdır. Belə ki, ekspert rəyi Maraqlı şəxs mülkiyyətində olan ünvan 5 ünvanında, 0,0081 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 45,6 kv metr yaşayış sahəsinə və ünvan 1 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payına münasibətdə vermişdir. Lakin, ekspert nəzərə almamışdır ki, ünvan 1 ünvanda yerləşən 0,0272 ha torpaq sahəsi və onun üzərində yerləşən 18,6 kv metr sahədən ibarət fərdi yaşayış evinin 2/4 hissəsi İddiaçı1, 1/4 hissəsi X4, 1/4 bir hissəsi isə X8 məxsusdur. Rəy verilərkən isə həmin şəxslərin payların mövcudluğu nəzərə alınmamışdır. Bunda n başqa ekspert rəyinə əlavə edilmiş plan-sxemdə naturada ayrılmadan sonra mülkiyyətçilərin torpaq sahələrinin ölçüləri qeyd olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli 10/6894 nömrəli rəyi ilə də Maraqlı şəxs mülkiyyətində olan ünvan 5 ünvanında, 0,0081 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 45,6 kv metr yaşayış sahəsinə, o cümlədən ünvan 1 ünvanda yerləşən 0,0272 ha torpaq sahəsi və onun üzərində yerləşən 18,6 kv metr sahədən ibarət fərdi yaşayış evinin X4 məxsus 1/4 hissəsinə və X8 məxsus 1/4 hissəsinə münasibətdə İddiaçı1 2/4 payının naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək mümkün deyildir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 213.1, 213.2 və 220.3-cü, Torpaq Məcəlləsinin 4, Mənzil Məcəl ləsinin 13.2-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.3, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinin pozulması ilə çıxarıldığından qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə iclaslarını təmin etmədən tam və obyektiv araşdırma aparmayaraq qərəzli qətnamə çıxarmış, iddiaçının iştirakı təmin oluqnmamış dır. Məhkəmə həmçinin ekspert rəylərini sübut kimi qəbul etməməkdə səhvə yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
23. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qa ydasında tələb edə bilər.Maddə
21. Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 357.1 və 357.2. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
28. Maddə
364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlav ə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
29. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
37. Belə ki, işin müəyyən edilmiş hallarına görə ünvan 1 ünvandakı 0,0272 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 18,6 kv metr fərdi yaşayış evi X2, X6 və İddiaçı1 ümumi mülkiyyətindədir. İddiaçı1 torpaq sahəsindəki payının naturada ayırlamsı barədə iddia qaldırmış, birinci instansiya məhkəməsi həmin iddianı təmin etmişdir.
38. Həmin qətnamədən ünvan 2 ünvanda, dövlət mülkiyyətində olan 0,008130 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 45,6 kv metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Maraqlı şəxs həmin iş üzrə tərəf və ya üçüncü şəxs olmamış, birinci instansiya məhkəməsi onun apellyasiya şikayətini q ətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə apellyasiyanı mümkün hesab etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan zaman işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmasını kifayət qədər tam və hərtərəfli yoxlamamış ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
40. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi çıxarılan zaman hazırkı mübahisənin predmeti olan 0,0272 ha torpaq sahəsinin qonşuluğundakı ünvan 2 fərdi yaşayış evinin mülkiyyətçisi X10 olmuş, Maraqlı şəxs həmin yaşayış evini alqı-satqı yolu ilə 26 sentyabr 2019-cu il tarixdə əldə etmiş və onu n mülkiyyət hüququ 17 oktyabr 2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman və qətnamə qəbul edilərkən Maraqlı şəxs nə mübahisənin predmeti olan 0,0272 ha torpaq sahəsinə, nə də hazırda onun mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinə heç bir aidiyyatı olmamışdır. Belə olan halda İddiaçı1 Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs kimi apellyasiya şikayəti vermək hüququ Maraqlı şəxs deyil, əvvəlki mülkiyyətçi Dilşad Əhmədovaya məxsus ola bilərdi.
41. Məhkəmə apellyasiyanın mümkünlüyü qənaətinə gələrkən Dilşəd Əhmədovaya münasibətdə Maraqlı şəxs prosessual hüquq varisliyi məsələsini müzakirə etməmişdir.
42. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları nor malarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına, apellyasiyanın mümkünlüyü mərhələsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-57/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.