Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2322/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2322/21 (Açar sözlər: mülkiyyətdə olan obyektdən məcburi qaydada çıxarılma) Bakı şəhəri, 25 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X5 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı İddiaçı Cavabdeh qarşı "mülkiyyətində olan sahibkar obyektindən məcburi qaydada çıxarılma" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-180/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayə tinə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) “Kürdəmir Tikinti Mexanikləşdirmə" İdarəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin təşkil etdiyi 19 mart 2013-cü il tarixli hərracda 7478.10 manat ödəməklə almışdır.
2. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının aldığı İdarənin binasında yaşayır.
3. Mübahisə cavabdehin binada yaşaması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Kürdəmir şəhəri, Baki prospekti 53 ünvanında yerləşən sahibkar obyektindən (sahəsi 70.0 kv.metr olan idarə binasından) əml akları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Kürdəmir şəhəri, Bakı prospekti, 53 ünvanında yerləşən keçmiş 63 saylı X3 ləğv edildikdən sonra, həmin idarənin balansında olan əsas inventarlar siyahıya alınaraq, həmin idarənin bazasında Kürdəmir Tikinti Mexanikləşdirmə İdarəsi təşkil edilmişdir. Sonradan həmin İdarə özəlləşdirilmə ilə əlaqədar hərraca çıxarılmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin təşkil etdiyi 19 mart 2013-cü il tarixli hərracda iddiaçı həmin idarəni almışdır. Hazırda həmin idarə binası iddiaçının xüsusi mülkiyyətində olmaqla, orada öz sahibkarlıq fəaliyyətini davam etdirir.
7. Mülkiyy ətində olan sahibkar obyektində məcburi köçkünlər məskunlaşdığına görə, iddiaçı əvvəllər tanıdığı Kürdəmir rayonu, Qabucaq kənd sakini olan cavabdehə onun xahişinə əsasən məcburi köçkünllər oradan çıxana kimi 74.0 kv.metr sahəsi olan idarə binasında müvəqqəti yaşamaq üçün yer vermişdir. Cavabdeh uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan idarə binasında yaşayır.
8. İdarə binasında yaşayan məcburi köçkünlər Dövlət tərəfindən onlara verilən mənzillərə köçmüşlər. Məcburi köçkünlər idarə binasından çıxandan sonra iddiaçı cavabdehdən də mülkiyyətidə olan idarə binasından çıxmasını xahiş etmiş, lakin cavabdeh binadan çıxmayacağını bildirməklə yanaşı, iddiaçını hədələyərək idarə binasını qanunsuz aldığını bildirmişdir.
9. Cavabdeh öz hərəkətləri ilə iddiaçının sahibkarlıq fəaliyyətini geniş ləndirməsinə mane olduğuna görə iddiaçı cavabdehin barəsində tədbir görülməsi üçün Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Kürdəmir rayon polis şöbəsində araşdırma aparılarkən cavabdeh polis şöbəsinə dəvət olunmuş və cavabdehlə profilaktiki söhbət aparılıb izahatı alındıqdan sonra məhkəməyə müraciət etməsini izah etmişlər. Cavabdehin sahibkar obyektindən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1 və 157.8-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - əvvəla, iddiaçının tələb etdiyi əmlakların torpaq sahələri dövlətə məxsusdur, bu günə kimi özəlləşdirilməyib; - bundan başqa, cavabdehin qardaşı X6 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olandan sonra, sözügedən idarənin o vaxtlar müdiri işləmiş Əliqulu Cəfərov cavabdehi ailə üzvləri ilə birlikdə idarənin həyətindəki “qonaq otağı” kimi qeyrirəsmi inşa etdirilmiş (heç bir rəsmi sənəddə qeydiyyatda olmayan) binaya köçürmüşdür; - idarənin müdiri olmuş Ə.Cəfərov 1995-ci ildə cavabdehi və həyat yoldaşını qarovulçu kimi işə götürmüş, yaşadıqları 3 kiçik otaqlı "qonaq evini" cavabdehə daim istifadəyə verdiyini bəyan etmişdir. Artıq 25 ildir ki, cavabdeh yaşadıqları fərdi yaşayış evinin bütün kommunal xərclərini ödəyir, sahiblik və istifadə hüquqlarını həyata keçirir (heç bir mübahisəsiz və qeyd-şərtsiz). Hazırda cavabdeh 7 (yeddi) nəfər ailə üzvləri ilə birlikdə (gəlin nəvələr də daxil olmaqla) qeyd edilən məkanda yaşayır; - həmçinin 25 i ldir ki, yaşadığı məkan iddiaçının özəlləşdirdiyi əmlaklardan 120-150 metr aralıda yerləşir. İddiaçının daxil olduğu Səhmdar Cəmiyyətinin yaradılmasından çoxçox əvvəldən cavabdeh həmin evin mühafizəsini həyata keçirərək, qanuni əsaslarla orada yaşamağa başlamışdır. Sonradan iddiaçı 2013-cü ildə hərrac yolu ilə həmin idarədəki qanuni əmlakları almışdır; - yaşadıqları və hazırkı mübahisəli “qonaq otağı” (ev) isə qeyri-rəsmi inşa edildiyindən, eləcə də satınalma əmlakların siyahısına daxil edilmədiyindən, iddiaçı belə bir iddianı irəli sürməkdə hüquqi olmayan şəxsdir. Özəlləşdirmədən bir müddət sonra iddiaçı cavabdehdən xahiş etmişdir ki, əmlaklarını satmaqda ona yardımçı olsun; - digər yardımlara yanaşı, cavabdeh iddiaçıdan xahiş etmişdi ki, qanun yol versə (hüquqi savadsızılığının aşağı old uğundan) özəlləşdirilmiş əmlakların yerləşdiyi boş torpaqlarda ev tikmək üçün oğlu Əlişana, kürəkəni Bəxtiyar Mənsimova torpaq sahəsi satsın. Qarşılıqlı razılaşma əsasında (onların yaşadıqları mübahisəli sahə də hesaba alınmaqla) cavabdeh iddiaçıya 5000 (beş min) manat pul vermiş, iddiaçı da öz növbəsində oğlu (gəlininin adına) və kürəkəninə saxta sənədlər (sonradan bilmişdir) əsasında dövlətə məxsus olan, özəlləşdirilməyən torpaq sahəsini dələduzluq yolu ilə satmışdır; - hazırda sözü gedən iddiaçının mülkiyyətində olmayan torpaq sahəsində yaşayış evi inşa edilmişdir.
12. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-567/2020 nömrəli 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı X1 mülkiyyətində olan Kürdəmir şəhəri, Baki prospekti 53 ünvanında yerləşən sahibka r obyektindən (sahəsi 70.0 kv.metr olan idarə binasından) əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması qət edilmişdir. (hakim Müseyib Bayramov)
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı Hərracların Təşkili üzrə Auksion Mərkəzinin keçirdiyi 19 mart 2013-cü il tarixli hərracda Kürdəmir şəhəri, Bakı prospekti 53 ünvanında yerləşən "xxxx" ASC-nin satışa çıxarılan 8309 ədəd səhmlərini (30,02 faizi) almış, sonradan "xxxx" ASC-nin 27677 səhmindən 23509 (84,9406 faiz) səhminə malik olmuş və "xxxx" ASC-nin Səhmdarlarının 05.09.2019-cu il tarixdə keçirilən ümumi yığıncağında "xxxx" ASC-nin təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməklə mülkiyyəti əldə etmişdir.
14. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 157.2, 183-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 78.1-ci maddələrinə istinadən iddianın təmin edilməsi qənaətinə gəlmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılıb və əlavə olaraq qeyd edilib ki, cavabdehin ailə üzvləri ilə birlikdə idarənin həyətindəki “qonaq otağı” kimi qeyri-rəsmi inşa edilmiş (heç bir rəsmi sənəddə qeydiyyatda olmayan) binadan əmlakları ilə çıxarılmaları onların konstitusion hüquqlarının pozulmasına səbəb ola bilər
17. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən obyektin "xxxx" ASC-nin balansında olub-olmamasını müəyyən etmək məqsədilə 04 noyabr 2020-ci il tarixli qərardadla eksp ertiza təyin etmişdir.
18. Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2021-ci il tarixli 10/164 nömrəli ekspert rəyinə əsasən Cavabdeh istifadəsində olan tikilinin İddiaçı Abbasqulu oğlunun mülkiyyətçisi olduğu Kürdəmir şəhəri, Bakı prospekti 53 ünvanında yerləşən "xxxx" ASC- nin balansında və inzibati binasına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
19. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-180/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və İsmayıl Əhmədov)
20. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə nə qəd ər ki, mübahisəli inzibati bina iddiaçının mülkiyyətində olan müəssisənin balansında olmaqla, daşınmaz əmlakın texniki pasportunda öz əksini tapmışdır, iddiaçı əmlakını özgəsinin qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olmamasından ibarət, heç-bir sübuta söykənməyən arqument, qanunla qorunan mülkiyyətçi hüquqlarının pozulmasının aradan qaldırılmasına əngəl ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri: - cavabdehin hazı rda yaşadığı yer iddiaçının özəlləşdirdiyi əmlaklardan 150 metr aralıda yerləşir; - apellyasiya məhkəməsi cavabdehin izahatlarını nəzərə almayaraq Mülki Prosessual Məcllənin 106-cı maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əş yanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmi yyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyas iya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya mə hkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
29. İddia tələbi əmlakın özgəsini n qanunsuz sahibliyindən tələb edilməsi barədədir.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də Hərracların Təşkili üzrə Auksion Mərkəzinin keçirdiyi 19 mart 2013-cü il tarixli hərracda Kürdəmir şəhəri, Bakı prospekti 53 ünvanında yerləşən "xxxx" ASC-nin satışa çıxarılan 8309 ədəd səhmlərini (30,02 faiz) iddiaçı almış, sonradan "xxxx" ASC-nin 27677 səhmindən 23509 (84,9406 faiz) səhminə malik olmuşdur. Mübahisəli inzibati bina iddiaçının mülkiyyətində olan müəssisənin balansında olmaqla, daşınmaz əmlakın texniki pasportunda öz əksini tapmışdır.
31. Cavabdehin hazırda yaşadığı yerin iddiaçının özəlləşdirdiyi əmlaklardan 150 metr aralıda yerləşməsi barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası qəbul etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, apellyasiya məhkəməs i iş materiallarına əsasən mübahisəli inzibati binanın iddiaçının mülkiyyətində olan müəssisənin balansında olmaqla, daşınmaz əmlakın texniki pasportunda öz əksini tapmasını müəyyən etmişdir.
32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdırş.
33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-180/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.