Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2324/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2324/2024 (Açar sözlər: yaxşılaşdırma xərci, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-884/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Yasamal Rayon Məhkəməsinin 4 yanvar 2019-cu il tarixli, 2(004)- 641/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək, cavabdehlər İddiaçı, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızının, X3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının və X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 7 saylı evin 72 saylı (bundan sonra-mənzil) mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və Cavabdeh təhvil verilməsi qət edilmişdir.
3. Yasamal Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(005)- 564/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, X5, Xan hüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və X4 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4 yanvar 2019-cu il tarixli, 2(004)-641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi iddiaçı Cavabdeh 15 sentyabr 2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X6 15 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızından, X1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızından və X2 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qü vvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İlkin iddia üzrə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 7 saylı evin 72 saylı mənzilində aparılmış təmir işlərinə onun tərəfindən çəkilmiş 14.135,50 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 133 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir.
5. İlkin iddia onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzilə aparılmış təmir işləri ilə əlaqədar olaraq İddiaçı tərəfindən 14135,50 manat xərc çəkilmişdir. Nəticədə, mənzilin mülkiyyətçisi Cavabdeh əsassız olaraq varlanmışdır.
6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 700 manat mənəvi zərərin əvəzinin, habelə hüquqi yardıma görə vəkilə ödənilmiş 170 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun öz xeyrinə tutulmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələrinin icra olunmaması və İddiaçı əsassız iddiaları, qanunsuz hərəkətləri nəticəsində Cavabdeh 700 manat mənəvi zərər vurulmuşdur.
8. Qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, mənzilə çəkilmiş xərc 14135,5 manat təşkil edir. Təmir işlərinin məbləği cari xərclərdən (sement, qum, qapı, kafel, lambrin, duş, unitaz, krant, su qızdırıcı, emusiya, mətbəx boruları, elektrik işi, əlcək, verdə, şpavlovka, şpavlovka şotkası, oboy kleyi, lepka və s. bu kimi) ibarətdir.
9. Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(004)-4305/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (h akim Fariz Əlizadə) ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pulun, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 170 manat hüquqi xidmətin göstərilməsinə görə xərcin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə İddiaçı sözügedən mənzildə uzun illərdi yaşayır və ondan qanunsuz olaraq istifadə edir. İddiaçı əgər həmin mənzildə yaşayırsa cari xərcləri çəkməklə xırda təmir işlərini görməklə mülkiyyətçini varlandırmır, əksinə mənzildən öz istifadəsi məqsədilə özünü varlandırır və təmirin nəticəsindən özü və ailəsi istifadə etməklə yararlanır. Belə ki, təmir üzrə “varlanan” da, təmirə pulu xərcləyən də İddiaçı özüdür. Deməli, İddiaçı özü-özünü varlandırıbsa, hüquqi əsası da elə özüdür, öz puludur. Yəni, hüquqi əsas olmadan və ya aradan qalxmış hüquqi əsasa görə varlanma halı aşkar olunmur. Nəticədə, əsassız varlanma hüquq institutu üzrə dispozitiv şərtlərin heç biri ilkin tələb üzrə yerinə yetirilmir. Nəzərə alınmalıdır ki, İddiaçı mübahisə predmeti olan mənzilə münasibətdə mülki qanunvericiliyin (MM-in 157-ci maddəsi) tələbləri baxımından “vicdanlı sahib” statusu yoxdur.
11. Məhkəmə qeyd etmişdir ki, əgər, mənzilə xüsusilə əsaslı xərclər qoyulardısa və ya mənzilin bazar dəyərinin xüsusilə artmasına səbəb olan əhəmiyyətli işlər görülərdisə, bu halda Cavabdeh əsassız olaraq varlanması xüsusatına bəlkə diqqət yetirmək olardı.
12. Həmçi nin iddia ərizəsi üzrə iddiada qeyd olunan işlərin görülməsi tarixi dəqiq olaraq müəyyən edilmədiyindən məhkəmə əsassız varlanma üzrə 2 illik iddia müddətinin (KMPnin hüquqi mövqeyinə əsasən həmin müddət kəsici müddət deyildir) tətbiq edilməsini, iddia müddətinin axımının başlanma tarixinin müəyyən edilməsini aşkar edə bilməmişdir (baxmayaraq ki, ilkin iddiaçı iddia tələbinin faktiki hallarını qeyd etməklə əsaslandırmalı idi). Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi iddia müddətinin tətbiq edilməsi əsası ilə deyil, elə məhz əsassızlığı əsası ilə təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 1091.1, 1092.1, 1092.3, 1095-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. 15. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən: 1.İddiaçı tərəfindən Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 7, 72 nömrəli mənzildə təmirtikinti işlərinin aparıldığı müəyyən edilmişdir.
2. Təmir işlərinin aparılması son illərə (2021ci il) təsadüf edir;
3. İlkin təmirdən əvvəlki vəziyyətdə mənzildə yaşayış olmadığı üç ün görülmüş təmir işləri mənzil üçün zəruri (qaçılmaz) sayılır:
4. Mənzilin təmirinə çəkilmiş xərcin ümumi dəyəri 13.740 manat təşkil edir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(103)-884/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov – sədrlik edən və məruzəçi, Kamran Əkbərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı cavabdehin mülkiyyət hüquqlarını pozur və sonuncunu mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edir. Uzun illərdir ki, ilkin iddiaçı sözügedən mənzildə yaşayır və ondan qanunsuz olaraq istifadə edir. Belə olan hald a İddiaçı həmin mənzildə yaşayaraq cari xərcləri çəkməklə 2021-ci ilə qədər xırda təmir işlərini görməsi cavabdehin onun hesabına əsassız varlanması hesab edilmir. Çünki hazırda da mənzildə iddiaçı özü yaşayır və ondan istifadə edir, həmin təmirdən də özü faydalanır. Demək ki, hazırkı halda əsassız varlanmaya dair münasibətləri tənzimləyən maddi hüquq normasının dispozitiv şərtləri mövcud deyildir. İddiaçının həmin mənzildə 2021-ci ildən sonra apardığı və hazırda cavabdehdən tələb etdiyi təmir xərci barədə iddia tələbi əsassızdır. Aparılmış araşdırmalar zamanı da müəyyən olunmuşdur ki, hazırda da cavabdehə məxsus mənzildə iddiaçı yaşayır və mənzil faktiki onun sahibliyindədir və mənzildən o istifadə edir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mübahisə predmeti olan mənzilə m ünasibətdə mülki qanunvericiliyin (MM-in 157-ci maddəsi) tələbləri baxımından “vicdanlı sahib” statusu olmadığından, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxılmasına başlayarkən tamamilə başqa mövqedə olmuş, mənzilə iddiaçı tərəfindən çəkilmiş xərclərin dəqiqləşdirilməsi üçün ekspertiza təyin etmiş, ekspert tərəfindən mənzilə çəkilmiş xərclərin məbləği müəyyən edilmi ş, lakin yekunda məhkəmə tərəfindən tamamilə başqa bir mövqe ortaya qoyularaq, yenə də iddia tələbi əsassız olaraq təmin edilməmişdir. Belə olacağı təqdirdə sual olunur ki, məhkəmənin ekspertiza təyin etməkdə məqsədi nə olmuşdur. Çünki, yekunda yenə də məcburi köçkün olan iddiaçının üzərinə əlavə olaraq 300 manat məbləğində ekspertiza xərclərinin də ödənilməsi də qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mənzilin cavabdehə təhvil verilməməsi ilə bağlı mövqeyinə dair qeyd edilmiş ki, məhkəmə kollegiyasını iclasında hakimin verdiyi suala cavab olaraq bildirmişdir ki, mənzil hazırda iddiaçının istifadəsində olsa da, yaxın günlərdə Şuşa şəhərinə olacaq növbəti köçürülmə zamanı onun da ailəsinə mənzil veriləcək və o, hazırkı mənzili təhvil verəcək. Artıq möhtərəm cənab Prezidentimiz, A li Baş Komandan İlham Əliyev tərəfindən iddiaçıya Şuşa şəhərində 3 otaqlı mənzilin açarları şəxsən təqdim olunmuş və iddiaçı da hazırda yaşadığı mənzili cavabdehə təhvil vermişdir.
21. Həmçinin iddiaçı qeyd etmişdir ki, hazırda mübahisə gedən mənzil iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
24. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə sa xlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
25. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Məhkəmə kollegiyası qətnaməni ilkin iddiaya aid hissədə yoxlamışdır. Belə ki, qarşılıqlı iddianın həcmi 5000 manatdan az o lduğu üçün qətnamənin həmin tələbin həlli ilə bağlı olan hissəsi kassasiya instansiyası məhkəməsinin baxış predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşıl aşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ilkin iddia üzrə iddiaçı cavabdehin onun qarşısında yaxşılaşdırma xərclərinə görə mülki hüquqi öhdəlik daşıdığını sübuta yetirə bilməmişdir.
37. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Mülki Məcəllənin 157-ci maddəsi baxımından “vicdanlı sahib” statusunda olmamışdır. Onun mübahisəli mənzildə yaşayaraq cari xərcləri çəkməklə 2021-ci ilə qədər xırda təmir işlərini görməsi cavabdehin onun hesabına əsassız varlanması hesab edilmir. Çünki mənzildə özü yaşamış və ondan istifadə edərək faydalanmışdır. İdd iaçının həmin mənzildə 2021-ci ildən sonra apardığı və hazırda cavabdehdən tələb etdiyi təmir xərci barədə iddia tələbi əsassızdır.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və ilkin iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması v əzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-884/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.