Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2325/2020 29.06.2020 ALİ MƏHKƏMƏ İddiaçı: XXX (XXX) XXX XXX qızı Cavabdehlər: “xxxxxxxxxxxxxxxxxxxxxxx” x8 və x9 Aeroportu İddia tələbi: vurulmuş ziyanın əvəzinin ödənilməsi (Açar sözlər: daşıma müqaviləsi, yükün çatdırılması, oğurlanmış yükə görə daşıyıcının məsuliyyəti, hökmün preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad XXXrza oğlunun katibliyi, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi x4 və vəkili x3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12529/2019 nömrXXX iş üzrə 01 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: XXX (XXX) XXX XXX qızı (bundan sonra – iddiaçı) “xxxxxxxxxxxxxxxxxxxxxxx” x2 (bundan sonra – QSC) Naxçıvan-Bakı təyyarə reysinə bilet alaraq, 18.07.2018-ci il tarixdə Bakıya uçmuşdur. İddiaçı təyyarəyə minərkən içərisində qiymətli əşyaları və paltarları olan çantanı təyyarənin yük baqajına təqdim etmişdir. Həmin tarixdə x9 Aeroportuna endikdən sonra hava limanının yerli uçuşlar terminalının 1-ci mərtəbəsindəki sərnişinlərin baqajları qəbul etdiyi gözləmə zalında həmin çantası içərisindəki əşyaları ilə birlikdə baqaj transportyor lentindən oğurlanmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21.05.2019-cu il tarixli, 1(003)-173/2019 saylı hökmü ilə x5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən olunmuşdur ki, x5 18.07.2018-ci il tarixdə J2254 nömrXXX Naxçıvan-Bakı aviareysi ilə uçub gələrkən x9 Aeroportunun yerli uçuşlar terminalının 1-ci mərtəbəsindəki sərnişinlərin baqajları qəbul etdiyi gözləmə zalında həmin aviareyslə uçub gəlmiş sərnişin İddiaçı məxsus çantanı gizli yolla talayaraq zərərçəkmiş şəxs İddiaçı cəmi 18320 manat ziyan vurmaqla oğurluq etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş m addi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 20.000 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat, iddianın verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yükü hava limanının əməkdaşlarının məsuliyyətsizliyi, səriştəsizliyi və günahı üzündən oğurlanmışdır. Sonradan hava limanındakı kamera görüntülərinə baxıldıqda məlum olmuşdur ki, çantası x5 və Bəhruz adlı şəxs tərəfindən oğurlanıb. Halbuki QSC yükün iddiaçıya çatdırılmasını təmin etmXXX, yüklərin birkalara uyğun öz sahibləri tərəfindən hava limanından çıxarılmasını yoxlamalı idi. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalardan sonra cinayət işi açılm ış və nədənsə yalnız Kənan Hüseynli həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Halbuki, kamera görüntülərindən də açıq-aşkar görünür ki, çantasını x12 adlı başqa şəxslə əlbir olaraq oğurlayıb. Cinayət işinin obyektiv və düzgün aparılmaması barədə aidiyyəti orqanlara etdiyi çoxsaylı müraciətlər cavabsız qalmışdır. Cinayət işi üzrə əmtəəşünaslıq ekspertizası keçirilmiş və ona dəymiş ziyanın məbləği (yəni oğurlanmış çantasının və içindəkilərin dəyəri) 18.320 manat müəyyən edilmiş və hazıradək ödənilməmişdir. İddiaçı, sərnişin olaraq öz yükünü yük daşıyıcı şirkət olan QSC-yə etibar etmişdir və yükün ona çatdırılmaması üçün birbaşa həmin şirkət məsuliyyət daşıyır. Dəymiş ziyan müqavilə üzrə öhdXXXklərini icra etmədiyinə görə cavabdeh tərəfindən ona ödənilmXXXdir. Cav abdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC iddia tələbinə etiraz edərək bildirmişdir ki, 17.07.2018-ci il tarixdə sərnişin olan iddiaçı Naxçıvan-Bakı marşrutu üzrə J22254 nömrXXX reyslə daşınması üçün 57 kq çəkidə 3 yer baqaj (o cümlədən, J2080465 baqaj birkası ilə 19 kq çəkidə 1 yer baqaj) qəbul olunmuşdur. Həmin baqaj daşımaya ümumi əsaslarla qəbul olunmuş və dəyəri (baqajın içərisindəki əşyalar və onların dəyəri) bəyan edilməmişdir. Naxçıvan-Bakı marşrutu üzrə J22254 nömrXXX reys Beynəlxalq Aeroporta gəldikdən sonra həmin reysdə olan bütün baqaj, o cümlədən iddiaçının baqajı hava gəmisindən çıxarılmış və qeyd olunan reysin sərnişinləri, o cümlədən iddiaçının olduğu gəlmə zalına gətirilmişdir. Lakin həmin reysin baqajının təhvil verilməsi başa çatdıqdan sonra iddiaçı J2080465 nömrXXX baqaj birk asını təqdim edərək 19 kq çəkidə və 20.000 manat dəyərində bir yer baqajı almadığını iddia etmiş və bununla əlaqədar baqajın gəlməməsi barədə akt tərtib edilmişdir. İddiaçı zərərlə bağlı hazırkı iş üzrə cavabdehlərə deyil, cinayət işi üzrə məhkum edilmiş şəxsə qarşı iddia irXXX sürmXXXdir. İddiaçının yükü baqaj transportyor lenti ilə gəlmə zalına çatdırılmışdır, yəni QSC həmin baqajın daşınması ilə bağlı bütün öhdXXXklərini yerinə yetirmişdir. Aviabiletin alındığı andan etibarən sərnişin QSC ilə daşıma müqaviləsini bağlayır və həmin müqavilənin bütün şərtləri ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 408.7-ci maddəsinin müddəalarına uyğun olaraq sərnişinlə bağlanan daşıma müqaviləsi ümumi oferta sayılır. QSC mülki qanunvericiliyə, “xxxxxxxxx xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”na əsasən öz öhdXXXklərini yerinə yetirib və iddiaçı qarşısında maddi məsuliyyət daşımır. İddiaçı tərəfindən irXXX sürülən tələbin məbləğinə gəldikdə isə, məsuliyyətin yaranmasına əsas olduqda belə, aviadaşıyıcının məsuliyyətinin həcmi beynəlxalq sənədlərə əsasən hər kiloqrama görə 19 SDR (20 ABŞ dolları) ilə məhdudlaşır (baqaj daşıma üçün təqdim edildiyi zaman sərnişin onun dəyərini bəyan etmədiyi təqdirdə). Hazırkı məsuliyyət həddi norması “Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üçün Varşava Konvensiyası”nın müddəaları ilə müəyyən edilmişdir və Azərbaycan Respublikası Mülki Aviasiya Administrasiyasının 01.12.2011-ci il tarixli, 39 nömrXXX əmrinə əsasən yerli hava xətlərində aviadaşıyıcının məsuliyyət həddini təyin edir. B akı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2924/2019 nömrXXX iş üzrə 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-12529/2019 nömrXXX iş üzrə 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiya məhkəmələri müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında sərnişin daşıma müqaviləsindən irXXX gələn münasibətləri yaranmışdır və bu daş ımanın predmetinə həm də iddiaçının əl yükü daxildir. İş üzrə iddiaçı tərəfindən gediş bileti və yükün birkası məhkəməyə təqdim edilməsə də, bu hal mübahisələndirilmədiyindən və cavabdeh tərəfindən təsdiq edildiyindən işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 842-ci maddəsini, QSC-nin 15.02.2013-cü il tarixli, 120 nömrXXX əmri ilə təsdiq edilmiş və mülki aviasiya sahəsində dövlət idarəetmə orqanı olan Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nın 15.17.1, 22.5.3, 22.5.7; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.06.2007-ci il tarixli, 94 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çı xdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydasının 4.3.1, 4.3.8-ci bəndlərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 82.4-cü maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dXXXlləri formal mülahizə xarakteri daşıyır, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdeh QSC tərəfindən iddiaçının baqajı yüklərin birkalar əsasında təhvil verilməsi üçün nəzərdə tutulmuş ümumi yerdə təhvil üçün təqdim edilmişdir. Lakin baqaj başqa şəxs tərəfindən oğurlanaraq nəzarətdən kəna r məntəqədən çıxarılmışdır. QSC-nin baqajın oğurlanmasında təqsirli olması işdə olan sübutlarla təsdiq olunmur. İddiaçının iddia ərizəsində qeyd etdiyi baqajın oğurlanmasına aidiyyəti olan təqsirli şəxs məlumdur və hökmün həmin hissəsi hazırda mülki mühakimə icraatı qaydasında işə baxan məhkəmə üçün məcburidir. İddiaçının əri olan zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş zərərin ödənilməsi tələbinə dair iddia qaldırmaq hüququ vardır. QSC baqajın oğurlanması hadisəsinə görə iddiaçı qarşısında məsuliyyət daşımır. Belə ki, baqajın daşınması əsnasında həmin baqaj cavabdeh tərəfindən itirilməmiş, məhv edilməmiş və yaxud zədələnməmişdir. Baqajın oğurlanmasında cavabdehin hər hansı təqsirli hərəkət və yaxud hərəkətsizliyi cinayət işinə baxılan zam an müəyyən olunmamışdır. Kassasiya şikayətinin dXXXlləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı (vəkil x6) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən MPM-in 82.4-cü maddəsinin tələbərini səhv tətbiq etmiş, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin; Mülki Məcəllənin 385.1, 386.1. 425.1, 425.2, 430.1, 442, 448.1, 842.1, 850.1, 859.1-ci maddələrinin; “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.1, 2.5, 10.1-ci maddələrinin; 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 13, 17-ci maddəsinin 2-ci bəndinin; 18-ci maddəsinin 2-ci bəndinin tələblərinə riayət etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Əvvəla apelyasiya instansiyası məhkəməsinin MPM-in 82.4-cü maddəsinə istinad etməklə gəldiyi qənaət tamamilə yanlışdır. Belə ki, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin 21,05.2019-cu il tarixli, 1(003)-173/2019 saylı hökmünün qanuni qüvvəyə minməsinə dair heç bir sübut yoxdur. Apelyasiya instansiya məhkəməsi cinayət işi üzrə çıxarılmış hökmün mübahisələndirilməsini nəzərə almamış və həmin hökmə istinad etmişdir. Bununla yanaşı, məhkəmə işin hallarını tam və obyektiv araşdırmamış, oğurluq hadisəsinin cavabdeh şirkətin əməkdaşlarının səhlənkarlığı nəticəsində baş verdiyini nəzə rə almamışdır. İş üzrə x9 Aeroportunun da cavabdehlik daşımasına baxmayaraq apelyasiya instansiya məhkəməsi həmin cavabdehi dəvət etmədən, onun iddia ərizəsinə və apellyasiya şikayətinə münasibətini bilmədən qətnamə qəbul etmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”na istinad edərək QSC-nin hazırkı iş üzrə heç bir məsuliyyət daşımadığını qeyd edir. Halbuki, Mülki Məcəllə və beynəlxalq konvensiyalar daha üstün hüquqi qüvvəyə malikdir və ziddiyyət yaranarsa, həmin normalar tətbiq edilmXXXdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi x10 və vəkili x7 ayrı-ayrılıqda kassasiya şikayətinin dXXXllərinə etiraz edərək onun təmin olunmamasını, ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı, eləcə də digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dXXXlləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irXXX gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmXXXdir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür (maddə 842.1). Sərnişin daşınması müqav iləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır (maddə 842.2.). Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır (maddə 859.1). QSC-nin 15.02.2013-cü il tarixli, 120 nömrXXX əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx Təyinat məntəqəsində və ya dayanacaq yerində baqajın götürülməsinə görə məsuliyyəti sə rnişin özü daşıyır (15.17.1). Aviaşirkət onun təqsiri olmadan baş vermiş zərərə görə məsuliyyət daşımır və kompensasiya ödəmir (22.5.3). Kövrək və tezsınan əşyaların zədələnməsinə, pul, zinət əşyaları, qiymətli metallar, gümüş məmulatlar, qiymətli və işgüzar kağızlar, dərman vasitələri, açarlar, pasportlar, vəsiqələr və qeydiyyata alınmış baqaj qismində qəbul olunmayan digər əşyalara görə, aviaşirkətin bu əşyaların baqajda olub-olmadığını bilməsindən asılı olmayaraq məsuliyyət daşımır (22.5.7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.06.2007-ci il tarixli, 94 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası Daşıyıcı baqajı daşınma üçün qəbul etdiyi andan lazımi şəxsə və ya digər təşkilata təhvil verənə qədər onun qorunub saxlanmasına görə müəyyən edilmiş qaydalara uyğun məsuliyyət daşıyır (4.3.1). Daşıyıcı baqaja qoyulmuş pul və qiymətli kağızların, sənədlərin, qiymətli daşların və daşınma zamanı xüsusi saxlanma tədbirləri tələb edən digər oxşar əşyaların itməsinə görə məsuliyyət daşımır (4.3.8, üçüncü hissə). MPM. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisXXX hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində hazırkı iş üzrə mübahisələndirilən yükün aeroportun gözləmə zalından oğurlanması barədə cinayət işi üzrə hökm qanuni qüvvəyə minmədiyi üçün həmin hökmə istinad olunmasını əsassız hesab edir. Lakin iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış etmiş (i.v. 164) və həmin çıxarış əsasında hökmdən şikayət və ya protest verilmədiyini müəyyən etmi şdir. İddiaçı kassasiya şikayətində hökmün mübahisələndirildiyini qeyd etsə də, iş materiallarında bununla bağlı məlumat mövcud deyil. Bu baxımdan şikayətin qeyd olunan dXXXli əsassızdır. İddiaçı, həmçinin tələbinin əsası kimi bir sıra beynəlxalq müqavilə və milli qanunvericilik normalarına istinad etmiş, lakin hava daşıyıcısının baqaj transportyor lentinə təhvil verildikdən sonra oğurlanmış yükə görə məsuliyyətini müəyyən edən hər hansı konkret normaya istinad edə bilməmişdir. Kassator eyni zamanda Mülki Məcəllənin yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcının onun tam dəyərini ödəmXXX olduğu barədə 859.1-ci maddəsinə istinad edir. Lakin həmin maddənin ikinci cümləsinə müvafiq olaraq əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübu t edilənədək itirilmiş sayılır. Baxılan iş üzrə məhkəmələr iddiaçıya məxsus yükün QSC tərəfindən itirildiyini müəyyən etməmişlər. Əksinə məhkəmələr qanuni qüvvəyə minmiş hökmə əsasən müəyyən etmişlər ki, QSC tərəfindən iddiaçının yükü x9 Aeroportunun 1-ci mərtəbəsindəki sərnişinlərin baqajları qəbul etdiyi gözləmə zalında baqaj transportyor lentinə təhvil verildikdən sonra həmin lentdən x5 tərəfindən oğurlanmışdır. Kassasiya şikayətinin digər dXXXlləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dXXXllər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gXXXr ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12529/2019 nömrXXX iş üzrə 01 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2325/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2325/2020
29.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver