Məhkəmə qərarları › İş №2(102)-2327/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2327/2020

17.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2327/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili X1, cavabdeh Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı borc tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2(103)-12038/2019 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayəti üzrə mülki işə açıq m əhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun xeyrinə 10000 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi verərək, 45000 manatlıq telefon hissələrinin pulunun İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan tələbini azaldıb cavabdeh Cavabdeh onun xeyrinə 9159 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-613/2019 saylı, 15 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin, qarşılıqlı iddia rədd edilmişdir.(hakim Pərviz Hüseynov) Cavabdehin qətnamədən verdiyi apelyasiya şika yəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12038/2019 saylı, 12 noyabr 2019-cu iltarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-613/2019 saylı iş üzrə 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (hakimlər Raqib Qurbanov (sədrlik edən və məruzəçi)Etibar Nəbiyev, Aida Hüseyn) Cavabdeh Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Obyektiv a raşdırma aparılmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəkili Məhərrəmov Valeh Bədir oğlu kassasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin vəkillərini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasənkassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnam əsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı (iddiaçı) tələbinin faktiki əsası kimi xaricdən mobil telefonların ehtiyat hissələrini gətirib satışını təşkil etmək üçün cavabdehə 10000 ABŞ dolları pul verməsini, qarşılıqlı əvəzləşmə yolu ilə borcun bir qismi ödənildikdən sonra, qalan 9159 ABŞ dollarını cavabdehin qaytarmamasına istinad etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) iddiasının faktiki əsası isə iddiaçıdan aldığı 10000 ABŞ dolları pulun müqabilində iddiaçıya mobil telefonların 45000 manatlıq ehtiyat hissələri verməsindən ibarətdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası iş materiallarına əsasən ilk iddia üzrə iddiaçı ilə cavabdeh arasında mülki qanunvericiliklə qadağan olunmayan birgə fəaliyyət haqqında razılıq olmasını, birgə fəaliyyət çərçivəsində iddiaçının cavabdehə 10000 ABŞ dolları pul verməsini, fəaliyyətin alınmamasını, verimiş pulun 841 ABŞ dollarının əvəzləşmə qaydasında ödənillməklə, qalan 9159 ABŞ dolları pulun ödənilməməsini, bununla da cavabdehin əsassız varlanmasını, eləcə də qarşılıqlı iddia üzrə tələbin sübuta yetirilməməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 1091, 1092.1-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İlk iddia ərizəsi üzrə işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında mülki qanu nvericiliklə qadağan olunmayan birgə fəaliyyət haqqında razılıq olub, bu fəaliyyət çərçivəsində iddiaçı cavabdehə 10000 ABŞ dolları pul verib, tərəflərin fəaliyyəti baş tutmayıb, əvəzləşmə qaydasında cavabdeh iddiaçıdan aldığı 10000 ABŞ dollarının 841 ABŞ dollarının qaytarıb, 9159 ABŞ dolları pul isə ödənilməmiş qalıb. Bununla da cavabdeh 9159 ABŞ dolları pul miqdarında əsassız varlanıb. Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələriə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına, yəni cavabdehinvarlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilənin olmaması, başqa sözlə cavabdehin əsassız varlanması halının mövcudluğuna əsasən mübahisəyə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrini düzgün tətbiq etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbi isə sübuta yetirlməməsi əsası ilə birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, apelyaisya instansiyası da həmin əsasla şikayəti təmin etməyərkən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə də düzgün olmuşdur. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halından görünür ki, qarşılıqlı iddiaçı iddia tələbində göstərilən ehtiyat hissələrinin cavabdehdə (ilk iddiaçı) olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. HalbukiMülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia təl əbinin sübuta yetirilməsi qarşılıqlı iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, qarşılıqlı iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 -ci maddəlsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər qarşılıqlı iddiaçının (cavabdehin) apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəm əsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhk əmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)-12038/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar