Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2330/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: daş hasarın sökülməsi, maneələrin aradan qaldırılması, torpaq sahəsinin geri qaytarılması və çıxarışın ləğvi Açar sözlər: torpaq sahəsinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi X6, Cavabdehin vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları X4 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09.11.2006-cı il tarixli müqaviləyə əsasən, Sabunçu rayonu, Ləhiş ərazisindəki 0.12 ha 2078 saylı bağ sahəsi sonuncunun istifadəsinə ayrılmışdır. Nərimanov Rayon Məhkəməsinin 28 mart 2011-ci il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilərək, XXXərazisindəki 0.12 ha torpaq sahəsi olan 2080 b saylı bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan sxemin (cizgisinin) tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. XXX, 0.12 ha sahədən ibarət ola n 2080b saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə 23 fevral 2012-ci il tarixdə X2, 07 aprel 2012-ci il tarixdə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05.03.2019-cu il tarixli qərardadına əsasən, inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair tələblərə inzibati-iqtisadi məhkəmədə baxılmalı olduğundan iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı irəli sürdüyü iddia tələbi üzrə mülki işin icraatına xitam verilmiş, Nərimanov Rayon Məhkəməsinin 28.03.2011-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icr aat 19 iyun 2019-cu il tarixdə Əliyev X5 Ədalət Murtuz oğluna qarşı daş hasarın sökülməsi, maneələrin aradan qaldırılması, torpaq sahəsinin geri qaytarılması və çıxarışın ləğvi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 2080 b sahəsinə dair Cavabdeh verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ona məxsus Sabunçu rayonu, Ləhiş ərazisindəki 0.12 ha 2078 saylı bağ sahəsinin çıxışı qarşısında çəkilmiş hasarın Cavabdeh tərəfindən və onun hesabına sökülməsi və zəbt olunmuş həmin bağ sahəsinin cavabdeh tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-488 0/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, məhkəmə tədqiqi zamanı cavabdeh tərəf məhkəməyə müvafiq çıxarışların surətini təqdim edərək, həmin daşınmaz əmlakı X1 qanuni əsaslarla aldığını bildirmiş və məhkəmə araşdırılması zamanı da hazırda həmin bağ sahəsinin sonuncunun mülkiyyətində olması öz təsdiqini tapmışdır. Bundan başqa, mülki prosessual qanunvericiliyin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus torpaq sahəsinin hüdudları düzgün şəkildə müəyyən edilməmiş, onun torpaq sahəsinin hüdudları qanunsuz olan məhkəmə qətnaməsi əsasında iddiaçıya ayrılmış torpaq sahəsində qeydə alınmışdır. Cavabdehin torpaq sahəsinə dair əsassız mülkiyyət hüququnun olmasını təsdiq edən çıxarışa malik olması iddiaçının qanunla qorunan istifadə və sahiblik hüquqlarını pozmamalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6778/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev, T.S.Səmədov, İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, sözü gedən bağ sahəsi daha əvvəl məxsus olmuş X3 münasibətdə mübahisələndirilməli olduğundan və həmin hallar hazırki mülki işin həllinə birbaşa təsir göstərdiyindən, apelyasiya şikayətində göstərilən dəlillər əsaslı hesab olunmamaqla iddiacının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.03.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 iddiası təmin edilərək, mübahisəli bağ sahəsinin plan-sxeminin (cizgisinin) tərtib edilməsi vəzifəsi ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə tapşırılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 05.03.2019-cu il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilərək, işə ümumi məhkəmədə deyil, inzibati-iqtisadi məhkəmədə baxılmalı olması səbəbindən mülki işin icraatına xitam verilmişdir. Buradan görünür ki, qətnamə mahiyyəti üzrə deyil, aidiyyət məsələsinə görə ləğv edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi çıxarışla deyil, plan sxemlə bağlı olmuşdur. Mübahisəli bağ sahəsi MA seriyalı, ******* nömrəli əsasən X2 adına Cavabdeh adına verilmiş MA seriyalı, ******* saylı, 07.04.2012-ci il qeydiyyat tarixli çıxarışdan daha əvvəl – 23.02.2012-ci il tarixində verilmişdir. Ona görə də, iddiaçı əvvəlcə Babək Abdullayevin adına olan çıxarışı, çıxarışdan sonrakı alqı-satqı müqaviləsini, sonra hazırda mübahisəli bağ sahəsinin məxsus olduğu Cavabdeh adına olan çıxarışı və s. mübahisələndirə bilər. Cavabdehin torpaq sahəsinə dair əsassız mülkiyyət hüququn un olmasını təsdiq edən çıxarışa malik olması iddiaçının qanunla qorunan istifadə və sahiblik hüquqlarını pozması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətinin müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxs in xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1,-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2330/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2330/2021
07.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver