Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2332/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ( "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: deliktdən irəli gələn mübahisələr, maddi və mənəvi zərər tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzini ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-464/2025 nömr əli, 12 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı maşın (avtomobil) İddiaçı mülkiyyətindədir. Cavabdeh idarə etdiyi “Nissan Micra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü X1 idarə etdiyi “Hyundai Elantra” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, sürücü Nümayəndə2 idarə etdiyi “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və sürücü X2 idarə etdiyi “VAZ-2107” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər toqquşmuşdur.
2. Yol nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/158 nömrəli rəyinə əsasən hadisədə təqsirkar Cavabdehdur.
3. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 328.1 -ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
4. Gəncə şəhəri X7 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında AP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan və bununla əlaqədar Gəncə şəhəri X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, cavabdeh, “Nissan Micra” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, yəni xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınınına əks istiqamətdə hərəkət etmə, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 328.1 -ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli ƏQ- 315/2024 nömrəli mütəx əssis rəyinə əsasən İddiaçı məxsus “VAZ” markalı, “21074” modelli, **-DB-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, “Qara metallik” rəngli, sedan tipli minik avtomobilinin əvvəlki vəziyyətə gətirilməsi üçün dəymiş ziyanın real bazar dəyəri 2808 (iki min səkkiz yüz səksən) manat təşkil edir.
6. Gəncə avtomotoservis və ticarət müəssisəsinin 9 saylı TXE tərəfindən verilmiş 27 vqust 2024-cü il tarixli qüsur aktına əsasən “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2900 manat məbləğində ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı maşına 2808 manat məbləğində maddi ziyanın, 3000 mənəvi ziyanın, maşın olmadığı üçün çəkilən xərclərin əvəzi qismində 5000 manatın, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat üçün ödənilmiş 67,92 manat pulun, cəmi 10875,92 manatın və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı birinci qrup əlildir. Mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı maşına dəymiş ziyan 2808 manat təşkil edir. Cavabdeh iddiaçıya dəymiş ziyanı bu günə qədər ödəməmişdir. Həmçinin iddiaçıya əlavə ziyan dəymiş, çünki uzun müddətdir ki, maşınsız qaldığı üçün taksidən istifadə etmək məcburiyyətində qalmışdır. Ailəsində oğlu, qızı, nəvəsi var. Maşın onlara daim lazım olub. Çünki həmin maşınla tələbatlarını ödəyə bilmək üçün xəstəxanaya və digər yerlərə gedirlər. Lakin həmin avtomobil yararsız vəziyyətə düşdüyü üçün 5000 manat məbləğində əlavə xərci çıxmışdır. Nəticədə ona maddi ziyan dəymişdir. Ona görə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi (vəkil) iddiya etirazında göstərib ki, iddiaçıya dəymiş ziyanı "xxxx" ASC ödəyib.
10. Birinci instansiya məhkəməsi "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
11. Birinci instansiya məhkəməsi avtomobilə dəymiş zərərin miqdarını müəyyən etmək üçün ekspertiza təyin etmiş və ekspert qarşısında müvafiq suallar qoymuşd ur.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 9/5468 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə ilə nəzəri hesablama yolu ilə “Gəncə avtomotoservis və ticarət müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, 20- DB-352 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci (dəyişilməli hissələrin qiyməti - 790,00 manat; təmir-bərpa işlərinin qiyməti 1050,00 manat) təxminən 1840,00 manatdır.
13. Gəncə Şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(125)-2859/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən dəymiş maddi zərərə görə 1840 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38,40 manat olmaqla, cəmi 1878,40 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim Fuad Fərhadov)
11. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin mübahisəsiz halına görə cavabdeh etibarnamə əsasında idarə etdiyi “Nissan Micra” markalı 99- RB-554 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkəti qaydaları pozmaqla iddiaçıya məxsus, “VAZ 21074” markalı, 20DB352 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, zərər vuran avtomobil isə cavabdehin istifadə və sahibliyin də olduğundan və onun tərəfindən idarə edildiyindən, həmçinin yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması müəyyən edildiyindən, yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə, cavabdeh özü birbaşa məsuliyyət daşıyır.
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbi iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə tələb edilən məbləğdə deyil, ekspert rəyinə görə cəmi 1840 manat məbləğində təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, ekspert rəyi daha mötəbər sübut kimi qiymətləndirilməlidir.
15. Birinci instansiya məhkəməsi iddia tələbini vurulmuş mənəvi ziyana görə 3000 manat, avtomobil olmadığı üçün çəkilən xərclərin əvəzinə görə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab etməmişdir.
16. Birinci instansiya məhkəməsi mənəvi ziyanla bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbində cavabdeh tərəfindən ona 3000 manat məbləğində mənəvi ziyan vurulduğunu bildirsə də, mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini sübut etməmişdir. Bundan başqa, iddiaçı ona məxsus avtomobili istifadə etmək mümkün olmadığından ailə üzvlərinin səhhəti ilə əlaqədar dəfələrlə taksi xidmətindən istifadə etdiyini göstərərək bununla əlaqədar ona 5000 manat məbləğində maddi ziyan dəydiyini göst ərsə də, məhkəmə prosesində bu halları təsdiq edən heç bir təsdiqləyici faktları və ya sübutları təqdim etməmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya mənəvi zərər, eləcə də taksi xərcləri ilə bağlı maddi ziyan vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, bu xüsusatlar üzrə sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1, 1108.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1 -ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası mahkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Birinci instansiya məhkəməsi cavabdehin təqsirli olduğunu müəyyən etmiş, lakin iddiaçıya dəymiş maddi və mənəvi ziyanın, habelə digər xərclərin (taksi, sığorta müraciəti xərcləri və s.) böyük hissəsini rədd etmiş, yalnız 1.840 (bir min səkkiz yüz qırx) manat məbləğində zərərin ödənilməsinə dair qərar çıxarmışdır. İddiaçı 1-ci qrup əlildir. Hadisədən sonra uzun müddət avtomobilsiz qalmış, bununla bağlı həm fiziki, həm maddi, həm də mənəvi zərər görmüşdür. Məhkəmənin gəldiyi nəticədə (yalnız 1.840 manat ödənilməsi) onun bu vəziyyəti lazımi səviyyədə nəzərə alınmamışdır. Halbuki avtomobil iddiaçının və ailəsinin yeganə komfortlu nəqliyyat vasitəsi olmuşdur. “VAZ 21074” markalı avtomobilə dəymiş ziyanın daha yüksək olması özəl qiymətləndirmə rəyində (2.808 manat) və digər sənədlərdə (2.900 manat) göstərilsə də, birinci instansiya rəsmi ekspert rəyinə (1.840 manat) üstünlük vermiş, amma bu rəyin nə dərəcədə tam, hərtərəfli olub-olmadığını obyektiv araşdırmamışdır. Məhkəmə mənəvi ziyanın, taksi xərcləri və digər sərfiyyatların əsassız sayılmasını düzgün dəyərləndirməmiş, xüsusən də 1-ci qrup əlil kimi iddiaçının həyat fəaliyyətindəki çətinlikləri faktiki olaraq nəzərə almamışdır. Sığorta orqanına dəfələrlə müraciət edilsə də, cavabdehin hərəkətsizliyi ucbatından heç bir ödəniş edilməmişdir.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-464/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gənc ə Şəhər Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(125)-2859/2024 saylı qətnaməsi qismən-iddianın təmin edilməmiş hissəsində ləğv edilərək və həmin hissədə yeni qətnamə çıxarılmış, cavabdehdən mənəvi zərərə görə 200 manat, çəkilmiş xərcin əvəzi kimi 500 manatın alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissəsində təmin edilməməsi qət edilmişdir. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Rüfət Məcidov)
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halına görə cavabdeh etibarnamə əsasında idarə etdiyi “Nissan Micra” markalı 99- RB-554 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkəti qaydaları pozmaqla iddiaçıya məxsus “VAZ 21074” markal ı, 20DB352 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və iş üzrə cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olmuşdur. İddiaçı iddia tələbində 2808 manat məbləğində dəymiş maddi ziyanın əvəzini tələb etsə də iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5468 nömrəli, xx.xx.2024cü il tarixli ekspert rəyi ilə 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, 20- DB352 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1840,00 manat müəyyən edilmişdir. Odur ki, birinci intansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etməklə iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur, həm də nəzərə alınmalıdır ki, iddiaçıya sığorta təşkilatı tərəfindən 1000 (bir min) manat sığorta ödənişi də edilmişdir.
23. Bununla belə, apellyasiya inst ansiyası məhkəməsi iddia tələbinin mənəvi ziyan və çəkilən xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi razılaşmayaraq göstərmişdir ki, iddiaçı İ qrup kimi xüsusi qayğıya ehtiyacı olduğundan və bir müddət avtomobilsiz qaldığından mənəvi iztirablar çəkmiş, eyni zamanda avtomobili olmadığna görə başqa nəqliyyat vasitələrindən istifadə etməli olmuşdur. Bu da işin mübahisəsiz halıdır. Baxmayaraq iddiaçı çəkilmiş xərclərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Birinci instansiya məhkəmə bu xüsusata diqqət yetirməmiş və iddia tələbini mənəvi ziyan və çəkilmiş xərcin əvəzinin ödənilməsi hissədində tam təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, id diaçının keçirtdiyi iztirab və sarsıntıya görə 200 manat mənəvi zərərin əvəzi, 500 manat çəkilmiş xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçıya verilməsi ağlabatandır.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 135.11, 152.1, 157.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın tam təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, şikayətdə apelyasiya instansiyası məhkəməsinin də zərərlə bağlı düzgün nəticəyə gəlməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın dai mi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin dəlilləri və məzmunundan görünür ki, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilmə si üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası kassasiya şikayətini şikayətin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, ap ellyasiya şikayətinin dəlillərinə düzgün qiymət verməklə, əlavə olaraq maddi və mənəvi zərərin əvəzini də tutmuşdur.
34. İddia tələbi delikt nəticəsində dəymiş ziyanın (maddi və mənəvi) ödənilməsi barədədir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur.
36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
37. İddiaçı daha çox maddi zərərə düşməsini işdəki sübutlarla təsdiq edə bilməyib. Üstəlik, mənəvi zərərlə bağlı təmin edilməyən hissədə də işin hallarına uyğun olmuşdur.
38. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissələrdə iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, o, öz tələbini tam sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmişdir.
39. Apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutları, o cümlədən ekspert rəyini düzgün qiymətləndirmiş, sübutetmə yükünü düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmi ş, nəhayət, mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
40. Kassasiya şikayətinin dəlilləri də iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmaqla zərər məbləğinin daha yüksək olması barədədir.
41. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-464/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.