Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2335/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X3 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-9781/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim V.İ.Həsənov, iş № 2(008)-7780/2017) İddiaçı Cavabdeh-yə qarşı iddiası təmin edilərək xx xxxxxx 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə İddiaçı təyin olunmuş müavinət, kompensasiya və digər ödəni şlər dayandırıldığı vaxtdan, yəni 1992-ci il tarixdən etibarən Cavabdeh-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov, iş № 2(103)-2187/2018) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Q.A.Əsgərov və Q.Ə.Allahverdiyev, iş № 2(102)4905/2018) cavabdehin kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apel yasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apelyasiya qaydasında baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov, iş № 2(103)-1052/2019) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.M.Rüstəmov, iş № 2(102)-3935/2019) iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə üçüncü dəfə apelyasiya qaydasında baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı 57 №-li X1 fəhlə işləyərkən xx xxxxxx 1991-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini 80 faiz itirməsinə görə ona xx xxxx 1992-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi, xx xxxxxx 1995-ci il tarixdə keçirilmiş təkrar müayinə zamanı 1 il müddətinə əmək qabiliyyətinin 60 faiz it irməsinə görə ona 3-cü dərəcə əlillik dərəcəsi, xx xxxx 1997-ci il tarixdə keçirilmiş müayinə zamanı əmək qabiliyyətini 60 faiz itirməsinə görə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Əmək və X4 Nazirliyi 23 №-li X8 Komissiyası tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş müayinə aktlarına görə İddiaçı hazırda əmək qabiliyyətini 60 faiz itirməklə 3-cü qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli sərəncamına əsasən 57 №-li SMD Cavabdeh-nin balansına verilmişdir. 2017-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aldığı xəsarətə görə işlədiyi 57 №-li SMD tərəfindən ona aylıq müavinət ödənilməsini, lakin 1992-ci ildən etibarən müavinətin ödənilməsinin dayandırılmasını və bunun səbəbinin X5 Yevlax Rayon şöbəsi tərəfindən S MD-nin özəlləşdirilməsi ilə izah edilməsini, bundan sonra Cavabdeh–yə müraciət etsə də, ona məhkəməyə müraciət etməsinin izah olunmasını, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən ona sağlamlığının pozulması ilə əlaqədar aylıq ödənclərin verilməli olmasını və “Özəlləşdirilən və idarətməyə verilən dövlət müəssisəsinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslər aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.5-ci bəndinə uyğun olaraq Cavabdeh-dən tutulmalı olmasını əsas göstərməklə xx xxxxxx 1991-ci il tarixdə aldığı xəsarətə görə ona təyin olunmuş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı 1992-ci ildən etibarə n Cavabdeh–dən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək aldığı xəsarətə görə ona müavinət ödəyən SMD-nin Cavabdeh-nin balansına verilməsini və bununla əlaqədar əmək qabiliyyətini itirdiyi faiz miqdarında ödəncin də ondan tutulmalı olmasına baxmayaraq tələbinin qanunsuz olaraq rədd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçı və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xah iş etdilər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı Cavabdeh-yə qarşı iddia tələbini rədd edərkən iddiaçının işlədiyi “Yevlax Kəndtikinti” 57 №-li SMD-nin özəlləşdirilməsinin həyata keçirilməməsini, Cavabdeh-nin həmin idarənin hüquqi varisi olmamasını, iddiaçıya ödəncin verilməsi barədə X1 Ko mitəsində məlumatın olmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi hallar iddianın rədd edilməsi üçün əsas verməmiş, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmamışdır. İş üzrə mübahisəsiz müəyyən olunmuşdur ki, iddiaçı 1991-1992-ci illərdə 57 №-li SMD–də fəhlə işləmiş və xx xxxxxx 1991-ci il tarixdə baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış, həmin fakt qanunla müəyyən olunmuş qaydada sənədləşdirilmiş, nəticədə 3-cü dərəcəli əlil olmaqla əmək qabiliyyətinin 60 faizini itirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə ko rlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Qanunun həmin normasına görə bədbəxt hadisə nəticəsində sağlamlığı pozulmuş şəxsə dəyən zərər ödənilməli və ona müvafiq ödənclər verilməlidir. İddiaçı iddia etməsinə görə sağlamlığını itirməsi ilə əlaqədar ona işlədiyi müəssisə tərəfindən aylıq ödənclər verilmiş, lakin müəssisənin özəlləşdirməyə çıxarılması ilə əlaqədar 1992-ci ildən həmin ödənclərin verilməsi dayandırılmışdır. Lakin işdə iddiaçıya SMD tərəfindən ödənclərin verilməsi, ödənclərin konkret olaraq hansı müddətə qədər verilməsi, ödənclərin verilməsi dayandırıldıqdan sonra iddiaçının uzun müddət ərzində bu barədə müvafiq səlahiyyətli orqanlara müraciət etməsi barədə işdə zəruri məlumatlar yoxdur. İşə baxan məhkəmə kollegiyası isə həmin halları lazımınca araşdırmamışdır. İddiaçıya ümumiyyətlə aldığı xəsarətə görə ödənclərin verilməməsi eləcə də verilməli olmaması tərəflər arasında mübahisəyə səbəb olmamışdır. İrəli sürülən tələb Mülki Məcəlləyə görə iddia müddətinin şamil edilmədiyi tələblərə aid olduğundan həmin tələbin nə vaxt qaldırılması mübahisənin həlli üçün ciddi əhəmiyyət kəsb etmir. Yuxarıda göstərilən halların araşdırılması yalnız işin həqiqi hallarının müəyyən olunub qiymətləndirilməsi, o cümlədən ödənclərin verilməsi üçün cavabdehin məsuliyyətinin yaranması anının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Müəssisə Nazirlər Kabinetinin sərəncamın a əsasən 2005-ci ildə cavabdehin balansına verilsə də, iddiaçı həmin vaxta qədər ona ödənilməmiş ödənclərin verilməməsini də, qanuna görə tələb etmək hüququna malik olmuşdur. Son nəticədə müəssisənin özəlləşdirilməməsi və X1 Komitəsində iddiaçıya ödənclərin verilməsi barədə məlumatların olub-olmaması barədə məhkəmə kollegiyasının istinad etdiyi hallar iddianın rədd edilməsi üçün əsas verməmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli sərəncamından görünür ki, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilmiş Respublikanın Şəhər və Rayonlarında olan bir-sıra müəssisələr, o cümlədən “Yevlax Kəndtikiti” 57 №-li SMD Cavabdeh–nin balansına təhvil verilmiş və bu, Dövlət Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh–n in ümumi razılığı əsasında həyata keçirilmişdir. Göründüyü kimi SMD bütün əmlakı ilə birlikdə cavabdehə təhvil verilmişdir. Apelyasiya instansiyası məhkəməsi göstərilən vəziyyətdə cavabdehin SMD-nin hüquqi varisi olmaması barədə nəticəyə gələrkən qətnaməni qanunun tələbinə müvafiq olaraq əsaslandırmamış və Mülki Məcəllənin 56-cı maddəsinin müddəalarını nəzərə almamışdır. Qanunun hüquq varisliyini müəyyən edən həmin normasına görə hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. (56.1) Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. (56.2) Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili haqqında qər ar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. Qanunun göstərilən normalarına görə yenidən təşkil edilmiş hüquqi şəxs birləşmiş və qoşulmuş hüquqi şəxslərin hüquq varisi hesab olunur və bu zaman birləşən və qoşulan hüquqi şəxslərin hüquq və vəzifələri yenidən təşkil edilmiş hüquqi şəxsə keçir. Hüquq varisliyinə görə yenidən təşkil edilmiş hüquqi şəxs ona birləşən və qoşulan hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşıyır. Qanunun göstərilən normaları mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, yuxarıda qeyd olunduğu kimi, apelyasiy a instansiyası məhkəməsi həmin müddəaların tələbləri baxımından hüquq varisliyi məsələsinə qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə
Məhkəmə qərarları › İş №2(102)-2335/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2335/2020
18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver