Məhkəmə qərarları › İş №2(102)-2338/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2338/2019

08.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2338/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2338/2019 08 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və Cavabdeh vəkili ***nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(103)-12247/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim A.Əl iyev) 30 avqust 2018-ci il tarixli, 2(005)-2077/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 711 manat və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, cavabdehə məxsus *** mənzildən su və kanalizasiya axıntısının qarşısının alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) 21.11.2018-ci il tarixli, 2(103)-12247/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 100000 manat, dövlət rüsumu olaraq 30 manat, cəmi 105030 manat pulun Cavabdeh tutularaq ona verilməsi, cavabdehin üzərinə ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildən su və kanalizasiya axıntısının qarşısının alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən əmlakın mülkiyyətçisidir. Artıq bir ildən çoxdur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin üstündəki 3 saylı mənzildən ona aid əmlaka kanalizasiya suyu axıdılmaqdadır. Kanalizasiya sularının axıntısı nəticəsində iddiaçıya 5000 manatdan artıq maddi, 100000 manat da mənəvi ziyan dəymişdir. Bununla əlaqədar həmin 3 saylı mənzilin sahibinə dəfələrlə oğlu X2 vasitəsilə müraciət etsə də, həmçinin əraziyə baxan 30 saylı MKİS-nin əməkdaşlarının köməyi ilə məsələni həll etməyə cəhd etsə də, bir nəticə əldə edə bilməmiş, bu gün də müəyyən aralıqlara iddiaçıya aid əmlaka 3 saylı mənzildən kanalizasiya suları axıdılmaqdadır. Bunun qarşısının alınması və ona dəymiş ziyanın əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Hesab edir ki, cavabdeh, onun əmlakına 5000 manatdan artıq maddi ziyan vurduğuna görə, cavabdeh həmin ziyanın əvəzini ödəməlidir ki, iddiaçı həmin pula ona məxsus qeyri-yaşayış sahəsini təmir etdirsin. Bundan başqa, bu xoşagəlməz hadisə nəticəsində iddiaçı aylardır ki, əmlakına ziyan vurulmasına, ziyanın aradan qaldırılmamasına görə əsəb sarsıntısı keçirmiş, səhhəti pozulmuş, ona mənəvi zərər dəymişdir. Hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzində 100000 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə yalnız iddia tərəfin tə qdim etdiyi sübutlar əsasında və birtərəfli qətnamə qəbul etmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2018-ci il tarixli, 9380\81 №-li ekspert rəyindən müəyyən olur ki, ekspert onun iştirakı, məlumatı olmadan tərtib edilmiş 30 saylı mənzil istismar sahəsinin 21 fevral 2018-ci il tarixli aktında göstərilənləri nəzərə alaraq rəy vermişdir, eyni zamanda mənzilin gözlə görünən hissələrində hər hansı bir nasazlığın olmamasının müəyyən edildiyini qeyd etmişdir. Sözügedən rəy yalnız ehtimallardan ibarətdir. Eyni zamanda, "*** ASC-nin" *** Su kanal İdarəsinin 25 yanvar 2019-cu il tarixli aktı ilə müəyyən olur ki, ünvan 3 ünvanın 1-ci mərtəbəsində yerləşən mağazaya baxış keçirilmiş, qeyd olunan mağazada istər təmiz su, istərsə də çirkab suyun sızıntısı aşkar olunmamışdır. Eyni zamanda, ümumi kanalizasiya xəttinin həmin mağazanın tavanından keçən hissəsində vaxtı ilə baş vermiş tutulma zamanı çirkab suyun sıxıntısı baş vermiş, qəza aradan qaldırılaraq yaranmış problem öz müsbət həllini tapmışdır. Hazırda həmin ünvanda heç bir problem aşkar olunmamışdır. Həmçinin, 30 saylı MKİS-nin 28 yanvar 2019-cu il tarixli aktından da görünür ki, ünvan 3 ünvanın 1-ci mərtəbəsində yerləşən mağazaya "*** ASC-nin" *** Su kanal İdarəsinin əməkdaşlarının aktı əsasında baxış keçirilmiş qeyd olunan mağazada heç bir su sızması aşkar olunmamış və ümumi kanalizasiya xəttinin həmin mağazanın tavanından keçən hissəsində vaxtı ilə baş vermiş tutulma zamanı çirkab suyun sıxıntısı baş vermiş, qəza aradan qaldırılaraq yaranmış proble m öz müsbət həllini tapmışdır. Hazırda həmin ünvanda heç bir problem aşkar olunmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat vermişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.11.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı Nq ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 11761 nömrəli vərəqində 05.09.2013-cü ildə qeydiyyata alınmışdır. *** mənzil isə 26 saylı DNK-nın 4Ə/01-212 reyestr nömrəli 28.07.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2018-ci il tarixli, 9380/81 №-li ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı əldə olunmuş məlumatları və mülki iş materiallarında olan 30 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 21 fevral 2018-ci il tarixli aktının göstəricilərini nəzərə alaraq, *** qeyri-yaşayış sahəsinə üst mərtəbədə yerləşən 3 saylı mənzildən suyun sızması müəyyən edilir. Lakin, 3 saylı mənzilin sanitar-texniki qurğu və avadanlıqlarına baxış keçirdikdə, onların üzərində, gözlə görünən hissələrində hər hansı bir nasazlıq (qüsur və s.) müşahidə edilmədiyinə görə, iddiaçının mənzilinə suyun sızmasının konkret olaraq hansı texniki səbəblərdən baş verməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Su sızmanın müxtəlif, o cümlədən boru xətlərində yaranan qəzadan, sanitar- qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, hamam və ayaqyolu otaqlarının döşəmələrinin izolyasiya qatının keyfiyyətsiz olmasından, mənzillərin sanitar-texniki qovşaqları üzrə hər hansı dəyişikliklərin və təmir işlərinin keyfiyyətsiz a parılmasından və s. səbəblərdən ola bilər. Su sızma nəticəsində, *** qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 711 manat məbləğində müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən b aşqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Sadalanan maddi hüquq normalarına görə delikt nəticəsində vurulmuş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Apellyasiya instansiyası məhkəməsi sadalanan hüquq normalarını işin hallarına tətbiq edərək hesab etmişdir ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, həmin binanın 3 nömrəli mənzilindən su sızması nəticəsində 1 nömrəli mənzilə zərər vurulmuşdur. Həmin zərərin məbləği ekspert tərəfindən 711 manat dəyərində müəyyən edilmişdir. Kassasiya kollegiyası hesab edir ki, məhkəmə aktı o zaman qanuni hesab edilir ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən deli kt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstinad edilən maddi hüquq normasından göründüyü kimi və apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, delikt nəticəsində vurulmuş zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, habelə zərər vuran şəxsin təqsirli olması kimi hallar müəyyən edilməlidir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən cavabdehdən zərərin tutulmasına əsas olmuş yuxarıda qeyd edilən hallar üzrə sübutetmə yükü məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəyinə istinad etməklə iddia tələbinin əsaslarının sübuta yetirilməsinə istinad etsə də, bu qənaətə prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə riayət etmədən gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsa sən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək Konstitusiya Məhkəməsi Plenumunun ***nın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 21 may 2006cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kassasiya kollegiyası işin faktiki hallarına müdaxilə etmədən qeyd edir ki, ekspertiza rəyinin məzmununun suyun axıdılması səbəbi, habelə bununla bağlı cavabdeh tərəfin təqsiri ilə bağlı hissəsinin ziddiyyətli olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi nəinki həmin ziddiyyətlərin aradan qaldırılması üzrə prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməmiş, hətta apellyasiya şikayətinin ekspertiza rəyinin mötəbərliyini şübhə altına alan dəlillərinə belə qiymət vermədən sadəcə olaraq birinci instansiyası məhkəməsinin qənaətini təkrarlamaqla kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 392.1.6-cı maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticəsi göstərilməlidir; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şik ayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edilən prosessual hüquq normalarının pozuntusu ilə yanaşı qeyd etməyi zəruri hesab edir ki, X3 Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin bu qərarı əsaslandırılmış, qanuni və ədaləltli qərar tələblərinə cavab verməyən qərar kimi qiymətləndirilməlidir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı apellyasiya şikayətində əks olunmuş halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə b axan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(103)12247/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə mini r. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar