Məhkəmə qərarları › İş №2(102)-2338/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2338/2024

23.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2338/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, istifadə hüququ itirilmiş hesab edilməklə yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(105)-450/2024 nömrəli qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Cavabdeh 02 noyabr 2019-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından X1 adlı övladları anadan olmuşdur. Tərəflərin nikahları 19 yanvar 2023cü il tarixdə pozulmuşdur.

2. Çoxmənzilli yaşayış binasının tikintisi haqda 14 yanvar 2019-cu il tarixli müqaviləyə və həmin tarixli maliyyə arayışına əsasən, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-ya məxsus olan 16A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzili 36356 manata almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı id dia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, 16A saylı evin 12 saylı mənzilinə köçürülməsi, cavabdehin həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması, cavabdehin X1 ilə birgə həmin mənzilindən çıxarılması, cavabdehə məxsus cehiz əşyalarının - yataq dəsti, qonaq dəsti, mətbəx mebeli, dəhliz mebeli, eyvan şkafı, məişət əşyaları - soyuducu, paltaryuyan, qabyuyan, televizor, ütünün mənzildən cavabdehin hesabına çıxarılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və "xxxx" MTK arasında 14 yanvar 2019-cu il tarixli çoxmənzilli yaşayış binasının tikinti si haqqında fərdi müqavilə bağlanmış və iddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-ya məxsus olan 16A nömrəli binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 1 otaqlı 12 saylı mənzili almaqla, mənzilin dəyərini təşkil edən 36350 manatı tam ödənilmişdir. İddiaçı mənzili aldıqdan sonra onu tam təmir etdirmiş, 2019-cu ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində isə cavabdehin cehiz əmlakları həmin mənzilə gətirilmişdir. Həmin ilin noyabr ayında Şəmkir rayonunda tərəflərin toy mərasimi olmuş, 5-10 gündən sonra onlar qeyd olunan mənzildə yaşamağa başlamışlar. Nikah pozulduqdan sonra cavabdeh faktiki olaraq iddiaçını öz mənzilindən məhrum etmişdir. İddiaçı bir neçə aydır ki, kirayədə yaşamağa məcbur olmuşdur. Cavabdeh iddiaçıya məxsus mənzildə yaşamaqda davam etməklə və əşyaları nı mənzildə saxlamaqla ona öz mənzilindən istifadə etməsində, əmlakı üzərində sərəncam verməsində mane olur. Halbuki, cavabdehin mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 39 saylı evdə yerləşən 3 otaqlı 43 nömrəli mənzil vardır. Cavabdeh bu mənzili nikahdan əvvəl alqı-satqı yolu ilə əldə etmişdir. Göründüyü kimi, cavabdehin mənzil ehtiyacının təmin olunması üçün tam şəraiti və imkanı olmaqla onun 1 otaqlı mənzilindən istifadə edib yaşamasına ehtiyacı yoxdur.

5. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)3425/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Abbasova) iddianın qismən təmin edilməsi, İsrayıllı (Məmmədli) Məhbubə İsa qızının övladı X1 ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 y/m, 16A saylı evin 12 saylı mənzilindən çıxarılması, İsr ayıllı (Məmmədli) Məhbubə İsa qızına məxsus cehiz əşyalarının - yataq dəstinin, qonaq dəstinin, mətbəx mebelinin, dəhliz mebelinin, eyvan şkafının; məişət əşyalarının - soyuducunun, paltaryuyanın, qabyuyanın, televizorun və ütünün İsrayıllı (Məmmədli) Məhbubə İsa qızının hesabına həmin mənzildən çıxarılması və cavabdehə məxsus əmlakların bu mənzildən çıxarıldıqdan sonra Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 y/m, 16A saylı evin 12 saylı mənzili İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyinə görə, ona dair reyestrdən çıxarış mövcud olmasa da, o, həmin əmlakın faktiki mülkiyyətçisidir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir.

7. Cavabdeh boşanmadan sonra da mübahisəli evdə uşağı ilə birlikdə yaşamaqdadır. Cavabdehin mülkiyyətində daha geniş mənzil mövcuddur. İddiaçı bu əsasla hesab edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququ itirilmiş hesab olunmalıdır.

8. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edən məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı ilə nikahına xitam verildiyi tarixdən, yəni 02 mart 2023cü il tarixdən mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir. Mövcud olmayan hüququn itirilmiş hesab edilməsi isə hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Bu səbəbdən iddia cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində təmin edilməməlidir.

9. Bununla belə, qeyd edilən mənzil iddiaçının faktiki mülkiyyətində olması səbəbindən və cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmadığından onun azyaşlı uşağı və əmlakları ilə birlikdə oradan çıxarılması, həmçinin mənzilin iddiaçıya təhvil verilməsi barədə tələb təmin edilməlidir.

10. Məhkəmə iddia tələbinin iddiaçının mübahisəli mənzilə köçürülməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin çıxarılması hissəsində iddia tələbi təmin edildiyindən, iddiaçının həmin mənzil üzərində əvvəlki hüquqları bərpa edildiyindən və sonuncuya həmin mənzillə bağlı heç bir maneə yaranmadığından onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi mövqeyin i Azərbaycan Respublikası Konstitusiyasının 29, 43-cü, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Məcəllənin 27.2, 27.3, 152.1 və 152.5, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(105)-450/2024 nömrəli qətnaməsi ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər L.E.Rəhimlidən və F.Ə.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023cü il tarixli, 2(012)-3425/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətində qeyd edilən dəlillərə: mübahisəli mənzilin iddiaçının xüsusi mülkiyyətdə olmamasına, həmin mənzilin alınmasında və təmirində cavabdehin iddiaçı ilə birlikdə iştirak etməsinə düzgün hüquqi qiymət verilməməsinə dair münasibətdə qeyd etmişdir ki, cavabdeh bununla bağlı heç bir mötəbər sübut məhkəmə yə təqdim etməmişdir.

15. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı, yəni Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan “yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər” kimi təsbit olunmuş maddi hüquq normasının düzgün tətbiq olunmaması ilə bağlı apellyasiya kollegiyası göstərmişdir ki, cavabdeh məhkəmə kollegiyasının iclasında qeyd etmişdir ki, Bakı şəh əri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 saylı evin 43 saylı mənzili faktiki dayısına məxsus olmuş, dayısının həyat yoldaşı ilə münasibətləri yaxşı olmadığına görə formal olaraq həmin mənzil onun adına rəsmiləşdirilmiş və dayısı tərəfindən digər şəxslərin kirayəsinə verilmişdir. 5 oktyabr 2023-cü il tarixdə isə həmin mənzil onun tərəfindən dayısına bağışlanmışdır. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsi ilə 07 iyun 2023-cü il tarixində birinci instansiya məhkəməsinə müraciət etmiş və iddia ərizəsində cavabdehin mülkiyyətində yuxarıda qeyd olunan 3 otaqlı mənzilin olduğunu göstərmişdir. Lakin, cavabdeh bununla əlaqədar birinci instansiya məhkəməsində həmin mənzilin faktiki olaraq yaxın qohumuna məxsus olmasına dair sübutlar təqdim etməmişdir. Göstərilən mənzilin qətna mənin çıxarılmasından 20 gün əvvəl, yəni 5 oktyabr 2023-cü ildə başqa şəxsə bağışlanmaqla özgəninkiləşdirilməsi isə həmin mənzilin 2015-ci ildə görünüş üçün cavabdehin adına rəsmiləşdirilməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(105)-450/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Məcəllənin 228.5ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 14.2, 77.1, 88, 217-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarı pozulmuşdur. O cümlədən, cavabdeh 22 fevral 2024-cü il tarixə, saat 10:30-a təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə məhkəməyə ərizə ilə müraciət etmiş, lakin məhkəmə tərəfindən ərizəyə məhəl qoyulmamış və cavabdehin iştirakı olmadan yekun məhkəmə aktı çıxarılmışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. İddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, cavabdehin mülkiyyətində mənzil vardır. Cavabdehin məhkəmənin son baxış iclasında həmin mənzili bağışlaması iddianın rədd olunması üçün əsas ola bilməz. Cavabdeh məhkəmə proseslərini uzatmağa çalışmışdır. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tə rəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı ( əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasib ətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tar ixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlə t reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respub likası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

26. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosess ual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya məhkəməsi düzgün olaraq mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən mənzilin qanuni sahibi olan iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin mənzildən istifadə hüququ saxlanılmamışdır.

30. Kassasiya şikayətinin digər dəlili işə apellyasiya məhkəməsində cavabdeh tərəfin iştirakı olmadan baxılması ilə bağlıdır.

31. İş materiallarından müəyyən olunur ki, işə apellyasiya məhkəməsində baxılarkən 01 fevral 2024-cü il tarixli iclasda cavabdeh, habelə nümayəndəsi, Vəkil iştirak etmiş, apellyasiya şikayətinin dəlilləri üzrə izahat vermişlər. Məhkəmə iclası əlavə araşdırma üçün 22 fevral 2024-cü il tarixə təxirə salınsa da, cavabdehin vəkili ərizə ilə müraciət edərək səhhətində olan problemlə bağlı məhkəmə i clasını bir daha təxirə salınmasını xahiş etmişdir. Apellyasiya kollegiyası ərizəçinin xəstə olması barədə hər hansı sübutu ərizəyə əlavə etmədiyini əsas gətirməklə, vəsatəti təmin etməmiş və işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbinə riayət edilmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməl i, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(105)-450/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar