Məhkəmə qərarları › İş №2(102)-2341/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2341/2019

01.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2341/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2341/2019 01 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli, 2(103)11851/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, *** nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinin ləğv edilməsinə və müvafiq olaraq həmin qiymətləndirməyə əsasən aparılan hərracın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.ƏSədova) 05 iyul 2016-cı il tarixli, 2(005)-1033/2016 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdeh “xxxx” MMC, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC, Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, “xxxx” ASC-nin ləğvedicisinə qarşı “qiymətləndirmənin ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov) 07 may 2018-ci il tarixli, 2(103)-4146/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı iddiasının təmin edilməsi “xxxx” MMC tərəfindən keçirilmiş Bakı şəhəri, *** dair əmlakın qiymətləndirilməsi barədə 26 oktyabr 2012-ci il tarixli 784 saylı qiymətləndirmə rəyi əsasında keçirilmiş 07 dekabr 2015-ci il tarixli 98/01 saylı hərracın nəticələrinin etibarsız hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3660/2011 saylı, 08.09.2011-ci il tarixli icra sənədi üzrə icranın təmin edilməsi ilə əlaqədar həmin iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Dadaş Vasif küçəsi, ev 35, 105000 manat ilkin satış qiyməti ilə yenidən hərraca çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: A.Ə.İskəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov) 25 sentyabr 2018-ci il tarixli, 2(102)6220/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) 23.11.2018-ci il tarixli, 2(103)-11851/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır. İddiaçı və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən onun məhkəmədə iştirakını təmin etməmişdir və bunu belə əsaslandırmışdır ki, o, hüzürü düşdüyü ilə bağlı məhkəmə iclasının təxirə salınmasına dair ərizə göndərmiş olsa da, həmin faktı təsdiqləyən sənəd ərizəsinə əlavə etməmişdir. Hüzür düşməsi faktını təsdiq e dən sənədin nədən ibarət olması barədə isə məlumat verməmişdir. Prosessual qanunvericilik apellyasiya instansiyasında məhkəmə baxışının aparılmasına üç ay müddət verir. Məhkəmənin onun iştirakı olmadan qısa müddətdə məhkəmə çəkişməsi prinsipinin tələblərini pozmaqla çıxardığı qətnamə qanunsuzdur. Belə ki, o, prosessual müdafiə hüquqlarından məhrum olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPMnin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 23.11.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı mülkiyyətinə olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi Dadaş Vasif küçəsində yerləşən 35 saylı mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3660/2011 saylı, 08.09.2011-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 12.08.2015-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmışdır. “xxxx" MMC tərəfindən keçirilmiş hərrac nəticəsində mənzil 54.187,50 manata tələbkar “xxxx” ASC-yə (etibarnamə əsasında nümayəndəsi X5) satılmışdır. İddiaçı iddia tələbində ilk olaraq “xxxx” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi Dadaş Vasif küçəsi 35 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinin ləğv edilməsini və bundan sonra da həmin qiymətləndirməyə əsasən aparılan hərracın etibarsız sayılmasını xahiş e dir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 319.5-ci maddəsinə əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzr ə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion form asında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni h ərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hes ab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı evini ipotekaya qoyarkən qiymətləndirmə cavabdeh tərəfindən deyil, müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Həmin dövrdə onun evinin qiyməti 150.000 (yüz əlli min) manat təşkil edirdisə, evinə qoyulan qiymətlə razılaşmaya bilərdi. Buna baxmayaraq, ipoteka predmeti olan ev, ipoteka qoyularkən müəyyən edilmiş qiymətlə deyil, sonradan, 2012-ci ildə yenidən qiymətləndirilərək 85.000 (səksən beş min) manata hərraca çıxarılmışdır. İkincisi, iddiaçı ipoteka qoyularkən müəyyən edilmiş qiymətin mübahisələndirməsinin ha zırki iddia baxımından ona hansı məqsədlə faydalı ola biləcəyini, nə iddia ərizəsində, nədə apellyasiya şikayətində açıqlamamışdır. Əksinə, həmin qiymətləndirməyə əsasən keçirilən hərracın etibarsızlığını tələb edir ki, hərracın da həmin qiymətləndirmə əsasında keçirilmədiyi bəllidir. Göründüyü kimi, hərracın etibarsızlığı üçün hər hansı bir əsas olmamış, o cümlədən iddiaçı da belə bir əsasın mövcudluğuna dair ciddi bir dəlil göstərməmişdir. Üçüncüsü, iddiaçı apellyasiya şikayətində bilavasitə iddianın predmeti ilə bağlı olmayan “ipoteka müqaviləsində cavabdeh tərəf faizlərin hesablanmasında öz xeyirinə hesablamış və bu da məhkəmə tərəfindən qəbul edilmişdir”, “məhkəmə iclasına gecikməyi səbəbindən ödənişləri ilə bağlı digər sübutlarını da məhkəməyə təqdim edə bilməmişdi” kimi ziddiyətli d əlillərdən istifadə edir. Bu hal da, onu təsdiq edir ki, iddiaçının nə iddianın, nədə apellyasiya şikayəti verilməsində əsaslı mənafeyi olmamış, yalnız qətnamənin icrasını yubatmaq məqsədilə bu vasitələrdən istifadə edir. Dördüncüsü, ipoteka predmeti hərracda satılmadığı halda, onun təkrar hərracdakı qiymətindən 25 faiz aşağı qiymətlə almaq ipoteka saxlayanın hüququdur. Bu qiymətə, ipoteka qoyanın da həmin evi almaq hüququ və imkanı olmuşdur. Lakin, ipoteka qoyan olan iddiaçının bu imkandan istifadə etməməsi hərracın etibarsızlığı üçün əsas ola bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəpros essualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Formal dəlillərdən ibarət kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli, 2(103)-11851/2018 nömrəli qətnaməsi də yişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar