Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2342/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, XXXnə və XXX2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2342/22 (Açar sözlər: mirası qəbul edilməsi, miras əmlakın bölünməsi) Bakı şəhəri, 12 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, XXXnə və XXX2nə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-172/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı A ğacavid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 İddiaçı əmisidir. İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi 1900-cu ildə inşa edilmiş və İddiaçı babası, Cavabdeh1 atası Ağasəlim Cavadova məxsus olmuş, sonuncunun vəfatından sonra kolxozçu həyətinin növbəti üzvü kimi X7 ailə başçısı olmaqla, ailə üzvlərinin istifadəsində olmuşdur. X7 1948-ci ildə vəfat etmişdir.
2. Cavabdeh1 Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, İsmayıllı rayon Basqal bələdiyyəsinin arayışları və tərtib olunmuş aktlar əsasında İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,023 ha torpaq sahəsini və onun üzərindəki fərdi yaşayış evini 11 mart 2019-cu il tarixdə adına tam xüsusi mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və ona Çıxarış verilmişdir.
3. İddiaçı doğma əmisi Cavabdeh1 mülkü qanunsuz olaraq öz adına özəlləşdirməsi və həmin mülkə onun da hüquqları olması ilə bağlı mübahisə başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və XXX2nə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0,023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və İsmayıllı rayonun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0,023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin 1/2 hissəsinin iddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, X2 vəfatından sonra mübahisəli ev iddiaçının atası X8 və əmisi Cavabdeh1 tərəfindən idarə olunmuşdur. 1960-cı ildə atası Bakı şəhərinə, əmisi isə Sumqayıt şəhərinə köçmüş və sonra hər ikisi evlənərək şəhərdə yaşamağa başl amışlar. Atası və əmisi Basqal qəsəbəsindəki miras qalmış evi şifahi razılığa əsasən öz aralarında bölmüşlər. İki mərtəbəli, dörd otaqlı evin alt və üst mərtəbələr olmaqla iki otağı atasının, digər iki otağı isə əmisinin istifadəsinə keçmişdir. Atası vəfat etdikdən sonra miras əmlakın ona çatan hissəsini faktiki qəbul edərək idarə etməyə başlamışdır. Miras ev istifadəyə yararsız olduğundan iddiaçı tərəfindən təmir edilmiş, dəmir qapı qoyulmuş və həyəti təmizləyərək səliqəyə salınmışdır. İddiaçı Bakı şəhərində yaşamağına baxmayaraq, hər il yay aylarında Basqal qəsəbəsinə gələrək ailəsi ilə birlikdə həmin evdə qalır. Evdə yaşayış üçün zəruri əşyalar var. Bu illər ərzində birinci cavabdehlə aralarında heç bir narazılıq olmamış, evin ümumi qapısının açarı hər ikisində olmuş və evdən hər ikisi istifadə etmişlər. 2019-cu ildə iddiaçı bilmişdir ki, birinci cavabdeh ona məlumat vermədən Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən həmin evdə özünün tək yaşaması ilə bağlı həqiqəti əks etdirməyən arayışlar əldə edərək, həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin tam mülkiyyətçisi kimi Çıxarış almışdır. O, babasından atasına, atasından isə ona miras qalmış əmlaka cavabdeh tərəfindən öz şəxsi əmlakı kimi mülkiyyət sənədi almağı qanunsuz hesab edir.
6. İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ilə (hakim R.Şirinov) iddiа təmin edilmiş, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0,023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İsmayıllı rayonun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0,023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin 1/2 hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının atası Ağacavad Cavadov atası Ağasəlim Cavadovdan miras qalmış İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən iki mərtəbəli, dörd otaqlı evin bir hissəsini faktiki qəbul etmiş, mülkün digər hissəsini isə Cavabdeh1 qəbul etmişd ir. Digər vərəsələr miras əmlakı qəbul etmək üçün müraciət etməmiş və mirası faktiki qəbul etməmişlər. İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktı məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir. Cavabdeh1 atasından miras qalmış əmlakı miras əmlak kimi deyil, özünə məxsus əmlak kimi bütövlükdə öz mülkiyyətinə keçirmişdir. Bununla da iddiaçının vərəsəlik, gözlənilən mülkiyyət hüquqlarını pozmuş və qanun üzrə vərəsəlik əsasında ona çatacaq paydan məhrum etmişdir.
8. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 iyun 2020-ci il tarixli, 2(107)-632/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.Məcidov - sədrlik edən və məruzəçi, hakimlər M.Əsədli və G.Abbasov) Cavab deh1 apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi vəXXX2nə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0,023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, İddiaçı 18 aprel 1972-ci ildə ölmüş atası X3 atası Ağasəlim Cavadovdan və bacısı X1 miras qalmış 0,023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin X8 tərəfindən qəbul edilmiş 1/2 hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə hazırki mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına deyil, hazırda qüvvədə olan Az ərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə istinad etməklə mübahisəni həll etmişdir.
11. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Şamayev – sədrlik edən və məruzəçi, E.Vəliyeva və A.Abbasov) 19 oktyabr 2020-ci il tarixli, 2(102)-5078/2020 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 iyun 2020-ci il tarixli, 2(107)-632/2020 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını – mübahisələndirilən daşınmaz əmlaka X2 və ailə üzvlərinin mövcud hüquqları aydınlaşdırılmamış və ailə başçısı kimi qeyd olunan şəxsin öldüyü məqamda qüvvədə olan maddi hüquq normalarına uyğun mirasın qəbul edilməsi, o cümlədən iddiaçının atası tərəfindən mirası qəbul etməsi faktını araşdırmamış, mülki işə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-569/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 saylı qətnaməsi ləğv edilmiş, iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir.
15. İddiaçı Ağacavid oğlu həmin qətnamədən kassasiy a şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İ.Xələfov - sədrlik edən və məruzəçi, Z.Əliyev və Ə.Əhmədov), 2(102)-5034/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı Ağacavid oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-569/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Kassasiya kollegiyası qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmin halların yoxlanılmasını və işin həmin hallarının qiymətləndirilməsini təmin etməmiş və belə vəziyyətdə iddiaçının atası və özü tərəfindən mirasın qəbul edilməməsi barədə n əticəyə gəlmişdir. Beləliklə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməmiş, iş üzrə müəyyənliyin yaranması təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Mahmudov sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) 01 fevral 2022-ci il tarixli, 2(107)172/2022 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi iddianın təmin olunmuş “İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış evi və 0.23 ha həyətyanı torpaq sahəsinə Cavabdeh1 adına verilmiş DƏDRX-in 9 saylı Əİ tərəfindən tərtib edilmiş 11.03.2019-cu il tarixli ******* saylı dövlət reyestrindən Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilməsi və bu hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
19. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Mahmudov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) 01 fevral 2022-ci il tarixli, 2(107)-172/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmuş “İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunmasının müəyyən edilməs i hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə rədd edilməsi qət edilmişdir.
20. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmlak hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına olduğundan və həmin əmlakla bağlı verilmiş Çıxarış qüvvədə olduğundan və Çıxarışın ləğv edilməsi iddiasına baxılması inzibati məhkəmənin səlahiyyətinə aid olduğundan hazırki vəziyyətdə mirasın qəbul edilməsi barədə tələb qiymət verilməsi mümkün deyil. Kollegiyanın qənaətinə görə iddia tələbinin bu hissəsinə cavabdehin adına verilmiş çıxarışın hüquqi vəziyyəti, yəni reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasına qiymət verildikdən sonra baxılması mümkündür.
21. İddiaçı Ağacavid oğlu həmin qətnamədən kassasiya şi kayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı Ağacavid oğlu kassasiya şikayəti verərək qərardadın ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. 1923-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-nin Mülki Məcəlləsi:
24. Maddə
488. Qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaql ar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaş-bacıları hesab olunurlar.
25. Maddə
499. Vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur.
26. Maddə
500. Vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-c i maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər. 1964-cü ildə qəbul edilmiş və 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-nin Mülki Məcəlləsi:
27. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528 Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
28. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri ) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
29. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlər inin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqi q olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
40. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
44. Mülki Prosessual Məcəlləyə əsasən (§35), kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Lakin, apellyasiya instansiya məhkəməsi mübahisənin qanuni həllinin təmin edilməsi üçün kassasiya instansiyası məhkəməsinin qə rarında verilmiş göstərişlərə əməl etməmişdir.
45. Belə ki, həmin qərara görə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının atası da daxil olmaqla mübahisəli əmlaka X2 və ailə üzvlərinin hüquqlarının olması aydınlaşdırılmamış və ailə başçısı kimi qeyd olunan şəxsin öldüyü məqamda qüvvədə olan maddi hüquq normalarına uyğun mirasın qəbul edilməsi, o cümlədən iddiaçının atası tərəfindən mirasın qəbul edilməsi faktı araşdırılmamış, X2, X4 və X5 vərəsələrinin mövcud olub-olmaması, onların miras əmlaka hüquqlarının olması araşdırılmamış, miras əmlakdan payların düzgün müəyyən edilməsi üçün zəruri olduğu halda həmin şəxslərin işə cəlb edilməsi təmin edilməmiş, mirasın əvvəlcə anası Humayin ilə birlikdə, anasının ölümündən sonra isə bilavasitə faktiki qəbul etməsi barədə iddiaçının göst ərdikləri yoxlanılmamış, mübahisəli torpaq sahəsinin və evin cavabdehin adına sənədləşdirilməsinə etiraz etməməsinə dair ərizə vermiş X6 əmlaka hüququnun olubolmaması, payından imtina etməsinin səbəbləri araşdırılmamışdır.
46. Apellyasiya məhkəməsi həmin Qərarda qeyd edilənləri araşdırmadan belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmlak hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına olduğundan və həmin əmlakla bağlı verilmiş Çıxarış qüvvədə olduğundan, hazırki vəziyyətdə iddia tələbinin ikinci hissəsinə münasibət bildirmək mümkün deyil. Buna görə də, Çıxarış ləğv olunmadan, iddia tələbinin bu hissəsi təmin edilə bilməz.
47. Halbuki, iddiaçının müvafiq Çıxarışı inzibati icraat qaydasında mübahisələndirə bilməsi üçün hazırki mübahisə çərçivəsində onun mübahisəli əm lakı miras əmlak qismində qəbul edib-etməməsi müəyyən olunmalı, nəticədə müvafiq Çıxarışı inzibati icraat qaydasında mübahisələndirə bilməsi üçün subyektiv hüququnun olubolmaması aydınlaşdırılmalıdır.
48. Beləliklə, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin miras əmlakın qəbuluna dair hissəsini Çıxarışın qüvvədə olmasından asılı etməklə, yanlış nəticəyə gəlmişdir.
49. Kollegiya qeyd edir ki, iddianın bir hissəsinin, yəni Çıxarışın ləğv edilməsi iddiasının inzibati məhkəmədə baxılmalı olması ilə bağlı qərardad qanuni hesab edilərək dəyişdirilmədən saxlanmışdır. Bununla məhkəmə iddiaçıya həmin məhkəməyə müraciət etməli olduğu yolu göstərmişdir. Lakin, iddiaçının inzibati məhkəməyə verəcəyi tələbinin uğurluluğu üçün onun tələbetmə hüququ olmalıdır. Hazırkı işdə mirasın faktiki olaraq iddiaçı tərəfindən qəbul edilib-edilməməsi məsələsi həll edilmədən onun digər məhkəmədə Çıxarışı mübahisələndirməyə subyektiv hüququ olmayacaq. İnzibati məhkəmə iddiaçının mirası faktiki qəbul edib-etməməsi məsələsini araşdırmayacaq. Ona görə, Apellyasiya Məhkəməsi yeni məhkəmə baxışı zamanı əvvəlki kassasiya məhkəmələrinin göstərişlərinə uyğun olaraq iddiaçının mirası faktiki qəbul edib-etməməsi məsələsi ilə bağlı mübahisəni həll etməlidir. Çünki, iddiaçının mirası qəbul etmədiyi təsdiq olunacağı təqdirdə, digər işi inzibati məhkəmədə mübahisələndirməyə iddiaçının marağı qalmayacaq.
50. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndəri lməlidir.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ağacavid oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-172/2022 saylı, 01.02.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova