Məhkəmə qərarları › İş №2(102)-2343/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2343/2021

24.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2343/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçilər İddiaçı1 və X1 Xətai rayon İcra Hakimiyyətinə qarşı (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “vəzifəli şəxsin hərəkətlərindən şikayət” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: vəzifəli şəxsin hərəkətlərindən şikayət, sübut etmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, Ərizəçilər İddiaçı1 və X1 vəkili Vəkil, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəkili İbrahimov Taleh Vəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6789/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən ərizəçilər İddiaçı1 və X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat Ərizəçilər İddiaçı1 və X1 Xətai rayon İcra Hakimiyyətinə qarşı vəzifəli şəxsin hərəkətindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ölümünün səbəbinin 20 yanvar 1990-cı il hadisələrində odlu silahdan yaralanması və bunun nəticəsində 24.12.2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, atası X8 20 yanvar 1990-cı ildə imperiya işğalçılarına qarşı ümumxalq hərəkatı zamanı sağ qıc nahiyəsindən güllə yarası almışdır. Xəsarət nəticəsində atası uzun müddət stasionar və ambulator müalicələrdən sonra 2-ci dərəcəli əlil hesab edilərək, ömrünün axırınadək pensiya almışdır. 24.12.2002-ci il tarixdə atası aldığı güllə yarasından vəfat etmişdir. Həkim rəyinə əsasən, atasının ölümünə səbəb guya “xərçəng intoksiyası və sol ağ ciyərin şişi” olmuşdur. Ərizəçi hesab edir ki, atasının ölümünə səbəb uzun sürən və sağalmayan güllə yarasıdır. Ola bilər ki, həkimin verdiyi diaqnozlar da məhz həmin güllə yarasından yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən atasına 125 saylı 21 yanvar 1992-ci il tarixdə “Azadlıq uğrunda mübariz” fəxri adı verilmişd ir. Atası azadlıq uğrunda həlak olmuş vətənpərvər şəhiddir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 16 may 2003-cü il tarixli 98 saylı cavab məktubundan görünür ki, X8 həqiqətən 20 yanvar 1990-cı il tarixdə 20 yanvar hadisələrində odlu silahdan yaralanma nəticəsində sağ budun orta 3/1-də bud sümüyünün açıq qəlpəli sınığı xəsarətini almışdır. Xəstə Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasında 20 yanvar 1990-cı ildən 26 aprel 1990-cı il tarixədək müalicə almış, sonra isə Moskva şəhərində 59 saylı klinik xəstəxanasında 26 aprel 1990-cı ildən 03 iyul 1990-cı il tarixinədək müalicədə olmuşdur. Bundan sonra xəstə uzun müddət ev şəraitində, sonra isə həmin xəstəliyin ağırlaşması ilə əlaqədar, yəni sol ağ ciyərdə abses xə stəliyinin əmələ gəlməsinə, bunun isə ağırlaşaraq ağ ciyərin bəd xassəli şişinə səbəb olmuş, nəticədə Şamil Babayev 24 dekabr 2002-ci ildə vəfat etmişdir. Onun ölümü ilə 20 yanvar 1990-cı il tarixdə aldığı travmanın səbəbli əlaqəsi vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.V.Qasımov) 2-862/2003 saylı, 30.05.2003cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, X4 20 yanvar 1990-cı il hadisələrində odlu silahdan yaralanma nəticəsində aldığı zədədən 24 dekabr 2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi, X4 ölümü haqqında akt qeydləri kitabında ölümünün səbəbi “20 yanvar 1990-cı il hadisələrində odlu silahdan yaralanma nəticəsində aldığı zədə” kimi yazılması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 20 yanvar 1990-cı il hadisələrində odlu silahdan yaralanma nəticəsində aldığı zədədən 24 dekabr 2002-ci il tarixdə vəfat etmişdir. Qətnamədən 24.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-862/2003 saylı 30.05.2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 03.06.2020-ci il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərardadı ləğv edilmiş, qətnamədən verilmiş apellyas iya şikayəti MPM-nin tələblərinə uyğunluğunun yoxlanması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-862/2003 saylı 30.05.2003-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 30.05.2003-cü il tarixli qətnamə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquq və mənafelərinə toxunur. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə heç bir məlumat verilməmiş, onların iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilmişdir. Həmin qətnamə rəsmi qaydada təqdim edilməmişdir. Bununla da məhkəmə işə baxarkən kobud prosessual hüquq pozuntusuna yol vermiş, ədalət mühakiməsinin əsas prinsiplərindən olan çəkişmə prinsipinə riayət etməmişdir. Bakı şəhər sakini X3 mərhum əri X5 “20 yanvar şəhidi” fəxri adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisindən daxil olmuş müraciətinin araşdırılması ilə əlaqədar vətəndaşın övladı İddiaçı1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fərdi qaydada qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamənin 2-ci bəndinə uyğun olaraq “20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında v əsatətin qaldırılması üçün müvafiq sənədlər vətəndaşdan qəbul edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 yanvar tarixli 557 nömrəli Fərmanı ilə X5 “Azadlıq uğrunda mübariz” fəxri adı verilmişdir. Ş.Babayev 24.12.2002-ci il tarixdə “xərçəng intoksiyası və sol ağciyərinin şişi” səbəbindən vəfat etmiş, sonradan onun ailə üzvləri “ölümün səbəbinin dəyişdirilməsi” iddiası ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.05.2003-cü il tarixli 2-862 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 16.05.2003-cü il tarixli 98 saylı cavab məktubu əsas götürülərək X4 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar odlu silahdan yaralanma nəticəs ində sağ budun 1/3-də bud sümüyünün-açıq qəlpəli sınığı xəsarəti alması, bunun isə ağırlaşaraq sol ağciyərdə abses xəstəliyinin yaranmasına, ağ ciyərin bəd xassəli şişinə səbəb olması və nəticədə X4 24.12.2002-ci il tarixdə vəfat etməsi qənaətinə gəlinərək, X4 ölümü haqqında akt qeydləri kitabında ölümünün səbəbi “20 yanvar 1990-cı il hadisələrində odlu silahdan yaralanma nəticəsində aldığı zədə” kimi yazılmağı qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 16.05.2003-cü il tarixli 98 saylı məktubun surətinin Nazirliyə təqdim olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinə müvafiq məktub göndərilmiş və 09.09.2019-cu il tarixli 1393 nömrəli cavab məktubunda Bakı şəhəri Xətai rayon məhkəməsinə 16.05.2003-cü il tarixli 98 saylı mə ktubun göndərilməsinə dair hər hansı bir qeydiyyatın olmadığı, həmçinin həmin tarixdə ümumiyyətlə hər hansı bir məktubun ünvanlanmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsində istinad edilən 16.05.2003-cü il tarixli 98 saylı məktubun MəhkəməTibbi Ekspertiza və X9-Təcrübi və X7 rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 2 ünvanlanmasını təsdiq edən surətini təqdim etmişdir. Bununla əlaqədar, 01.10.2019-cu il tarixdə Birliyin Sabunçu rayon şöbəsindən ünvanlanmış 16.05.2003-cü il tarixli 98 saylı məktubun əsaslığı haqqında münasibət bildirməsi məqsədilə yenidən Birliyə Nazirlik tərəfindən məktub ünvanlanmışdır. Birliyin 07.10.2019-cu il tarixli cavab məktubunda mərhum X8 barəsində Birliyin Sabunçu rayon şöbəsindən verilmiş 2003-cü il 16 may tarixli 98 saylı məktubun şöbənin arxivində aşkar olunmadığı, eləcə də X4 1990-cı il 20 yanvar tarixində sağ bud sümüyünün açıq-qəlpəli, odlu silah yaralanmasına dəlalət edən tibbi məlumatlar olsa da, 12 ildən sonra onun ölümünə səbəb olmuş sol ağciyərin bəd xassəli şiş xəstəliyi ilə aldığı sağ bud sümüyünün açıq-qəlpəli odlu silah yaralanması arasında səbəbli əlaqənin olmasına dair fikrin elmi əsaslı olmadığı bildirilmiş, səbəb nəticə əlaqəsinin düzgün müəyyən edilməsi üçün X4 meyitinin xarici və daxili müayinəsinə dair rəy, onun stasionar və ambulator müalicəsi ilə bağlı bütün tibbi sənədləri və digər iş materialları təqdim olunmaqla məhkəmə tərəfindən müvafiq məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Göründüyü kim i, Bakı şəhəri Xətai rayon Məhkəməsi X4 990-cı il 20 yanvar tarixində sağ bud sümüyünün açıq-qəlpəli, odlu silah yaralanmasına dəlalət edən tibbi məlumatlar olsa da, 12 ildən sonra onun ölümünə səbəb olmuş sol ağciyərin bəd xassəli şiş xəstəliyi ilə aldığı sağ bud sümüyünün açıq-qəlpəli odlu silah yaralanması arasında səbəbli əlaqənin olmasına dair fikrin elmi əsasını müəyyən etmədən, səbəb nəticə əlaqəsinin düzgün müəyyənləşdirmədən, X4 meyitinin xarici və daxili müayinəsinə dair rəy, onun stasionar və ambulator müalicəsi ilə bağlı bütün tibbi sənədləri və digər iş materialları təqdim olunmaqla məhkəmə tərəfindən müvafiq məhkəmə-tibbi ekspertizasının təyin edilməli olduğu halda ekspertiza keçirmədən əsassız olaraq qətnamə qəbul etmişdir. Bundan əlavə, tərəfimizdən aparılmış araşdırmaya əs asən, müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 16.05.2003-cü il tarixli 98 saylı cavab məktubu ümumiyyətlə mövcud deyildir. Mövcud olmayan sənədlər əsasında ərizənin təmin edilməsi, Azərbaycan Respublikasının adından qətnamənin qəbul edilməsi heç bir hüquqa, qanunvericiliyə sığmır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Anar Tarverdiyev sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 25 sentyabr 2020-ci il tarixli 2(103)6789/2020 nömrəli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilərək, iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-86 2/2003 saylı, 30 may 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ərizəçilər İddiaçı1 və X1 Xətai rayon İcra Hakimiyyətinə qarşı “vəzifəli şəxsin hərəkətlərindən şikayət” tələbinə dair ərizəsinin rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi materiallarında olan sənədlərə əsasən hesab etmişdir ki, vəfat etmiş X4 20 yanvar hadisələrində iştirak etməsi, həmin hadisələr zamanı odlu silahdan yaralanması, 2-ci qrup əlil olması işin mübahisələndirilməyən hallarını təşkil edir. Hazırki iş üzrə ərizəçi ölümün səbəbini mübahisələndirir. Məhkəmə kollegiya qeyd etmişdir ki, ölümün səbəbinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən bununla bağlı müvafiq ekspert rəyinin olması tələb olunur. İş materiallarında ölümün səbəbini müəyyən edən ekspert rəyi aşkar edilməmiş və birinc i instansiya məhkəməsi ölümün səbəbini müəyyən edən sübut qismində “Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya” ElmiTəcrübi və Tədris Birliyinin 98 saylı, 16.05.2003-cü il tarixli məktubuna istinad etmişdir. Kollegiya hesab etmişdir ki, həmin məktub ekspert rəyini əvəz etmədiyindən ölümün səbəbini müəyyən edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası MPM-nin 97.1, 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2020-ci il tarixli 2(103)-6789/2020 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlill əri. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki iddia tələbinin hüquqi nəticəsinin ölümün səbəbinin müəyyən edilməsi ilə əlaqələndirmişdir. Ərizəçilər öz iddia tələblərinin əsası kimi istinad etdikləri halı, yəni ölümün səbəbinin 20 Yanvar hadisələri zamanı odlu silahdan yaralanma olması barədə “Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 98 saylı, 16.05.2003-cü il tarixli məktubunu təqdim etmişlər. Məhkəmə heç bir hüquqi əsas olmadan həmin məktubu sübut qismində qəbul etməmiş, yalnız ekspert rəyinin sübut olması barədə qəti nəticəyə gəlmişdir. Əgər həqiqətən də yeganə sübut ekspert rəyidirsə, məhkəmə nə üçün müvafiq ekspertiza təyin etməmişdir?! Halbuki, müvafiq ekspertiza sənədlər əsasında keçirilə bil ər, hətta zərurət olarsa, eksqumasiya yolu ilə ekspertiza keçirilə bilər. Ərizəçilər buna etiraz etmirlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu qətnamədən xəbərsiz olması barədə deyilənlər də yalandır. Belə ki, Apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş və surəti hər ehtimala qarşı kassasiya şikayətinə də əlavə olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04.07.2003-cü il tarixli ******* nömrəli məktubundan da görünür ki, nazirlik şəhid ailəsi vəsiqəsinin verilməsinin qanunvericiliyə zidd olmadığı qənaətinə gəlmişdir. Həmin məktubu nazirliyin Hüquq şöbəsinin müdiri və Əlil və Tənhalara Sosial Xidmət İdarəsinin rəisi imzalamışdır. Məhkəmə kollegiyası prosessual hüquq normalarını kobud surətdə pozmuş və bunun la da düzgün olmayan qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçilər İddiaçı1 və X1 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəkili İbrahimov Taleh Vəli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Res publikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübu tlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə ərizəçilər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X4 1990-cı il 20 yanvar hadisələrində odlu silahd an sağ budun orta 3/1-də bud sümüyünün açıq qəlpəli sınığı xəsarətini alması ilə onun 24 dekabr 2002-ci ildə ölümünə səbəb olmuş “ağ ciyərin bəd xassəli şiş” diaqnozu arasında səbəbli əlaqənin olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14. 2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6789/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar