Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2344/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Səfərəli oğlunun Cavabdeh1nə, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və Bakı şəhəri 9 saylı Notariat Kontoru işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Səfərəli oğlunun Cavabdeh1 MMC-ə və "xxxx" BOKT MMC-ə (Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və Bakı şəhəri 9 saylı Notariat Kontoru üç üncü şəxslər qismində işə cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2171/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 86.52 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 17 nömrəli mənzil (bundan sonra – ipoteka predmeti olan mənzil) tam mülkiyyət hüququ üzrə İddiaçı adına (bundan sonra – iddiaçı) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. 2. "xxxx" BOKT MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə 2020/00787 saylı kredit müqaviləsi bağlanmış, İddiaçı illik 32% dərəcəsi olmaqla 36 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. 3. "xxxx" BOKT MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə 787 saylı ipoteka müqaviləsi bağlanmış, 80.000 manat dəyərində qiymətləndirilmiş ipoteka predmeti olan mənzili kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 4. "xxxx" BOKT MMC ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə 2021/00846 saylı kredit müqaviləsi bağlanmış, İddiaçı illik 32% dərəcəsi olmaqla 36 ay müddətinə 12.000 manat məbləğində kredit verilmişdir. 5. "xxxx" BOKT MMC ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə 2021/00846-İP saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, 80.000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzili xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
6. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ipoteka predmeti olan mənzilində tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 7. 16.02.2022-ci il tarixdə "Kəpəz” BOKT MMC tərəfindən ünvan 2 ünvanlanmış, xx.xx.2022-ci il t arixlı maliyyə arayışına əsasən yaranan kredit üzrə ümumi 39.612,25 manat məbləğində (əsas borc 26.399,81, faiz borcu 5.763,94 və dəbbə pulu 7.448,50) borca dair ödəniləcək pul məbləğinə tutmanın İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində yerləşən 86.52 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 17 nömrəli saylı mənzilə yönəldilməsi, dəyəri 80.000 manat olmaqla evin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41,42 manal məbləğin borcludan tutulması barədə icra qeydinin verilməsi xahiş edilmişdir.
8. İ ddiaçıdan “Kəpəz" BOKT MMC-dən xx.xx.2020-ci il tarixdə illik 32% dərəcəsi ilə 36 ay müddətinə götürdüyü 20.000 manat, xx.xx.2021-ci il tarixdə illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə 12.000 manat məbləğində götürdüyü kreditin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan 17 iyul 2020-ci il tarixli 2020/00787 nömrəli kredit müqaviləsi üzrə ümumi 22.228,56 məbləğində (əsas borc 14.833,13. faiz borcu 3.175,12 və dəbbə pulu 4.220,30) və 19 aprel 2021-ci il tarixli 2021/00846 nömrəli kredit müqaviləsi üzrə ümumi 17.383,70 manat məbləğində (əsas borc 11.566,68, faiz borcu 2.588,82 və dəbbə pulu 3 228.20) otmaqla xx.xx.2022-ci il tarixlı maliyyə arayışına əsasən yaranan kredit üzrə ümumi 39 612.25 manat məbləğində (əsas borc 26.399,81, faiz borcu 5.763,94 və dəbbə pulu 7.448,50) borc a dair ödəniləcək pul məbləğinə tutmanın iddiaçıya məxsus Bakı şəhəri, Binəqədı rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində yerləşən 86.52 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 17 nömrəli saylı mənzilə yönəldilməsi, dəyəri 80.000 manat olmaqla evin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41,42 manat məbləğin borcludan tutulması haqqında Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə icra qeydi verilmişdir. 9. ünvan 3 ünvanlanmış məktubla, xx.xx.2022-ci il tarixli 8İ/1732 reyestr nömrəsi ilə icra qeydi apa rılmış "Kəpəz” BOKT MMC və iddiaçı arasında rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 3M/734 reyestr saylı ipoteka və xx.xx.2021-ci il tarixli 3M/443 reyestr saylı sonrakı ipoteka müqaviləsi icra qeydi aparılması üçün göndərilmişdir.
10. İddiaçıya "Kəpəz” BOKT MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişlə, kredit öhdəliyinin qısa zamanda icra edilmədiyi halda bildiriş göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönəldilməsinə dair xəbərdarlıq edilmişdir. 11. "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış 125 saylı bildirişdə, sözügedən mənzilin dəyəri 80.000 manat olmaqla xx.xx.2022-ci il tarixdə saat 11:00-da hərraca çıxarılacağı, hərracın keçirilməsinə dair “525-ci” qəzetdə xx.xx.2022-ci il tarixində elan edilməsi barədə məlumat verilmişdir. 12. “525-ci” qəzetin elanlar bölməsində sözügedən mənzilin xx.xx.2022-ci il tarixdə hərraca çıxarılacağı barədə elan verilmişdir. 13. "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış açıq hərracın keçirilməsinə dair 125-1 saylı bildirişdə, ipoteka predmeti olan mənzilin dəyəri 68.000 manat olmaqla xx.xx.2022-ci il tarixdə saat 11:00-da hərraca çıxarılacağı, hərracın keçirilməsinə dair “525ci” qəzetdə xx.xx.2022-ci il tarixində elan edilməsi barədə məlumat verilmiş, həmçinin hərracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul gününün xx.xx.2022-ci il tarixində bitəcəyi qeyd edilmişdir. Həmin bildiriş iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. 14. “525-ci” qəzetin elanlar bölməsində ipoteka predmeti olan mənzilin xx.xx.2022-ci il tarix də hərraca çıxarılacağı barədə elan verilmişdir.
15. İddiaçıya məxsus ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 25%-dən aşağı qiymətə, yəni 51.000 manata "Kəpəz BOKT” MMC tərəfindən əldə edilmiş, bununla bağlı Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 57 saylı protokol tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə (cavabdehlər) qarşı iddia ərizəsi (Binəqədi rayon İcra şöbəsi və Bakı şəhəri 9 saylı notariat kontoru üçüncü şəxslər qismində göstərilməklə) ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 5 ünvanla bağlı keçirilmiş xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı id dia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-1732 saylı icra qeydi və Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-43213-16 saylı məktubu əsasında Bakı şəhəri, ünvan 5 ünvanında olan mənzilə tutma yönəldilmiş, ipoteka predmeti olan mənzil Cavabdeh1 MMC tərəfindən açıq hərracda tələbkar "xxxx" BOKT MMC-yə 51.000 manata satılmışdır. Mənzilinin ilkin satış qiyməti 80.000 manat müəyyən olunmuşdur. Binəqədi rayon İcra Şöbəsinin xx/xx-43213-16 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş mübahisə predmeti olan mənzilin satılması ilə bağlı Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 57 nömrəli protokol tər tib olunmuşdur. Hərrac mərkəzində keçirilən hərraclar barədə ona İcra şöbəsi tərəfındən verilən məlumatdan sonra xəbər tutmuşdur. Keçirilmiş hər iki hərrac barədə ona əmlaklarının hərracı ilə bağlı hər hansı bir məlumat verilmədiyindən və onun hərracda iştirak etmək hüquqları pozulduğundan, hərracın nəticələrinə dair protokol etibarsız hesab olunmalıdır. Bildirişin verilib-verilməməsi halını təsdiq edən sübutlar cavabdehlərdən tələb olunmalıdır. Hazırkı münasibətlər maddi hüquq normaları ilə tənzimləndiyindən, hərracın keçirilməsi barədə bildirişin təsdiq etmə üsulu ilə ipoteka qoyanlara verilməməsi hərracın nəticələrinin etibarsızlığının əsasını təşkil edir.
18. Cavabdeh1 MMC-nin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: 19. “...Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-43213-16 saylı sifariş məktubuna əsasən təşkilat tərəfindən hərrac keçirilmiş, hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il göstərilməklə, ilkin hərrac barədə xx.xx.2022-ci ildə “525-ci” qəzetdə elan verilmiş və bildirişlər tərəflərə göndərilmiş, hərrac baş tutmadığından ikinci hərrac keçirilmiş, ikinci hərracın vaxtı xx.xx.2022-ci il göstərilməklə, xx.xx.2022-ci il tarixində “525ci” qəzetdə elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun sifariş məktubunda qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008ci il tarixli qərarında qeyd olunmuşdur ki,... bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini s atın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir”.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1331/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddia təmin edilməmişdir.
21. Biri nci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında hərracın təşkilatçısı olan Cavabdeh1 MMC tərəfindən mübahisəli əmlakla bağlı hərracların keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və ipoteka qoyan olan iddiaçıya verilməsini təsdiq etmə üsulu ilə bildirişlər verilməsini təsdiq edən sübutlar öz əksini tapmışdır - belə olan halda iddiaçının istinad etdiyi hallar sübut edilməmiş, mübahisələndirilən hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır.
22. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 415.1, 415.2, 416-cı, Mülki Prosessual Məcəlləsinin 154.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2, 41.3, 42.1-ci, “İcra haqqında” Azərbaycan Respublikasının Qanu nunun 61.1, 61.2, 62.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddiaçı şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və qeyd etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinin pozmuş, sübutlara düzgün qiymət verməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və S.Bəhrəmzadə) apellyasiya şikayəti təmi n edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmlakın satılması ilə bağlı hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar. Bu nəticəyə gələrkən kollegiya “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd etmişdir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna m alik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
27. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2, 416-cı, “İpoteka haqqında” Qanununun 42.1, 43-cü, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ona nə birinci, nədəki ikinci hərrac barədə məlumat verilməmiş, bildiriş göndərilməmiş, hərrac barədə məlumatı İcra Şöbəsindən almışdır. Hər iki hərrac barədə ona lazımi qaydada məlumat verilmədiyindən və onun hərracda iştirak etmək hüququ pozulduğundan, qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmiş sayılır və hərracın nəticələrinə dair protokol etibarsız hesab edilməlidir.
30. İddiaçı öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 46.1, “İcra haqqında” Azərbaycan ResoQanununun 51.1, 61.1, 61.2-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 88, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh "xxxx" MMC kassasiya şikayətinə qarşı etiraz göndərərək, apellyasiya instansiyası məhkəməsinin işi tam araşdıraraq düzgün hüquqi qiymət verdiyini qeyd edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
32. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
33. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gü n hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
34. Maddə
416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərba ycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
36. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.
37. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şika yətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd oluna nları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Səfərəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2171/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.