Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2346/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pəncərə boşluğunun bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1214/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İd diaçı ilə Cavabdeh qonşudurlar.
2. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 2-də yerləşən, 3 saylı ev cavabdehin, həmin ünvanda yerləşən 30 saylı ev isə iddiaçının istifadə və sahibliyinədir.
3. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən qonşusu Sultanov Seymur adlı şəxsin öz yaşadığı evə əlavə pəncərə açaraq cavabdehə satması və hazırda sonuncunun həmin pəncərəni bağlamaması ilə bağlı iddiaçının müraciəti mülki xarakterli məsələləri əhatə etdiyindən ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı qarşı məhkəməyə müraciət edərək cavabdehin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəs i, Qamboy Vəzirov küçəsi, döngə 2-də yerləşən, 3 saylı evin arxasından onun evinin pəncərəsinə tərəf özbaşına açılan 40x50 sm ölçüdə pəncərə boşluğunun daşla hörülüb bağlanması, həmin pəncərə boşluğunun bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, habelə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, keçmiş qonşusu Sultanov Seymur adlı şəxs onun yaşadığı evin arxasında öz evindən özbaşına olaraq 40-50 sm ölçüdə onun həyətinə pəncərə açmışdır. Həmin vaxt o, evdə olmamışdır. Sonra o, evi təcili cavabdeh Sevil adlı şəxsə satmışdır. Cavabdehin həmin yerdə heç vaxt pəncərəsi olmamışdır. Pəncərə açıldıqdan sonra onun günü qara ol muşdur. Onun yaşamaq hüququ pozulmuşdur, qonşunun səs-küyü, qışqırıqları, narahatçılıqları onu təngə gətiribdir, onu narahat etmişdir. Bu yaxınlarda cavabdeh öz evinin döşəməsini boyamış, həmin vaxt o, öz evində yataqda olarkən boyanın zəhərli iyindən boğulmuşdur. Dəfələrlə o, cavabdehdən qanunsuz açılan pəncərənin bağlanmasını xahiş etsə də bunun heç bir nəticəsi olmamış, cavabdeh həmin pəncərənibağlamaqdan imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun səhhətinə zərər dəymişdir. O özü 2-ci qrup əlildir, 2 dəfə əməliyyat olunmuşdur. Cavabdehin evinin arxasından açılan pəncərə qanunsuz olmuşdur. Qanunsuz pəncərənin bağlanması ilə bağlı o, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə və Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Lakin bunun hər hansı nəticəs i olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh iddia ərizəsinə etiraz göndərərək qeyd etmişdir ki, o, ailə üzvləri oğlu Taleh Məhərrəmov və Orxan Babayevlə 2006-cı ildən mübahisəli mənzildə yaşamışdır. İddiaçı onların yaxın qonşularıdır. Onların yataq otaqları üzbəüzdür. İddiaçının yataq otağında iki taylı pəncərə vardır. Onların yataq otağına baxır. Onun yataq otağında isə 40-50 sm ölçüdə pəncərə vardır. Onun yataq otağında olan pəncərə xx.xx.2006-cı ildə evi alanda var idi, ancaq taxtadan idi. Bu ilin iyul ayında pəncərənin kənarları oğlu Taleh Məhərrəmov tərəfindən dəyişdirilib, plastik materialdan qoyulmuşdur. İddiaçı cəmi bir dəfə polisə müraciət etmiş, polis işçiləri pəncərələrə baxış keçirib və ona əsassız yerə şikayət etməməsi xəbə rdarlığı etmişlər. İddiaçı öz iddia ərizəsində Dövlət şəhərsalma norma və qaydalarına, Memarlıq fəaliyyəti haqqında qanununa, Azərbaycan Respublikası MM-nin 164.1 və digər maddələrinə və s. istinad etməklə öz iddia ərizəsinin qanuna müvafiq yazıldığını və təmin olunmasını, habelə ödədiyi 100 manat dövlət rüsumunun məndən tutulub ona verilməsini xahiş etmişdir. Hər iki ev iddia ərizəsində göstərdiyi qanunlar əsasında tikilməmişdir, hər iki mənzil özbaşına tikili olmuşlar.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-5778/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçı öz narahatçılıqlarını ozünün pən cərəsinin bağlanması ilə aradan qaldıra bilər, o isə bunun əvəzinə qonşusu barədə polisə, məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdırki, 2 pəncərə arasında cəmi 40 sm yer olmuşdur. Dəfələrlə məhkəmədən mübahisəli ünvana yerində baxış keçirilməsini xahiş etsə də, məhkəmə nədənsə yerli baxış kecirməkdən boyun qaçırmışdır, ünvana baxış keçirməmişdir. İddia tələbi əsaslıdır və təmin olunalıdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1214/2024 nömrəli 29 fevral 2024-cü ilci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5778/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı və cavabdehə aid torpaq sahələri və onların üzəri ndə yerləşən fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hər iki əmlak hüquqi vəziyyətinə görə özbaşına tikili olmaqla onların istifadə və sahibliyində olmuşdur.
14. Bundan başqa iddiaçı onun evinin arxa divarı ilə üzbəüz yerləşməklə cavabdehə məxsus olan evin divarından (faktiki olaraq onun həmin divarda olan pəncərəsi ilə üzbəüz) pəncərə boşluğunun açıldığını, həmin pəncərə boşluğundan gələn səs-küyün, habelə qoxuların onu narahat etdiyini və hüquqlarını pozduğunu bildirərək və onun bağlanmasını tələb etmişdir. Cavabdeh qeyd edilən pəncərə boşluğunun 2006-cı ildə açıldığını və həmin yerə pəncərə deyil, nəfəslik quraşdırıldığını, lakin ötən illər onun taxta materialdan olduğunu, hazırda isə sadəcə olaraq plastik materialla əvəz ed ildiyini və səs-küyün əksinə iddiaçının pəncərəsindən gəldiyini bildirmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin pəncərə boşluğundan gələn səs-küyün, habelə onun evinə yayılan qoxunun təsirinin hədsiz olduğunu, yəni onun hər hansı, o cümlədən istifadə və sahiblik və ya sağlam mühitdə yaşamaq hüququnu pozduğunu sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin evinə aid olduğu iddia edilən amillər (səs-küy və qoxu) yalnız iddiaçının öz evindən istifadə etməkdə ona maneçilik yaratdığı və ya hüququnu əhəmiyyətli dərəcədə pozduğu halda qadağan edilə bilər. Lakin belə bir hal müəyyən edilməmişdir. İddiaçı ümumiyyətlə istinad etdiyi səs-küyün mahiyyəti və xarakteri barədə hər hansı məlumat verə bilməmiş. Cavabdehin bir dəfə həmin otağı boyaması və bunun nəticə sində iddiaçının evinə boya qoxusunun yayılması isə həmin pəncərə boşluğunun bağlanması üçün əsas ola bilməzdi. Həmçinin iddiaçı özü də bu barədə artıq keçmiş zamanda danışmışdır. Bu da öz növbəsində iddiaçının evinin, o cümlədən özünün və ailə üzvlərinin mütəmadi və fasiləsiz olaraq boya qoxusu təsiri altında olmadığını, bu prosesin müvəqqəti xarakter daşıdığını və müəyyən müddət davam etməsini təsdiq etmiş. İddiaçının evində aparılan hər hansı təmir-tikinti işləri nəticəsində boyadan istifadə edildiyi təqdirdə müvəqqəti xarakter daşıyan eyni çətinliklərlə cavabdeh də üzləşə bilər.
16. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzg ün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 116.1, 152.2, 152.5, 170.1, 170.2, 171.1, 180.2, 180.3, 180.4-cü, habelə MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil ) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şi kayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə.16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir;
22. Maddə.152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;
23. Maddə.152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 2
4. Maddə.152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
25. Maddə.170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır;
26. Maddə.170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşı lıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır;
27. Maddə.171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz;
28. Maddə.180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikint i normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;
29. Maddə.180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;
30. Maddə.180.3.Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz;
31. Maddə.180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsi ndə və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.
1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-c ü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahis ələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların old uğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər qonşudurlar və onlara aid torpaq sahələri və onların üzərində yerləşən fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hər iki əmlak hüquqi vəziyyətinə görə özbaşına tikili olmaqla onların istifadə və sahibliyində olmuşdur.
45. Bundan başqa iddiaçı onun evinin arxa divarı ilə üzbəüz yerləşməklə cavabdehə məxsus olan evin divarından (faktiki olaraq onun həmin divarda olan pəncərəsi ilə üzbəüz) pəncərə boşluğunun açıldığını, həmin pəncərə boşluğundan gələn səs-küyün, habelə qoxuların onu narahat etdiyini və hüquqlarını pozduğunu bildirərək və onun bağlanmasını tələb etmişdir. Cavabdeh qeyd edilən pəncərə boşluğunun 2006-cı ildə açıldığını və həmin yerə pəncərə deyil, nəfəslik quraşdırıldığını, lakin ötən illər onun taxta materialdan olduğunu, hazırda isə sadəcə olaraq plastik materialla əvəz edildiyini və səs-küyün əksinə iddiaçının pəncərəsindən gəldiyini bildirmişdir.
46. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin pəncərə boşluğundan gələn səs-küyün, habelə onun evinə yayılan qoxunun təsirinin hədsiz olduğunu, yəni onun hər hansı, o cümlədən istifadə və sahiblik və ya sağlam mühitdə yaşamaq hüququnu pozduğunu sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin evinə aid olduğu iddia edilən amillər (səs-küy və qoxu) yalnız iddiaçının öz evindən istif adə etməkdə ona maneəçilik yaratdığı və ya hüququnu əhəmiyyətli dərəcədə pozduğu halda qadağan edilə bilər. Lakin belə bir hal müəyyən edilməmişdir. İddiaçı ümumiyyətlə istinad etdiyi səs-küyün mahiyyəti və xarakteri barədə hər hansı məlumat verə bilməmiş. Cavabdehin bir dəfə həmin otağı boyaması və bunun nəticəsində iddiaçının evinə boya qoxusunun yayılması isə həmin pəncərə boşluğunun bağlanması üçün əsas ola bilməzdi. Həmçinin iddiaçı özü də bu barədə artıq keçmiş zamanda danışmışdır. Bu da öz növbəsində iddiaçının evinin, o cümlədən özünün və ailə üzvlərinin mütəmadi və fasiləsiz olaraq boya qoxusu təsiri altında olmadığını, bu prosesin müvəqqəti xarakter daşıdığını və müəyyən müddət davam etməsini təsdiq etmiş. İddiaçının evində aparılan hər hansı təmir-tikinti işləri nəticəsində boya dan istifadə edildiyi təqdirdə müvəqqəti xarakter daşıyan eyni çətinliklərlə cavabdeh də üzləşə bilər.
47. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiy a şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(103)-1214/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.