Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-235/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət, əsassız varlanma) 17.01.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” barədə ilk, Cavabdeh İddiaçı qarşı pul barədə qarşılıqlı tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4649/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 01.06.2022-ci il tarixdə Cavabdeh ilə X9 arasında Nişan mərasimi keçirilmiş, toy mərasimi və nikahın bağlanması 25 iyun 2022-ci il tarixə planlaşdırılmışdır. İddiaçı tərəfindən Cavabdeh toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilmişdir. Lakin nikah baş tutmamış, münasibətlər pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehə məxsus əşyaların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlk iddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov pr., 21 a saylı evin 21 saylı mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu ilə nişanlı olduğu ərəfədə öz əmlakını iddiaçıya məxsus həmin mənzilə yerləşdirmişdir. İddiaçının oğlu ilə cavabdeh arasında nikah baş tutmamış, ailə qurmamışlar. Buna baxmayaraq, cavabdeh əşyalarını götürmür, iddiaçının ona verdiyi qızılları da qaytarmır. Hazırda cavabdehin əşyalarının iddiaçının mülkiyyətində olan mənzildə yerləşməsi iddiaçının mülkiyyət hüquqlarını pozur.
4. Həmçinin, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən qızıl-zinət əşyalarının – qiyməti 1200 manat olan 750 əyarlı, ağ qızıldan, çəkisi 2,6 qram, brilyant daşların çəkisi 0,46 karat olan üzüyün; qiyməti 400 manat olan 750 əyarlı, kiçik səpmə brilyantlarla bəzədilmiş üzüyün; qiymət i 7000 manat olan 750 əyarlı, ağ qızıldan, brilyant daşlarla bəzədilmiş komplekti (kolye 13,42 qram, brilyant daşların çəkisi 1,65 karat, qolbaq 6,63 qram, brilyantların çəkisi 0,89 karat, sırğa 5,08 qram, brilyantların çəkisi 0,91 karat, üzük 3 qram, brilyantların çəkisi 0,66 karat) natura şəklində ona qaytarılması, əşyaların naturada verilməsi mümkün olmadıqda, onların dəyəri kimi 8600 manatın cavabdehdən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğlu ilə nişanlı olmuşlar. Nişan mərasimi 01 iyun 2022-ci il tarixdə keçirilmişdir. Toy mərasimini və nikahın bağlanmasını 25 iyun 2022-ci il tarixə planlaşdırmışlar. Lakin, nikah baş tutmamış, toy olmamış, münasibət pozulmuşdur. Lakin, cavabdeh iddiaçı tərəfindən ona verilmiş qızılları qaytarmır.
6. Cavabdehda, öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, planlaşdırılmış nikah ərəfəsində X4 xərclədiyi 27700 manat pulun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh və X9 arasında nikah olmuşdur. Toy mərasiminin keçirilməsini və rəsmi nikahın bağlanmasını 25 iyun 2022-ci il tarixdə həyata keçirməyi planlaşdırmışlar, Cavabdeh toy mərasiminin və rəsmi nikaha daxil olacağına mütləq şəkildə inansa da, toya az müddət cavabdehin oğlu Əzimov Karl rəsmi nikaha daxil olmaqdan imtina etmişdir. X12 İbişovanı tam şəkildə özünə inandırmış, evlilik vədi ilə onu aldadaraq, ondan müxtəlif vaxtlarda pul istəmiş və ya dəyəri yüksək olan müxtəlif əşyaların a lınmasını istəmişdir. Karl Əzimov müxtəlif vaxtlarda Cavabdeh maşın almaq üçün 17000 manat (10000 ABŞ dolları) məbləğində pul almış, 2400 manat dəyərində “iPhone 12 pro” modelli mobil telefonu, 900 manat dəyərində “Apple watch” saatını aldırmışdır. Bundan başqa, Cavabdeh restoranın dekoru üçün “Dreamland” şirkətinə 3000 manat, restoran üçün 3600 manat, restoranın bağlatdırılması üçün 500 manat, fotoqraf üçün 300 manat pul xərcləmişdir. Lakin toy ərəfəsində Karl Əzimovun yoxa çıxması onu göstərir ki, o, iddiaçını özünə inanıdırıb aldadaraq əmlakını ələ keçirmək niyyətində olmuşdur.
8. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2022-ci il tarixli, 2(073)-1907/2022 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılm ası” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5284/2022 saylı mülki işlə birgə baxılması üçün bu məhkəməyə göndərilmişdir.
9. Sonradan İddiaçı tərəfindən “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilmiş, cavabdeh tərəfindən əşyaların iddiaçının mənzilindən çıxadılması əsası ilə ilk iddia tələbi əşyaların çıxarılması hissəsində azaldılmışdır.
10. İlk iddia üzrə İddiaçı nümayəndəsi qarşılıqlı iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, X1, o cümlədən Cavabdeh puluna ehtiyacı olmamışdır. Nərmin heç vaxt Karl Əzimova pul verməmiş, xərcləməmiş, əksinə Karl Nərminə pul xərcləmiş, hədiyyələr almışdır. Cavabdeh tələbdə göstərilən qədər pulu da yoxdur, anası ilə kirayədə yaşayır, anası da işləmir. Nərminin məqsədi İddiaçı və Karl Əzimovun hesabına əsassız varlanmaqdır.
11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbində göstərilən qızıllar toy üçün cavabdehə hədiyyə edilmişdi. Lakin, toy baş tutmadığından həmin qızıllar iddiaçıya qaytarılmalıdır. Qızılların cavabdehdə olması onun əvvəlki məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapır. Həminin, cavabdehin anası ilə iddiaçı arasında telefon yazışmalarında cavabdehin anası “qızın qızılları taxıb, güzgüdə özünə baxıb ağlayır” ifadəsini işlətmişdir. Digər tərəfdən, qızılların qaytarılması ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılmış, Cavabdeh qızılların qaytarılması tələb edilmiş, Nərminin polis ə gətirdiyi qızıl-zinət əşyaları iddiaçının toy hədiyyəsi kimi ona verdiyi əşyalarla tamlıq təşkil etmədiyindən, qızılların hamısının qaytarılması tələb olunmuşdur. Nərmin isə gətirdiyi qızılları özü ilə aparmışdır. Qızıllar üzərilərində yarlıqları ilə birlikdə hədiyyə edilmiş, iddiaçı qızılları aldığı mağazadakı qiymətlərə uyğun hazırki iddia tələbinin həcmini müəyyənləşdirmişdir. Qarşılıqlı iddiada göstərilənlərlə bağlı heç bir sübut mövcud deyil.
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi izahat verərək bildirmişdir ki, onda olan məlumatlara görə qızıllar iddiaçıya qaytarılmışdır.
13. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı iddiasını qəbul edir, əşyalarını iddiaçının mənzilindən çıxarmağa razıdır. Həqiqətdə iddiaçı əşyaların götürülməsinə maneə yaradır və bunun yalnız ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qaytarılması müqabilində mümkün olduğunu bildirir. Halbuki, qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir və o, həmin əşyaları qaytarmaq niyyətində deyil.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, İddiaçı baldızıdır. Sveta ilə münasibətləri çox yaxındır. Karlla Nərminin həm “həri” mərasimində, həm də nişanında iştirak etmişdir. Toy mərasimi baş tutmadığından, tərəflərin münasibətləri pozulmuş, bundan sonra Sveta Nərminə verdiyi qızılları geri tələb etmişdir. Polisdəki icraat zamanı Nərmin qızılların az hissəsini polisə göstərmək üçün gətirmiş, lakin Sveta qızılları götürməyərək, bütün qızılların qaytarılmasını tələb etmişdir. Nərmin isə gətirdiyi qızılları özü ilə aparmışdır. Sveta tərəfindən Nərminə ve rilmiş qızıllar bir ədəd təkqaş brilyant qaşlı qızıl üzük, bir ədəd nişan üzüyü, bir dəst komplektdən ibarət olmuşdur.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ( hakim E.M.Mustafayev) 20 aprel 2023-cü il tarixli, e-2(001)-281/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair ilk iddiası təmin edilməsi, qiyməti 1200 manat olan 750 əyarlı, ağ qızıldan, çəkisi 2,6 qram, brilyant daşların çəkisi 0,46 karat olan üzük; qiyməti 400 manat olan 750 əyarlı, kiçik səpmə brilyantlarla bəzədilmiş üzük; qiyməti 7000 manat olan 750 əyarlı, ağ qızıldan, brilyant daşlarla bəzədilmiş komplekt (kolye 13,42 qram, brilyant daşların çəkisi 1,65 karat, qolbaq 6,63 qram, brilyantların çəkisi 0,89 karat, sırğa 5,08 qram, brilyantların çəkisi 0,91 karat, üzük 3 qram, brilyantların çəkisi 0,66 karat) natura şəklində, əşyaların naturada verilməsi mümkün olmadıqda, onların dəyəri kimi 8600 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, bu iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, bu iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkə qeyd etmişdir ki, İddiaçı oğlu ilə Cavabdeh arasında nişan mərasiminin olduğu, sonradan toyun baş tutmadığı, tərəflər arasındakı münasibətin pozulması işin aşkar halıdır. İddiaçı Cavabdeh toy hədiyyəsi kimi qızıl -zinət əşyaları verdiyi də işin mübahisələndirilməyən halıdır.
17. Belə olan halda qızılların Cavabdeh tərəfindən İddiaçı qaytarılmasını sübut etmə yükü məhz Cavabdeh üzərinə düşür. Cavabdeh tərəfindən qızılların qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bundan əlavə, məhkəmənin 12 sentyabr 2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir və o, həmin əşyaları qaytarmaq niyyətində deyil.
18. Məhkəmə qeyd etmişdir ki, ilk iddia tələbində qızıl-zinət əşyalarının növü, çəkisi, əyarı, qiyməti və s. göstəriciləri qeyd edilmiş, Cavabdeh həmin iddia ərizəsi ilə tanış olduqdan sonra məhkəmə iclasında qızılların ona hədiyyə verildiyini, qaytarmaq niyyətinin o lmadığını bildirmiş, qızılların iddia ərizəsində göstərilənlərdən fərqli olmalarını, dəyərinin artıq göstərilməsini və s. mübahisələndirməmişdir.
19. Belə olan halda məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyalarının əsassız olaraq Cavabdeh tərəfindən İddiaçı qaytarılmaması sübuta yetirildiyindən həmin əşyalar, onların naturada mövcud olmadığı təqdirsə isə ümumi dəyəri kimi 8600 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
20. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır.Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunu n üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
21. Cavabdeh X4 xərclədiyi 27700 manatın İddiaçı tutularaq ona ödənilməsini tələb etsə də, tələb olunan məbləğlə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, hazırki halda Cavabdeh 27700 manat pulu İddiaçı oğlu Karl Əzimova xərclədiyini iddia etdiyi halda, bu pulu hansı əsasla İddiaçı tələb etməsi də məlum deyil. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, ilk iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilməli (ödənilmiş) 106 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi rədd edildiyindən, onun ver ilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.2.7, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81-ci maddələrinə, “Mahmudov Rusiyaya qarşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ilkin iddianın təmin olunması hissəsində mübahisələndirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
25. Şikayət belə əsaslandırılmışdır ki, nikaha girənədək gələcək gəlinə hədiyyə olunmuş qızıl-zinət əşyaları onun öz mülkiyyətidir. Bundan əlavə, iddia predmeti olan qızılların cəmi məbləği 8.600 manat olması iddiaçının mülahizəsinə əsasən müəyyən edilmiş qiymətlərdir. Bu səbəbdən də işin tam və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməli və ekspertin rəyi əsasında qətnamə qəbul edilməli idi.
26. Cavabdeh nümayəndəsi və vəkili məhkəmə icıasında bildirmişdir ki, qızıl-zinyət əşyaları cavabdehdə deyil. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdehin bildirdiklərinə əsasən, nikah iddiaçının oğlunun təqsiri üzündən baş tutmamışdır.
27. İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayəinə etiraz edərək bildirmişdir ki, iddiaçı mübahisəni sülh yolu ilə nizama salmağa çalışmışdır. Sonradan polis orqanına müraciət etmiş, cavabdeh qızıl-zinət əşyalarını ora gətirmiş, lakin hamısı olmadığına görə iddiaçı onları qəbul etməmiş və əşyalar nəticədə cavabdehdə qalmışdır. Həmin əşyaların cavabdehdə olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilmiş, cavabdeh özü də bunu məhkəmənin hazırlıq iclasında etiraf etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, nikah cavabdehin hərəkətlərinə görə baş tutmamışdır. Qızıl-zinyət əşyaları iddiaçı tərəfindən cavabdehə bağışlanmamışdır. Həmin əşyalar nikahın bağlanılması üçün verilmişdir, lakin nikah baş tutmamışdır.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4649/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Bi nəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-281/2023 nömrəli qətnaməsinin “ilkin iddianın təmin edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, həmin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin İddiaçı aid edilməsi qət edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgun hüquqi qiymət verməməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
30. Belə ki, hazırkı mübahisə mülki qanunvericiliyin əsa ssız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları ilə deyil, bağışlama ilə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında həll edilməlidir.
31. Əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxsin başqa şəxsin hesabına əmlak əldə etməsi ilə yanaşı, bu əmlakı heç bir qanuni əsas və ya müqavilə əsası olmadan əldə etməsi də müəyyən edilməlidir.
32. Hazırki halda isə işin faktiki halları ilə müəyyən edilir ki, qızıl-zinət əşyaları iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlanmışdır. Bununla da, cavabdeh həmin qızıl-zinət əşyaları üzərində mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır.
33. Kollegiya həmçinin qeyd edir ki, nişan mərasiminin keçirilməsi ailənin mütləq qurulmasını ehtiva etmir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Yəni nikaha daxil olma ilə bağlı iddianın qaldırılması və ya onun məcburi icra olunması mümkün deyil. Odur ki, qızıl-zinət əşyalarının bağışlanması zamanı hədiyyə alan qarşısında belə bir öhdəlik müəyyən edilə bilməz.
34. Bundan başqa, Mülki Məcəllənin 673.1-ci maddəsində hədiyyə verənin bağışlamaqdan imtina edilməsi əsasları nəzərdə tutulmuşdur. Hazırki iş üzrə belə əsasların mövcudluğu müəyyən edilmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasısının xx.xx.2023-cü il tarixli 2(103)- 4649/2023saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının naturada qaytarılması, bu mümkün olmadıqda onların dəyəri8600 manat pul vəsaitinin Cavabdeh alınaraq ƏzimovaSveta Ərəş qızına verilməsi barədə iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Şikayət belə əsaslandırılmışdır ki, qızıl-zinət əşyalarının tələbindən əlavə, məhkəməyə həmçinin mənzilinin boşaldılması ilə bağlı tələblə müraciət etdikdən sonra müvəqqəti təminat tədbirinin icrası zamanı cavabdeh mənzilə yerləşdirilən əşyalarını cıxarıb aparmışdır. Həmin vaxt da cavabdeh bildirmişdir ki, qızıllar ondadır, məhkəmədə qaytaracaqdır.Cavabdehə qızıl-zinət əşyalarını məhz oğlu ilə nikaha daxil olacağı ilə bağ lı vermişdir. Nikah baş tutmadığı üçün o qızıl-zinət əşyalarını qaytarmalıdır.O, tələbinə məhəl qoymadığı üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh onun hesabına əsassız olaraq varlanmaq istəyir. Cavabdehin hərəkətləri Mülki Məcəllənin 1091.-ci maddəsində nəzərdə tutulan əsassız varlanmanın təzahürüdür.
37. Binəqədi Rayon Məhkəməsində məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Aytən xanım izahat verərək bildirmişdir ki, göstərilən qızıl-zinət əşyaları cavabdehdədir və bu məhkəmənin iclas protokolunda öz əksini tapmışdır. Bundan əlavə birinci instansiya məhkəməsində təqdim etidyi flaş kartdan da görünür ki, cavabdehə verdiyi qızılların onda olması faktını Cavabdeh anasının ona göndərdiyi səs yazısında əksini tapır. Qızıl-zinət əşyalarının növü, çəkisi, əyarı və qiymə ti ilə bağlı cavabdehin etirazı olmamışdır. İddia ərizəsini aldıqdan sonra o bununla bağlı etirazını bildirməmişdir.
38. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir və nəzərə alaraq ki, iş üzrə araşdırılmayan hal qalmamışdır müəyyən edilmiş hallar üzrə yeni qərar çıxarılmalıdır.
39. Apellyasiyainstansiya məhkəməsi iş üzrə düzgün maddi normaları tətbiq etməmişdir, msəhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə cavabdehə verdiyi qızılları toy hədiyyəsi olaraq bağışlama kimi qiymətləndirmişdir. Elə məhkəmənin gəldiyi nəticədə ziddiyyət mövcuddur. Yəni apellyasiya insytansiyası məhkəməsi qəbul etimişdir ki, qızıllar cavabdehə gözlənilən toy və nikah mərasimi üçün verilmişdir. Beləliklə məhkəmə cavabdehə verilən qızılların məqsədli şəkildə, yəni şərtl ə, oğlumun gələcək arvadı olacağı üçün verdiyini qəbul etmişdir. Lakin məhkəmə onun cavabdehə verdiyi qızıl əşyalarına subyektiv münasibətini düzgün qiymətləndirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Nərmin İbişobva ilə onun heç bir qohumluq və ya dostluq münasibəti olmayıb ki, ona qiymətli əşyaları hədiyyə kimi versin. İbişovaya qızıl-zinət əşyalarını verməyində pozitiv şərt mövcud olmuşdur- bu şərt nikahın bağlanması ilə bağlı olmuşdur. Nikah bağlanılmadığı üçün qızıllar qaytarılmalıdır.Qonşu Türkiyə və Rusiyada bu praktika mövcuddur.
40. Məhkəmənin gəldiyi nəticəyə görə cavabdehin onun mənzilinə yerləşdirdiyi əşyalar onda onun mülkiyyətinə keçməli idi.
41. Bu məntiqsiz, əsassız və qanunsuz nəticə ilə sonlanan məhkəmə aktı mütləq ləğv edilməlidir ki, bu işlərdə düzgün məhkəmə praktikası yaradılsın.Mülki qanunvericilik məhz belə hallar üçün şərtlə,o cümlədən pozitiv şərtlə bağlanmış əqdləri nəzərdə tutmuşdur.
42. Kassator MPM-in 217.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, mübahisələndirdiyi qətnamə prosessual qanunvericiliyin göstərilən tələbinə cavab vermir.
43. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 328.1, 328.4, 1091.1 və 1091.2-ci maddələrinə də istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
47. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
48. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
49. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ilk iddianın rədd edilməsi üzrə gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tə ləblərinə zidd olduğundan əsaslı və qanuni sayıla bilməz.
61. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, nişan mərasiminin keçirilməsi ailənin mütləq qurulmasını ehtiva etmir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Yəni nikaha daxil olma ilə bağlı iddianın qaldırılması və ya onun məcburi icra olunması mümkün deyil. Odur ki, qızıl-zinət əşyalarının bağışlanması zamanı hədiyyə alan qarşısında belə bir öhdəlik müəyyən edilə bilməz.
62. Bundan başqa, Mülki Məcəllənin 673.1-ci maddəsində hədiyyə verənin bağışlamaqdan imtina edilməsi əsasları nəzərdə tutulmuşdur. Hazırki iş üzrə belə əsasların mövcudluğu müəyyən edilmir.
63. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 673-cü maddəsi təşkil etmir. Belə ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırki iş üzrə iddia tələbi rəsmi nikah baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır. İşin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlandığını qətnaməsində qeyd etsə də, yuxarıda göstərilə n qənaətə gələrkən toyun baş tutmaması halını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi qızılzinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.
64. Nəzərə almaq lazımdır ki, bağışlamadan imtina üçün əsasların olmaması bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə hədiyyənin geri tələb edilməsini istisna etmir.
65. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması səhv tətbiq edilmişdir. Beləliklə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının MPM-in 217.1-ci maddəsində müəyyənləşdirilmiş məhkəmə qətnaməsinin qanuni və əsaslı olmalı olması barədə tələbə də cavab vermir.
66. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etdiyindən Cavabdeh apellyasiya şikayətinin iddia predmeti olan qızılların cəmi məbləğinin 8.600 manat olmasının iddiaçının mülahizəsinə əsasən müəyyən edilmiş qiymətlər olduğu, bu səbəbdən də işin tam və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməli və ekspertin rəyi əsasında qətnamə qəbul edilməli olduğu barədə dəlillərini də araşdırıb hüquqi qiymət verməmişdir.
67. Kraska İsveçrəyə qarşı iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi d igər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (xx.xx.1993, §30).
68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya məhkəməsi tərəfindən yeni qərar qəbul edilməsi üçün əsaslar yoxdur. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-4649/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
69. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələblərinə cav ab verən qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilməlidir.
70. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
72. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
73. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu n, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-4649/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.