Məhkəmə qərarları › İş №2(102)-2350/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2350/2019

03.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2350/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı X1 xeyrinə 30000 manat əsas borc, 92 manat cərimə olmaqla, cəmi 30092 manat mə bləğində pulun tutulması barədə Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən aparılmış 01.06.2017-ci il tarixli İcra qeydinin ləğv edilməsi, məhkəmə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Bakı şəhəri 19 saylı notariat kontorundan tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.İmanov, İş № 2(103)-10869/2018) apellyasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı X1 üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğvi tələbinə dair” iddiası rədd olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı X1 üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğvi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxsin xeyrinə ondan 30000 manat borcun və 92 manat cərimə məbləğinin tutulmasına dair cavabdeh tərəfindən aparılmış 01.06.2017-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş, işə baxan məhkəmə işin hallarını tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-n ın 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, 3-cü şəxs X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Ape llyasiya Məhkəməsinin MK-nin qəbul etdiyi 15 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borc verən X4 ilə borc alan İddiaçı arasında bağlanmış 18.08.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən faizsiz 18.08.2016-cı il tarixədək qaytarmaq şərti ilə borc alana 30000 manat məbləğində borc vermişdir. Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən verilmiş 01.06.2017-ci il tarixli İcra Qeydinin surətindən görünür ki, notarius tərəfindən X1 xeyrinə İddiaçı 30000 manat əsas borc, 92 manat cərimə olmaqla, cəmi 30092 manat məbləğində pulun tutulması təklif edilmişdir. 01.06.2017-ci il tarixli, 341 saylı məktubun surətindən görünür ki, 01.06.2017-ci il tarixli İcra Qeydi icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Göründüyü kimi, borc verən X4 ilə borc alan İddiaçı arasında bağlanmış 18.08.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən faizsiz 18.08.2016-cı il tarixədək qaytarmaq şərti ilə borc alana 30000 manat məbləğində borc vermişdir. Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən verilmiş 01.06.2017-ci il tarixli İcra Qeydinin surətindən görünür ki, notarius tərəfindən X1 xeyrinə İddiaçı 30000 manat əsas borc, 92 manat cərimə olmaqla, cəmi 30092 manat məbləğində pulun tutulması təklif edilmiş və 01.06.2017-ci il tarixli, 341 saylı məktubla 01.06.2017-ci il tarixli İcra Qeydi icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən göründüyü kimiBakı şəhəri 19 saylı notariat kontoru tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, poçt vasitəsi ilə 25.02.2017, 13.04.2017 və 02.05.2017-ci il tarixlərində borclu İddiaçı bildirişlər göndərilmiş və həmin bildirişlərdə borcluya bildirilmişdir ki, Bakı şəhəri 19 saylı notariat kontorunda 18.08.2015-ci il tarixdə X4 ilə onun arasında 3M/1-286 saylı reyestrlə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən borclu orada göstərilən öhdəlikləri bu günə kimi yerinə yetirməmişd ir. Bildirilir ki, on gün müddətində müqavilədə göstərilən müvafiq məbləğ tam olaraq ödənilməzsə, icra qaydasında məcburi ödənişə yönəldiləcəkdir. İş materiallarından görünür ki, borclu İddiaçı icra vərəqəsinin icrası ilə əlaqədar, 08 yanvar 2017-ci il tarixdə Yasamal rayon İcra şöbəsində verdiyi yazılı izahatında qeyd etmişdir ki, işə düzəlib, ayda 500 manat əmək haqqı alır və X3 olan borcunu hər ay 300 manatdan olmaqla, hissə-hissə ödəyə bilər. Həmçinin o, yazılı izahatında göstərmişdir ki, borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi və Azərbaycan Respublikası CM-nin 196 və 306-cı maddələrində nəzərdə tutulmuş məsuliyyət ona izah olundu. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Qeyd olunanlara əsaslanaraq apel lyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normalarının və “İcra haqqında” Qanunun tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti or qanı müəyyən edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tə ləb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli;2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş. Həmin Qərarın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu (müvafiq məsələ ilə bağlı işin məhkəmə icraatında olmadığı barədə kreditorun yazılı məlumatına əsasən) və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişdirsə, idarə, müəssisə və təşkilatlarda isə bir ildən çox keçməmişdirsə. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Kassatorun dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən iş üzrə apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında, hüquq normaları düzgün tətbiq və təfsir edilməklə, həmçinin qətnamə Azərbaycan Respublikasının MPM-nin 217-ci maddəsinin tələblərinə müvafiq qəbul edilmişdir. Beləliklə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə işin faktiki hallarının mübahisələndirilərək apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından şikayətin dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Bu səbəbdən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 15 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar