Məhkəmə qərarları › İş №2(102)-2352/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2352/2025

04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2352/2025 04.07.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, cavabdeh X1 Mirhüseyn qızı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 Mirhüseyn qızına qarşı “reqres qaydada pulun tutulmasına” na dair ilkin, X1 Mirhüseyn qızının İddiaçı qarşı “zərərin ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1671/2025 nömrəli iş üzrə 19 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh X1 M irhüseyn qızı kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti verilərkən X1 Mirhüseyn qızı tərəfindən məhkəmə aktı həm ilk iddia, həm də qarşılıqlı iddia ilə bağlı hissələrdə mübahisələndirildiyi halda dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin tələbləri pozulmaqla verilmişdir. İşdən görünür ki, ilk və qarşılıqlı iddia tələbləri qiymətləndirilən iddialar, yəni borcun qaytarılması tələbi olmuş, cavabdeh X1 Mirhüseyn qızından 108.000 manat pulun tutulması xahiş olunmuş, cavabdeh X1 Mirhüseyn qızı isə 12.420 manat iddiaçıdan tutularaq ona ödənil məsini xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8.1.4-cü maddəsinin tələbinə əsasən ilk iddia verilərkən ödənilməli olan dövlət rüsumu 398 manat, qarşılıqlı iddia verilərkən ödənilməli olan dövlət rüsumu isə 127,26 manat dövlət rüsumu ödənilməli idi. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə həm ilk, həm qarşılıqlı iddia hissələrində mübahisələndirildiyi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8.6-cı maddəsinə əsasən kassasiya şikayətinin verilməsinə görə 262,63 manat (398 manatın 50%-i + 127,26 manatın 50%-i) dövlət rüsumu ödənilməli idi. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən cəmi 199 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normalar ın tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və geri qaytarılması məsələsinin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1671 /2025 nömrəli iş üzrə 19 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh X1 Mirhüseyn qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar