Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2354/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılova Böyükxanım Bəhram qızı və Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (miras əmlaka payın müəyyən edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılova Böyükxanım Bəhram qızı və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edil məsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2198/2024 nömrəli iş üzrə 27 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli mənzil İddiaçı babası, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 atası-X3 məxsus olmuş, X4 xx.xx.1980-ci il tarixdə ölmüşdür. X4 öləndən sonra adına vərəsəlik işi açılmamışdır. İddiaçı mübahisəli mənzildə yaşayan bibisi Cavabdeh1 övladlığına verilmiş və X5 hələ sağlığında onun həmin mənzilə köçürülməsinə dair məhkəmə mübahisələri olmuşdur.
2. X7 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Bak ı şəhəri 27 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və atası X1 qalmış əmlakları qəbul etməsini bildirmişdir. Nəticə etibarilə X2 üç sağ olan övladına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının babası X4 22 aprel 1980-ci il tarixdə, atası X7 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Babası (miras qoyan) Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi, keçid 1, ev 1 (bəzi sənədlərdə 1-ci keçid) ünvanında qeydiyyatda olmuşdur. Onunla birgə iddiaçının atası X7, İddiaçı və hazırki iş üzrə cavabdehlər pasport qeydiyyatında olmuşdur. Qanun üzrə şəhadətnamə hazırki iş üzrə cavabdehlərə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən verilmişdir. Notariat ofisində bu istiqamətdə iş aparılarkən, vərəsə olan hazırki iş üzrə İddiaçı gizlədilmiş və bu barədə ona məlumat verilməmişdir. Halbuki iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq vərəsəliyi qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3487/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi il ə (hakim Nigar Nəbizadə) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılova Böyükxanım Bəhram qızı və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552, 554 və 1159.1.3-cü və Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi transmissiya yolu ilə olan hissələri araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. X12 miras qoyanın evində yaşamış, təsərrüfat aparmış, orada pasport qeydiyyatında olmuşdur. Məhkəmə bunlara hüquqi qiymət verməmiş və səthi yanaşmışdır. İş materialları ilə sübut edilmişdir ki, vəfat etmiş şəxs, yəni miras qoyan, mübahisəli ünvanda yaşamış və qeydiyyatda olmuşdur, onunla birgə oğlu Əliyev Elxan yaşamış və qeydiyyatda olmuş, hazırki İddiaçı də 1991-ci ildə anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. Bu kimi əhəmiyyətli hal sübut edilməmiş və bu hissəyə düzgün hüquqi qiymət verilməmişdir. Burada irsi transmissiya yolu ilə iddiaçı artıq vərəsədir, onun vərəsəlik hüquqları qorunmalı idi. Mübahisəli evə dair mötəbər sübutlardan olan ölən şəxsin sonuncu qeydiyyat yerind ən olan arayışdır ki, o da iş materiallarına əlavə edilməsinə baxmayaraq buna münasibət bildirilməmişdir. Arayışda da sıralama ilə ünvanda qeydiyyatda olan və yaşayan şəxslər barədə məlumatlar öz əksini tapmış və birinci instansiya məhkəməsi bu kimi əhəmiyyətli halları nəzərə almamışdır. Ən mötəbər sübutlar bir sıra məhkəmə qətnamələridir ki, orada da sübut edilir ki, mübahisəli evə dair bir sıra məhkəmə mübahisələri olmuş və iddiaçı həmişə həmin proseslərdə qalib olmasına baxmayaraq, birinci instansiya məhkəməsinə bunları sübuta yetirməmiş və çox səthi yanaşmışdır. Birinci instansiya məhkəməsi tərəfindən baxış zamanı ifadə verən şəxslərin izahatlarında ziddiyyətlər olmuş, ancaq bu hallar da nəzərə alınmamışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2198/2024 nömrəli iş üzrə 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (məruzəçi), G.Axundova və C.Musayeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
11. X5 ölümündən sonra irsi transmissiya baş verməmişdir. Belə ki, mübahisənin mövcud olduğu zaman qüvvədə olan Mülki Məcəllənin 554-cü maddəsinə müvafiq olaraq, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfin dən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Qeyd edilən maddənin tələblərindən də göründüyü kimi irsi transmissiya o halda baş verir ki, vərəsə miras açıldıqdan sonra 6 ay keçməmiş ölsün. İş materialları ilə müəyyən olunur ki, iddiaçının babası ölən zaman vərəsəlik işi açılmamışdır və iddiaçının atası X7 mülkiyyətçinin, yəni miras qoyan babasının ölümündən 41 il keçdikdən sonra ölmüş, miras qoyan X4 ilə bağlı vərəsəlik işi isə bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə açılmışdır.
12. Qanunvericilik mirasın qəbulunun iki formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qə bul etdiyini şəksiz nümayiş etdirməsi.
13. Hazırki iş üzrə birinci formaya münasibətdə qeyd edilməlidir ki, iddiaçının mərhum atası X7 öz atasından qalan əmlakın əldə edilməsi üçün notariat orqanına hər hansı ərizə verməmişdir və bu hal iddiaçının özü tərəfindən də təkzib olunmur.
14. Mirasın qəbulunun ikinci formasına münasibətdə isə iddiaçı atasının babasının sağlığında və ondan sonra da mübahisəli mənzildə yaşadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
15. Kollegiya qeyd edir ki, mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmla k hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər.
16. İddiaçının atasının miras açıldıqdan sonra miras əmlakdan ona çatası payı faktiki olaraq qəbul etməsinə dair hansısa mötəbər sübut olmadığından, apellyasiya şikayətinin qeyd edilən hissədə də dəlillərinin əsassız olduğunu deməyə əsas verir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının xx.xx.2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəlləsinin 527, 533, 552, 554, 561.1-ci, MPM-nin 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şi kayətində işin halları və qanunvericilik normaları sadalanaraq, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən bütün sübutlar təqdim edilməsinə baxmayaraq birinci instasiya məhkəməsi iddianı təmin etməmişdir. Hətta iş materiallarında müxtəlif illərə aid olan Ali Məhkəməyə qədər baxılmış qətnamələr vardır, bu isə sübut edir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı həmişə mübahisələr olmuşduur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılova Böyükxanım Bəhram qızı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2000-ci ilə q ədər qüvvədə olan Mülki Məcəlləsi:
23. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
24. Maddə
533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
25. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
26. Maddə
554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bil ər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
27. Maddə 561.1. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 28.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 30.Ma ddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 31.Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. 34.Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya məhkəmə si kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərə münasibətdə qeyd etmişdir ki, iddiaçının mərhum atası X7 öz atasından qalan əmlakın əldə edilməsi üçün notariat orqanına hər hansı ərizə verməmişdir və bu hal iddiaçının özü tərəfindən də təkzib olunmur. Mirasın qəbulunun ikinci formasına münasibətdə isə iddiaçı atasının babasının sağlığında və ondan sonra da mübahisəli mənzildə yaşadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kolegiyası bu qiymətləndirmə ilə razılaşır. 37.Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən edir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (Konstitusiya Məhkəməsi Plenumunun " M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair " 12 iyun 2017-ci il tarixli qərarına əsasən). 38.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdı rılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən yoxlanılan hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 39.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2024-cü il tarixli, 2(103)-2198/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.