Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-236/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 Sadiq oğlu və İddiaçı2 Cavabdeh2nə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)-4707/2023 saylı qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs X17 tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 16 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-997/2021 saylı hökmü əsasında verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə, Binəqədi Rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 MMC-nə xx.xx.2022-ci il tarixdə sifariş məktubu göndərmişdir.
2. Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı tərəflərə və icra şöbəsinə xx.xx.2022-ci il tarixli bildiriş göndərmiş, həmçinin xx.xx.2022-ci il tarixli elan vermiş, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
3. İkinci xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi barədə tərəflərə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixdə elan verilmişdir.
4. Üçüncü xx.xx.2022-ci il tarixli hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş və həmin tarixdə elan verilmişdir.
5. Dördüncü xx.xx.2022-ci il tarixli hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişlə tərəflərə göndərilmiş və xx.xx.2022-ci il tarixdə elan verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 Sadiq oğlu və İddiaçı2 Cavabdeh2 MMC-nə və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə və Binəqədi rayon İcra Şöbəsinə qarşı və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi və hərracın təkrar keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçı tələbini işin hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırmışdır ki, Keçirilmiş hərrac nəticəsində X14 hərracın qalibi olmuş və onunla hərrac təşkilatı arasında 282/22 nömrəli hərrac protokolu rəsmiləşdirilmişdir. Aşağıda qeyd olunanlara əsasən, hesab edirlər ki, xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli hərrac protokolu etibarsız hesab olunmalıdır. Bildirirlər ki, xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli nömrəli hərrac protokolu səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Cavabdeh2 MMCnin qanuni təmsilçisinin X18 olmasına baxmayaraq, hərrac protokolu X10 tərəfindən imzal anmışdır. Hərrac protokolunda X4 vəzifəsi “Direktor əvəzi” kimi qeyd olunsa da, onun hüquqi şəxs adından çıxış etmə və hərrac protokolunu imzalamaq hüququnun olmasına dair heç bir qeyd yoxdur. Hərrac protokolunun Cavabdeh2 MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmaması onun etibarsız hesab edilməsi üçün əsasdır. Qanunla, hərrac protokolu hərrac təşkilatı və hərracı udmuş şəxs tərəfindən imzalanmalıdır. Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X18 olduğuna görə, müvafiq protokol da həmin şəxs tərəfindən imzalanmalı idi.
8. Daha sonra iddiaçılar iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək Əmlak Hərrac Mərkəzi ilə X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Cavabdeh2 MMC iddiaya etiraz verərək göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sifarişi üzrə, X15 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 6 “A”, D girişinin 12-ci mərtəbəsində yerləşən 156.02 kv.metr ümumi sahədən ibarət olan tikilinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan tikilinin açıq hərracda ilkin satış dəyəri 203.030 manat müəyyənləşdirilmişdir. Sözügedən hərrac sifarişi Cavabdeh2 MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 05 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya kimi Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” X3 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaklara dair açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu X15, eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 05 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 05 noyabr 2022-ci il ta rixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak sifarişçi İcra Şöbəsi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi va rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq ilkin satış qiymətindən 10% aşağı qiymətə, yəni 182.727 manata olmaqla, 22 noyabr 2022-ci il tarixə, saat 11:00-a təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Daha sonra, sifariş olunan torpaq sahəsinə dair açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş hə rracın sifarişçisinə, borclu X15 eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 22 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 22 noyabr 2022-ci il tarixə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 20% aşağı qiymət, yəni 162.424 manata olmaqla, 06 dekabr 2022-ci il tarixə, saat 11:00-a təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X3 (Portalında) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkil atçısının rəsmi internet səhifəsində də (“E-hərrac.com”) yerləşdirilmişdir. Daha sonra, sifariş olunan mənzilə dair açıq hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu X15, eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 06 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 06 dekabr 2022- ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin tikili sifarişçi İcra Şöbasi ilə bağlanmış Müqavilə və ona aid “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilm əsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq ilkin satış qiymətindən 30% aşağı qiymətə, yəni 142.121 manata olmaqla, 20 dekabr 2022-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yərləşdirilmişdir. Daha sonra sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, borclu X15 eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. Yuxarıda sözügedən tarixə təyin olunmuş təkrar (sonuncu) açıq hərracda iştirak etmək üçün tələbkar X14 (etibarnamə üzrə nümayəndə X23), tələbkar X16 (etibarnamə üzrə nümayəndə X13), tələbkar İddiaçı2, tələbkar İddiaçı1 (etibarnamə üzrə nümayəndə X21) ərizə ilə Cavabdeh2 MMC-yə müraciət edərək tələbkar olaraq iştirakının təmin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edirlər ki, xx.xx.2022-ci il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan tikilinin təkrar hərracdakı satış dəyərindən 1.479 manat artıq qiymətə, yəni 143.600 manata tələbkar X1. Bununla əlaqədar olaraq hərracın yekunları barədə 282/22 saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Həmin hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının protokol bölməsinin rəhbəri əvəzinin və direktorunun imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. İddiaçı iddia ərizəsində hərrac protokolunun ləğv olunmasına əsas kimi qeyd etmişdir ki, protokol səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla əlaqədar olaraq qeyd edirlər ki, sözügedən protokola imza etmək səlahiyyətinin X6 ötürülməsi Cəmiyyətin 17/22 NQ-li saylı, 10 oktyabr 2022-ci il tarixli əmri ilə, habelə 07 oktyabr 2022-ci il tarixli etibarnamə ilə təsdiq olunmuşdur. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən hərrac sifariş üzrə k eçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir.
10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1853/23 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia təmin edilmişdir.
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla təşkil edilmiş, əmlakın satışı barədə 4 dəfə hərrac təşkil edilmiş və hər dəfə əmlakın dəyəri ilkin satış qiymətindən 10% aşağı təklif edilmiş, nəticədə əmlakın dəyəri 30% aşağı məbləğə satılmışdır. Cavabdeh – təşkilatçı tərəfindən bu tələbə əməl edilməmişdir. İcra haqqında qanuna müvafiq olaraq Cavabdeh2 MMC tərəfindən müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac təşkil edilsə də, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixli bildirişlə tərəflərə göndərilmiş və xx.xx.2022-ci il tarixdə “Birjanyus” X3 (portalında) elan dərc edilmişdir. Göründüyü kimi hərrac keçirilməsinə dair məlumat ilkin hərrac gününə 1922 gün qalmış verilmişdir.
12. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 415.5 və 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 61 və 62-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Ape llyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən, Mülki Məcəllənin icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci maddəsi ilə və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61 və 62-ci maddələri tənzimləndiyini və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməsi yolverilməzdir. Mülki Məcəllənin 415-ci maddəsi və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61 və 62-ci maddələri icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydalarıni bütövlükdə əhatə etmir, buna görə də mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları (qanunun analogiyası) tətbiq edilə bilər. Hərracın proseduru zamanı Cavabdeh2 MMC tərəfindən Mülki Məcəllənin 415-ci maddəsi və “İcra haqqında” Qanunun 45.6, 45.7-ci maddələrinin tələbləri pozulmamışdır. Cinayət işi üzrə bir çox zərərçəkmiş şəxslər olduğundan həmin 1 ədəd tikili tələbkarlara təklif oluna bilməzdi və bunun edilməsi mümkün deyil. Məhkəmə öz qərarında Əmlak Hərrac Mərkəzi MMC tərəfindən qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddət çərçivəsində bir neçə dəfə hərracın keçirilməsini qanunauyğun hesab etmişdir, lakin hər hərracdan sonra əmlakın dəyərinin 10 faiz aşağı salınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmənin gəldiyi qənaət belədir ki, qanunvericilikdə əmlakın dəyərinin 10 faiz aşağı salınması nəzərdə tutulmamışdırsa “Əmlak Hərrac Mərkəzi “ MMC tərəfindən əmlakın dəyəri aşağı salına bilməzdi. Məhkəmənin gəldiyi bu nəticə tamamı ilə yanlışdır. Məhkəmə bu qənaətə gələrək Mülki Məcəllənin 12-ci maddəsini pozmuşdur. Belə ki Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər. Əmlakın dəyərinin 10 faiz aşağı s alınması qanunvericilikdə nəzərdə tutulmasa da Cavabdeh2 MMC qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərdi. Digər tərəfdən, Cavabdeh2 MMC ilə Bakı şəhəri, Binəqədi rayon icra şöbəsinin rəisi İlham Həsənov arasında xx.xx.2021-ci il tarixli "xxxx" müqavilə mövcuddur. MMC həmin müqaviləyə əsasən Binəqədi rayon icra şöbəsinin sifarişini yerinə yetirir, nə qədər ki MMC sifariş yerinə yetirir, o müqavilədə göstərilənlərdən kənara çıxa bilməz. MMC həmin müqavilənin şərtlərinə tam əməl etmiş və hərracı həmin müqavilənin şərtlərinə uyğun aparmışdır. Həmin müqavilədə qanuna uyğunsuzluq var idisə bunun öhdəliyini sifarişçi olaraq Binəqədi Rayon İcra şöbəsi daşımalı idi, buna görə də məhkəmə icra şöbəsinin hərəkətlərini qanunsu z etməli idi. Buna görə də Cavabdeh2 MMC hərəkətlərində heç bir qanunsuzluq yoxdur. Bundan əlavə iddiaçılar Binəqədi rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən məhkəməyə heç bir şikayət verməmişlər. Göründüyü kimi, iddiaçıların Bakı Ağır cinayətlər məhkəməsinin qüvvəsini almış xx.xx.2021-ci il tarixli hökmünün icrasına mane olmaqdır. Cavabdeh2 MMC-nin direktoru X2 Nigar Qabil qızına əqd bağlamaq və onu imza etmək üçün səlahiyyət vermiş, əqdi bəyənmiş və bu əqdi bu günki gündə bəyənir. Belə olan halda iddiaçıların 282/22 nömrəli hərrac protokolunun etibarsız hesab olunması üçün protokolun səlahiyyətli şəxs tərəfindən imza olunmamasını əsas gətirmələri üçün subyektiv hüquqları olmamışdır.
15. Üçüncü şəxs X14 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətna məsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Üçüncü şəxs Ehtibar Zəkiyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Hərracın yekunları barədə” protokol əsasında mənzilin satışından əldə olunmuş vəsait hesabına Binəqədi rayon İcra Şöbəsi tərəfindən cinayət işi üzrə mülki iddiaçılara proporsional qaydada ödənişlər edilmişdir. Həmin şəxslər sırasında iş üzrə iddiaçılar İddiaçı1 Sadiq oğlu və İddiaçı2dur. Həmin şəxslərə vəsaitlər onların Bank hesablarına köçürülmüş və onlar həmin vəsaitləri qəbul etmişlər. Bundan başqa, həmin şəxslər sonuncu hərracda iştirak edərək öz iradələrini ifadə etmişlər. Lakin, onlar tərəfindən hərrac prosesinin pozulması halı ilə bağlı həmin vaxt heç bir irad və şikayət bildirilməmişdir. Həmi n şəxslər hərracın yekunlarını qəbul etmişlər. Həmin şəxslərin sonrakı hərəkətləri də buna dəlalət edir. Odur ki, həmin şəxslər hərrac protokolunu mübahisələndirmək üçün öz subyektiv hüquqlarını itirmişlər. Belə ki, hərracın yekunlarına dair protokol müqavilə qüvvəsinə malik bir sənəddir. Məhkəmə, hərrac protokolunu etibarsız hesab etsə də, etibarsızlığın nəticələrinin hansı formada aradan qaldırılması barədə məsələni açıq saxlamaqla hərracın qalibi kimi onun hüquqlarının pozulması hissəsinə heç bir qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, hərracın qalibi kimi əldə etdiyi mənzilin dəyəri tam olaraq icra şöbəsinin depozitinə ödənilmiş, həmçinin müvafiq qaydada dövlət büdcəsinə ödənilməli olan vergilər tutulmuş və nəhayət mənzilin satılmasından əldə olunan vəsaitlər cinayət işi üzrə mülki iddiaçılara ödənilmişdir. Məhkəmə çəkişmə prinsipini pozmuşdur. Belə ki, sonuncu iclasdan başqa digər məhkəmə iclasları barədə ona heç bir məlumat verilməmişdir. Bunun nəticəsində də məhkəməyə tərəfindən hər hansı sübutun təqdim edilməsi mümkün olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)-4707/2023 saylı qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən, məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tət biq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. Belə ki, cavabdeh tərəfindən qanunvericilikdə müəyyən edilmiş 3 aylıq müddət çərçivəsində bir neçə dəfə hərracın keçirilməsi qanuna uyğun olsa da, hər hərracdan sonra əmlakın dəyərinin 10% aşağı salınması qanunvericilin tələblərinə uyğun olmamışdır. Qanunvericilikdə, eləcə də xx.xx.2021-ci il tarixli İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında da ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracda satılması zamanı əmlakın dəyərinin aşağı salınması nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayət inin dəlilləri
20. Cavabdeh2 MMC (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə öz qərarında Cavabdeh2 MMC tərəfindən qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddət çərçivəsində bir neçə dəfə hərracın keçirilməsini qanunauyğun hesab etmişdir, lakin hər hərracdan sonra əmlakın dəyərinin 10 faiz aşağı salınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmənin gəldiyi qənaət belədir ki, qanunvericilikdə əmlakın dəyərinin 10 faiz aşağı salınması nəzərdə tutulmamışdırsa Cavabdeh2 MMC tərəfindən əmlakın dəyəri aşağı salına bilməzdi. Məhkəmənin gəldiyi bu nəticə tamamı ilə yanlışdır. Məhkəmə bu qənaətə gələrək Mülki Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla bir başa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər. Əmlakın dəyərinin 10 faiz aşağı salınması qanunvericilikdə nəzərdə tutulmasada Cavabdeh2 MMC qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərdi. Digər tərəfdən, Cavabdeh2 MMC ilə Cavabdeh1 rəisi İlham Həsənov arasında xx.xx.2021-ci il tarixli "xxxx" müqavilə mövcuddur. Əmlak Hərrac Mərkəzi həmin müqaviləyə əsasən Binəqədi rayon İcra Şöbəsinin sifarişini yerinə yetirir, nə qədər ki Cavabdeh2 MMC sif ariş yerinə yetirir, o müqavilədə göstərilənlərdən kənara çıxa bilməz. Cavabdeh2 MMC həmin müqavilənin şərtlərinə tam əməl etmiş və hərracı həmin müqavilənin şərtlərinə uyğun aparmışdır. Həmin müqavilənin 1.15.4-ci bəndində göstərilmişdir ki, hərrac baş tutmadıqda bu barədə protokol tərtib olunur və növbəti (təkrar) hərrac keçirilir. Təkrar hərracların sayı 3-dən artıq ola bilməz. Hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində bu əlavənin 1.3 bəndinə uyğun elan dərc edilir. Həmin elanda əvvəlki hərracın baş tutmadığı və bunun səbəbi barədə məlumatda öz əksini tapmalıdır. İkinci hərracda ilkin satış qiyməti birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 10 faizi, sonrakı hərraclarda isə müvafiq olaraq 20 və 30 faizə qədər aşağı salınmaqla müəyyən olunur. Cavabdeh2 MMC hərracı müqaviləyə uyğun həyata keçirmişdir və müqavilədə göstərilənlərdən kənara çıxmamışdır. Həmin müqavilədə qanuna uyğunsuzluq var idisə bunun öhdəliyini sifarişçi olaraq Binəqədi rayon İcra Şöbəsi daşımalı idi, buna görə də məhkəmə İcra Şöbəsinin hərəkətlərini qanunsuz etməli idi. Əmlak Hərrac Mərkəzi MMC hərəkətlərində heç bir qanunsuzluq olmamışdır. Bundan əlavə, iddiaçılar Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərindən məhkəməyə heç bir şikayət verməmişlər. Göründüyü kimi, iddiaçıların Bakı Ağır Cinayətlər Məhkəməsinin qüvvəsini almış xx.xx.2021-ci il tarixli hökmünün icrasına mane olmaqdır. Məhkəmə tərəfindən tərəflərə bərabər qaydada yanaşılmamış, qərəzliliyə yol verilmiş, mötəbər subütlara və faktl ara əsaslanmadan, qərarını qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq, düzgün əsaslandırmadan qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində iddiaçılar tələbi xx.xx.2022-ci il tarixli, 282/22 nömrəli nömrəli hərrac protokolu səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını, Cavabdeh2 MMC-nin qanuni təmsilçisinin X18 olmasına baxmayaraq, hərrac protokolu X12 tərəfindən imzalanmasını, hərrac protokolunda X5 vəzifəsi “Direktor əvəzi” kimi qeyd olunsa da, onun hüquqi şəxs adından çıxış etmə və hərrac protokolunu imzalamaq hüququnun olmasına dair heç bir qeydin olmaması ilə əsaslandırmışlar. Lakin, məhkəmə iddiaçıların verdiyi tələbdən kənara çıxaraq, öz təşəbbüsü ilə qətnaməsində hər hərracdan sonra əmlakın dəyərinin 10% aşağı salınması qanunvericiliyin tələblərinə uyğun olmamama sını və qanunvericilikdə, qərardadda ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan, əmlakın icra icraatı çərçivəsində açıq hərracda satılması zamanı əmlakın dəyərinin aşağı salınması nəzərdə tutulmamasını müəyyən etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxartmamış, iddiaçıların verdiyi tələblərdən nə üçün müstəsna hal kimi iddia tələblərindən kənara çıxmasını əsaslandırmamışdır.
22. Qətnamədən narazı qalan üçüncü şəxs X14 (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əs aslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24. kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
26. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
27. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. "İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və y a dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
29. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
30. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
31. Maddə
62. İcra məmurundan müvafiq si farişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hü quq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən ma ddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
42. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yeganə Nağıyeva və Ədalət Nağ ıyev CM-nin 178.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli sayılaraq, Yeganə Nağıyeva 11 il müddətinə, Ədalət Nağıyev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə İddiaçı1 və İddiaçı2 mülki iddiaları qismən təmin edilərək, Yeganə Nağıyeva və Ədalət Nağıyevdən 400.000 manat pulun tutulub İddiaçı2, 82.450 manat pulun tutulub İddiaçı1 ödənilməsi qərara alınıb. Bundan sonra hökmün mülki iddiaya aid olan hissəsi icraya yönəldilib və borclu Ədalət Nağıyevə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 6 “A” saylı evin “D” girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 156,02 kv.metr olan daşınmaz əmlakın bazar satış qiyməti 203.030 manat məbləğində müəyyən edilmişdir. Daha sonra, həmin daşınmaz əmlak üzrə dörd dəfə hərrac keçirilmiş və ilkin hərracdan sonra hər hərrac zamanı əmlakın satış qiyməti 10 faiz aşağı salınmaqla, 20 dekabr 2022-ci il tarixli “hərracın yekunları haqqında” Protokola əsasən əmlak 30 faiz aşağı qiymətlə 143.600 manata üçüncü şəxs Etibar Zəkiyevə satılmışdır.
43. Hazırda iddiaçıların cavabdehə və üçüncü şəxsə qarşı tələbi 20 dekabr 2022-ci il tarixli “hərracın yekunları haqqında” Protokolun etibarsız hesab edilməsi barədədir.
44. Apellyasiya instansiyası məhkəməsi cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
45. B elə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 02/21 saylı icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında göstərilmişdir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci maddəsi və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61 və 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməsi yolverilməzdir.
46. Apellyasiya instansiyası məhk əməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, Mülki Məcəllədə təşkilatçı tərəfindən hərracın keçirilməsinə ən geci otuz gün qalmış məlumat verilməli olduğu nəzərdə tutulsa da, mülki iş materialları ilə müəyyən olunur ki, cavabdeh– təşkilatçı tərəfindən bu tələbə əməl edilməmişdir. Belə ki, “İcra haqqında” Qanuna müvafiq olaraq Cavabdeh2 MMC tərəfindən müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac təşkil edilsə də, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixli bildirişlə tərəflərə göndərilmiş və xx.xx.2022-ci il tarixdə “Birjanyus” X3 (portalında) elan dərc edilmişdir.
47. Göründüyü kimi, hərrac keçirilməsinə dair məlumat ilkin hərrac gününə 19-22 gün qalmış verilmişdir və bununla da qeyd olunan Qanunun tələbləri pozulm uşdur.
48. Sözügedən Qərardadda həmçinin göstərilmişdir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Lakin, həmin Qərardadda əmlakın satış qiymətinin aşağı salınması ilə bağlı qaydalar müəyyən edilməmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdeh tərəfindən qanunvericilikdə müəyyən edilmiş 3 aylıq müddət çərçivəsində bir neçə dəfə hərracın keçirilməsi qanunauyğun olsa da, hər hərracdan sonra əmlakın dəyərinin 10% aşağı salınması qanu nvericilin tələblərinə uyğun olmamışdır. Belə ki, qanunvericilikdə, eləcə də Ali Məhkəmənin sözügedən Qəradadında ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracda satılması zamanı əmlakın dəyərinin aşağı salınması nəzərdə tutulmamışdır.
50. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar mövcuddur və birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
51. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
52. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin və üçüncü şəxsin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır.
53. Üçüncü şəxs Etibar Zəkiyevin kassasiya şikayətində hərracın nəticələri etibarsız sayılsa da, onun etibarsızlığının nəticələrinin tətbiq olunmadığını və bununla da Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinin pozulduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə də razılaşmır. Belə ki, üçüncü şəxs Etibar Zəkiyev kassasiya şikayətində əmlakın həm dəyərini, həm də vergisini ödədiyini, habelə əmlakın satış qiymətinin bir hissəsini iddiaçıların Bank hesablarına köçürdüyünü və sair göstərsə də, bu hallar dəqiqləşdirilmədən, aydınlaşdırılmadan Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri hazırkı mülki mübahisəyə tətbiq oluna bilməz. Ona görə də Etibar Zəkiyev ayrıca birinci instansiya məhkəməsində təqsirkar şəxslərə qarşı iddia qaldırmaqla, həm sözügedən əqd üzrə ödədiklərini geri tələb edə, həm də qanunsuz əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 və üçüncü şəxs X9 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2(103)-4707/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q