Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2361/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2361/2022 Açar sözlər: maddi və mənəvi zərər Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3032/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayonu, İ Nügədi kəndində yerləşən həyətyanı torpaq sahələrinə dair X1, X2, İddiaçı və X3 adına 16.05.2005-ci il tarixdə Kod 30319018 JN-1663F saylı, JN-1163F saylı, JN-2311F saylı, JN-2312F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) ABŞ dolları və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2005-ci il iddiaçıya məxsus Quba r ayonu, 1-ci Nügədi kəndində yerləşən həyətin torpaq sahəsini sənədləşdirmək üçün ondan 3500 ABŞ dolları pul almış, 10 gün sonra isə 4 ədəd torpaqğa dair mülkiyyət şəhadətnaməsini ona təqdim etmişdir. Torpaq şəhadətnamələri onun, Əliyev Elçin, Əliyeva Nahidə və Əliyeva Rəsmiyyənin adına olmuşdur. Bir müddət sonra bələdiyyə sədri Ayəməzov Slavik ilə görüşəndə o bildirmişdir ki, torpaq şəhadətnamələri kitabda qeydə alınmışdır. 2005-ci ildən 2017-ci ilə kimi torpaq vergisi ödəmiş və 2018-ci il tarixdə Quba rayon Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək çıxarış almaq istəyəndə məlum olmuşdur ki, Cavabdeh ona saxta torpaq şəhadətnamələri verib. Cavabdeh 2018-ci il tarixdə bütün sənədlərin qaydasına düşəcəyini bildirsə də, o bununla razılaşmayıb və 4 ədəd torpaq şəhadətnaməsinin alınması üçün ödədiyi 3500 ABŞ dolları pulunu geri tələb etmişdir. O isə bundan imtina etmişdir. Cavabdeh ona 3500 ABŞ dolar pulunu alaraq ona ziyan vurub. Həmçinin bu məsələ ilə bağlı əsəb, stres keçirmiş və nəticədə ona mənəvi ziyan dəymişdir ki, o buna görə 3000 manat mənəvi ziyan tələb edir. Məhkəmə iclasında iddiaçı 3500 ABŞ dollarının 2018-ci ildə ona qaytarıldığını, lakin həmin pulu başqa şəxslərdən borc aldığına görə faiz ödədiyini və buna görə maddi ziyan tələb etdiyini bildirmişdir.(iş v.76-77)
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıdan 3500 ABŞ dolları pul alsa da, 2019-cu ildə həmin pulu qaytarmışdır, iddiaçıya heç bir borcu yoxdur və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
5. Quba Rayon Məhkəməsinin 9 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov, iş № 2(027)-736/2021) İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə verdiyi 3500 ABŞ dolları vəsait geri qaytarılmışdır. İddiaçı verdiyi pulu borca faiz ilə götürməsini bildirsə də, həmin pulun faiz ilə borca götürməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
8. İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(027)-736/2021 nömrəli qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ins tansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov, iş № 2(105)-3032/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 9 iyul 2021-ci il tarixli, 2(027)-736/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15,40 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. 10.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 2005-ci il tarixdə 4 ədəd torpaq şəhadətnaməsi almaq üçün Cavabdeh 3500 ABŞ dolları pul verib. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr həmin vaxt ona təqdim edilsə də 2018-ci ildə məlum olmuşdur ki, həmin Şəhadətn amələr bazaya işlənməmişdir. Buna görə də pulunu geri tələb etmiş və həmin pul ona qaytarılmışdır. Hazırda o, yenidən həmin məbləği maddi ziyan kimi və mənəvi ziyan tələb edir. Birinci instansiya məhkəməsində İddiaçı 3500 ABŞ dollarının ona qaytarıldığını, lakin həmin pula görə faiz ödədiyi üçün bu pulları tələb etdiyini bildirmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin araşdırılmış hallarından göründüyü kimi iddiaçıya zərər vurulması öz təsdiqini tapmış, lakin ona vurulmuş zərər ödənilmişdir. Məhkəmə haqlı olaraq zərərin əvəzi ödənildiyi üçün iddianı rədd etmişdir. İddiaçı qeyd edilən məbləğə görə faiz ödədiyini bildirsə də, bunu sübut edə bilməmişdir. İş materiallarında cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının fiziki əzab çəkməsi və mənəvi sarsıntılar keçirməsi b arədə mötəbər sübutlar yoxdur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
13. İddiaçı (vəkil Nümayəndə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3032/2021 saylı mülki iş üzrə 10.11.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edərək iddia tələbinin təmin edilməsi və Cavabdeh maddi zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) ABŞ dolları və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul еdilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 217.1, 217.3-cü maddələrində pozuntulara yol vermişdir. Kassator qeyd etmişdir ki, indiyənədək 3500 ABŞ dolları ona qaytarılmamışdır, o cavabdehdən həmin 3500 ABŞ dolları və 3000 manat mənəvi zərəri tələb edir. Həmin bu məsələyə görə kassator yüksək dərəcəli mənəvi sarsıntı və iztirab yetirilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində Cavabdeh səs yazısının qəbul edilməməsi, dinlənilməməsi kimi pozuntulara hüquqi qiymət verməmişdir. Məhkəmələr tələblərə preyudisial hala dair müvafiq hüquq normasını tətbiq etməmişlər və tələbi nəzərdən keçirərkən subutları formalist qiymətləndirib, iş üzrə polis şöbəsinin qərarında cavabdehin etira fını, məhkəmədə pulu almasına dair etirafını nəzərə almadan iddia tələbi üzrə düzgün nəticəyə gəlməmişlər.
15. Kassator məhkəməyə vəsatət verərək, hüququn inkişafının və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab olunmasına əsaslar olduğu üçün işin şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
16. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh İddiaçı kassasiya şikayətinə qar şı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 22. “Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 23. “Mənəvi zərərin ödənilməsi barədə qanunveric iliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səb əbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 31.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntus u hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 32.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
34. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir. 37.Məhkəmə iclas pro tokolundan görünür ki, iddiaçı cavabdehə verdiyi 3500 ABŞ dolları vəsaitin ona qaytarıldığını bildirmişdir. 38.Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları isə tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. 39.Cavabdehin iddiaçıdan 3500 ABŞ dolları almasını, iddiaçının isə həmin 3500 ABŞ dollarının ona qaytarıldığını məhkəmə iclasında bəyan etməsi, bu faktların işin mübahisəsiz halları olduğunu deməyə imkan verir. 40.İddiaçı tərəfindən onun izahatının protokola düzgün qeyd olunmaması ilə bağlı protokola qeyd də verilməmişdir. 41.Kassasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 42.Eyni zamanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 43.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 44.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3032/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.