Məhkəmə qərarları › İş №2(102)-2361/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2361/2025

12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2361/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğvi, etibarsız əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1791/2025 nömrəli 21 aprel 2025-ci il tarix li qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı 25.000 ABŞ dolları məbləğində borc verməyi öhdəsinə götürmüşdür.

2. Daşınmaz əmlakın 03 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.1 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

3. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən aparılan 15 aprel 2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydinə əsasən Cavabdeh1 xeyrinə İddiaçı 25.000 ABŞ dolları və 20 m anat pul tutulması nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra “cavabdeh”) və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X2 (bundan sonra “Notariat ofisi” və ya “Notarius”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Notariat ofisi tərəfindən cavabdehin xeyrinə verilmiş xx.xx.2020-ci il tarixli İcra Qeydinin ləğv edilməsi və vəkilə ödənilən 300 manat hüquqi xidmət haqqı və 20 manat dövlət rüsumu olmaqla, cəmi 320 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı ildə xxx adlı şəxslə razılaşaraq 20000 (iyirmi min) ABŞ dolları borc (sələmə) pul alıb. Bu pulu iddiaçı 5000 ABŞ dolları faizi ilə birlikdə, yəni 25.000 ABŞ dolları məbləğində xxxa qaytarıb. Həmin 20000 ABŞ dolları pulun təminatı üçün xxxin təkidi ilə iddiaçı cavabdehlə xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25.000 (iyimi beş min) ABŞ dollar pulun guya cavabdeh tərəfindən ona verildiyinə dair formal (uydurma) Borc Müqaviləsi bağlayıb. Cavabdeh Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi izahatında xxxun onun həyat yoldaşı olduğunu bildirmişdir. Həmin izahatda cavabdeh həm də bildirmişdir ki, xx.xx.2016-cı il tarixində iddiaçıya 25.000 ABŞ dolları verərək ondan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini satın almışdır. Belə çıxır ki, cavabdeh eyni gündə iddiaçıya həm 25000 ABŞ dolları borc pul verib, həm də 25 000 ABŞ doolarına iddiaçıdan ma ğazanı satın alıb. Bu fakt da cavabdeh ilə iddiaçı arasında olan xx.xx.2016-cı il tarixli Borc Müqaviləsinin və Alqı-satqı müqaviləsinin tamamilə formal (uydurma) olduğunu təsdiq edir. Bu müqavilələrin etibarsız sayılması ilə bağlı Bakı şəhəri Nizami rayon məhkəməsinin icraatında 2(007)637/2021 saylı işə baxış davam edir. Cavabdeh həyat yoldaşı olduğunu dediyi xxxun vəfatından (2019-cu ilin yanvar ayında vəfat edib) sonra iddiaçıya qarşı Bakı şəhəri 14 Saylı Notariat Kontoru vasitəsi ilə xx.xx.2020-ci il tarixli İcra Qeydini göndərib və borc verdiyini iddia etdiyi 25.000 ABŞ dollarını ondan tələb edib. Cavabdeh bu 2 il 10 aylıq müddət ərzində 1 dəfə də olsun iddiaçıya müraciət edərək həmin 25.000 ABŞ dollarını ondan tələb etməyib. İddiaçının borc pulu aldığı və tamamilə geriyə ödədiyi xxxd ən (2019cu ilin yanvar ayında vəfat edib) sonra cavabdeh bu formal müqavilə əsasında iddiaçıya qarşı İcra Qeydini göndərmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-11/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri 14 saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən aparılmış 15 aprel 2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydinin ləğv edilməsi, Cavabdeh1 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. (hakim Ramin Xəlilov)

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən hazırkı iş üzrə cavabdeh öz izahatında bildirmişdir ki, onunla hazırkı iş üzrə iddiaçı arasında bağlanmış xx.xx.2006- cı tarixli kredit müqaviləsi formal olaraq, yəni ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona satılmasının gələcəkdə icrasının təmin olunması üçün bağlanmışdır. xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə o, iddiaçıya heç bir pul vəsaiti, o cümlədən 25.000 ABŞ dolları verməmişdir.

8. Göründüyü kimi, cavabdeh xx.xx.2006-cı tarixli kredit müqaviləsinin formal bağlanıldığını, onun tərəfindən iddiaçıya heç bir pul vəsaitinin verilmədiyini özü etiraf etmişdir. Beləliklə də icra qeydi verildiyi zaman tərəflər arasında faktiki olaraq borc pulun verilməsinə dair hər hansı bir müqavilə mövcud olmamışdır. Belə olduğu təqdirdə də formal olaraq bağlanılan müqavilə üzrə icra qeydinin verilməsi qanunsuz və əsassız olmaqla idd iaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

9. Birinci instansiya məhkəməsi iddia tələbinin vəkilə ödənilən 300 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı hazırkı iş üzrə vəkilə 300 manat məbləğində hüquqi xidmət haqqını ödədiyini iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76, 79-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən göründüyü kimi, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi etibarsız hesab edilməmişdir. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işə baxan məhkəmə işin halların tam araşdırmamış və iddiaçının natamam təqdim etdiyi məhkəmə qətnamələri əsasında apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə tamamilə zidd olaraq qətnamə qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsi preyudisiya institutunun tələblərini də pozmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1791/2025 nömrəli, 21 aprel 2025- ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova, Məhəmməd Rüstəmli)

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsinin hazırkı mübahisə üzrə preyudisial olmaması barədədir. Apellyator bu dəlilini onunla əsaslandırmışdır ki, adı çəkilən qətnamə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv olunduğundan hazırkı iş üzrə heç bir preyudisiallığı yoxdur.

15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab etmişdir ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin sonradan ləğv olunmuş xx.xx.2022-ci il tarixli qətnaməsində kredit müqaviləsi üzrə pul məbləğinin verilməməsi məhz cavabdehin özünün izahatına əsasən qeyd edilmişdir. Digər tərəfdən, ləğv olunan qətnamə ilə həmin işin yeni apellyasiya baxışı zamanı çıxarılmış xx.xx.2024-cü il tarixli qətnamədə müəyyən olunan hallar arasında faktiki olaraq elə bir ciddi fərq də yoxdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə də kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə pul verilmədiyi və bu baxımdan sonuncunun həmin müqavilə üzrə hər hansı məbləği qaytarmaq öhdəliyinin yaranmadığı müəyyən edilmişdir.

16. Apellya siya instansiyası məhkəməsi göstərmişdir ki, Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatlara və iddiaçının nümayəndəsinin izahatına əsasən həmin qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə müqavilə üzrə hər hansı məbləğin verilməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir və belə olan vəziyyətdə həmin müqavilə üzrə icra qeydinin verilməsi qanunsuz olmaqla cavabdehin əsassız varlanması ilə nəticələnə bilər.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76, 77, 78, 79-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən birinci instansiya məhkəməsinə Ali Məhkəmənin 2(102)-3328/2023 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2024 nömrəli qətnaməsi təqdim edilmişdir. Həmin iş üzrə cavabdeh iddiaçıya qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə, iddiaçı da cavabdehə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yekun məhkəmə aktı olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)528/2024 nömr əli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi o olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsi etibarsız hesab edilməli deyil və bu səbəbdən iddia tələbi üzrə pulun tutulması rədd edilməlidir. Göründüyü kimi, Bakı şəhəri 14 saylı Notariat Ofisinin 15 aprel 2020-ci il tarixli, 8i4505 saylı icra qeydi qanunidir. Tərəflər arasında sözügedən müqavilə məhkəmənin qanuni qüvvəsini almış qətnamə ilə etibarsız hesab edilməmişdir. Belə olan halda, həmin müqaviləyə əsasən borcun alınması üçün icra qeydi aparmışdır. Odur ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 15 aprel 2020- ci il tarixli, 8i-4505 saylı icra qeydi tamamilə qanunidir və müqavilə etibarlı olduğundan ləğ v edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin 2(103)528/2024 saylı qətnaməsinin 68-ci bəndində məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə borc məbləğinin 20.000 ABŞ dolları olduğu, həmin məbləğin borc qismində X4 alındığı və 2018-ci il tarixdə bu məbləğin qaytarıldığı və əlavə olaraq 5.000 ABŞ dolları faiz məbləğinin ödənildiyi, bu halları sübut edən “whatsapp” yazışmasının olduğu bildirilsə də, bununla bağlı hər hansı sübut, o cümlədən yazışma təqdim edilmir. Nəticə etibarı ilə X6 ilə olan borc münasibətlərinin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə hər hansı əlaqəsinin olduğu, o cümlədən xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin İddiaçı ilə X6 arasında yaranmış borc münasibətlərini pərdələyən, yalan əqd (bu baxımdan borcun etirafı müqaviləsi) olması müəyyən edilmir. X5 2019-cu ilin yanvar ayında ölməsi qeyd edilən məsələlərə onun münasibətinin öyrənilməsini qeyri-mümkün edir. Göründüyü kimi, həmin iş üzrə apellyasiya instansiya məhkəməsi, hazırki iddia üzrə iddiaçının istinad etdiyi işin faktiki hallarını təkzib etmişdir. Hazırkı iş üzrə isə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının verdiyi izahatlara uyğun işin hallarını dəyərləndirmiş, yəni artıq apellyasiya instansiya məhkəməsi tərəfindən mövqe bildirilmiş məsələlərə bağlı yenidən mövqe bildirmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə formal olaraq bağlanmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən müqavilə etibarsız hesab edilməmiş və hal-hazırda müqavi lə qüvvədədir və tərəflər üçün vəzifə və öhdəliklər yaradır. İcra qeydi isə həmin borc müqaviləsi əsasında verilmişdir. Yəni icra qeydinin ləğv olunması üçün ilkin olaraq müqavilənin etibarsız hesab edilməsi zəruri şərtddir. Əgər müqavilə etibarsız hesab edilməmişdirsə bu zaman icra qeydinin ləğv edilməsindən söz gedə bilməz. Çünki icra qeydi hal-hazırda qüvvədə olan müqavilə üzrə verilmiş və tamamilə qanunidir. Tərəflər arasında azad şəkildə müqavilə bağlanmışdır. Hər bir tərəf üzərinə öhdəliklər götürmüşlər. Digər mülki iş üzrə yekun məhkəmə aktından da göründüyü kimi, müqavilə etibarsız hesab edilməmişdir. Lakin bunlara baxmayaraq birinci instansiya məhkəməsi müqaviləni etibarsız hesab edərək, icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin apa rılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Maddə

77. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə

78. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə

79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarı “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktik i halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı Məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, buna görə də kollegiya qətn aməni tam yoxlayır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.

26. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tam qiymət verib.

27. İddia tələbi icra qeydinin ləğvi barədədir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır.

28. İşin məhkəmələr tərəfindən cavabdehin özünün başqa bir iş üzrə verdiyi izahatı ilə müəyyən edilən hallarına görə mübahisələndirilən icra qeydinin verilməsinə əsas olan müqavilə üzrə cavabdeh iddiaçıya hər hansı məbləğdə borc verməyib.

29. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya ş ikayətinin dəlilləri üzrə hazırki qərarın 15-18-ci bəndlərində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi normalarla razılaşır.

30. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, cavabdeh kassasiya şikayətində iddiaçının “kredit müqaviləsinin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə rədd edilməsinə istinad etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil apellyasiya şikayətinin də dəlili olub və apellyasiya instansiyası məhkəməsi də bu dəlilə qiymət verib.(bax:15-ci bənd) Məhkəmə kollegiyası bu qiymətləndirmə razılaşır.

32. Həmçinin bu dəlillər işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə də təkzib ed ilir. Belə ki, həmin qətnamədə kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə pul verilmədiyi və bu baxımdan iddiaçının da həmin müqavilə üzrə cavabdehə hər hansı məbləği qaytarmaq öhdəliyinin yaranmadığı müəyyən edilmişdir.

33. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1791/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar