Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2362/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil tələbi) müqavilənin mövcudluğuna istinad etməklə MTK-ya qarşı Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Quliyev Elnur Ağalar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «maneənin aradan qaldırılması» tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5297/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasi ya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsindəki qəzalı vəziyyətdə olan evləri sökərək orada hündür mərtəbəli evlər inşa edir. Həmin ünvandakı beş otaqlı 38 saylı həyət evi iddiaçının anasına məxsus olmuş və evi alqısatqı müqaviləsi ilə Cavabdeh MMC-yə satmışdır. Həmin ev də sökülərək yerində bina inşa edililmişdir. Eyni zamanda Cavabdeh MMC ilə iddiaçı arasında 14 noyabr 2006-cı il tarixdə bağlanmış müqavilə mövcüddür. Həmin müqaviləyə görə ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC-nin tikilməkdə olan binasında 2 otaqdan, 99.7 kv.m-dən ibarət olan XX yerləşən 39 nömrəli mənzilin iddiaçıya verilməsi və mənzilin dəyəri olaraq 68 800 manat pulun iddiaçı tərə findən şirkətə ödənilməsi şərtləndirilmişdir. Müqavilədə nəzərdə tutulan mənzilə görə iddiaçının vəsait ödəməsinə dair sənəd mövcud deyil. İddiaçı israr edir ki, anasının mənzili şirkətə satıldıqdan sonra evin dəyərinin bir qismi nağd pul şəklində onlara ödənilmiş, qalan məbləğin əvəzində isə həmin müqavilə bağlanmışdır. Ona görə iddiaçı müqavilə üzrə nəzərdə tutulan mənzilin ona verilməməsinə istinad edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 2 ünvanda tikilən binanın XXXndə yerləşən, 99,7 kv.m-dən və 2 otaqdan ibarət 39 saylı mənzili üzərində onun istifadə və sahiblik hüquqlarını pozan və maneə törədən hərəkətl ərinin qanunsuz hesab edilməsi və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: ünvan 3 ünvanda həyət evləri mövcud olmuş və həmin evdə 2016-cı ilin noyabr ayınadək yaşamışlar. Həmin fərdi yaşayış evi Cavabdeh MMC-yə satılmış, evin dəyərinin bir hissəsi pul şəklində, bir hissəsi isə tikiləcək binadan mənzil qarşılığında əvəzləşdirilmişdir. Bununla əlaqədar olaraq, 14 noyabr 2006-cı il tarixdə Cavabdeh MMC ilə aralarında müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən ünvan 4 ünvanda yerləşən Cavabdeh MMC-nin tikilməkdə olan binasında 2 otaqdan, 99,7 kv.m-dən ibarət olan, 1-ci blok, 7-ci mərtəbədə yerləşən 39 nömrəli mənzili ona verməyi öz öhdəs inə götürmüş və mənzilin ümumi dəyəri 68800 manat müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən binanın tikintisi təxminən 12 ilə yaxın davam etmişdir. Tikinti getdiyi müddət ərzində dəfələrlə MMC-yə getmiş, tikintinin gedişi ilə maraqlanmış, ona verilmiş mənzili hansı müddət ərzində təmir edib orada yaşaya biləcəyini soruşduqda, hər dəfə ona narahat olmamasını və tikinti başa çatdıqdan sonra mənzilə köçə biləcəyi bildirilmişdir. Təxminən 2018-ci ilin sonlarına doğru binanın tikintisinin başa çatdığını görüb, Cavabdeh MMC-nin müdiriyyətinə dəfələrlə müraciət edərək, müqavilə üzrə ona məxsus olan mənzilin açarlarının ona verilməsini və orada təmir işlərinin aparılmasına şərait yaratmasını xahiş etsə də, cavabdeh tərəfindən müraciətlərinə heç bir məhəl qoyulmamışdır. Hesab edir ki, şirkət bu h ərəkətləri ilə onun mülkiyət hüquqlarını pozmuşdur.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80, 106.1.maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Mehdiyev (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev ) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1059/2020 nömrəli mülki iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 752.1, 752.2-ci maddələri və sübutetmə ilə bağlı prosessual normalara uyğun əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddi açı və onun vəkili Quliyev Elnur Ağalar oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
14. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
15. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı z amanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə
9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnı z tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.4. Məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdimədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.
26. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 14 noyabr 2006-cı il tarixli müqavilənin 1-ci bəndinə əsasən kooperativ ünvan 5 ünvanda yerləşən Cavabdeh MMC-nin tikilməkdə olan binasında 39 saylı mənzili payçıya verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 68800 ABŞ dolları həddində müəyyən olunmuşdur. Qeyd edilən müqavilənin 4 və 5-ci bəndlərinə əsasən müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30 faizi məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı pulun qalan hissəsini kooperativə bərabər hissələrlə olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürür.
27. X1 ilə X3 aralarında bağlanılmış 15.11.2006-cı il tarixli müqaviləyə əsasən, X1 Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küç. ev 36-da yerləşən ümumi sahəsi 111,4 kv. yaşayış sahəsi 71,0 kv.m olan 5 otaqlı mənzilin X2 139.680 manata satmışdır. Həmin alqı-satqının predmeti olan ev iddiaçının anasına məxsus olmuş evdir. İddiaçı məhz həmin evin satışından qalan ödənilməmiş vəsait hesabına onunla müqavilə bağlanmasına istinad edir. Alqı-satqı müqaviləsində nəzərdə tutulan vəsaitin (139.680 manatın) verilməsini iddiaçı etiraf edir.
28. İddiaçı israr edir ki, evin müqavilədə nəzərdə tutulmayan ödənilməmiş dəyəri qalmışdır ki, onun əvəzi olaraq mübahisəli mənzilə dair müqavilə bağlanmışdır. Lakin, bu barədə nə iddiaçının anası ilə bağlanmış müqavilədə qeyd-şərt nəzərdə tutulmamış və nədə iddiaçının özü ilə bağlanmış müqavilədə də belə şərtlər göstərilməmişdir. Əksinə tərəflərin imzalamış olduğu həmin müqavilədə mənzilin razılaşdırılmış dəyərinin hansı qaydada ödənilməsi (23-cü bənd) dəqiq göstərilmişdir. İddiaçının həmin məbləğdən hansısa ödənişlər etməsinə dair heç bir sübut yoxdur və iddiaçı özü də bunu israr etmir.
29. Nəzərə almaq lazımdır ki, mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar v ə faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin mövcudluğu iddianın əsaslı olması qənaətinə gəlmək üçün kifayət deyil.
30. Yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 3
1. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5297/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.