Məhkəmə qərarları › İş №2(102)-2363/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2363/2022

13.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2363/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evdən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəsi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(060)-3624/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt şəhəri S.Vurğun küçəsi, Birləşmiş məhəllədə yerləşən 200A nömrəli bağ sahəsi Sumqayıt şəhər XDS icrayiyyə komitəsi ilə olan xx.xx.1986-ci il tarixli müqaviləyə əsasən 10 dekabr 2000-ci ildə Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş X4 daimi istifadə etmək üçün verilmişdir.

2. İddiaçı xx.xx.2014-cü ildə Xəzər bağlar massivi cəmiyyətinin xx.xx.2000-ci il tarixli Bağçının üzvlük kitabçasına əsasən 200 kv metr torpaq sahəsinin 80 kv metr hissəsinin Təranə Ziyadovaya verilməsinə dair heç bir iddia tələbi olmayacağına dair notarial qaydada təsdiqlənmiş ərizə və qeyd edilən torpaq sahəsi ilə bağlı Cavabdeh etibarnamə vermişdir. İddiaçının müraciəti əsasında etibarnamə xx.xx.2018-ci ildə, ərizə isə xx.xx.2020-ci ildə ləğv edilmişdir.

3. Sumqayıt şəhər XDS İK-nin 07 apr el 1987-ci il tarixli qərarı ilə (protokol № 9) Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyəti, Nəsimi küçəsi, 3-cü məhəllə, 200/1 nömrəli bağ sahəsində Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən qanunamüvafiq qaydada bağ evinin tikintisi məqsədilə tikinti işlərinin aparılmasına etiraz edilməməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi tərəfindən X3 xx.xx.2014-cü il tarixli 735 saylı məktub verilmişdir.

4. Sumqayıt şəhəri S.Vurğun küçəsi “Xəzər” Bağçılıq Yoldaşlığı ərazisindən məhəllə sahəsi 80 kv metr olan 200A/1 nömrəli bağ sahəsi Sumqayıt şəhər XDS-nin xx.xx.1987-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən 9 nömrəli protokolla bağçılıq cəmiyyəti üzvlərininin xx.xx.2015-ci il tarixli 11 nömrəli protokoluna əsasən ba ğçılıq cəmiyyətinə üzv qəbul edilmiş Təranə Zahid qızı Ziyadovaya verilmişdir.

5. Hazırkı icraatdan əvvəl tərəflər arasında məhkəmə mübahisələri olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5538/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Təranə Zahid qızı Ziyadovaya, X2 və X5 qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir.

6. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Sumqayıt şəhəri, X13, Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən və ona məxsus olan 200A saylı bağ sahəsinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və tam şəkildə icra olunmuşdur.

7. İddiaçı “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi Murovdağ küçəsi, keçmiş Nəsimi küçəsi 2-ci məhəllədə bağ nömrəsi 200a-da sahəsi 200 kv metr olan bağda qeydiyyatsız yaşaması ilə bağlı Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən 332 nömrəli, xx.xx.2021-ci il tarixli arayış verilmişdir.

8. Cavabdeh ünvan 3də yerləşən 200a/1 saylı bağ evində qeydiyyatsız yaşaması ilə bağlı Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən 317 nömrəli, xx.xx.2021-ci il tarixli arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200A saylı bağın 200 kv metrlik hissəsinin yalnız 80 kv metrində yerləşən evdən əmlakları və ailə üzvləri ilə birlikdə çıxarılma sı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsi Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200a saylı bağdır. Həmin bağ sahəsi X6 Cəmiyyəti tərəfindən 10 dekabr 2000-ci il tarixli bağ kitabçasına əsasən onun istifadəsinə verilmiş, həmin bağın sahəsi 200 kv metrdir. Bağ evi onun tərəfindən 2010-cu ildən öz şəxsi vəsaiti ilə tikilmiş və bu məqsədlə o, bankdan 50 min manatdan artıq kredit götürmüş, krediti də özü qaytarmışdır. Lakin cavabdeh həmin evi 2011-ci ildən zəbt edərək kirayə vermiş, ev yararsız bir hala düşmüş və ona külli miqdarda ziyan dəymişdir. Evin bütün pəncərələri və barmaqlıqları çıxardılaraq yerinə köhnə pəncərələr qoyulmuşdur. Cavabdeh ona məxsus Nəsimi küçəsi 2-ci məhəllə də yerləşən 200A saylı bağ evini qanunsuz olaraq zəbt edərək onu həmin evə buraxmadığı üçün o, məhkəmədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3383/2020 saylı qətnaməsi ilə ona məxsus olan mübahisəli bağ sahəsinə köçürülməyi qət edilmişdir. Artıq qətnamənin qəbul edilməsindən 5 aya yaxın müddətin keçməsinə baxmayaraq cavabdeh onu öz bağ evinə buraxmır, hətta məhkəmə qətnaməsindən sonra həmin bağda olan şəxsən onun ailə üzvləri ilə birlikdə istifadə etdiyi evi də zəbt etmişdir.

11. Cavabdehin Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı onun qardaşıdır. Ona aid olan Xəzər bağları 2ci məhəllədə yerləşən 200A (sahəsi 200 kv metr) saylı bağ sahəsini mərhum atası X8 2000-ci ildə almış v ə qardaşı İddiaçı adına sənədləşdirmişdir. O zaman iddiaçının 16 yaşı var idi və o yaşda onun bağ sahəsi əldə etməsi mümkünsüz idi. Həmin bağ sahəsində 200A saylı bağ evini atası usta olduğu üçün öz vəsaiti ilə özü tikmişdir və həmin ünvanda anası ilə birlikdə yaşamışlar. Qardaşı isə kiçik yaşlarından bu günə kimi atasına aid olan və 2017-ci ildə atasının vəfatından sonra anasının adına keçən Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 84 saylı evin, 11 saylı mənzilində yaşamışdır. İddiaçı öz razılığı ilə qarşılıqlı anlaşmayla, yəni analarının mənzildəki payından onun xeyrinə imtina etmənin müqabilində 12 noyabr 2014-cü ildə 200A(200 kv metr) saylı bağın 80kv metr olan boş hissəsini onun adına mülki etibarnamə ilə vermiş, hətta həmin tarixdə notariat konturunda 200 kv metr torpaq sahəsin in 80 kv metr hissəsinin ona verilməsinə dair heç bir iddia tələbi olmayacağına dair ərizə imzalamış, həmin 80 kv metr hissə üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, tikinti işlərinin aparılması, digər 3-cü şəxsə satıla biləcəyini özündə əks etdirən etibarnaməni ona vermişdir. Bu sənədlərə əsasən o, bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2015-ci il tarixli 9 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv seçilmiş, Xəzər bağçılıq ərazisi Nəsimi küçəsi 3-cü məhəllə bağçılıq sahəsindən 80 kv metr olan bağ sahəsi 200A/1 adlandırılmış və ona daimi istifadə üçün verilmişdir. Buna dair bağçılıq üzvlük kitabçası da mövcuddur. İddiaçının ona verdiyi sənədlərin əsasında 2014-cü ildə Sumqayıt Şəhərsalma və Memarlıq İdarəsi tərəfindən onun razılığı ilə anası X1 adına tikinti üçün icazə alınmışdır. O, ailə üzvləri ilə birgə həmin vaxtdan, yəni 2014-cü ildən bugünə qədər həmin ünvanda (200A/1) - yaşayır. Etibarnamə və iddiaçının razılıq ərizəsinin verildiyi tarixdə onun bütün sənəd işləri və evin tikinti işləri həyata keçirilmişdir. İddiaçı həmin tarixdən 4 il sonra yəni 2018-ci ildə etibarnaməni, 6 il sonra yəni 2020-ci ildə razılıq ərizəsini ləğv etdirmişdir. Etibarnaməni ləğv etdirdiyi ildə, yəni 2018-ci ildə ona aid olan 200A/1 (80kv metr) bağ sahəsini öz evi kimi göstərərək həmin bağ sahəsindən çıxarılmasına dair məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)5538/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının bağ sahəsindən çıxarılma tələbinə dair iddiası rədd olunmusdir. Bundan sonra iddiaçı 2020-ci ildə yenidən Sumqayıt Şəhər Məhkəməs inə ona aid 80 kv metr 200A/1 bağ sahəsinin bağçılıq üzvlük kitabçasının və bağ evinin tikintisinə dair icarəsinin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma və həmin bağ sahəsinə köçürülümə tələbi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5538/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası qismən təmin olunaraq yalnız cavabdehə aid olan 200A (120 kv metr) bağ sahəsindəki evinə köçürülməsini təmin etmişdir. 27 dekabr 2021-ci ildə icraçı tərəfindən köçürülmə icraatı olunmuş və həmin evin açarının bir üzü anası tərəfindən iddiaçıya təhvil verilmişdir. Evin kommunal xətləri iddiaçının adına olduğuna görə özü həmin xətləri kəsdirmişdir ki, anası da o evdən çıxsın. Buna görə anaları məcburiyyətdən ona məxsus 200A/1 (80 kv metr) bağ sahəsinə kö çmüş və onunla yaşayır. Onun iddiaçının iddia etdiyi, yəni 200Anmrəli bağ sahəsindəki evə heç qarışacağı yoxdur. İddiaçı izahatında qeyd edir ki, keçmiş qətnamələr indiki iddia etdiyi bağ sahəsilə əlaqəli deyildir. Halbuki mübahisələndirilən 1 bağ sahəsi var. Ona aid bağ sahəsi elə həmin evdir. İddiaçı bağ sahəsini məhkəməyə başqa ev kimi təqdim etsə də məhkəməyə buna dair heç bir sənəd təqdim etməmişdir. Çıxarılan qətnamələr də indiki iddia olunan bağ sahəsində yəni eyni bağ sahəsinə aiddir. Qeyd edilənləri qonşular və anası da təsdiq edə bilər.

12. Məhkəmə iclasında dindirilən şahid X7 ifadəsində göstərmişdir ki, o, iddiaçının və cavabdehin anasıdır. 200A/1 (80 kv metr) bağ sahəsində yaşayır. Yoldaşı 2017-ci ildə vəfat etmişdir. Bağın 80 kv metr sahəsi qızına ayrılmış, bu barədə iddiaç ı etibarnamə vermiş, sonra sənədləşdirilmişdir. Orada ev tikilmiş və cavabdeh artıq 6 ildir ki, orada yaşayır. Hər iki evi rəhmətlik yoldaşı tikmişdir

13. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh qarşı cavabdehin Sumqayıt şəhər, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllədə yerləşən 200A saylı bağın 200 kv metrlik hissəsinin yalnız 80 kv metrliyində yerləşən evdən əmlakları və ailə üzvləri ilə birlikdə çıxarılmasına dair iddiasının rədd olunması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin ailə üzvləri və əmlakları ilə çıxarılması tələb olunan ev və onun yerləşdiyi torpaq sahəsi sonuncunun qanuni sahibliyində olduğundan iddia əsassızdır.

15. Məhkəmə öz mövqeyi ni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, və 157.8-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin bütün sənədlərinin ünvan 3yə heç bir aidiyyatı yoxdur. Belə ki, Cavabdeh əlindəki bağ kitabçasında ünvan ünvan 1cra Hakimiyyəti tərəfindən verilmiş layihədə digər bir şəxs Əliyeva Sahibənin adınadır. Orada isə ünvan ünvan 2 S.Əliyevanın adına heç bir sənəd olmadığı halda onun adına layihə çəkilmişdir. Layihə isə başqa bir ünvanda olan evə aiddir. Məhkəmə əsassız qətnamə qəbul etməklə onun konstitusion hü quqları pozulmuşdur. ünvan 3 ünvanında yerləşən 200A saylı bağ evinin ona məxsus olmasını Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2021-ci il tarixli qətnaməsi ilə təsdiq edir.

18. Apellyasiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı Sumqayıt şəhəri, X13, Nəsimi küçəsi, 2-ci məhəllə, Bağ 200 A ünvanında iddiaçıya məxsus ev olduğu, cavabdehə məxsus olan və cavabdehin ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinin, iddiaçıya məxsus bağ sahəsi ilə qonşuluqda yerləşdiyi, mübahisə predmeti olan bağın ümumi sahəsi 200 kv metr olduğu, iddiaçıya məxsus olan evin bağ sahəsinin 120 kv metr hissəsində, cavabdehə məxsus olan evin isə bağ sahəsinin 80 kv metr hissəsində yerləşdiyi, hər iki evin yerləşdiyi həyətyanı sahənin giriş-çıxış qapılarının fərqli olduğu və fərdi yaşayış evlərindən, evl ərin yerləşdiyi həyətyanı sahənin istifadəsində tərəflərə ayrıayrılıqda maneə yaradacaq halın olmadığı, evlər arasında hasar çəkildiyi müəyyən edilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(060)-3624/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 01 iyul 2021-ci il tarixli 2(060)-3624/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, cavabdehin ailə üzvləri və əmlakları ilə çıxarılması tələb olunan ev və onun yerləşdiyi torpaq sahəsi sonuncunun qanuni sahibliyində olduğundan iddia əsassızdır. Bundan başqa Cavabdeh mübahisə olunan evlə bağlı sənədləri qüvvədədir, həmin sənədlər mübahisələndirilməyib və ləğv olunmayıb.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2 və 157.8-ci, Mülki Prossesual Məcəllənin 14.1 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi yerli baxış keçirərkən nəzərə almamışdır ki, cavabdehin adına olan bağ kitabçasında ünvanı ünvan 6 və yerləşdiyi küçə faktiki zəbt etdiyi ərazidən 1 km kənarda yerləşir. Məhkəmə qeyd edilən əraziyə baxış keçirməmişdir. Bundan başqa iddiaçı tərəfindən qeyd edilən ərazinin fotoşəkilləri təqdim edilsə də onlara hüquqi qiymət verilməmişdir. Həmçinin xx.xx.2014-cü il tarixli sənəd cavabdeh vədinə əməl etmədiyindən ləğv edilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi MPM-nin 88, 106 və 217.3-cü maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şi kayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır..

28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Prossesual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 3

0. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. Maddə 416 Kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkə mə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Bağ sahəsi ilə bağlı cavabdehin adına olan sənədlərin hazırkı mübahisənin predmeti olan sahəyə aid olmaması, Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 3-cü məhllə, 200A/1 kimi görtərilən ünvanın kənarda yerləşməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin əraziyə baxış k eçirməməsinə dair kassasiya şikayəti dəillləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçı tərəfindən irəli sürülməmiş, bu halları təsdiq edən hər hansı sənəd təqdim olunmamışdır. Təqdim etdiyi fotoşəkillərə hüquqi qiymət verilməməsinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi bütövlükdə sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qyimtələndirmiş, haqlıı olaraq iddiaçının təqdim etdiyi sübutların iddianın təmini üçün kifayət hesab etməmişdir.

38. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğvi üçün qanuni əsas ola bilməz.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(060)-3624/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar