Məhkəmə qərarları › İş №2(102)-2363/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2363/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2363/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın cavabdeh “X3 Mərkəzi” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh “X3 Mərkəzi” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə” iddiasına, üçüncü şəxs X4 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzildən istifadəyə yaradılan maneəl ərin aradan qaldırılması barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1197/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MTK cavabdeh “X2 Mərkəzi” MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Nəsimi Rayon İcra Şöbəsinə və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Dağlıq küçəsi 1 ünvanında inşa olunan yaşayış binasında 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilin “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracda X1 ilə bağlı tərtib edilmiş YP №-054 saylı, 30 dekabr 2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolunun və onun hüquqi nəticlərinin etibarsız hesab edilməsi baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Müstəqil tələb irəli sürən 3-cü şəxs X7 cavabdeh İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi ünvanında inşa edilən yaşayış binasının 1 (A bloku), 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilə sahiblik və istifadə hüququna dair İddiaçı MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, X5 məxsus ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1 (A bloku), 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzildə təmir işlərinin aparılmasına İddiaçı MTK və digərləri tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzilə 3-cü şəxsləri n daxil olmasına maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzilə su, elektrik və qazın verilməsinin dayandırılmasının cavabdehə qadağa olunması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra müstəqil tələb irəli sürən 3-cü şəxs X7 iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən, İddiaçı MTK tərəfindən verilmiş YP №-054 saylı, 30 dekabr 2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin iddia müddətinin keçməsinə görə rədd olunmasını xahiş etmişdir.

4. Cavabdeh “X2 Mərkəzi” MMC bildirmişdir ki, Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru № 17340-75210/20-5- 33 sayl ı, xx.xx.2020 tarixli məktubla “X2 Mərkəzi” MMC-yə müraciət edərək, ünvan 2 ünvanında inşa olunan yaşayış binasının 14cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş vermişdir. Qeyd edilən əmlakın ilkin dəyəri 81.466 manat qiymətləndirilmiş, keçirilən ilkin və 2 (iki) təkrar hərrac baş tutmadığına görə əmlakın qiyməti ilkin satış qiymətindən 1-ci təkrar hərracda 10 faiz, ikinci təkrar hərracda 20 faiz aşağı düşmüş, 3-cü təkrar hərracda isə 30 faiz aşağı qiymətə, yəni əmlakın yekun alış qiyməti 57.026 manat olmaqla tələbkar X7 tərəfindən qəbul edilmişdir.

5. İşin mübahisəsiz hallarına görə, 2(102)-3039/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin İcra vərəqəsinə əsasən, borclu İddiaçı MTKdan tələbkar X4 xeyrinə tutulacaq məbləğ 57.885 manat müəyyən olunmuşdur. 6. 12.08.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı MTK Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək bildirmişdir ki, MTK tərəfindən hazırda icra vərəqəsində qeyd olunan 57885 manat məbləğində vəsaitin pul şəkilində ödənilməsi mümkün deyil, lakin İddiaçı MTK ünvan 3 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzilin qiymətləndirilərək hərrac vasitəsi ilə satılmasını və həmin mənzilin satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini təklif etmişdir. 7. “X2 Mərkəzi” MMC tərəfindən İddiaçı MTK-nın mülkiyyətində olan ünvan 3 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün keçiriləcək hərracların tarixi və yeri barədə məlumatların qeyd olunduğu bildirişlər tərtib olunmuş və hərracların keçirilməsi barədə “Market” qəzetində və www.tap.az/shops/xihm internet səhifəsində elanlar dərc olunmuşdur. “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi barədə bildirişlər İddiaçı MTK-ya ünvanlanmış və bu hal iş materiallarına əlavə olunmuş qəbzlərlə təsdiqini tapmışdır. Həmçinin, mülki işin sözügedən halı, yəni MTK-nın ona məxsus olan əmlak üzərində keçiriləcək açıq hərracın yeri və vaxtı barədə məlumatlandırılmış olması Səbail Rayon Məhkəməsinin 2(009)-922/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3838/2022 nömrəli iş üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X8) iddiaçı Mahal MTK-nın Binəqədi rayonu, Dağlıq küçəsi 1 ünvanında inşa olunan yaşayış binasında 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 74,06 kv.metr olan mənzilin X2 Mərkəzi MMC tərəfindən açıq hərracda X1 ilə bağlı tərtib edilmiş YP № 054 saylı, 30 dekabr 2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolunun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, müstəqil tələb irəli sürən X4 ərizəsinin qismən təmin edilməsi, X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi ünvanında inşa edilən yaşayış binası 1 (A bloku ) 14cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilə sahiblik və istifadə hüququna dair İddiaçı MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, X5 məxsus ünvan 1 ünvanında inşa edilən yaşayış binası 1 (A bloku) 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzildə təmir işlərinin aparılmasına İddiaçı MTK tərəfindən maneə yaradılmasının qadağan edilməsi, həmin mənzilə 3-cü şəxslərin daxil olmasına maneənin yaradılmasının qadağan edilməsi və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi və müstəqil tələb irəli sürən X7 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Mahal MTK-dan tutularaq X5 ödənilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, hərrac tə şkilatı tərəfindən iş materiallarına əsasən hərracın keçirilmə qaydası pozulmuşdur. Belə ki, hərrac təşkilatı hərracı qanunla müəyyən edilmiş müddət ərzində keçirməli olmasına baxmayaraq, əmlaka ipoteka predmeti kimi yanaşaraq hərracların baş tutmamasını əsas gətirərək qiymətini aşağı salmışdır. Halbuki bu qayda qanunvericiliyin tələbinə ziddir.

10. Digər tərəfdən, Mülki Məcəllənin tələbinə əsasən hərracın nəticələri etibarsız sayıla bilər, lakin əqdləri mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğun andan 1 ildir. İş materiallarından isə görünür ki, iddiaçı hüququnun pozulduğunu bildiyi halda, 1 il ərzində əqdi mübahisələndirməmiş və qanunla müəyyən edilmiş kəsici müddəti ötürmüşdür.

11. Həmçinin, məhkəmə hesab etmişdir ki, müstəq il tələb irəli sürən 3-cü şəxsin iddiası neqator tələb olduğundan qismən təmin edilməlidir. Belə ki, qanunun tələbinə əsasən, hərracın nəticələrinə dair protokol müqavilə qüvvəsinə malikdir və M.Sadıqovanın artıq əmlaka sahiblik və istifadə hüquqları vardır ki, bununla bağlı hər hansı maneə cavabdehə qadağan olunmalıdır. Amma, müstəqil tələb irəli sürən 3-cü şəxs iddia ərizəsində həmin mənzilə su, elektrik və qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunmasını xahiş etsə də, həmin hallarla bağlı məhkəməyə sübutlar təqdim edilməmiş və bu hallar iş materialları ilə müəyyən olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı MTK qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və İddiaçı MTK-nın iddiası təmin olunması, üçüncü şəxs Məsumə S adıqovanın iddiasının isə təmin olunan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) 2(103)-1197/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, satış protokolu xx.xx.2020-ci ildə tərtib olunub. İddia xx.xx.2022-ci ildə verilib. Hərrac barədə bildirişin MTK-ya çatıbçatmadığını müəyyənləşdirmək mümkün deyil (iş v. 89, arayış). Lakin iş də olan digər sənədlərdən müəyyən olunur ki, MTK-nın hərracın nəticəsindən məlumatı olub və o, 1 illik müddəti ötürüb. Belə ki, bundan əvvəl başqa mülki işdə Qəhrəman Rəhimov adlı şəxs hərracın etibarsız sayılması barədə iddia qaldırıb və iddia rədd olunub. Bu qətnamə xx.xx.2021-ci ildə qəbul olunub (iş v. 85). Hazırkı iddia isə qətnamənin qəbulundan 1 il 6 ay sonra verilib. Qəhrəman Rəhimov MTK-nın sədri İlqar Rəhimovun (hazırkı iddia ərizəsini imzalayan şəxsin) əmisidir. Odur ki, ən azı qətnamənin qəbul edildiyi zaman MTK hərracın nəticəsindən məlumatlı olub. Çünki, Qəhrəman Rəhimov iddia edirdi ki, mənzil özünə məxsusdur, onu MTK-dan əldə edib. Belə vəziyyətdə ağlabatan deyil ki, Qəhrəman Rəhimov hərracın nəticəsi barədə öz qohumuna (MTK-nın rəhbərinə) məlumat verməsin. Göründüyü kimi, MTK hərracın nəticəsini mübahisələndirmək üçün 1 illik müddəti ötürüb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı MTK kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı Mənzil Tikinti Kooperativinin iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasının isə təmin edilməməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini ümumiyyətlə araşdırmayaraq yalnız MM-nin 354.2-ci maddəsinə istinad etmiş və MTK-nın 1 illik müddəti ötürməsi qənaətinə gəlmişdir. Halbuki, İddiaçı MTK Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)922/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən, ümumiyyətlə isə həmin iş üzrə icraatdan xəbə rsiz olduğundan yalnız 2022-ci ilin iyun ayında məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi qanuni əsaslandırmadan çox formallığa üstünlük verərək heç bir mənbəyə istinad etmədən digər bir işdə iddiaçı olan Qəhrəman Rəhimovun guya MTK-nın hazırkı rəhbəri olan İlqar Rəhimovun əmisi olması qənaətinə gəlmişdir və bu qohumluq münasibətlərinə istinad edərək MTK-nın həmin işdən məlumatlı olmasını əsaslandırmağa çalışmışdır. Soyadları eyni olsa da, X11 Rəhimovun əmisi deyil. Bundan başqa, Qəhrəman Rəhimov yaşayış binasının tikintisinə vəsait qoyan şəxslərdən biridir. MTK ilə aralarında yaranmış problem nəticəsində o, Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. Bu hal da Qəhrəman Rəhimovun MTK rəhbərliyi ilə münasibətlərinin elə də normal olmadığını göstərir. Bunlarla yanaşı, hərrac qovluğunda hərracın keçirilməsinə dair bildirişlərin olmasına baxmayaraq, bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən sənədlər (xəbərnamələr) aşkar edilməmişdir. Lakin məhkəmə prosesində üçüncü şəxs qismində iştirak edən X4 vəkili və nümayəndəsi Səbail Rayon Məhkəməsindən əldə etdiyi sənədləri, o cümlədən bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən poçt xəbərnamələrinin kserosurətlərini məhkəməyə təqdim edərək bildirmişdir ki, qeyd edilən xəbərnamələrin kserosurətləri hərrac təşkilatı tərəfindən əsli ilə düzdür kimi təsdiq edilərək Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin xəbərnamələrlə bağlı ilk növbədə bildirmişdir ki, xəbərnamələrin əsilləri hərrac qovluğunda mövcud deyil, xəbərnamələrin surətlərində əsli ilə düzdür sözləri yazılmamış, əsli ilə düz olmasın ı təsdiq edən hərrac mərkəzinin məsul şəxsinin imzası çəkilməmiş və möhürü vurulmamışdır. Bildirişə yalnız hərrac mərkəzinin ünvanını əks etdirən ştamp vurulmuşdur. Hal-hazırda həmin bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən qəbzlərin hərrac qovluğunda olmaması, məhkəməyə təqdim edilən qəbzlərin kserosurətlərinin müvafiq qaydada təsdiq olunmaması, deməyə əsas verir ki, həmin bildirişlər tərəflərə çatdırılmamış, digər iş üzrə Səbail Rayon Məhkəməsinə təqdim edilmiş surətlər isə görüntü yaratmaq üçün sonradan tərtib edilmiş və surətləri çıxarılaraq, üzərinə hərrac mərkəzinin ünvanını əks edən ştamp vurulmuş və məhkəməyə təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. M addə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

20. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

21. Maddə

416. Bu Məcəllədə müəyyənləş dirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

31. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburid ir. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası iş materiallarını və kassasi ya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

36. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən hərrac keçirilərkən icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması proseduruna ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydası tətbiq edilmiş, bununla da hərracın keçirilmə qaydası pozulmuşdur.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İc ra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadının 22-ci bəndinə əsasən, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həm in əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

38. Lakin cavabdeh tərəfindən əmlak hərracdan əvvəl tələbkara təklif olunmamış, hərrac 1 (bir) dəfə deyil, ümumilikdə 3 (üç) dəfə – ilkin və 2 (iki) dəfə təkrar keçirilmiş, yalnız bundan sonra əmlakın yekun alış qiyməti 57.026 manat olmaqla tələbkar X5 təklif edilmiş və əmlak sonuncu tərəfindən qeyd olunan məbləğə qəbul edilmişdir.

39. Bununla yanaşı, iş materialları ilə müəyyən olunur ki, cavabdeh əmlakın mülkiyyətçisi olan iddiaçını hərracların vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmamışdır. Belə ki, bildirişlərin iddiaçıya çatdırılmasını təsdiq edən xəbərnamələr cavabdeh tərəfindən təqdim olunan hərrac qovluğunda aşkar edilməmişdir. Qeyd olunan hal apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan araşdırılma ilə də təsdiq edilmişdir.

40. Göründüyü kimi, cavabdeh tərəfindən hərracın qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət edilmədən keçirilməsi və hazırda mübahisələndirilən hərracın yekunları barədə protokolun həmin hərrac nəticəsində tərtib edilməsi işin mübahisəsiz halıdır.

41. Mülki Məcəlləyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiy yətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2).

42. Apellyasiya instansiyası məhkəməsi M ülki Məcəllənin 354.2-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, iddiaçı əqdi mübahisələndirmək üçün 1 illik müddəti ötürmüşdür.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

44. Göründüyü kimi, KM Plenumunun mövqeyinə görə, Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddə tlər iradə ifadəsinin zədələnməsi hallarına şamil edilir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən əqd – hərracın yekunlarına dair protokol məcburi hüquq qaydalarına zidd keçirilmiş hərrac nəticəsində bağlandığından, əhəmiyyətsiz əqddir.

46. KM Plenumunun adıçəkilən qərarında qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutu lmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

47. Bu halda, məcburi hüquq qaydalarına zidd keçirilmiş hərrac nəticəsində bağlanmış əqdə iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərə şamil olunan kəsici müddəti şamil etməklə apellyasiya instansiyası məhkəməsi yanlışlığa yol vermişdir.

48. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “bundan əvvəl başqa mülki işdə Qəhrəman Rəhimov adlı şəxs hərracın etibarsız sayılması barədə iddia qaldırıb və iddia rədd olunub. Bu qətnamə xx.xx.2021-ci ildə qəbul olunub (iş v. 85). Hazırkı iddia isə qətnamənin qəbulundan 1 il 6 ay sonra verilib. Qəhrəman Rəhimov MTKnın sədri İlqar Rəhimovun (hazırkı iddia ərizəsini imzalayan şəxsin) əmisidir. Odur ki, ən azı qətnamənin qəbul edildiyi zaman MTK-nın hərracın nəticəsindən məlumatı olub.”

49. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən müddətin ötürülməsini, onun qohumu tərəfindən irəli sürülən iddia tələbi üzrə baxılmış işdən məlumatlı olması ilə əlaqələndirmişdir.

50. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materialları ilə İddiaçı MTK-nin sədri ilə Qəhrəman Rəhimov adlı şəxsin qohum olması öz təsdiqini tapmır. Həmçinin, onların qohum olması hələ iddiaçının hərracların keçirilməsi barədə məlumatlı olması kimi hesab edilə bilməz. Bu hal iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmalıdır. Hər hansı şəxslərin qohum olması onların hər hansı halla bağlı bir-birini məlumatlandırmasının göstəricisi deyildir. Məhkəmənin gəldiyi nəticə isə güman və şübhə lərə deyil, konkret faktlara əsaslanmaqla, qanunilik və əsaslılıq keyfiyyətlərinə uyğun olmalıdır.

51. Bu baxımdan nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).

52. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur.

53. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§29).

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1197/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar