Məhkəmə qərarları › İş №2(102)-2366/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2366/2020

01.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2366/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2366/2020 xx xxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3598/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova, iş № 2(005)-7643/20 19) İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən maddi ziyana görə 2462,0 manat, mənəvi ziyana görə 500 manat, hüquqi yardıma və digər xərclərə görə 911,50 manat, həkimə ödədiyi 74 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 3967,50 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.R.Abasov, Z.İ.Məmmədov və N.M.Nəsibov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilərək iddianın həmin hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamə ilə “xxxx” MMC -nin apelyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi müalicəyə çəkilmiş 74,30 manat xərcin cavabdehlərdən tutulması hissəsində ləğv edilib iddianın həmin hissədə rədd edilməsi, mənəvi ziyana görə 500 manat, hüquqi yardıma görə 911.50 manat, dövlət rüsumuna görə 30 manatın tutulması hissəsində qətnamənin dəyişdirilərək mənəvi ziyana görə 200 manat, hüquqi yardıma görə 300 manat, dövlət rüsumuna görə 20 manatın “xxxx” MMC-dən iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə “xxxx” MMC-dən 2462 manat iddiaçının xeyrinə tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx xxxxx 2014-cü il tarixdə “xxxx” MMC ilə İddiaçı arasında torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müq avilə bağlanmış və MMC tərəfindən İddiaçı 38.000 manata N saylı evin 3 saylı 1 otaqlı mənzili (47,4 kv.metr) satılmışdır. Alıcı İddiaçı 2018-ci ilin may ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək binanın bir neçə il müddət ərzində qaz, elektrik enerjisi və istilik sistemi ilə təmin olunmaması səbəbindən onun və əri X2 xəstələnərək 2-ci qrup əlil olmalarını və müalicəsinə külli miqdarda vəsait sərf etməsini, mənzilin divarlarının nəmliyi ilə əlaqədar mənzilə su axmasını, nəticədə mənzilinə və əmlakına görə ona 9000 manat, keçirdiyi mənəvi iztiraba görə ona 50.000 manat məbləğində mənəvi ziyan dəyməsini əsas göstərməklə ona dəymiş maddi və mənəvi ziyanın cavabdehlər MMC-dən və onun direktoru Cavabdeh1 alınaraq ona verilməsinə və yaşadığı mənzilin başqa binada və yaxud həmin binada is tilik sistemi ilə təchiz edilmiş digər mənzillə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh “xxxx” MMC-nin direktoru kasasiya şikayəti verərək mənzilə görə ziyanın vurulma səbəblərinin məhkəmə tərəfindən lazımınca araşdırılmamasını, məhkəmə kollegiyasının qənaətini səthi aparılmış ekspert rəyinə istinad etməklə əsaslandırmasını və s. əsas göstərməklə qətnamənin qismən - iddianın təmin olunmasına dair hissədə ləğv edilib həmin hissədə iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflə r məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçıya məxsus mənzildə yaranmış qüsurların səbəblərinin aydınlaşdırılması məqsədi ilə ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən müəyyən olunmuşdur ki, mənzil in ayrı-ayrı konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərindəki qüsurlar mənzilin yerləşdiyi yaşayış binasının daxili və xarici izolyasiya qatının pozulması nəticəsində mənzilin daxilində rütubətin və nəmliyin yaranmasından əmələ gələ bilər. Həmin rəyə görə mənzildə əmələ gəlmiş həmin qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun təqribi dəyəri 2462,0 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsinə görə mübahisəli mənzil ekspert rəyində göstərilən qüsurlar olmaqla iddiaçıya satılmış, nəticədə ona həmin məbləğdə maddi ziyan dəymişdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Apelyasiya instansiyası məhkəməsi iddiaçının tam dəyərini ödəməklə aldığı mənzildə qüsurların olmasına, bununla əlaqədar xəstə vəziyyətdə həmin mənzildə yaşamaq məcburiyyətində qalmasına əsaslanaraq hesab etmişdir ki, o, psixoloji əzab və mənəvi sarsıntı keçirməklə ona mənəvi ziyan dəymişdir. Məhkəmə kollegiyası iddianı həmin hissədə qismən əsaslı sayıb mənəvi ziyana görə cavabdehdən tutulan məbləği 200 manat müəyyən edərkən gəldiyi nəticəni “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2 və 8-ci bəndinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası qanunun həmin normasına əsaslanmaqla iddianı həmin hissədə 300 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh ondan tələb olunan maddi və mənəvi ziyanın vurulmasında təqsirini inkar etsə də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etmədiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar