Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2367/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi”tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli 2(105)-3596/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k Cavabdeh 4270 manat məbləğində borcun, 2016-cı ilin oktyabr ayından 2018-ci ilin oktyabr ayına qədər dövr üçün 854 manat bank uçot faizi məbləğinin 2018-ci ilin oktyabr ayından cavabdehin borcunu tam şəkildə ödəyəcəyi tarixə qədər dövr üçün ildə 427 manat olmaqla bank uçot faizi məbləğinin və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin 10.000 manat mənəvi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqaüdçüdür, valideynləri onkoloji xəstəlikdən əziyyət çəkiblər. Onların müalicəsi və əməliyyatları üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq qərarına gəlmişdir. 2016-cı ilin avqust ayının əvvəllərində qızıl-zinət əşyalarını Quba şəhərində olan qızıl alışı yerlərindək i zərgərlərə göstərib onları satmaq istəsə də, zərgərlər ona qızıl-zinət əşyalarını lom qiymətinə ala biləcəklərini bildirmişlər. Bundan sonra o, x1 adlı tanışından qızılların satılmasına köməklik etməsini xahiş edib və o, Quba MRX-da doğum şöbəsində işləyən, onun qonşusu olan x Əliverdiyevaya əvvəllər qızıl-zinət əşyalarının alqısı ilə bağlı müraciət etdiyini bildirmişdir. x x1ya xəstəxanada işləyən Cavabdeh qızıl alqısı ilə məşğul olduğunu bildirib və kimsə qızıl satmaq istədikdə ona yönəltməsini xahiş etdiyini bildirmişdir. O, xı tanıdığı üçün mobil nömrə ilə əlaqə saxlayıb və ona qızıllarını satmaq istədiyini bildirmişdir. Onlar telefon danışığı zamanı xla qiymət barəsində razılaşmış və o, 05.08.2016-cı il tarixdə ilkin olaraq özünə məxsus komplekt boyunbağını sırğası ilə birlikdə xa ç atdırmaq üçün x1ya vermişdir. Sonradan o, xla telefonla danışarkən, qızılları x1ya və x2ə verdiyini bildirmişdir. Bundan sonra valideynlərinin əməliyyat olunmaları üçün yenidən pul lazım olduğundan müxtəlif vaxtlarda x1nın vasitəsilə x2ə 13.000 manat dəyərində qızıl-zinyət əşyası satmışdır. x2in bu qızılları almasına səbəb isə həyat yoldaşının Quba şəhərində lombard işlətməsidir. O, sonuncu dəfə 2016-cı ilin sentyabr ayının 19-da özünə məxsus 583 əyarlı 61 qram çəkidə “tros” boyunbağını x1 və x vasitəsilə x2ə 4.270 manata satmışdır. Həmin vaxta qədər satdığı qızılların pulunu x2 ona hissə-hissə ödəmişdir. Lakin axırıncı dəfə ona satdığı boyunbağının pulunu ona ödəməmişdir. O, dəfələrlə x2lə onun mobil telefonları vasitəsilə əlaqə saxlayaraq, pulunu ödəməsini xahiş etmiş, x2 hər dəfəsində o na 4.270 manat borclu olduğunu etiraf etsə də, imkanının olmadığını bildirib, yaxın dövrlərdə ona borcunu ödəyəcəyini demişdir. Bundan sonra 24.08.2018-ci ildə Quba RPŞ-nə ünvanladığı ərizəsinə əsasən müraciəti araşdırılmış və 02.09.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mübahisəsinin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-357/2019 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qismən təmin edilərək, Cavabdeh 3200 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 6,73 manat məbləğində dövlət rüsumunun alına raq İddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev- sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elman Rəhimov) 30.10.2019-cu il tarixli 2(105)-3596/2019 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək,Quba rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-357/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsinin təmin edilməməsi, iddia ərizənin məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkilkassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən prosessual pozuntuya yol verilmişdir. Birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş, məhkəmə qətnaməsi tərtib edilərkən iş materiallarında olan sənədlərdəki faktlar təhrif olunmuşdur. Apellyasiya məhkəməsində işə baxılarkən məhkəmə prosesində iddiaçının iştirakı təmin olunmamışdır. Quba rayon Polis Şöbəsində izahat verərkən Cavabdeh etiraf etmişdir ki, sonuncu dəfə o, 2016-cı ilin sentyabr ayında iddiaçıdan 583 əyarlı 61 qram çəkidə “tros” boyunbağını almışdır. Bu özü-özlüyündə cavabdehin iddiaçıya həmin “tros” boyunbağının dəyəri olan 4.270 manatı borclu olmasını təsdiq edir. Pros essual məsələlər: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmələr tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir: Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, x3 onun tanışıdır. x3 on a qızılların satılmasına köməklik etməsini xahiş etmişdir. O, Quba MRX-da doğum şöbəsində işləyən, qonşusu olan x Əliverdiyevaya əvvəllər qızıl-zinət əşyalarının alqısı ilə bağlı müraciət etdiyini bildirmişdir. x ona xəstəxanada işləyən Cavabdeh qızıl alqısı ilə məşğul olduğunu bildirmiş və kimsə qızıl satmaq istədikdə ona yönəltməsini xahiş etmişdir. O, xı tanıdığı üçün mobil nömrə ilə əlaqə saxlayıb və ona qızıllarını satmaq istədiyini bildirmişdir. Onlar telefon danışığı zamanı xla qiymət barəsində razılaşmış və x3, 05.08.2016-cı il tarixdə ilkin olaraq özünə məxsus komplekt boyunbağını sırğası ilə birlikdə xa çatdırmaq üçün ona vermişdir. x3 sonuncu dəfə 2016cı ilin sentyabr ayının 19-da özünə məxsus 583 əyarlı 61 qram çəkidə “tros” boyunbağını onun və xın vasitəsilə x2ə 4.270 manata s atmışdır. Həmin vaxta qədər satdığı qızılların pulunu x2 ona hissə-hissə ödəmiş, axırıncı dəfə ona satdığı boyunbağının pulunu isə ödəməmişdir. Cavabdeh İddiaçı 3200 manat borcu qalmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 sentyabr 2018-ci il tarixli, HK-1/1447 nömrəli qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı başqa şəxslərin vasitəsi ilə ümumilikdə 11000 manatdan artıq dəyəri olan qızıl-zinət əşyaları almışdır. Sonuncu dəfə x3 ona x vasitəsi ilə 3560 manat dəyərində tros boyunbağı satmışdır. Hazırda öz hesabına görə onun qızılların satışına görə İddiaçı borcu qalmamışdır. X3 x3dan soruşduqda ona 3200 manat borclu qaldığını bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 sentyabr 2018-ci il tarixli, HK-1/1447 nömrəli qərardan da göründüyü kimi Cavabdeh 3200 manat borcunun olduğunu etiraf edən izahat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında hazırki mübahisə predmeti olan qızıl-zinət əşyaları barəsində heç bir mülki hüquq münasibətləri mövcud deyildir və iddiaçının mübahisələndirdiyi əmlak şəxsən onun tərəfindən cavabdehə verilməmiş, sonuncu isə həmin əmlaklar; iddiaçıdan qəbul edib, onlara görə iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəz ərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin təl əblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iş üzrə müəyyən etmişdir ki, tərəflər arasında hazırki mübahisə predmeti olan qızıl-zinət əşyaları barəsində heç bir mülki hüquq münasibətləri mövcud deyildir və iddiaçının mübahisələndirdiyi əmlak şəxsən onun tərəfindən cavabdehə verilməmiş, sonuncu isə həmin əmlaklara görə iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Belə olan halda, tərəflər arasına nə müqavilədən, nə də qanunda nəzərdə tutulmuş digər əsaslardan hər hansı öhdəliyinin yaranması müəyyən edilmir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq işin hallarının düzgün müəyyən edilməməsi barədə qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Q ərarı). Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli 2(105)3596/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2367/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2367/2020
08.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver