Məhkəmə qərarları › İş №2(102)-2368/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2368/2020

18.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2368/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X6 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-188/2019 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva, iş № 2(012)-7127/2017) İddiaçı N qızının cavabdeh X3 qarşı iddiası təmin edilərək cavabdeh X5 tərəfindən zəbt olunmuş İddiaçı N qızına məxsus ünvan 1 “A” ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Sumqayıt Apelyasiya M əhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Abbasov, Z.İ.Məmmədov və T.Q.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Mübahisəli fərdi yaşayış evi İddiaçı tərəfindən alqı-satqı yolu ilə X4 əldə edilmiş və xx xxxxxx 2007-ci il tarixdə onun evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evin onun mülkiyyətində olmasına baxmayaraq orada əvvəllər kirayədə yaşamış Cavabdeh evi boşaltmaqdan imtina etməklə onun mülkiyyət hüququnu pozmasını əsas göstərməklə evin cavabdeh tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xah iş etmişdir. Cavabdeh nümayəndəsi iddianı qəbul etməyərək mübahisəli evin onun keçmiş əri tərəfindən 2012-ci ildə N adlı şəxsdən etibarnamə əsasında əldə edilməsini əsas göstərmiş və iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh X1 şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüqu qi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, hazırkı iş üzrə Cavabdeh mübahisəli evin onun keçmiş əri tərəfindən etibarnamə əsasında əldə edilməsini əsas göstərməklə həmin evin alqı-satqısına dair İddiaçı ilə N arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İşin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin hazırda yaşadığı fərdi yaşayış evi İddiaçı məxsus olmaqla onun evə dair mülkiyyət hüququ xx xxxxxx 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh həmin evin keçmiş əri tərəfindən etibarnamə ilə alınmaqla ona məxsus olmasını iddia etsə də, Cavabdeh evdə qanuni əsasla yaşamasını təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan evdə yaşamaqla iddiaçının mülkiyyət hüququnu pozduğundan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə əsaslanmaqla iddianın təmin olunmasını əsaslı saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüquq u - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya işin müəyyən olunmuş yuxarıda göstərilən hallarına və qanunun müddəalarına əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq Kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar