Məhkəmə qərarları › İş №2(102)-2368/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2368/2023

18.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2368/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, iddia müddətinin tətbiqi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)264/2023 saylı qətnaməsindən X verdiyi kassasiya şikayəti üzrə işə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı ASC ilə (bu ndan sonra- iddiaçı yaxud Bank) Cavabdeh (bundan sonracavabdeh, yaxud borclu) arasında bağlanmış 6 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 20 faizlə, 24 ay müddətinə 65.000 manat kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.420,43 manat əsas, 11.644,47 manat faiz, 8790,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5.265,92 manat faiz borcu olmaqla, cəmi 44.121,53 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi işin yuxarıda sadalanan faktiki ha llarına istinad edilməklə belə əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, müqaviləyə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 01 iyul 2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmay araq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının 30 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 24 iyun 2021-ci il tarixə 06 noyabr 2013-c ü il tarixli kredit müqaviləsi üzrə 18.420,43 manat əsas, 11.644,47 manat faiz, 8790,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5.265,92 manat faiz borcu olmaqla, cəmi 44.121,53 manat borcu vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, e-2(007)3935/2021 saylı qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia qismən təmin edilmiş, cavabdehdən 18.420,43 manat əsas, 11.644,47 manat faiz, 1.842,04 manat cərimə, 5265,92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 37.172,86 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərini icra etmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Həmçinin, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 8790,71 manat cərimə (dəbbə pulu), 18.420,43 manat əsas borcun məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və bu məbləğ azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.7, 448.1, 449.1, 449,2, 46 7-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iştirakı olmadan işə məhkəmədə baxılaraq, birinci instansiya məhkəməsi öz qətnaməsində iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbardar edilməsinə (sms-bildiriş v asitəsilə) baxmayaraq cavabdehin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyini qeyd etmişdir. Lakin, cavabdehin məhkəmə prosesi barədə ümumiyyətlə xəbəri olmamışdır. Belə ki, cavabdeh iki ildən çoxdur ki, 050 *** ** ** mobil telefon nömrəsini işlədir və bu nömrəyə sms-bildiriş daxıl olmamışdır. Ehtimal edir ki, smsbildiriş vaxtı ilə 2013-cü ildə kredit götürülərkən bank tərəfindən qeyd edilən 050 *** ** ** mobil telefon nömrəsinə göndərilmişdir. Həmçinin, cavabdeh 01 iyul 2021-ci il tarixli xəbərdarlıq məktubunu da almamışdır və cavabdehə həmin xəbardarlığın çatdırılması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmışdir. Beləliklə, cavabdeh qaldırılmış iddia ərizəsi və buna aid məhkəmə prosesindən xəbəri olmadığı üçün öz etirazını məhkəm əyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məhkəməyə dəqiq məlumat verməmiş, həmçinin məhkəməyə cavabdehin son iki ildə işlətmədiyi mobil telefon nömrəsini təqdim etmişdir. Digər tərəfdən, tərəflər arasında müqavilə 06 noyabr 2013-cü il tarixdə bağlansa da, iddiaçı tərəfindən məhkəməyə 2021-ci ildə müraciət edilmışdir. Göründüyü kimi, iddia qaldırmaq üçün nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüşdür. Bununla bağlı, AR MM-nin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 9/7314 saylı rəyinə əsasən, tərəflər arasında bağlanmış 06 noyabr 2013cü il tarixli kredit müqaviləsi üzrə 02 noyabr 2015-ci ildən 04 dekabr 2015-ci il tarixədək (sonuncu ödəniş edilən tarixədək) kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 13.711, 21 manat müəyyən olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)264/2023 saylı qətnaməsi ilə (hakimlər Ş.Məmmədova sədrlik edən, məruzəçi, Y.Cahangir və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixl qətnaməsi qismən - iddianın təmin olunmuş hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşd ur ki, cavabdeh tərəfindən 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş 04 dekabr 2015-ci il tarixədək həyata keçirilmişdir. İddiaçı tərəfindən isə hazırkı iddia ilə məhkəməyə 2021-ci ildə müraciət edilmışdir. Göründüyü kimi, iddia qaldırmaq üçün nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı, iddia müddəti ilə bağlı iddia müddətinin axımın kəsilməsinə əsas ola biləcək hər hansı başqa hala dair məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam etmiş və iddia müddəti ötürülmüşdür. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.1, 375.2, 377.2, 385.1, 390.1, 739.1, 739.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 yanvar 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımının müqavilənin icra müddətinin bitdiyi tarixdən hesablanması və iddia tələbinin rədd edilməsi düzgün deyil. Çünki, məhkəmə işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Belə ki, iddiaçının hazırkı tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalı və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Lakin məhkəmə sözügedən mübahisəni araşdırmadan idd iaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi mülki iş üzrə məhkəmə iclasını təyin edərkən, qanunvericiliyin tələb etdiyi qaydada məhkəmə bildirişlərini cavabdehin qeydiyyatda olduğu ünvana göndərmişdir. Mülki iş materiallarından göründüyü kimi və həmçinin cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi məhkəmə iclasının təyin olunması haqqında bildiriş cavabdehin mobil nömrəsinə sms vasitəsilə göndərilmişdir. Həmçinin, əgər cavabdeh ünvanını dəyişmişdirsə belə, cavabdeh bu barədə Mülki Prosessual Məcəllənin 146-cı maddəsinin tələblərinə əsasən məhkəməyə məlumat verməli idi. Belə ki, məhkəmə qeyd olunan halları düzgün qiymət ləndirməmiş və nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Kassator şikayətini Azəbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.2, 399.3, 399.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 88, 135.7, 217, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən əsas borcun məbləği əsassız olaraq şişirdilmiş, birinci instansiya məhkəməsi isə heç bir araşdırma aparmadan, cavabdehin iştirakını təmin etmədən iddianı təmin etmişdir. Həmçinin, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasları barədə onun xəbərinin olması mülki iş materialları ilə təsdiqini tapmır. Nəzərə almaq lazımdır ki, tərəflərin ünvanları, istifadəsində olan telefon nömrələri barədə məlumatların əldə edilməsi üçün məhkəmələrə xüsusi elektron şərait yaradılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bütün bu imkanlardan istifadə etməmiş, cavabdehin iştirakını təmin etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddi a müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə

375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kr edit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi nin şərh edilməsinə dair” 27 yanvar 2001-ci il tarixli Qərarı İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanalarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenmunun 03 iyun 2013-cü il tarixli Qərarı Kredit münasibətləri müddətl idir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyas ı məhkəmsinin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərs ə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 20 faizlə, 24 ay müddətinə 65.000 manat kredit verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən 37.172,86 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, apellyasiya baxışı zamanı, birinci instansiya məhkəməsinin məhkəmə iclasları barədə cavabdehin məlumatlı olması mülki iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbardar edilməsinə (sms-bildiriş vasitəsilə) baxmay araq cavabdehin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyini qeyd etmişdir. Cavabdeh isə bildirmişdir ki, iki ilə yaxındır ki (050) *** ** ** mobil telefon nömrəsini işlədir və bu nömrəyə sms-bildiriş daxıl olmamışdır. SMS-bildiriş isə vaxtı ilə 2013-cü ildə kredit götürülərkən İddiaçı ASC tərəfindən qeyd edilən 050 *** ** ** nömrəyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Ona görə də hazırki mülki mübahisəyə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 20 faizlə, 24 ay müddətinə 65.000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 04 dekabr 2015-ci il tarixədə həyata keçirilmişdir. Sonuncu ödəniş edilən tarixə, yəni 04 dekabr 2015-ci il tarixə cavabdehin əsas borc üzrə Banka 13.711,21 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş 04 dekabr 2015-ci il tarixdə həyata keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, 06 no yabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş 04 dekabr 2015-ci il tarixədə həyata keçirilmişdir. İddiaçı tərəfindən isə hazırkı iddia ilə məhkəməyə 2021-ci ildə müraciət edilmışdir və nəticədə iddiaçı, iddia qaldırmaq üçün nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyə tli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 27 yanvar 2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanı lması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanalarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bunun əsasında tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin müddəti 06 noyabr 2015-ci il tarixdə bitmiş və həmin tarixdən 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində Bank tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmiş və bu müddətin axımının kəsilməsinə əsas ola biləcək hər hansı başqa hala dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, müddətin dayandırılmasına əsas v ermiş halın sona çatdığı gündən müddətin axımı yenidən davam etmişdir. Beləliklə, kassasiya instansiyası məhkəməsi, kredit müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu və bu müddətin keçməsini nəzərə alaraq, hesab edir ki, mübahisə tərəfi olan cavabdehin verdiyi ərizə əsasında iddia müddətini tətbiq edib, cavabdehdən borcun tutulmasına dair iddia tələblərini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələbl ərini rəhbər tutub Məhkəmə kollegiyası qərara aldı: X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)-264/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar