Məhkəmə qərarları › İş №2(102)-2371/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2371/2025

19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2371/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Sığorta və ƏƏSMN yanında DƏMX müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ Kateqoriya və açar sözləri – Pul tələbi və sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-yə qarşı ("xxxx" Sığorta və ƏƏSMN yanında DƏMX müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “pul ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-1215/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasının müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışa əsasən İddiaçı Sayıbəyli oğlunda onurğa beyni travmasının nəticələri, qapalı ağır dərəcəli onurğa beyin travması, onurğa beynin ağır dərəcəli zədələnməsi diaqnozu ilə birinci dərəcəli əlillik müəyyən edilmiş, əlillik səbəbi istehsalat zədəsidir. Əmək qabiliyyətsizdir. 2. "xxxx" Sığorta Şirkəti ilə Cavabdeh MTK arasında bağlanılmış 02 noyabr 2019cü il tarixli, **********84 saylı X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən və ona əlavədən görünür ki, X2 müvafiq icbari sığorta növündə sığorta olunmuşdur.

3. DƏMX-nın rəis müavini Orxan Hüseynzadə tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MTK-nin sədri X3 08 iyun 2020-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən Ş.Hacıyev tərəfindən DƏMX-ya hadisə baş verən gün məlumat verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən təqsirli bilinirək, inzibati məsuliyyətə cəlb edilmişdir. 4. “İZ” formalı “X4 haqqinda” №01/2023 saylı AKT-ın 11.1-ci bəndində bədbəxt hadisənin səbəbləri kimi: Cavabdeh ilə İddiaçı oğlu arasında bağl anılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin “Əməyin mühafizəsi üzrə” bölməsinin 4.13-cü bəndinin (işçi özünün və iş yoldaşlarının həyat və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə və Cavabdeh rəhbərliyi tərəfindən təsdiq edilmiş fəhlənin vəzifə təlimatının “Məsuliyyət” bölməsinin 13.3-cü bəndinin (daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır) tələblərinə riayət edilməməsi. 12-ci bəndində əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər: zərərçəkən – İddiaçı cavabdehliyi olduğu qeyd edilmişdir.

5. Milana VİP Hospitaldan verilmiş çıxarışa əsasən 6 aprel 1980-cı il təvəllüdlü İddiaçı 08 iyun 2020-ci il tarixdə klinikaya başqa mərkə zdən ambulansla transfer edilmişdir.Özünün və yaxınlarının deməsinə gora təqribən 2 metr hündürlükdən yıxılaraq xəsarət almışdır. Daxil olarkən şikayəti aşağı ətraflarda hərəkətsizlikdəndir. TH 7-8 laminekiomiya, sümük fraqmentlərinin onurğa kanalından təmizlənməsi əməliyyatı icra olundu.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmri ilə təyin edilmiş tərkibdə sədr, X10 - X9 Xidmətinin baş məsləhətçisi - baş əmək müfəttişi və üzvlər, Nümayəndə1 - Cavabdeh hüquqşünası, X5 - "Selenium Residence” Mənzil-Tikinti Kooperativinin baş mühasibi olan komissiya tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bədbəxt hadisənin Təhqiqat aktından görünür ki, İddiaçı X4lər və peşə xəstəlikl əri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari sığorta edilmişdir. 7. "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 21 may 2024-cü il tarixli sığorta ödənişinin verilməsindən imtina məktubunda qeyd olunur ki, “...Siz hadisədən 4 il keçdikdən sonra sığorta şirkətinə sığorta tələbi ilə müraciət etmisiniz. Bununla Siz sığorta şirkətindən sığorta ödənişini tələb etməklə bağlı müddəti ötürmüsünüz. Belə ki, Sizin sığorta tələbiniz **********84 saylı sığorta müqaviləsinə əsaslanır. Mülki Məcəllənin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil ediilr. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, sığortalı və Siz sığorta ödənişini tələb etməklə bağlı hüququnuzu qanunvericiliklə müəyyən olunmuş müddətdə reallaşdırmadığınıza görə hazırda tələbinizlə bağlı sığortaçının sığorta ödənişi vermək öhdəliyi yaranmır. Bununla belə, Əmək Məcəlləsinin 296-cü maddəsinin 4-cü bəndinə əsasən, işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Odur ki, Sizin həyat və sağlamlığınıza vurulmuş zərərin ödənilməsi üçün birbaşa Sığortalıya (işəgötürən Silenium Residence MTK-ya) müraciət etmək hüququ vardır...”

8. Nəsimi rayon prokurorluğunun 21 iyun 2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdə iş yerində xəsarət alması ilə ə laqədar kənar şəxslərin əməllərində hər-hansı bir cinayətin tərkibi olmadığından toplanmış materiäl üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı iş yerində xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş verməsinə səbəb onun özünün ehtiyyatsızlıq etməsi olmuşdur. İddiaçı xəsarət almasına səbəb, onun ehtiyatsızlıq edərək söküntü işləri ilə əlaqədar işlədiyi birmərtəbəli tikilinin üstündən pilləkanla deyil, budaqları tikilinin üstünə əyilmiş yabanı bitmiş ağacdan istifadə edib yerə düşməyə cəhd etməsi və bu zaman ağacın budağının sınması olmuşdur. 9. "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 23 may 2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, "Atəşgah Həyat” Sığorta Şirkətinə daxil olmuş xx.xx.2024-cü il ərizəyə və şifah i telefon danışığı zamanı verdikləri suala cavab olaraq bildirir ki, “X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında AR Qanununun 7.3-cü maddəsinə əsasən, sığorta etdirmək vəzifəsi daşıyan Sığortalı Cavabdeh MTK həmin vəzifəni lazımınca yerinə yetirmədiyinə görə bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxs kimi onun qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində, yəni ən azı 33 656.31 AZN məbləğində öhdəlik daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı "xxxx" Sığorta və ƏƏSMN yanında DƏMX müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MTK-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, hadisə nəticəsin də aldığı xəsarətə görə ödənilməli olan 33656.31 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun, pulu ödəməkdən boyun qaçırdığına görə 2440 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 229 manat pulun, cəmi 46325.31 manatın işəgötürənim "xxxx" MTK-dan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu da qeyd etmişdir ki, 2 fevral 2024-cü il tarixində sığorta ödənişi almaq üçün sığorta şirkətinə müraciət etsə də, ona 21 may 2024- cü il tarixli O-H-2024-0252 saylı məktubla sığorta ödənişindən imtina edilmişdir. Buna səbəb kimi hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verilməməsi, sığortaçının sığorta hadisələrinin araşdırılmasında iştira k etmək hüququndan məhrum edilməsi və bədbəxt hadisənin təhqiqi və uçota alınmasının zəruri sənədlər olmadan aparılması, bir sözlə qanunla vəzifəsi müəyyən edilmiş şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edilməsi olmuşdur. Bundan əlavə məktubda bildirilmişdir ki, “hadisə 08 iyun 2020-ci il tarixində baş verməyinə baxmayaraq nə Siz, nə "xxxx" MTK hadisədən xəbər tutduqdan dərhal sonra və va mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verilməli olduğu halda, bunu etməmiş və hadisədən 4 ildən çox müddət keçdikdən sonra sığorta şirkəti bu barədə məlumatlandırılmışdır.” Sığorta şirkətindən imtina aldıqdan sonra həyat yoldaşı və dayıı Cavabdeh MTK-ya gedərək rəhbərliklə görüşmək istəmi ş, lakin saatlarla gözləmələrinə baxmayaraq rəhbərlik onları qəbul etməmiş, nəhayət özünü baş mühasib kimi təqdim edən Cəmilə xanım onlarla görüşərək ona heç bir ödəniş etməyəcəklərini bildirmişdir. Qanunvericiliklə işəgötürənlərin üzərinə X4lər nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirmək vəzifəsi qoyulur, bu isə hadisə baş verdikdə işçilərin həyatına və sağlamlığına dəyən zərər nəticəsində pul ödənişinin verilməsi məqsədilə edilir. Buna baxmayaraq, Cavabdeh MTK ona münasibətdə sığorta etdirmək vəzifəsinin sadəcə bir hissəsi olan sığorta müqaviləsini formal cəhətdən bağlamış olsa da, qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmiş (lazımınca yerinə yetirməmiş) və nəticədə, o zəruri sığorta təminatı almaq hüququndan məhrum etmişdir, başqa sö zlə sığorta etdirmək vəzifəsini lazımınca yerinə yetirməmişdir. Qanunvericiliklə birbaşa müəyyən olunur ki, Cavabdeh MTK sığorta etdirmək vəzifəsini lazımınca yerinə yetirmədiyinə görə ən azı qanunla müəvvən edilən sığorta təminatı həcmində öhdəlik daşıyır. Qeyd edilənlərə baxmayaraq işəgötürənin Cavabdeh MTK istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığım xəsarətimə görə ona qanunvericiliklə müəyyən olunmuş pul məbləğini ödəməli olduğu halda ödəmir. İş materialları ilə də təsdiq edilir ki, o əmək Müqaviləsi əsasında vəzifə öhdəliklərini verinə yetirən zaman xəsarət almışdır. Belə ki, hadisə 25 yanvar 2023-cü il tarixli “Təhqiqat Aktına” əsasən, istehsalatla əlaqəli hesab edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 №-li qərarı ilə təsd iq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən “İZ” formalı aktla rəsmiləşdirilərək Cavabdeh MTK tərəfindən uçota alınmışdır. Bir sözlə, onun xəsarəti istehsalatla əlaqəlidir, bunu səlahiyyətli orqan da təsdiq edir. Hazırda onun müalicəyə ehtiyacı var, maddi imkan səviyyəsi isə bunu qarşılamağına yetmir. Cavabdeh MTK-ya dəfələrlə müraciət etmiş, imkan səviyyəsi, müalicəyə ehtiyacının olmasını bildirmiş, buna baxmayaraq işəgötürənin Cavabdeh MTK ona verilməli olan, qanunla haqqı olan pulu vermir, hər dəfəsində bəhanələr gətirərək, boynundan ataraq onu sığorta şirkətinə yönləndirir. Məhkəmənin diqqətinə çatdırır ki, ona sığorta ödənişi verilsəydi, ödənilməli olan məbləğin öyrənilməsi üçün sığorta şirkətinə müraciət etmiş və 23 may 2024-cü il tarixli, O-H-2024-0253 saylı məktubla ona çatası sığorta ödənişinin 33656.31 manat təşkil etdiyi barədə sığorta şirkəti məlumat vermişdir. O, hazırda yataq xəstəsidir, 44 yaşındadır, 1-ci qrup əlildir, 3 övladı var, 16 ildir ünvan 1 ünvanında şəraitsiz, nəmişlik vəziyyətdə yaşayır. Pula ehtiyacı var. Hətta əmək müqaviləm xitam edildikdən sonra sonuncu əmək haqqım da ödənilməyib. Heç kimə onun kimi əlil, yataq xəstəsi olmağı arzu etmir. Canlı ölüdür, yataqda qaldığı üçün bədənində yaralar əmələ gəlib. Bu səbəbdən ona vurulmuş mənəvi zərərə görə də 10.000 manat pul məbləğini də Cavabdeh MTK-dən tələb edir. Bununla bərabər Cavabdeh MTK mənə çatası pulu ödəməkdən boyun qaçırdığına, Pul öhdəliyini icra etmədiyinə görə məsuliyyət kimi 2440 manat da əlavə olaraq ödəməlidir.

12. Cavabdeh Selen ium Residence” MTK etirazını belə əsaslandırmışdır ki, iddiaçı aldığı xəsarəti iş yerində söküntü işləri apararkən aldığını bildirir. İş materiallarında olan Nəsimi rayon prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tairxli qərarında göstərilir ki, xx.xx.2020-ci il tarixdə iddiaçının xəsarəti öz səhlənkarlığı nəticəsində baş vermiş, o, bu barədə işəgötürənə, yəni cavabdeh "xxxx" MTK-ya məlumat verməmişdir. Bunu iddiaçı öz izahatı ilə də təsdiq etmişdir. Hadisədən bir müddət sonra iddiaçı hər hansı iddiası, tələbi olmadan öz xahişi ilə işdən azad olunub. Qeyd olunan qərardan o da müəyyən olunur ki, iddiaçı aldığı xəsarətə görə tibbi əməliyyat və müalicə xərclərindən əlavə, 17000 manat pul vəsaiti də almışdır. İddiaçının aldığı xəsarətlə, habelə müalicə xərcləri ilə guya "xxxx" MTK-ya müraciət etməsi ilə bağlı iddia ərizəsində göstərilənlər həqiqiəti əks etdirmir. Baş vermiş hadisə barədə cavabdeh şirkətə nə həmin an, nə də sonradan heç bir məlumat verilməmişdir.

13. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3731/2024 nömrəli qətnaməsi ilə (hakim - X1 qızı) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK-dan maddi ziyana görə 18656,31 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pul olmaqla, cəmi 20656,31 manat məbləğində pulun və ödənilmiş 151,97 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırılmışdır ki, "xxxx" MTK sığorta müqaviləsi üzrə üzərinə düşən vəzifəni yalnız formal olaraq yerinə yetirmişdir. Belə ki, MN seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MTKnin sədri X3 08 iyun 2020-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən Ş.Hacıyev tərəfindən DƏMX-ya hadisə baş verən gün məlumat verilməməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən təqsirli bilinirək, inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, məhkəmə iddia tələbini maddi zərərə dair hissədə 18656,31 manat məbləğində (sığorta təminatından 15.000 çıxmaqla) təmin edilməsini məqbul sayır. Habelə, məhkəmə iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar keçirdiyi mənəvi sarsıntı və iztirabla əlaqəli iddia tələbini mənəvi zərər hissəsində 2000 manat məbləğində təmin edilməsini məqsədəmüvafiq sayır.

15. Məhkəmə əlavə olaraq hesab etmiş dir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTKdan maddi ziyana görə 18656,31 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pul olmaqla, cəmi 20656,31 manat məbləğində pul və ödənilmiş 151,97 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli; iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir..

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106-1, 217.4-cü maddələrinə, Əmək Məcəlləsinin 217.1, 225.1-ci maddələrinə, “X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 7.2.6, 7.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası MM-nin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin olunması barədə yen qətnamə qəbul olunnmasını xahiş etmişdir.

18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iddianı sığorta təminatı həcmində deyil, qismən təmin etməklə, maddi normaların tətbiqində və təfsirində səhvə yol vermişdir. “İcbari sığortalar haqqında” AR Qanunun19.1-ci maddəsinə əsasən, Sığortaçı sığort a olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir.

19. Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədəyeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarındaolan Nəsimi rayon prokurorluğunun “cinayət işi başlanmasının rəddedilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, xx.xx.2020-ci il tarixdə iddiaçının xəsarəti öz səhlənkarlığı nəticəsində baş verib və o, bu barədə işəgötürən ə, yəni cavabdeh "xxxx"MTK-ya məlumat verməyib. Bunu iddiaçı özizahatı ilə də təsdiq edib. Eyni zamanda məhkəmə qətnaməsində göstərilir ki, şahidlər Şahid1 və Şahid2 İddiaçı bütün əməliyyat xərclərini 3000,7000,3000 manat ödəmiş, habelə əlavə olaraq iddiaçıya 17.000 manat pul da vermişdir. Şahidlər məhkəməyə verdikləri ifadələrində hadisədən sonra İddiaçı üçün mənzil kirayədiklərini, onun bütün məsrəflərinin də ödənildiyini bildiriblər. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənləri təkzib etməyib. Lakin bütün bunlar məhkəmə qətnaməsində əksini tapmayıb. Hadisədən bir müddət sonra iddiaçı hər hansı iddiası, tələbi olmadan öz xahişi ilə işdən azad olunub. Qeyd olunan qərardan o da müəyyən olunur ki, iddiaçı aldığı xəsarətə görə tibbi əməliyyat və müalicə xərclərindən əlavə 17000 ma nat pul vəsaiti alıb. Hesab edirlər ki, məhkəmənin heç bir sübuta söykənməyən, formal, şəxsi mülahizəsi əsasında gəldiyi nəticə əsassızolmaqla bərabər, qeyri-qanunidir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1215/2025 nömrəli 9 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova ) Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh MTK-yə qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia tələbi rədd olunması qət edilmişdir.

22. Məhkəmə kollegiyası ilk n övbədə qeyd etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə iş yerində xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş verməsinə səbəb onun özünün ehtiyyatsızlıq etməsi olmuşdur. İddiaçı xəsarət almasına səbəb, onun ehtiyatsızlıq edərək söküntü işləri ilə əlaqədar işlədiyi birmərtəbəli tikilinin üstündən pilləkanla deyil, budaqları tikilinin üstünə əyilmiş yabanı bitmiş ağacdan istifadə edib yerə düşməyə cəhd etməsi və bu zaman ağacın budağının sınması olmuşdur.

23. Əlavə olaraq oda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli əmək müaviləsinin 4.13-cü bəndinə əsasən işçi, yəni iddiaçı həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına əməl etməyə borcludur. Eyni zamanda, CavabdehMTK-nın fəhlənin vəzifə təlimatının 13.3-cü bəndinə görə iddiaçı daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır.

24. Nəsimi rayon prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tairxli qərarında göstərilirki, xx.xx.2020-ci il tarixdə iddiaçının xəsarəti öz səhlənkarlığı nəticəsində baş verib və o, bu barədə işəgötürənə, yəni cavabdeh "xxxx" MTK-ya məlumat verməyib. Bunu iddiaçı öz izahatı ilə də təsdiq etmiş.

25. Eyni zamanda iş materiallarına əlavə edilmiş Cavabdeh MTK tərəfindən tərtib edilmiş “İZ” formalı “X4 haqqinda” №01/2023 saylı AKT-ın 11.1-ci bəndində də qeyd edilmişdir ki, bədbəxt hadisənin səbəbləri kimi Cavabdeh ilə İddiaçı oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin “Əməyin mühafizəsi üzrə” bölməsinin 4.13-cü bəndinin (işçi özünün və iş yoldaşlarının həyat və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə və Cavabdeh MənzilTikinti Kooperativinin rəhbərliyi tərəfindən təsdiq edilmiş fəhlənin vəzifə təlimatının “Məsuliyyət” bölməsinin 13.3-cü bəndinin (daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır) tələblərinə riayət edilməməsi. 12-ci bəndində əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər: zərərçəkən – İddiaçı cavabdehliyi olduğu qeyd edilmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı təhlükəsizlik texnikası qaydalarına düzgün riayət etmədiyi göstərilmişdir, yəni iddiaçı əməyin təhlükəsizliyi qaydalarına düzgün riayət etməmiş və hadisə də bu sə bəbdən baş verib. Hadisənin baş verməsində işəgötürənin hər hansı təqsiri müəyyən edilməyib. Həmçinin iddiaçı bu Aktda göstərilənlərlə razılaşıb, Aktı ümumiyyətlə mübahisələndirməyib və qeyd edilənlərlə bağlı həmkarlar ittifaqı komitəsinə müraciət etməyib.

27. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. Hazırki halda işəgötürənin təqsiri mülki iş materialları ilə müəyyən edilməmiş və sözügedən Aktda əsasən hadisə işçinin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verimişdir. Belə olan halda işəgötürənin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmayıb. Eyni zamanda cavabdehin təqsiri olmamaqla ona hər hansı maddi zərər vurulmadığından mənəvi zərər hissədə də iddia əsaslı hesab edilə bilməz. Bu s əbəbdən də iddiaçının hazırki tələbi (maddi və mənəvi) əsassız olduğundan təmin edilməməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.

29. Məhkəmə öz mövqeyini Əmək Məcəllənin 192.1, 192.2, 215, 216, 217.1, 217.3, 217.4, 217.5, 239.1, 239.2-cı, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 aprel 2025-ci il tarixli 2(103)- 1215/2025 qətnaməsini tamamilə ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş materiallarına əlavə edilmiş iş materiallarından görünür ki, hadisə istehsalatda baş vermişdir. Bu zaman işəgötürən görülən işlə bağlı işçinin hərəkətlərinə tələb olunan diqqət və qayğını göstərməmişdir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından X4 baş vermiş, iddiaçı xəsarət almışdır. Lakin apellyasiya məhkəməsi qeyd edilən halı nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermişdir.

32. Cavabdeh hadisədən xəbərdar olduğu halda qanunla üzərinə qoyulmuş vəzifələri (hadisə barədə səlahiyyətl i orqanları məlumatlandırma və hadisənin araşdırılması) yerinə yetirməmişdir. Bununla bağlı Cavabdeh MTK-nin təsisçisi və direktoru X3 barəsində “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə almamış, iddiaçının izahatına istinad edərək, Cavabdeh MTK-ya məlumat vermədiyini əsas gətirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Cavabdeh MTK-nin vəzifəli şəxsləri hadisədən sonra heç bir orqana hadisə ilə bağlı müraciət etməyə ehtiyac olmadığını, iddiaçıya dəyən zərəri ödəyəcəklərini, bütün müayinə və müalicə xərclərini ödəyəcəklərini, bir sözlə o, ayağa qalxana qədər onun yanında olacaqlarını söz vermişdilər. Hadisədən sonrakı 2 il ərzində Cavabdeh MTK-nın və onun vəzifəli şəxslərinin iddiaçıya verdiyi sözlərə əməl etmədiklərini görüb iddiaçı prokurorluğa müraciət etmiş, iş yenidən araşdırılmış, əmək müfəttişliyi araşdırmaya cəlb edilmişdir. Bir sözlə, iddiaçının izahatına istinad edib, digər sübutları, yəni Şahid1 məhkəməyə verdiyi ifadəsini, Cavabdeh MTK-nin rəhbərliyinin hadisə baş verən günü məlumat verməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edildiyini birgə qiymətləndirməmişdir. Bununla da məhkəmə prossessual hüququ normaları ilə yanaşı, maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol vermişdir.

33. Fiziki şəxsə xəsarət yetirilərkən vəya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habe lə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir Lakin məhkəmə qeyd edilən halı nəzərə almamış, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermişdir.

34. Peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə pul təzminatı olan sığorta ödənişi verilir. Lakin sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Baxılan halda, iş materiallarından da görünür ki, əgər sığortalı sığo rta etdirmək vəzifəsini yerinə yetirsəydi, iddiaçıya hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan sığorta ödənişi məbləği 33656.31 manat olacaqdı. LakinCavabdeh MTK sığorta etdirmək vəzifəsini lazımınca yerinə yetirməmişdir. Nəticədə, Cavabdeh MTK ən azı qanunla müəyyən edilən sığorta təminatı həcmində öhdəlik daşıyır. Lakin məhkəmə qeyd edilənləri nəzərə almamış, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvəyol vermişdir.

35. Məhkəmə (hakim) tədqiq olunmuş ifadələri (1-ci instansiya məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyə verdiyi ifadəsində də bildirdi ki, hadisə zamanı şirkət rəhbərliyi onun yanında olmuş, hadisədən xəbərləri olmuşdur) və digər materiallarda olan sübutları nəzərə almamış, öz qətnaməsini iş üzrə müəyyən edilmiş hallaravə tərəflərin qarşılıql ı münasibətinə uyğun əsaslandırmamışdır. Sübutlar düzgün qiymətləndirilməmişdir

36. Neçə müddətdir ki, artıq bu hadisə ilə bağlı,cavabdehin hərəkətsizliyinə görə iddiaçı stress, mənəvi sarsıntılar keçirir.Mənəvi zərərin təmin edilməməsi ilə bağlı da məhkəmə diqqətəlayiq halları nəzərə almamışdır. Belə ki, iddiaçı hazırda yataq xəstəsidir, 44 yaşındadır, 1-ci qrup əlildir, 3 övladı var, 16 ildir B akı şəhəri, ünvan 2 ünvanında şəraitsiz, nəmişlik vəziyyətdə yaşayır. P ula ehtiyacıvar. HəPa əmək müqaviləsi xitam edildikdən sonra sonuncu əmək haqqını da almayıb, ona ödəməyiblər. Neçə müddətdir ki, artıq bu hadisə ilə bağlı, cavabdehin hərəkətsizliyinə görə stress, mənəvi sarsıntılar keçirir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamışdır. Nəticədə məhkəmə qərarlarının vahidliyini pozmuşd ur.

37. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 923.1, 1097.3,1099, 1118-ci, “X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.13, 7.2, 7.2.4, 7.2.5, 7.2.6, 7.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3, 218.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh MTK-nın vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 aprel2025-ci il tarixli 2(103)- 1215/2025 qətnaməsi qanuni və əsaslı olduğundan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

42. Maddə 217.

1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.

3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

4. Bədbəxt hadisənin baş vermə faktını gi zlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.

43. Maddə 225.

1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

2. X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sah əsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

44. Maddə 2.0.13. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatı;...

45. Maddə 7.2. Sığortalının aşağıdakı vəzifələri vardır:... 7.2.6. sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya bu barədə məlumat vermək;

46. Maddə 7.3. Bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanı n vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır.

47. Maddə 10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. X4 haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı X4nin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının X4 və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.

48. Maddə 16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla m üəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: 16.3.1(sığorta hadisəsi baş verdiyi vaxt qüvvədə olmuş redaksiya). sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;

59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəs inin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, müəyyən olunmuş hallar və sübutlar iddianın qismən əsaslı olduğu nəticəsinə gəlməyə əsas verdiyi halda, apellyasiya instansiyası məhkəməsi, işin hallarını düzgün qiymətləndirməməklə və maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə səhv nəticəyə gəldiyinə görə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməl i və apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

64. Apellyasiya məhkəməsi müvafiq nəticəyə gələrkən ona istinad etmişdir ki, İddiaçı təhlükəsizlik texnikası qaydalarına düzgün riayət etməyib, yəni iddiaçı əməyin təhlükəsizliyi qaydalarına düzgün riayət etməmiş və hadisə də bu səbəbdən baş verib. Hadisənin baş verməsində işəgötürənin hər hansı təqsiri müəyyən edilməyib.

65. Lakin kassasiya kollegiyası göstərilən mövqe ilə razılaşmır, hesab edir ki, cavabdeh mülki hüquq pozuntusu törətmiş və cavabdehə zərər vurmuşdur, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir.

66. Belə ki, apellyasiya məhkəməsi tərəfindən işin halı kimi müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışa əsasən İddiaçı Sayıbəyli oğlunda onurğa beyni travmasının nəticələri, qapalı ağır dərəcəli onurğa beyin travması, onurğa beynin ağır dərəcəli zədələnməsi diaqnozu ilə birinci dərəcəli əlillik müəyyən edilmiş, əlillik səbəbi istehsalat zədəsidir. Əmək qabiliyyətsizdir. 67. "xxxx" Sığorta Şirkəti ilə Cavabdeh MTK arasında bağlanılmış 02 noyabr 2019cü il tarixli, **********84 saylı X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən və ona əlavədən görünür ki, X2 müvafiq icbari sığorta növündə sığorta olunmuşdur.

68. DƏMX-nın rəis müavini Orxan Hüseynzadə tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqq ında qərardan görünür ki, Cavabdeh MTK-nin sədri X3 08 iyun 2020-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən Ş.Hacıyev tərəfindən DƏMX-ya hadisə baş verən gün məlumat verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən təqsirli bilinirək, inzibati məsuliyyətə cəlb edilmişdir. 69. “İZ” formalı “X4 haqqinda” №01/2023 saylı Akt tərtib edilmiş və bədbəxt hadisənin zərərçəkəninin İddiaçı olduğu qeyd edilmişdir. 70. "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 21 may 2024-cü il tarixli sığorta ödənişinin verilməsindən imtina məktubunda qeyd olunur ki, “...Siz hadisədən 4 il keçdikdən sonra sığorta şirkətinə sığorta tələbi ilə müraciət etmisiniz. Bununla Siz sığorta şirkətindən sığorta ödənişini tələb etmə klə bağlı müddəti ötürmüsünüz.” 71. "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 23 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "Atəşgah Həyat” Sığorta Şirkətinə daxil olmuş xx.xx.2024-cü il ərizəyə və şifahi telefon danışığı zamanı verdikləri suala cavab olaraq bildirir ki, “X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında AR Qanununun 7.3-cü maddəsinə əsasən, sığorta etdirmək vəzifəsi daşıyan Sığortalı Silenium Residence MTK həmin vəzifəni lazımınca yerinə yetirmədiyinə görə bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxs kimi onun qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində, yəni ən azı 33 656.31 AZN məbləğində öhdəlik daşıyır.

72. Artıq apellyasiya məhkəməsi müəyyən etmişdir ki,İddiaçı "xxxx" MTK-nın işçisi olaraq fəaliyyət göstərdiyi müddətdə X4 baş vermiş və buna dair müvafiq akt tərtib edilmiş, alınan istehsalat zədəsi ilə əlaqədar İddiaçı birinci dərəcəli əlillik müəyyən edilmişdir.Apellyasiya məhkəməsi tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışla təsdiqlənir əlillik dərəcəsi müddətsiz müəyyənləşdirilmişdir.

73. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, Cavabdeh MTK-nin sədri X3 08 iyun 2020-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən kimi DƏMX-ya hadisə baş verən gün məlumat verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5 55.1-ci maddəsinə əsasən təqsirli bilinirək, inzibati məsuliyyətə cəlb edilmişdir.

74. Apellyasiya məhkəməsi tədqiq edilmiş sübutlara əsasən işin halı kimi onu da müəyyən etmişdir ki, "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 23 may 2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, "Atəşgah Həyat” Sığorta Şirkətinə daxil olmuş xx.xx.2024-cü il ərizəyə və şifahi telefon danışığı zamanı verdikləri suala cavab olaraq bildirilmişdir ki, “X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında AR Qanununun 7.3-cü maddəsinə əsasən, sığorta etdirmək vəzifəsi daşıyan sığortalı Cavabdeh MTK həmin vəzifəni lazımınca yerinə yetirmədiyinə görə bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxs kimi onun qar şısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində, yəni ən azı 33 656.31 AZN məbləğində öhdəlik daşıyır.

75. Yekun olaraq apellyasiya məhkəməsi tərəfindən İddiaçı "xxxx" MTK-nın işçisi kimi fəaliyyət göstərərkən X4 baş verdiyini və bunun nəticəsində İddiaçı müddətsiz birinci qrup əlillik təyin edildiyini, İddiaçı X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunduğunu, işəgötürən olan "xxxx" MTKnın istehsalatda baş vermiş bədbəxt hadisə (sığorta hadisəsi) barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə müvafiq orqanlara, o cümlədən sığortaçı olan "Atəşgah Həyat” Sığorta Şirkətinə məlumat vermədiyi müəyyən edilmişdir.

76. İş üzrə o da müəyyən edilmişdir ki, tərəflər arasındakı razılaşmaya görə iddiaçının hadisənin istehslalat zədəsi olduğunu gizlətmək müqabilində cavabdeh bütün maddi zərərini qarşılamağı söz vermiş, nəticə etibarilə iddiaçının məhkəmə gedişatında özünün etiraf etdiyi kimi cavabdeh cəmi 15.000 manat pul vermiş, iddiaçı sığorta şirkətinə müraciət etdikdə, müddətin ötürülməsi səbəbilə imtina cavabı almışdır. "xxxx" Şirkəti tərəfindən İddiaçı Sayıbəyli oğluna ünvanlanmış 23 may 2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən də, Cavabdeh MTK sığorta təminatı həcmində, yəni ən azı 33 656.31 AZN məbləğində öhdəlik daşıyır. 77. “X4lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2 və 7.2.6cı maddələrinə əsasən sığortalının sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığor taçıya bu barədə məlumat vermək vəzifəsi vardır.

78. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır.

79. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş “sığorta etdirmək vəzifəsi” sığorta hadisəsi baş verdikdən sonra qanunda nəzərdə tutulmuş müddətdə sığortaçıya məlumat verməyi də ehtiva edir.Lakin yuxarıda qeyd edildiyi kimi sığort alı Cavabdeh MTK sığorta hadisəsi barədə qanunda nəzərdə tutulmuş müddətdə sığortaçıya məlumat verməmiş, bunun nəticəsində iş üzrə İddiaçı müəyyən edilmiş sığorta təminatını sığortaçıdan ala bilməmişdir. İş üzrə cavabdeh tərəfindən sığorta hadisəsi baş verdikdən sonra iddiaçıya 15000 manat ödənildiyinə görə, müəyyən edilmiş sığorta təminatının həcmi olan 33 656.31 manatdan həmin 15000 manat çıxılmaqla 18656, 31 manat Cavabdeh MTK-dan alınaraq iddiaçıya verilməlidir.

80. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində müvafiq orqanların istehsalatda baş vermiş bədbəxt hadisədən uzun müddət xəbərsiz olması, iddiaçının müvafiq sığorta təminatını almağa çalışması, lakin cavabdehin sığorta hadisəsi barədə qanunda nəzərdə tutulmuş müddətdə məlumat verməməsi nəticəsində sığorta təminatını a la bilməməsi, cavabdehin üzərinə düşən vəzifəni icra etməməsi və öhdəliyini könüllü icra etməməsinə görə iddiaçının uzun müddət ərzində hüquqi nəticə əldə etmək üçün çalışması onun mənəvi sarsıntılar və iztirab keçirdiyi qənaətinə gəlməyə əsas verir.

81. İddiaçı mənəvi zərərə görə 10000 manat pul tələb etsə də məhkəmə kollegiyası hesab edir ki, işin hallarına görə mənəvi zərər 2000 manat məbləğində müəyyən edilməli və həmin pul məbləği də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. 82. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zər ərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

83. Həmin Qərarın 10-cu bəndində izah edilmişdr ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (az yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

84. İdianın digər hissələrdə əsaslılığı iş materialları ilə təsdiqlənmədiyinə görə həmin hissələrdə iddia rədd edilməli və iddia verilərkən ödənilmiş dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi-102,11 manat da cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

85. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1215/2025 nömrəli qətnaməsi ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan maddi ziyana görə 18656,31 manat (on səkkiz min altı yüz əlli altı manat otuz bir qəpik), mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul olmaqla, cəmi 20656,31 (iyirmin min altı yüz əlli altı manat otuz bir qəpik) manat məbləğində pul və 102,11 manat (yüz iki manat on bir qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar