Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2372/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, X5, X10, X7 qarşı “paylı mülkiyyət üzrə payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: payın naturada ayrılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)149/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1-də yerləşən 0,069050 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 116,7 kv.m fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 34/80 hissədə Cavabdeh, 4/80 hissədə X2, 4/80 hissədə X4, 4/80 hissədə X9, 4/80 hissədə X6, 30/80 hissədə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsindən çıxarışla İddiaçı məxsus olan p aya uyğun hissəsinin (30/80) naturada ayrılıb, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli evin iki otaq, evin yarısı və digər kiçik tikililər olmaqla xeyli hissəsi cavabdehin, qalan hissəsi isə iddiaçının istifadəsindədir. Evin faktiki olaraq istifadəsi ilə bağlı tərəflər arasında mübahisə olmasa da, torpaq sahəsindən istifadə ilə bağlı mübahisə mövcuddur. İddiaçının mülkiyyət payı nəzərə alınaraq, torpağın ona düşən hissəsi 258.8 kv.m təşkil edir.
4. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23 noyabr 2021-ci tarixli rəyinə əsasən ünvan 1 ünvanındakı mənzilin yerləşdiyi torpaq sahəsinin paylara (Çıxarışda qeyd edilən hissələrə uyğun) naturada bölgüsü m ümkündür. Mübahisəli torpaq sahəsi 690 kv.metrdir. Bu torpaq sahəsinin 258,7 kv.metri iddiaçının payına düşür. Hal-hazırda iddiaçı həmin torpaq sahəsinin tikintialtı sahəsinə düşən hissəsindən, yəni 102,82 kv.metr hissəsindən istifadə edir. İddiaçının payına düşən 155,8 kv.metr torpaq sahəsinin bərpa edilməsi üçün, həyətyanı sahədə fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsindən divardan 4,60 metr həyətə doğru, həmin hissədən uzunluğu 17 metr olmaqla həyətyanı sahənin darvaza istiqamətinə doğru düz xətt boyunca ayrılmalıdır.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, e2(002)-465/2021 nömrəli qətnaməsi ilə (hakim G.İ.Əhmədova) iddia tələbi təmin edilmiş, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 690 kv.m olan torpaq sahəsinin paylı mülkiyyətçi olan iddiaçıya aid olan 30/80 hissəsinin (iddiaçının faktiki istifadəsində olan tikintialtı sahəsinə düşən 102,82 kv.m olan hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsindən divardan 4,60 metr həyətə doğru, həmin hissədən uzunluğu 17 metr olmaqla həyətyanı sahənin darvaza istiqamətinə doğru düz xətt boyunca ayrılmaqla, bərpa edilən 155,8 kv.m olan hissəsi olmaqla, cəmi 258,7 kv.m olan hissəsi) naturada bölünməsi və həmin 30/80 hissənin (102,82 kv.m + 155,8 kv.m. = 258,7 kv.m olan hissə) iddiaçıya verilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehə ai d edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin verdiyi izahatından aydın olur ki, o, iddiaçıya məxsus payın müvafiq ekspert rəyinə əsasən Çıxarışda qeyd edilən hissələrə uyğun olaraq naturada bölünməsinə razı olmuşdur.
7. Məhkəmə, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı mənzilin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2021-cu il tarixli rəyini əsas götürərək hesab etmişdir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1-213.3, 220.1-220.4, 220.6-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 124.1, 217.2, 217.4, 218.1-ci madd ələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, e-2(002)-465/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 dekabr 2022-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanındakı mənzilin və yerləşdiyi torpaq sahəsinin hazırki və ziyyəti (sahəsi və quruluşu) çıxarışa və texniki pasporta uyğun olmadığı müəyyən edilir. Fərdi yaşayış evi faktiki olaraq iki hissəyə ayrılmışdır. İddiaçı və cavabdehin istifadə etdiyi sahələr arasında keçid bağlanmışdır. ünvan 2 ünvandakı mənzilin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçilər tərəfindən hazırda faktiki istifadə vəziyyəti müvafiq Çıxarışa və Texniki Pasporta uyğun olmadığı müəyyən edilmişdir. Texniki pasportun göstəricilərinə əsasən, mübahisəli torpaq sahəsi 690 kv.metrdir. Bu torpaq sahəsinin 258,7 kv.metri iddiaçının payına düşür. Hal hazırda iddiaçı həmin torpaq sahəsinin tikintialtı sahəsinə düşən hissəsindən, yəni 102,82 kv.metr hissəsindən istifadə edir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsi, 27 saylı fərdi yaşayış evinin iddiaçı və cavab dehlərin paylarına uyğun naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89* 1.1., 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyildir.
11. Apellyasiya məhkəməsində dindirilmiş ekspert X8 izahatında göstərmişdir ki, mübahisəli sahə paylı mülkiyyətdir. Çıxarışda göstərilən paylarla faktiki istifadə olunan paylar fərqlidir. İddiaçının evə olan payı, cavabdehin isə torpaq sahəsinə olan payı çoxdur. Birinci dəfə məhkəmədə iddia fərdi yaşayış evinin bölünməsi mümkünlüyü barəsində olmuş, fərdi yaşayış evinin paylar üzrə bölünməsi mümkün olmamışdır. Çünki iddiaçı və cavabdehin payları fərqli olduğundan fərdi yaşayış evinin naturada paylar üzrə bölgüsü mümkün deyildir. Bölgü o halda mümkündür ki, tərəflər arasında razılaşma olsun, həmin razı laşdırma qaydasında ev və ya torpaq sahəsi bölünsün. İkinci dəfə məhkəmədə iddia yalnız torpaq sahəsinin bölgüsü barədə olmuş, sırf torpaq sahəsinə gəldikdə isə iddiaçının payı az olmuş, iddiaçı fərdi yaşayış evinin altında tikintialtı sahəsindən istifadə etmiş, evin qapısını da dəyişib arxa tərəfə keçirmişdir. Texniki pasportda qapı əvvəlki yerdə görsənsə də, iddiaçı razılaşma ilə qapını arxa tərəfdən açdırmışdır. Cavabdehin qapısı texniki pasportda qeyd olunan hissədədir. Normaya uyğun olaraq boş torpaq sahəsindən söhbət getdikdə iddiaçıya düşən sahəni vermək olur. Hazırki vəziyyətdə tərəflər arasında razılaşma olmalıdır. Sırf torpaq sahəsini bölmək mümkündür. Lakin bu da cavabdehə mane olur, o evin qapısından keçə bilmir. Orada 3 metr məsafə qalır. Normada da 3,20 metr nəzərdə tutulmuşd ur. Həm ev, həm torpaq sahəsinin bölünməsi mümkün deyil. Çünki ev həmin torpaq sahəsində yerləşir. Torpaq sahəsinin bölünməsi o halda olardı ki, ev yenidən bərabər şəkildə bölünsün. Ev bərabər bölünsə, torpaq sahəsi də bərabər bölünə bilər. Bu da indiki vəziyyətdə mümkün görünmür. Bəzi tikililərin sökülməsi şərti ilə, yalnız bütün mülkiyyətçilərin razılığı ilə torpaq sahəsi bölünə bilər.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)149/2023 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, e2(002)-465/2021 nömrəli qətnaməsi ləğv e dilmiş və İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət üzrə payların naturada ayrılması” tələbi dair iddiasının təmin edilməməsi, apellyatorun ödədiyi dövlət rüsumunun özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun iddiaçıdan tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh əvvəl keçirilmiş məhkəmə iclaslarında iddianı etiraf etməmiş, iddianın rədd olunmasını xahiş etmiş, etirazının əsası kimi göstərmişdir ki, onlar öz aralarında bölgünü hazırki vəziyyətdə olduğu kimi aparmış, paylar zatən bölünmüşdür. Bölgü zamanı torpağın bir az çoxu ona düşmüşdür. Amma tikilinin 4 otağı iddiaçıya qalmışdır. Onun istifadəsində hazırda 2 otaq dır. Həmin mülkdə həm torpaq, həm də tikili vardır. İddiaçı torpaq sahəsinin bölünməsini istəyirsə, o da tikilinin bölünməsini istəyir. Ekspertiza rəyindən sonra keçirilmiş birinci instansiya məhkəməsinin 13 dekabr 2021-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatından həmin sahənin naturada bölgüsünə razı olmasını, ekspert rəyinə uyğun bölünməsini istədiyini, orada o və 4 uşağının payının olduğunu, hamısının naturada bölgüsünün aparılmasını istədiyini bildirmişdir.
14. Birinci instansiya məhkəməsi cavabdehin əvvəlki deyil, 13 dekabr 2021-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatını qətnamədə əks etdirməklə göstərilən nəticəyə gəlsə də, həmin izahatı olduğu kimi deyil, qismən təhrif olunmuş məzmunda əks etdirmişdir. Belə ki, cavabdeh izahatında hamısının naturada bölgü aparılmasına etiraz etmədiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh izahatında ekspert rəyi üzrə bölgünün aparılmasını tək özünün deyil, həm də digər paylı mülkiyyətçilər olan uşaqlarını da nəzərə alınmasını ifadə etmişdir.
15. Həmçinin birinci instansiya məhkəməsi 29 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsinin tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsindən çıxarışla İddiaçı məxsus olan paya uyğun hissəsinin (30/80) naturada ayrılıb, ona verilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizəsini cavabdehə təqdim etmədən və onun bu dəqiqləşdirilmiş tələbə münasibətini öyrənmədən iş üzrə göstərilən nəticəyə gəlmişdir.
16. Beləliklə də, birinci instansiya məhkəməsi isə qətnaməsində cavabdehin iddiaya olan konkret mövqeyini əks etdi rmədən, yəni, iddianı tam və ya qismən, yaxud ümumiyyətlə qəbul edibetməməsini göstərmədən, həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizəsini cavabdehə təqdim etmədən və onun bu dəqiqləşdirilmiş tələbə münasibətini öyrənmədən qətnamə qəbul etməklə prosessual pozuntulara yol vermişdir ki, bu pozuntular da Azərbaycan Respublikasının MPM-in 387-ci maddəsinin tələbləri baxımından qətnamənin ləğvi üçün əsasdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona məxsus əmlakın torpaq sahəsindən paya uyğun hissəsinin (30/80) naturada ayrılıb, ona verilməsini tələb etsə də, birinci instansiya məhkəməsi 23 noyabr 2021-ci tarixli ekspert rəyinə əsasən iddianı təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, bu halda məhkəmə ekspert rəyinə qiymət verərkən birinci instansi ya məhkəməsi cavabdehin ekspert rəyi üzrə bölgünün aparılmasında həm də digər paylı mülkiyyətçilər olan uşaqlarını da nəzərə alınmalı olmasına dair iddiaya olan etirazının dəlillərinə diqqət yetirməmiş, iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Başqa sözlə, məhkəmə öz qətnaməsini yalnız cavabdehin verdiyi razılıq izahatı ilə əsaslandırmış, hər hansı başqa bir əsas olmamışdır. Həmçinin məhkəmə öz qətnaməsində cavabdehin razılığını nə vaxt və hansı formada verdildiyini göstərməmişdir. Halbuki cavabdehin apellyasiya şikayətinin dəlili məhz bundan ibarətdir ki, o, heç bir formada torpağın naturada bölünməsinə razı olmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsinin təyin etdiyi ekspertiza rəyində yalnız ünvan 1 ünvanındakı fərdi yaşayış evinin iddiaçı və cavabdehlərin paylarına uyğun natur ada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89* 1.1., 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün olmaması göstərildiyi üçün rəyi vermiş ekspertin dindirilməsi zərurəti yaranmış və onun izahatlarına əsasən iddiaçının torpaq sahəsindən paya uyğun hissəsinin (30/80) naturada ayrılıb, ona verilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşə bilər. Belə ki, rəydə göstərdiyi kimi ünvan 1 ünvanındakı mənzilin və yerləşdiyi torpaq sahəsinin hazırki vəziyyəti (sahəsi və quruluşu) çıxarışa və texniki pasporta uyğun deyildir, yəni fərdi yaşayış evi faktiki olaraq iki hissəyə ayrılmış, iddiaçı və cavabdehin istifadə etdiyi sahələr arasında keçid bağlanmışdır. Həmçinin də mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçı və cavabdeh tər əfindən hazırda faktiki istifadə vəziyyəti müvafiq Çıxarışa və Texniki Pasporta uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının təşəbbüsü ilə aparılmış ekspert tədqiqatının rəyindən müəyyən olunur ki, mübahisəli ünvan üzrə texniki pasportun göstəricilərinə əsasən, mübahisəli torpaq sahəsi 690 kv.metr olmaqla torpaq sahəsinin 258,7 kv.metr sahəsi iddiaçının payına düşür. Hal hazırda iddiaçı həmin torpaq sahəsinin tikintialtı sahəsinə düşən hissəsindən, yəni 102,82 kv.metr hissəsindən istifadə edir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 04 aprel 2014-cü il tarixli Qərarına istinad etsə də, həmin qərarda qeyd edilən digər mövqelərə diqqət yetirməmişdir.
20. Məhkəmə hesab etmişdir ki, qətnamədə mübahisəli paylı torpaq sahəsi iddiaçı və cavabdeh arasında bölünməsi qət edilərkən iş üzrə üçüncü şəxs kimi cəlb edilmiş digər paylı mülkiyyətçilərin mənafeləri nəzərə alınmamış və bununla da onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında formalaşdırılmış mövqeyinə zidd olaraq ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınmadan göstərilən bölgünün aparılması qanuni və əsaslı sayıla bilməz.
21. Apellyasiya məhkəməsi cavabdehin iddiaya olan mövqeyi baxımından qeyd etmişdir ki, tə rəflər arasında ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı fərdi yaşayış evi tərəflər arasında texniki cəhətdən paylı mülkiyyətçilər arasında paylarına uyğun deyil, razılaşdırılmış qaydada bölünərək (evin çox hissəsi iddiaçının istifadəsinə verilmişdir) mövcud vəziyyətdə istifadə olunmasının davam edilməsi nəzərə alınaraq, sosial ədalət prinsipi baxımından mübahisəli evin yerləşdiyi ümumi sahəsi 690 kv.m olan torpaq sahəsinin paylı mülkiyyətçi olan İddiaçı aid olan 30/80 hissəsinin ayrılması məsələsi paylı mülkiyyətdə olan evin də bütün paylı mülkiyyətçilər arasında qarşılıqlı razılaşma ilə öz aralarında ədalətli bölgü əsasında həyata keçirilməsi yolu ilə mümkün ola bilməsi tərəflərə izah edilməlidir. Qarşılıqlı razılaşma olmadıqda isə mübahisə məhz paylı ümumi mülkiyyətdə olan əmlak ın bölünməsi və ondan payın ayrılmasını tənzimləyən mülki qanunvericiliyinin müvafiq müddəaları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarın əsasında həll olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-149/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 220.3-cü və Mülki Prosessual Məcəllənin 385, 387-ci maddələri pozulmuşdur. Belə ki, paylı mülkiyyətdə olan payın naturada və ya digər qaydada ayrılması ilə bağlı heç bir mülki qanunvericilik norması sosial ədalət prinsipini rəhbər tutmur və bölünmə sosial ədalətə görə deyil, bu sahədə müvafiq biliyə malik şəxsin apardığı riyazi və həndəsi hesablamalar əsasında müəyyənləşdirilmiş bölgüyə əsasən aparılır. Məhkəmə maddi hüquq normalarını düzgün təfsir etməyərək, hesab etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində yaşayış evi də var və iddiaçı evdən öz payından artıq hissəsini də istifadə edir, bu isə sosial ədalətə ziddir. Halbuki, iş üzrə rəy vermiş ekspert torpağın paya mütənasib bölünməsini uyğun hesab etmişdir. Beləliklə, məhkəmə i ddia tələbindən kənara çıxaraq, evin də bölünməsinə rəy bildirmişdir. Halbuki, iddia tələbi yalnız torpağın bölünməsi ilə bağlıdır. Həmçinin iddiaçı məhkəmədə iddia tələbinə dəqiqləşdirmə verildikdən sonra bir neçə iclas olmuş və cavabdehə həmin tələb elan olunmuş, onun da münasibəti öyrənilmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işin hallarını araşdırıb, bütün xırda prosessual səhvlərini aradan qaldırmaq imkanına malikdir. Belə olan halda, birinci instansiya məhkəməsinin prosessual səhvlərinə istinad edib qətnamənin ləğv edilməsi açıq-aşkar qanunsuzluqdur. Cavabdeh himayəsində olan uşaqların maraqlarını təmsil etmiş, həm öz adından, həm də uşaqlar adından prosessual hüquqlarını həyata keçirmək imkanına malik olmuşdur. Cavabdeh olan şəxslərin yetkinlik yaşına ça tmamaları iddiaçının mülki qanunvericiliyin və mülkiyyət hüququnun ona verdiyi imkanlardan yararlanmaq hüququnu məhdudlaşdıra bilməz.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)149/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz işin faktiki halları ilə əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsini n qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daş ınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiy yət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrıla n mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxs lərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsa sən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını və apellyasiya şikayətinin dəlillərini səlahiyyətləri çərçivəsində araşdırmış, o cümlədən məhkəmə tikintitexniki ekspertizası təyin etmiş, eksperti dindirmiş və tərəflərin mülkiyyətlərində olan torpaq sahəsinin onun üzərində yerləşən fərdi yaşayış evi ilə vahid daşınmaz əmlak olmasını nəzərə alaraq əsaslı olaraq torpağın naturada ayrılmasının qeyri-mümkün olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə tam razılaşır.
34. Kassasiya şikayətinin prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrıca mülkiyyət obyekti olaraq, üzərində olan fərdi yaşayış evi nəzərə alınmadan bölünməsi qeyri-mümkün olduğundan apellyasiya məhkəməsinin rəhbər tutduğu, rayon məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olan prosessual əsasların qanuni olubolmaması hazırki halda əhəmiyyət kəsb etmir.
35. Digər tərəfdən, apellyasiya məhkəməsinin də izah etdiyi kimi, paylı mülkiyyətin naturada ayrılmasından imtina mülkiyyətçinin birinin və ya hamısının mülkiyyət hüququnun pozulması deyildir. Belə ki, maraqlı şəxsin Mülki Məcəllənin 220-ci maddəsi ilə müəyy ən olunmuş prosedur çərçivəsində öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi, bununla bağlı razılıq olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ qalır.
36. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğvi üçün qanuni əsas deyildir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-149/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.