Məhkəmə qərarları › İş №2(102)-2374/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2374/2019

25.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2374/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Cavabdeh1 və vəkili1 iştirakı ilə iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(005)11/2017 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 Oktay oğlundan müştərək qaydada 28.000 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh1 İddiaçı və X1 qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 may 2018-ci il tarixli, 2(103)-1173/2018 saylı qətnaməsi ilə (hakimlər: N.Cəfərov, V.Baxışova və V.Həsənov) Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(005)-11/2017 saylı qətnaməsi dəyişdirilərək, 28.000 manatın ½ hissəsi olan 14.000 manatın Cavabdeh1, ½ hissəsi olan 14.000 manatın Cavabdeh2 Qəzənfər oğlundan tutularaq İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 21 dekabr 2018-ci il tarixli, 2(103)1173/2018 saylı qərardadı ilə (hakimlər: N.Cəfərov, Ş.Məmmədova və V.Həsənov) Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 may 2018-ci il tarixli, 2(103)-1173/2018 saylı qətnaməsindən Cavabde h1 verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 21 dekabr 2018-ci il tarixli, 2(103)-1173/2018 saylı qərardadının ləğv edilməsi, işə kassasiya instansiyası məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 21 dekabr 2018-ci il tarixli, 2(103)-1173/2018 saylı qərardadının ləğv edilməsi, işə kassasiya instansiyası məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh1 və vəkili Abıyev Elman Oruc oğl u kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi Cavabdeh1 apelyasiya məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsinin surətini 6 avqust 2018-ci ildə almış və 2 aylıq şikayət müddəti ötmədən – 01.10.2018-ci ildə ona dövlət büdcəsi hesabına vəkil təyin edilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Apellyasiya Məhkəməsinin 17 noyabr 2018-ci il tarixli qərardadı ilə Cavabdeh1 dövlət hesabına vəkil təyin edilmiş və həmin qərardad icra olunması üçün 29 oktyabr 2018-ci ildə Vəkillər Kollegiyasına daxil olmuşdur. İradə Mustafayevaya dövlət hesabına təyin edilmiş vəkil 20.12.18-ci ildə kassasiya şikayəti tərtib edərək apelyasiya məhkəməsinə təqdim etmişdir. Şikayətin geri qaytarılması barədə qərar qəbul etmiş məhkəmə işin göstərilən hallarını nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilm ədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Apellyasiya məhkəməsi işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə məlumat verməmiş, göstərilən normanın tələblərini pozmuşdur. Apellyasiya məhkəməsində işə baxılarkən prosessual qanunvericiliyin tələbləri pozu lduğundan qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə məlumat verilməli, kassasiya şikayətinin verilmə müddətinin ötürülməsinin üzürlü olub-olmamasına qiymət verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadı ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar