Məhkəmə qərarları › İş №2(102)-2376/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2376/2021

03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2376/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: təmsilçinin özü barəsində əqd, əqdin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı və onun vəkili X14, Cavabdeh və onun vəkili X15 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5400/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 12.05.2015-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə 10 il müddətinə etibarnamə vermişdir. Etibarnamədə səlahiyyətlərin üçüncü şəxsə verilə bilməsi göstərilmişdir. 21.01.2018-ci il tarixdə cavabdeh iddiaçıdan aldığı etibarnamə üzrə salahiyyətlərin X16 ötürülməsi barədə iki ay müddətinə etibarnamə vermişdir. 22.01. 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvan), xxxxx fərdi yaşayış evinə məxsus 0,10857 ha torpaq sahəsinin 0,0253 ha hissəsi cavabdehə b ağışlanmışdır. Həmin müqavilə təmsilçi qismində iddiaçının əvəzindən X17 ilə cavabdeh arasında bağlanmışdır. 09.02.2018-ci il tarixdə mübahisəli ünvanda olan 9 № li evə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 12.07.2018-ci il tarixdə mübahisəli ünvanda olan 9B № li evə dair (yeni qaydada ev 27) cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli ünvanda yerləşən, sahəsi 0,10857 ha olan torpaq sahəsinin 0,0253 ha hissəsinin (hazırd a 9A saylı ünvan) cavabdehə bağışlanması barədə 4 saylı Asan Xidmət Mərkəzində təsdiq edilmiş 4Ə-100 reyestr saylı, 22 yanvar 2018-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqaviləyə əsasən dövlət reyesterində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ünvan yerləşən 0,10857 ha torpaq sahəsi üzərindəki tikililərlə birlikdə atası xxxxxxxxxxoğluna məxsus olmuş, atasının vəfatından sonra isə ərazi yeganə vərəsə olaraq onun istifadəsində qalmışdır. Cavabdeh da əmisi gəlini olaraq (əmisi oğlu X1 arvadı) ailəsi ilə birlikdə mübahisəli ünvanda yaşayır. Eləcə də digər əmisi oğulları X9, X10 və vəfat etmiş X3 ailəsi də ailə üzvləri ilə birlikdə həmin ərazidə yaşayırlar. Cavabdeh onun yaşlı olma sından, qohumluq əlaqəsindən suiistifadə edərək ərazini onun adına özəlləşdirəcəyi adı altında etibarnamə alaraq ərazini özəlləşdirmiş və həmin etibarnamə əsasında da özlərinin yaşadıqları tikili hissəni qonşu ilə arasında olan dəhliz də daxil olmaqla özünün adına keçirmiş və mülkiyyət hüququna dair 12 iyul 2018-ci il tarixli sənəd almışdır. Mülkiyyətinə keçirdiyi əraziyə yeni - 9B ünvan nömrəsi almışdır (hazırda həmin ünvan ev 27 sayılır). Nəticədə onun əmlak hüquqları pozulmuş, eləcə də əmlakına olan giriş məhdudlaşdırılmışdır. Belə ki, qonşu ilə ara olan dəhlizi cavabdeh öz adına özəlləşdirməklə onun həyətinə birbaşa girişi həmin hissədə mümkünsüz etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin razılığı olmadan bağlanılmış alğı-satqı mü qaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız sayılması və ev 9 ünvanı üçün çıxarış almaq məqsədi ilə çəkdiyi xərclərin müəyyən hissəsi – 2000 manatın iddiaçı tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyətə bir giriş-çıxışı var, həmin giriş-çıxış isə iddiaçının giriş-çıxışından çox uzaq məsafədə yerləşir. İddiaçının küçəyə iki giriş qapısı var, hər ikisi də avtomobil yoluna birbaşa çıxır. Sözügedən girişdən hətta tam əks tərəfdə yerləşir. İddiaçı ilə onun həyətinə girişin arasında 3 ailənin evləri və küçədən girişləri mövcuddur. Bu yaxınlarda eyni ünvanlarla bağlı təqribən eyni mövzu üzrə məhkəmə prosesi ərinin əmisi oğlu xxxxxxxxx ilə olmuşdur. Mübahisəli ünvan 1940-cı illərdən 2 qardaşın ailəsinin istifadəsində olmuşdur (XXX (xxxx atası) və X2 (qaynatası)). Yaşayış sahələri və ailə büdcələri ayrı olmuş, həyətin texniki pasportu isə 1963-cü ildən XXXun adında olmuşdur. Həyətin başqa sənədi mövcud deyildir. Beş ailənin yaşayış sahəsinin çıxarışı iddiaçının adında 9 №-li ünvanda qalmışdır. Bir hissə isə, yəni onun sahəsi 4 saylı ASAN Xidmətdə bağışlama müqaviləsinə əsasən onun adına qeyd edilmiş və 9A ünvanı verilmişdir. 4 il öncə iddiaçının adına hələ çıxarış olmayıb, heç kimlə məsləhətləşmədən artıq gəlir əldə etmək məqsədi ilə evinin yanındakı torpağı qanunsuz satmış həmin ailə isə çıxarışları olmadan ünvan əldə etmişlər. Bu ünvan onun ünvanı ilə üst-üstə düşdüyündən qeydiyyatları onun sahəsinə düşmüşdür. İddiaçı bu yaxınlarda iki ailə ilə ondan xəbərsiz alqı-satqı müqaviləsi bağla mışdır. Qeydiyyatda olan insanların, həmçinin onun ailəsinin razılığı alınmamışdır. Bu müqavilə boş torpaq kimi qeydiyyata alınmış, lakin artıq çoxdandır orada evlər tikilmişdir. Hətta onun giriş-çıxışının sərhədindəki torpaq artıq başqasının mülkiyyətindədir. İddiaçı bu faktı gizlətmişdir. Onun qeydiyyatı həmin ünvandadır və həmin ünvanın həm evindən, həm də torpaq sahəsindən istifadə hüququ var. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə sübut qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.11.2019-cu il tarixli, **********3 saylı məktubu təqdim edilmişdir. Məktubda göstərilmişdir ki, xüsusi mülkiyyətdə olan 0,10857 ha torpaq sahəsi və onun üzərində yerləşən mübahisəli ünvanda yerləşən 9 saylı fərdi yaşayış evi 21.09.2017-ci il tarixdə ilkin olaraq xxxxxxxxxxxxxxxxxx adına qeydiyyatdan keçmiş, 05 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsəsən sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının adına 11.10.2017ci il tarixdə qeydiyyata alınmış, sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,0253 ha torpaq sahəsi 4 saylı Bakı “Asan xidmət” mərkəzində təsdiq edilən 4Ə-100 reyestr nömrəli 22 yanvar 2018-ci il tarixli bağışlanma müqaviləsi və bölgü sxeminə əsasən cavabdehin mülkiyyətinə 26.01.2018-ci il tarixdə verilmişdir (9 A saylı sahə). 0,0253 ha torpaq sahəsi üzərində sonradan fərdi yaşayış evi inşa edilmişdir və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi yeni poçt ünvanı alaraq ev 9 A kimi cavabdehin adına 22.02.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bəhs edilən fərdi yaşayış evinin ünvan göstəriciləri ilə bağlı dövlət reyestrində cari dəyişikliklər edilmiş və 12.07.2018-ci il tarixdə ev 9B (yeni qaydalalarla; ev 27) kimi cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazıda mülkiyyətindədir. mübahisəli ünvandakı 9 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,08332 ha torpaq sahəsi 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilən 4Ə-100 reyestr nömrəli 22.01.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən 09.02.2018-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir. İddiaçının mülkiyyətində olan 9 saylı fərdi yaşayış evinin aid olduğu torpaq sahəsindən 0,012 ha olan hissəsi 18 saylı DNK-nın 4Ə-233 reyestr nömrəli 04.05.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X4 adına 27.05.2019-cu il tarixdə (mübahis əli ünvan 9 C saylı sahə) qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən 0,02563 ha olan hissə isə 16 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən 4Ə-234 reyestr nömrəli 04.05.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən 23.07.2019-cu il tarixdə X8 adına (mübahisəli ünvan 9 E saylı sahə) qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. mübahisəli ünvanda 9 saylı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsindən qalan hissə iddiaçının mülkiyyətindədir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-5128/2019 nömrəli iş üzrə 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Məhkəmə i lkin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, etibarnmə əsasında bağışlama müqaviləsinin bağlanması, cavabdehin iddiaçını aldatması qənaətinə gəlmək üçün yetərli ola bilməz. Konkret halda, müqavilə bağlanan 2018-cü il tarixdə, etibarnamə alaraq iddiaçını aldadacığını düşünmək, bu anlamda “əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğunu” iddia etmək inandırıcı və ağlabatan deyildir. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır, onun aldatma yolu ilə bağlanması kifayət qədər güclü və birbiri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılma sına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Hazırkı işdə təmsilçi təmsil edilən adından özü barəsinə əqd bağlamamışdır. Belə ki, təmsilçi qismində X17 iştirak etmişir. O, iddiaçının əvəzindən cavabdeh ilə bağışlanma müqaviləsi bağlamışdır. Etibarnamə qanuna uyğun tərtib edilmiş, etibarnamədə səlahiyyətlərin üçüncü şəxsə verilməsi göstərilmişdir. İddiaçı bu barədə məlumatın ın olmadığını bildirsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçının bağışlama müqaviləsindən xəbəri olmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materialarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X18 cavabdeh X5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 3-cü şəxs İddiaçı məhkəmədə iştirak edərək izahat vermiş, həmin izahatında xxxxxxxxxxxxadına sənəd olmasını bildirmişdir. Buradan məlum olur ki, iddiaçının bağışlama müqaviləsindən xəbəri olmuş, müqaviləni bir il ərzində mübahisələndirməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (b undan sonra – Mülki Məcəllə) 139, 139-1, 146, 178.1, 324, 337.2, 339.2, 339.3, 354.1, 354.2, 359.1, 359.3, 362.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 54, 4.1, 77.1, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5400/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qismən – mübahisələndirilən, ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıx arılmaqla ilk iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə ilkin iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, Mülki Məcəllənin 359.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin normanın tələbinə əsasən təmsilçi təmsil edilən adından özü barəsində əqdlər bağlaya bilməz, bu normanın məqsədi təmsil olunanı qorumaqdır. Hazırki iş üzrə isə müəyyən edilir ki, 12.05.2015-ci il tarixli etibarnamə əsasında təmsilçi - cavabdeh 21.01.2018-ci il tarixdə xxxxxxxxxxx səlahiyyətləri ötürməklə iki ay müddətinə etibarnamə vermiş, 22.01.2018-ci il tarixdə isə sonuncu iddiaçının əvəzindən cavabdeh ilə bağışlanma müqaviləsi bağlamış, bununla da Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri pozulmaqla cavabdeh təmsil edilən adından özü b arəsində əqd bağlamış olmuşdur. Lakin, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən etibarsız əqdlər üzrə 1 illik kəsici müddət ötürülmüşdür. Belə ki, mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur və bu müddət iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Apellyasiya instansiyası məhkəməsi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsi əsasında müəyyən etmişdir ki, həmin iş üzrə iddiaçı X18 cavabdeh X5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 3-cü şəxs İddiaçı məhkəmədə iştirak edərək izahat vermiş, həmin izahatında xxxxxxxxxxxx adına s ənəd olmasını bildirmişdir. Bundan başqa, bağışlama müqaviləsindən sonra adında qalmış 0,08332 ha torpaq sahəsindən 0,012 ha olan hissəsini 04.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X7, 0,02563 ha hissəsini isə 04.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xxxxX6. Yəni, iddiaçı ilkin qeydiyyat əsasında adına qeydə alınmış 0,10857 ha torpaq sahəsinin 0,0253 ha hissəsinin bağışlama müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirilşməsindən məlumatlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, işin mübahisə edilməyən hallarından da göründüyü kimi, mübahisələndirilən bağışlama müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirilmiş 0.0253 ha torpaq sahəsi əslində onun ailəsinə məxsus olan yaşayış evinin həyətyanı sahəsi olmuşdur. Həmin yerdə iddiaçının digər qohumlarının da evləri (torpaq sahələri) olmuş və bütün ərazinin (0.10857 ha torpaq sahəsi və həmin sahədə inşa edilmiş evlərin) ilkin olaraq vərəsə kimi iddiaçının adına rəsmiləşdirilməsində məqsəd sonradan bu və ya digər formada həmin evlərin torpaq sahələri ilə birgə faktiki sahiblərinin adına rəsmiləşdirməkdən ibarət olmuşdur ki, cavabdeh də bu razılığa əsasən hərəkət etmişdir. İddiaçın bağışlama müqaviləsindən vaxtında məlumatı olmuş, lakin, nəticə onu qane etdiyindən, həmin əqdi vaxtında mübahisələndirməmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Qanunverici maraqlı şəxsin bir il ərzində etibarsız (mübahisə edilən) əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən hallar ı bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 354.1, 354.2, 359.3, 362.1, 362.2-ci maddələrinə və MPM-nin 384.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X21) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hərtərəfli araşdırma aparmamış, maddi hüquq normalarının tələblərini pozmuş, mülahizələr əsasında qeyri-obyektiv qətnamə qəbul etm işdir. Belə ki, onun Suraxanı Rayon Məhkəməsinin icraatında baxılmış 2(010)-844/2019 №İi mülki iş üzrə verdiyi izahatından aydın olur ki, ona məxsus mülkiyyətin bir hissəsinin cavabdehin öz adına keçirməsindən onun xəbəri olmayıb. Apellyasiya instansiyası məhkəməsinin iddianı təmin etməmə əsasları məhz bu qeyd olunanlarla təkzib olunur. Eləcə də apellyasiya instansiyasının mübahisəli ərazidə faktiki yaşayanların yaşadıqları evə, tikiliyə pay hüququ olmaları barədə qənaəti də yanlışdır və bu iddianın təmin edilməməsinə əsas sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin özünün də müəyyən etdiyi hallardan görünür ki, cavabdeh qanunsuz yolla, dələduzluq cinayət əməli sayılan bir yolla, notariusuda özünün bu cinayət əməlinə ortaq etməklə iddiaçının əmlakını əlinə keçirib. Kassasiya şik ayətinin əsası kimi MPM-nin 14.1, 14.2, 217.1, 217.3, 386, 387.1, 390cı maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh və vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin təmin olunması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün MPM-in 418-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi xahiş etdi. İddiaçı vəkilin izahatı ilə razı olduğunu bildirdi. Cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək tə min edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin iştirakı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üç ün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən ilk və qarşılıqlı iddia tələbləri rədd edilmiş, cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən ilk iddia tələbinin rədd edilməsi hissədə yoxlamışdır. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (maddə 331.1). Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağ landığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1, 337.2 və 337.4). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2). Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktı na əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər (maddə 359.1). Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz (maddə 359.3). Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər (maddə 362.1). Normativ forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (maddə 362.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5400/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar