Məhkəmə qərarları › İş №2(102)-2378/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2378/2022

12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2378/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə ümumi məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı 12 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(105)-2095/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki birinci icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin (hakim S.Səmədzadə) 15 aprel 2021-ci il tarixli, 2(067)-957/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 12 mart 2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi, Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydi) ləğv edilməsi, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2095/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(067)-957/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı 12 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır.

5. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, hazırkı tələb çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Belə ki, iddiaçıl İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də ləğv olunmasını tələb etdiyi çıxarış inzibati orqanın qəbu l etdiyi aktdır. Ona görə də çıxarışın ləğv edilməsi tələbi cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz, həmin tələbə cavab verməli orqan inzibati orqan- hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir.

6. İcra məmurunun icraata xitam verilməsi barədə qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı 29.07.2020- ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)76/2020 saylı 29.07.2020-ci il tarixli icra sənədi mübahisələndiyindən iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına uyğun olaraq icra sənədini vermiş məhkəməyə- Sumqayıt Apellyasiya Məhkəm əsinə şikayət verlməli olduğu halda, Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə də öz növbəsində şikayəti icraata qəbul edərək baxmaqla, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5. maddəsinin tələblərini pozmuşdur.

7. Məhkəmə öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.5ci, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 261.0.1, 262.3, 391-ci maddələrinə, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4No-li qərarına, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

12. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İcra haqqında” qanun

13. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. (maddə 20.5) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

14. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. (maddə 2.2.1)

15. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. (Maddə 2.2.2) Mülki Prossesual Məcəllə 16. işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. (maddə 261.0.1)

17. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

18. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1)

19. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2095/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar