Məhkəmə qərarları › İş №2(102)-2380/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2380/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2380/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3403/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Cavabdeh iddiaçının gəlini olmuşdur (Cavabdeh 14.01.2012-ci ildə iddiaçının oğlu Musa Cuvarovla evlənmiş, onların nikahı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur).

2. Abşeron rayonun Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi 14 saylı evin 28 saylı mənzili İddiaçı xüsusi mülkiyyətndədir (mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 236 saylı reyestr kitabının 13 saylı vərəqində 20.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır).

3. Cavabdeh İddiaçı qarşı onun və himayəsində olan azyaşlı qızı X4 ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə iddia qaldırmış, həmin iddia Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31.08.2020-ci il tari xli 2(003)-1367/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir.

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzildən çıxarılmasını xahiş etmiş və Abşeron Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli 2(012)-133/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5400 manat maddi ziyan, 5000 manat mənəvi zərər olmaqla cəmi 10400 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19.04.2010-cu il tarixdə “X13” MMC ilə bağladığı müqavil əyə əsasən, Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi bina-14, mənzil-28 ünvanında yerləşən iki otaqlı mənzili 2014-cü ildə tam təmirli halda əldə etmişdir. X3 2012-ci ildə Gürcüstan vətəndaşı olan X6 (sonra həyat yoldaşı Cuvarov Musanın soyadını qəbul edərək Cuvarova olmuşdur) ilə nikaha daxil olmuş və ona məxsus mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hərbi şəhərcik ev-31 ünvanına gəlin köçmüşdür. 2014-cü ildə X3 iş yerini H.Əliyev adına X5 İnşaatçılar metrosu yaxınlığına dəyişdikdən sonra, məsafənin uzaqlığına və bəzən işdən gec çıxanda evə (Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi şəhərcik ev-31 ünvanına) çox çətinliklə gəldiyini nəzərə alaraq ondan xüsusi mülkiyyətində olan Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, bina-14, mənzil-28 ünvanında yerləş ən 2 otaqlı mənzildən müvəqqəti istifadə etməyi xahiş etmiş və mənzili 300 manata kirayə verməyinə icazə verməmişdir. Faktiki olaraq oğlu M.İddiaçı 2014-cü ildən 2018-ci ilin avqust ayına kimi öz ailəsi ilə birlikdə bu ünvanda yaşamışdır. 2018-ci ilin avqust ayından qardaşı X1 nişan məclisində iştirak etmək üçün Gürcüstan Respublikası Marneuli rayonunun Qızılhacılı kəndinə, atası evinə gedən gəlini Cavabdeh yalnız 27.09.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qətnaməsinə əsasən, X3 ilə arasında bağlanmış nikaha xitam verildiyi gün gəlib Bakıya çıxmışdır. Nikahlarına xitam verildikdən bir ay keçməmiş 23.09.2019-cu il tarixdə Cavabdeh və onun anası Əliyeva Kəmalə, (oğlunun keçmiş qaynanası) yanlarında qapını sındırmaq üçün bir usta, onun icazəsi olmadan və iradəsinə zidd olar aq Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi bina-14 mənzil-28 ünvanında yerləşən 2 (iki) otaqlı mənzilinə məcburi daxil olmuşlar, evin açarını isə dəyişərək evini zəbt etmiş və bu günə qədər də dəfələrlə tələblərinə baxmayaraq evi boşaltmadan mənzildən çıxmaqdan imtina edirlər. 23.09.2019-cu il tarixdən 2021-ci ilin bu gününə kimi olan müddətdə cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, xüsusi mülkiyyətində olan ünvan 10 ünvanındakı mənzilindən istifadə etmək və sərəncam vermək hüququndan məhrum olmağı ilə bağlı, bilavasitə həmin mənzildən gəlir əldə etmək kimi sərəncam vermək hüququndan da məhrum olmuşdur. Belə ki, mənzilini kirayə verərək, oradan hər ay 300 manat, (18x300=5400) ümumən 18 ay ərzində 5400 manat əldə etmək imkanı olduğu halda bu pul vəsaiti əldən çı xmış fayda kimi dəyərləndirilməlidir. Bu məbləğ onun əmlakının əvəzi kimi və mülki dövriyyədən əldə etdiyi gəlir kimi ona ödənilməlidir. Onun razılığı alınmadan icazəsiz mənzili zəbt etməyi, müxtəlif instansiyalara şikayət etmələri, qapılara ayaq döymələri, keçirdiyi əsəb, iztirablar və sarsıntı keçirməyi ilə müşahidə olunmuş, bunun nəticəsində iddiaçı olaraq ona mənəvi ziyan da dəymişdir. İddiaçı olaraq açıq ürək əməliyyatı keçirmiş və 2007-ci ildən şəkərli diabet xəstəsidir. Onunla birlikdə yaşayan ailə üzvlərinin də əsəbi, psixoloji və mənəvi sarsıntılar keçirmələri də açıq-aşkar müşahidə edilmişdir. Ona dəyən mənəvi ziyan cavabdeh tərəfindən ödənilməlidir ki, bu məbləği də 5000 manat dəyərində qiymətləndirir. Beləliklə, ona qarşı qanunsuz hərəkətlər edilmiş, sarsıntı və əsəbi hallar ke çirmiş, mənzili bir ildən artıq (16 aydır) sahibi olaraq ona qaytarılmamış və o, mənzilin mülkiyyətçisi kimi gəlir əldə etməkdən məhrum olmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

7. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2907/2021 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı iddia tələbində 18 ay ərzində hər ay 300 manat olmaqla cəmi 5400 (18x300=5400) manat kirayə pulundan məhrum olduğunu, həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, iddia tələbində irəli sürdüyü halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və yalnız mü lahizələrə əsaslanmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan evindən cavabdehin çıxmaması nəticəsində gəlirdən məhrum olmasını bildirsə də, işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, iddiaçı evini oğluna ailəsi ilə birlikdə qalması üçün könüllü olaraq vermiş, onların həmin mənzilə köçərək yaşamasına razı olmuşdur. Sonradan onlar arasında münasibətlər pozulmuş və cavabdehlə iddiaçının oğlu arasında nikah ləğv edilmiş, bundan sonra iddiaçı cavabdehdən evin boşaldılması tələb etmişdir. Onlar arasında bir neçə məhkəmə çəkişməsi olmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı könüllü olaraq evini cavabdehə verməsinə baxmayaraq, hazırda ona qarşı kirayə pulu ilə maddi ziyan tələbi etməsi əsaslı deyildir. Bu səbəbdən də məhkəmə iddia tələbinin 5400 manat maddi ziyan tutulmasına dair iddia tələbini bu hissədə təmin etməmişdir.

11. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə qeyd etmişdir ki, cavabdehin müxtəlif instansiyalara şikayət etməsi hər bir şəxsin öz hüquqlarının müdafiəsi üçün müxtəlif orqanlara və eləcə də məhkəməyə müraciət etmək hüquqları vardır.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər məhkəməyə müraciət etmək hüquqlarından istifadə etmişlər. Məhkəmə müdafiə hüquqlarından istifadə etmək hər kəsin əsas hüquqları olmaqla konstitusion hüququdur. İddiaçı məhkəmə araşdırılmaları zamanı keçən vaxtın onun səhhətinə ziyan vurmasını, bununla əlaqədar sarsıntı, iztirablar, ürək əməliyyatı keçirməsini ərizəsində və izahatında göstərsə də, bunların bilavasitə cavabdehin təqsirli hərəkəti nəticəsində olması barədə hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarına istinadla əsaslandırmışdır.

14. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3403/2021 nömrəli, 14 dekabr 2021-ci il tar ixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Tağızadə Gülnarə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etsə də, buna dair hər hansı bir sübüt təqdim etməmişdir. Onun apellyasiya şikayətində qeyd etdiyi dəlillər iddia ərizəsi ilə eynilik təşkil edir ki, həmin dəlillər də məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsiri ucbatından ona 5400 manat maddi zərər dəyməsi, yəni mübahisəl i mənzili boşaltmaması səbəbindən həmin mənzili kirayə vere bilməməsi nəticəsində ona dəyən maddi zərəri təsdiq edən hər hansı bir sübutu, məsələn kirayə müqaviləsini məhkəməyə təqdim etməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin təqsirindən, yəni məhkəmələrə müraciət etməsi səbəbindən mənəvi zərər çəkdiyin, iztirab keçirdiyi, əməliyyat olunduğu ilə bağlı dəlilini də əsassız hesab etmiş və qeyd etmişdir ki, iddiaçı buna dair də hər hansı bir sübut təqdim edə bilməmiş, dəlillərini əsaslandırmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1 maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Və kil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, onun qanuni mülkiyyətindən istifadə edə bilmədiyindən vurulmuş maddi və mənəvi zərəri nəzərə almamış, əsassız və qanunsuz qərar qəbul etmişdir.

22. Kassator həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun hüquq və vəzifələrinin izahı barədə bildirişi almamış, bunun nəticəsində iddiaçının sübut təqdim etmək, vəsatət vermək, şahid dəvət etmək kimi hüquqları pozulmuşdur. Məhkəmənin qətnamədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilməməklə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər

24. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

25. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar a şkar edilməmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanu nvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 4

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparm ır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Baxılan iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir və aşağı instansiya məhkəmələri də mübahisənin əsaslarlnı həmin normalar əsasında təhlil etmişdir.

34. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Yəni mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə yaranır. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və f iziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.

35. Hazırki işdə də zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilədənkənar - delikt hüququndan yaranır.

36. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımında n yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

37. Baxılan iddianın təmin oluynması üçün ilk növbədə zərərin vurulması sübut olunmalıdır. Əgər zərərin vurulması təsdiq olunmursa, digər əsaslar üzrə araşdırma aparılmasıba ehtiyac qalmır. İşə baxmış məhkəmələr də iddiaçı tərəfindən ona ziyan vurulnasının sübut olunmadığını bildiurmiş və bu əsasla iddianə təmin etməmişdir.

38. Məhkəmə kollegiyası işə baxmış məhkəmələrin mövqeyi ilə razılaşır və qeyd edir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunveri cilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarı).

39. Kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən onun hüquq və vəzifələrinin izahı barədə bildirişin verilməməsi, bunun nəticəsində sübut təqdim etmək, vəsatət vermək, şahid dəvət etmək kimi hüquqlarının pozulması barədə dəlili formal mülahizədir. Çünki işin gedişində iddiaçıya hüquq və vəzifələri barədə bildiriş verilmişdi. İddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya iunstansiyası məhkəməsində vəkillə təmsil olunmuşdu və bütün hüquqlarından istifadə etmək barədə vəkilə etibarnamə vermişdi.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

41. Məhkəmə koll egiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3403/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar