Məhkəmə qərarları › İş №2(102)-2383/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2383/2020

17.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2383/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X5 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh (həm də iddiaçı) X11 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Əliyev, iş № 2(039)-xx/18) İddiaçı cavabdeh X3 və DƏDRX 17 sayl ı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik haqqında xx xxx 2016-cı il tarixli şəhadətnamənin ləğv edilməsi, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 04.11.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv edilməsi, Cavabdeh1 ilə X11 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, 30 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilmiş 80 00 (səkkiz min) manatın Cavabdeh1 X8 xeyrinə tutulması, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq X8 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 02.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv edilməsi, cavabdehlər X6 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat 20 (iyirmi) qəpik İddiaçı xeyrinə tutulması qət edilmiş, iddiaçı X8 cavabdeh İddiaçı qarşı cavabdehin onun xüsusi mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilindən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və R.Əliyev apelyasiya şikayətləri vermişlər. Şəki Apelyasiya Məhkəməsi Mülki Koll egiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli, iş № 2 (107)-xxx/19) apelyasiya şikayətləri qismən təmin edilərək Yevlax Rаyоn Məhkəməsinin xx xxx 2018-ci il tаrixli qətnaməsi qismən yəni, “Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik haqqında xx xxx 2016-cı il tarixli şəhadətnamənin ləğv edilməsi, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 04.11.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv edilməsi, Cavabdeh1 ilə X11 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, xx xxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilmiş 8,000 (səkkiz min) manat Cavabdeh1 X8 xeyrinə tutulması, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq X8 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 02.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv edilməsi, cavabdehlər X6 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat 20 (iyirmi) qəpik İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə tələbin təmin edilməməsi barədə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdehlər Cavabdeh1, X11 və Da şınmaz Əmlakın Dövlət Reyestrində Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh1 adına verilmiş Oanun üzrə vərəsəlik hüququ haqqında 3 noyabr 2016-cı il tarixli şəhadətnamənin, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Cavabdeh1 adına verilmiş Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2, mənzil 3-ə dair RX seriyalı ******* saylı reyestrdən çıxarışın, həmçinin həmin çıxarışın əsasında Cavabdeh1 ilə X11 arasında bağlanmış 30 iyul 2018-ci il tarxli AN-1№ ******* saylı alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Yevlax şəhəri,Q.Quliyev kücəsi ev-2,mənzil 3-ə dair X8 adına verilmiş DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında 2 avqust 2018-ci il tarxli RX seriyalı ******* saylı, ******* *** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilməmiş, qətnаmə qаlаn hissədə dəyişdirilmədən sаxnаnılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Cavabdeh R.Əliyev isə kassasiya şikayətində Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və İddiaçı iddiasının rədd, öz iddianın isə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X3 və DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Cavabdeh1 mü lkiyyətinə verilmiş Yevlax şəhəri Q.Quliyev küçəsi ev 2, mənzil 3-ə dair verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, əlavə cavabdeh olaraq X9 qeyd etməklə, iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik haqqında xx xxx 2016-cı il tarixli şəhadətnamənin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Cavabdeh1 adına verilmiş Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 2, mənzil 3-ə dair RX seriyalı ******* saylı çıxarışın, həmçinin həmin çıxarış əsasında Cavabdeh1la Rafiq Əliyev arasında bağlanmış xx xxx 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Hüquqların Dövlət Qeydiyyatı Haqqında 02.08.2018-ci il tarixli RX seriyalı ** ***** saylı ********** saylı həmin mənzilə dair Rafiq Əliyevin adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rafiq Əliyev cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun xüsusi mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri mübahisələndirilən hissələrdə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin n ormaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Vəkil S.Bəkirova məhkəmə kollegiyasının iclasında hüquqlarını müdafiə etdiyi R.Əliyevin kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda iddiaçının kassasiya şikayətini qəbul etmədiyini bildirdi. Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında işdə iştirak edən şəxslərdən yalnız İddiaçı və R.Əliyev mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onların kassasiya şikayətlərinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, vəkil S.Bəkirovanın izahatını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 05 noyabr 2019-cu il tarixli qətn aməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və çıxarışların ləğvi tələbinə dair hissədə ləğv edib həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxararkən, eləcə də qətnamənin qalan hissəsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə alır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Yevlax şəhəri, Q.Qyliyev küçəsi 2 saylı evin 3 saylı mənzili iddiaçı Dərya Abdyllayeva və Cavabdeh1 atası X2 xüsusu mülkiyyətində olmuşdur. O, xx xxx 2014-cü ildə öldüyündən xüsusi mülkiyyətində olan əmlakına vərəsəlik açılmışdır. Cavabdeh1 izahatından da görünür ki, İddiaçı miras əmlaka vərəs əlik açılarkən mübahisəli mənzildə yaşamış, bununla da o, mirasa faktiki yiyələnməklə, onu qəbul etmişdir. Buna baxmayaraq Cavabdeh1 mirasqoyanın yeganə vərəsəsi kimi 03 noyabt 2016-cı ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında mübahisəli mənzilə tam mülkiyyət hüququ ilə 04.11.2016-cı il tarixdə Reyestirdən Çıxarış almışdır. Bundan sonra, mübahisəli mənzil xx xxx 2018-il tarixdə 8000 manata Cavabdeh1 tərəfindən X1, sonuncu isə 02 avqust 2018-ci ildə öz adına reyestirdən çıxarış almışdır. İş materiallarından görünür ki, iddiacı İddiaçı ilk iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizəsində Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz verliməsini qeyd edərək onun əsasında verilmiş reyestirdən çıxarışın və digər sənədlərin ləğv olunmasını xahiş etmişdir. Ancaq iddiaçı nəzərə almamışdır ki, Cavabdeh1 adına verilmiş aanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş digər sənədlərin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd edilən şəhadətnamə qüvvədə olduğu dövrdə öz hüquqi qüvvəsini itirmədiyi üçün onun əsasında verilmiş digər sənədlərin ləğv edilməsi üçün (başqa əsaslar yoxdursa) şəhadətnamənin sonradan ləğv edilməsi əsas deyil. Ona görə də birinci instansiya məhkəməsi mübahisəyə baxarkən səhvə yol verərək qeyd edilən şəhadətnaməni ləğv etməklə, onun əsasında verilmiş digər sənədləri də bu əsasla, yəni şəhadətnamənin ləğv edilməsinə görə ləğv etmişdir. Halbuki, iddiaçının mübahisələndirdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız h esab edildiyi halda tərəfin (tərəflərin) hüquqi vəziyyəti əvvəlki vəziyyətə qayıdır. Yəni, şəhadətnamə etibarsız hesab edildikdə, o verildiyi vaxtdan hüquqi qüvvəsini itirir. Ona görə şəhadətnamənin etibarsız hesab edilməsi onun əsasında verilmiş digər sənədlərin ləğvi ücün əsas olur. Bundan əlavə, iddiaçının göstərdiyi əsaslar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün deyil, onun etibarsız hesab edilməsi ücün əsas ola bilər. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh1 ilə X11 arasında mübahisəli mənzillə bağlı xx xxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbini irəli sürsə də, məhkəmə tələbdən kənara çıxaraq həmin müqaviləni etibarsız hesab etmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci inistansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadığından, maddi və prosesual hüquq normalarını düzgün tədbiq etmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilərək İddiaçı tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarından görünür ki, İddiaçı qeydiyyatı başqa ünvanda olsa da, ərindən boşandıqdan sonra hələ atasının sağlığında mübahisəli mənzilə qayıdaraq həmin mənzildə yaşamış, mənzilin mülkiyyətçisi olan atası ilə birgə təssərüfat aparmış və bununla da mənzlidə istifadə hüququ əldə etmişdir. Mənzil cavabdehlərin adına keçdiyi müddətdə də orada yaşamaqd a davam etmişdir. Bundan əlavə o, mirası faktiki qəbul etmiş vərəsədir. Ona görə də iddiaçı X8 İddiaçı mübahisəli mənzildən çıxarılmasına dair tələbi əsassızdır və təmin edilə bilməz. Qeyd edilən əsasa gorə birinci inistansiya məhkəməsinin qətnaməsinin iddiaçı X8 tələbinin təmin edilməməsi ilə bağlı hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə a lınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Şəki Apelyasiya Məhkəməsinin iş üzrə nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2 (107)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar