Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2384/2020 04.03.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirov, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli 2(107)-3225/2019 saylı qətnaməsindən İddiaçı və vəkili X3 verdikləri kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı və vəkili X1 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019cu il tarixli 2(107)-3225/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Mülki iş nəzərdən keçirilərkən məlum oldu ki, iddiaçı Əliyev X2 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi zərərin əvəzi ola n 1000 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək 650 manat maddi, 350 manat mənəvi zərərin əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi xahiş olunmuşdur. Zaqatala rayon Məhkəməsinin (hakim T.Həsənov) 24 sentyabr 2019-cu il tarixli 2(033)-496/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2019 tarixli 2(107)3225/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(033)496/2019 saylı qətnaməsi dəyişdirilmədən sax lanımışdır. Həmin qətnamədən İddiaçı vəkili X4 27 yanvar 2020-ci il tarixdə kassasiya şikayəti vermişlər. Ali Məhkəmənin Mülki Kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının iddia ərizəsində tələbi cəmi 1000 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsi İddiaçı verdiyi kassasiya şikayətinin mümkünlüyü məsələsini müzakirə etmədən, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 408, 411-ci maddələrini rəhbər tutaraq qərara alıram: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli 2(107)-3225/2019 saylı qətnaməsindən İddiaçı və vəkili X3 birlikdə verdikləri kassasiya şikayəti həmin şikayətin mümkünlüyü məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2384/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-2384/2020
04.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver