Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2385/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddə və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8220/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04/03/01 saylı, 10.12.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən yaşayış sahəsində İ binanın 4-cü mərtəbəsində ümumi sahəsi 201,1 kv.m olan 4 otaqlı 3 nömrəli mənzili 230.000 (iki yüz otuz min) manata satın almışdır. Cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən yaşayış sahəsində İ binanın 4-cü mərtəbəsində ümumi sahəsi 201,1 kv.m olan 4 otaqlı 3 nömrəli mənzilinə dair 26 may 2006-cı il tarixli müqavilə bağlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli, 2(005)-337/2016 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı Cavabdeh1 c avabdehlər "xxxx" MMC-nə, İddiaçı və X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi tam təmin edilmiş, cavabdehlər "xxxx" MMC və X3 arasında bağlanmış 26 may 2008-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilə etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində (ümumi sahəsi -201 kv.m) 04 otaqlı məzilə dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2007-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilə etibarsız hesab edilmişdir. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bakı Apel lyasiya Məhkəməsinin 2(103)-6876/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 və A.Məmmədov tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli, 2(005)-337/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1536/17 saylı, 07 mart 2017-ci il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı Cavabdeh1 və ilk və qarşılıqlı iddialar cavabdeh X1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 6876/2016 nömrəli iş üzrə 19 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki Kollegiyasının 07 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 qarşı aralarında bağlanmış 29 may 2007-ci il tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsinə dair hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə həmin hissədə bu Qərara uyğun olaraq Azərbayc an Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2017-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6876/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 qarşı aralarında bağlanmış 29 may 2007-ci il tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7444/2018 saylı, 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş iş üzrə Bakı şəhəri Nərima nov Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli, 2(005)-337/2016 saylı qətnaməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 qarşı aralarında bağlanmış 29 may 2007-ci il tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi iddiasına aid hissədə ləğv edilmiş və həmin hissədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi təmin olunmamışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 201 k.m olan 4 otaqlı mənzilin təmirinə sərf etdiyi 50.000 manat alınaraq ona ödənilməsi, "xxxx" MMC-dən maddi ziy ana görə 79000 manat və mənəvi zərərə görə 50.000 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mənzili təhvil alandan sonra təmirinə 50.000 manat vəsait xərcləmişdir. Mənzili təmir edəndən sonra məlum oldu ki, həmin mənzillə bağlı həmçinin Cavabdeh1 ilə də müqavilə bağlanmış və Cavabdeh1 ona və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 04/03/01 nömrəli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, mənzilin kimə verilməsi məsələsi həll edilməmişdir. Qeyd etdiyi kimi həmin mənzil onun istifadəsində olmaqla təmirinə 50.000 manat xərcləmişdir. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh1 onun faktiki istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında yerləşən, binanın 4-cü mərtəbəsində yerləşən, 3 saylı mənzilin qapısını qırmış və özbaşına mənzilə daxil olmuşdur. Bu barədə Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi cavabdeh "xxxx" MMC ona məxsus olan vəsaiti əsassız olaraq 2013-cü il tarixdən 2019-cu il tarixədək istifadə etmiş və ondan fayda götürmüşdür. Həmçinin də həmin məbləğin 10000 manatını hal-hazıra kimi geri qaytarmamışdır. Ona görə də hesab edir ki, cavabdeh ona məxsus olan 230000 manata hesablanmış bank f aiz uçot dərəcəsinə uyğun faizləri, (230000x5%=11500x6=69000), cəmi: 79000 manat pul vəsaitini və ödədiyi 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Bundan başqa, cavabdeh "xxxx" MMC tərəfindən mübahisəli mənzil iki nəfərə satılmış, 6 ildir ki, məhkəmələrdə çəkişirlər və həmin mənzil artıq əlindən alınmışdır və bunun da nəticəsində mənəvi iztirab keçirtmişdir. Cavabdeh tərəfindən bu cür alçaldıcı hərəkətlərə məruz qalmaq onun üçün dözülməzdir. Ona görə də cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində dost-tanış, qohumlar arasında malik olduğu nüfuz heç nə enmiş, bu sarsıntılar onun və ailənin şəxsi səhhətinə olduqca mənfi təsir göstərmiş, müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmişlər və onun la yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyətləri kritik həddə çatmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 may 2020-ci il tarixli 2(006)-963/2020 nömrəli qərardadı ilə (hakim Natavan Tağıyeva) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2020-ci il tarixli, 10/1553 saylı ekspertiza rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mübahisəli 3 saylı mənzili üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 42000 manat məbləğində müəyyən edilmişdir Birinci in stansiya məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(006)-187/2021 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 təmir işləri üçün xərclənmiş 42.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdeh "xxxx" MMC-dən maddi zərərə görə 10.000 manat və mənəvi zərərə görə 5.000 manatın tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, müəyyən edilmişdir ki, İddiaçı mənzilin təmiri üçün xərclər çəkmiş və bununla bağlı cavabdeh "xxxx" MMC tərəfindən ona maddi və mənəvi zərər dəymişdir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 82.4, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin "xxxx" MMC-dən maddi zərərə görə 10000 manat və mənəvi zərərə görə 5000 man atın tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmovasədrlik edən və məruzəçi, Rəşad Həsənov, Vəfaddin İbayev) 17.11.2021-ci il tarixli, 2(103)8220/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsi, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsi nin qətnaməsinin iddia tələbinin təmin edilən – “cavabdeh "xxxx" MMC-dən maddi zərərə görə 10.000 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiasının rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini – “Cavabdeh1 təmir işləri üçün xərclənmiş 42.000 (qırx iki min) manat pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi” hissəsində düzgün nəticəyə gəlmiş, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Cavabdeh1 apellyasiya şikayət ində - “mübahisəli mənzillə bağlı AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspertiza keçirilməsini və bununla bağlı ekspert mənzildə olmasını öyrənmiş, Ekspertizanın tarixi 29 oktyabr 2020-ci il tarix kimi göstərilmişdir. Lakin qeyd olunan mübahisəli mənzili 2019-cu ildə satmış və mənzili alan şəxs həmin mənzili təmir edib orada yaşayır. Onunla əlaqə saxlamış və bildirilmişdir ki, mənzilə heç kim gəlib baxış keçirməmişdir. Həmçinin mübahisəli mənzilə baxış keçirilsə belə orada təmir işləri iddiaçı tərəfindən aparılmamışdır.” Lakin iş materialları ilə müəyyən edilmişdir ki, R.Abdullayevin ərizəsi əsasında İddiaçı ilə 10.12.2013-cü il tarili 04/03/01 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə İddiaçı ilə bağlandıqdan sonra mübahisəli mənzil ona təhvil verilmiş və İddiaçı mən zilin təmirinə başlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli, 2(005)337/2016 saylı mülki işi apellyasiya baxışı zamanı məhkəmənin arxivindən götürülərək Cavabdeh1 iddia ərizəsindən müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən mənzilin qapısı dəyişdirilmiş və cavabdeh İddiaçı tərəfindən orada təmir işlərinin aparılmasına başlanılmışdır. Göründüyü kimi İddiaçı mübahisəli mənzili aldıqdan sonra orada təmir işlərinə başlamış, lakin sonradan mənzilin başqa şəxslərə satılması ilə bağlı olaraq yaranmış mübahisədən sonra təmir işlərini yekunlaşdıra bilməmişdir. Apelyasiya baxışı zamanı işin obyektiv həllinə nail olmaq üçün ekspert İlham Xudiyev məhkəm iclasına dəvət edilmişdir. Ekspert izahatında bildirmişdir ki, mübahisəli mənzilə baxış keçirilərkən həmin mə nzildə mülkiyyətçi olmuş və təmir işləri gedirdi. Bununla bağlı mülkiyyətçidən hansı təmir işlərin görməsini soruşmuş və həmin işlərin çıxılması nəticəsində yerdə qalan təmir işlərinə görə çəkilmiş xərc müəyyən edilmişdir. Məbləğin müəyyən edilməsi isə məhz bazar qiymətinə uyğun olaraq görülmüş işlərin, alınmış avadanlıqların aşağı qiyməti əsas götürülmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi ilə bağlı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Maddi ziyanın məbləği isə ekspert rəyinə uyğun olaraq müəyyən edilməklə həmin rəydəki məbləğin düzgün olmaması və ya təkzib edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Bundan başqa apelyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi, eləcə də vəkilinin izahatından müəyyən edilmişdi r ki, Cavabdeh1 uzun illər ölkə xaricində yaşamışdır və iddiaçıda məhkəmə barədə məlumatın olmaması ağlabatandır. Məhkəmə kollegiyası digər cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 201.1 kv.m olan 3 saylı 4 otaqlı mənzilini 230.000 manata satın almasını bildirsə də, iş materiallarında qeyd olunan mənzilin məhz 230.000 manata alınması öz təsdiqini tapmamışdır. Həmçinin iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2016 saylı, 26 may 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı mübahisəli mənzili Ramin Abdullayev adlı şəxsən 200.000 manata əldə etmişdir. Göründüyü kimi iddiaçı tərəfind ən cavabdeh "xxxx" MMC-yə mənzillə bağlı ümumiyyətlə pul ödənilməsi müəyyən edilməmişdir. İşin müəyyən edilən halı ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzilə görə Ramin Abdullayevə 200000 manata pul ödəmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - cavabdeh "xxxx" MMCdən iddiaçının xeyrinə 10000 manat pulun tutulması hissəsində əsassız olmuşdur, birinci instansiya məhkəməsi isə hər hansı bir mötəbər sübuta istinad etmədən iddia tələbini həmin hissədə təmin etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdeh "xxxx" MMC-dən mənəvi ziyanla bağlı iddiaçının xeyrinə 5.000 manat pulun tutulması işin hallarına uyğun olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzilin bir neçə şəxsə satılması hazırki və daha əv vəlki iddiaların qaldırılmasına, uzun illər məhkəmə çəkişmələrinin davam etməsinə rəvac vermiş, bununla da "xxxx" MMC tərəfindən iddiaçıya mənəvi ziyan vurulmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Cavabdeh1 tərəfindən hələ 2019-cu il tarixdə satılmışdır. Həmin mənzili alan şəxs isə iddiaçı tərəfin də məhkəmə iclasında bildirdiyinə görə, imkanlı şəxs olmuş və oranı bahalı təmir etdirmişdir. Artıq ekspert mənzilə baxış keçirdərkən mübahisəli mənzil 1 ildən çox bir müddətdə onun mülkiyyətində olmuş və o, oranı təmir elətdirmişdir. Belə ki, ekspertiza baxışında iştirak edən iddiaçı tərəf və ekspert məhkəmə iclasında da bildirmişlər ki, mənzilə baxış keçirdərkən orada ustalar olmuş və təmir işləri getmişdir. Hətta iş materiallarına əlavə olunmuş ekspertiza rəyindən və rəydə olan fotoşəkillərdən də bunu görmək olar. Ekspert iddiaçı tərəfin verdiyi izahatı mötəbər qəbul etməməliydi. Belə ki, ekspert bu zaman məhkəməyə müraciət etməli və məhkəmənin bu hala qiymət verməsi üçün vəsatət verməli idi. Ekspert rəyinə gəldikdə isə, rəy çox primitiv və əsaslandırılmamış tərtib olunmuşdur. Həmçinin məhkəmə iclasında iddiaçı tərəfin mübahisəli mənzildə görülmüş işlərlə bağlı verdiyi ifadəsi ilə mə hkəməyə dəvət olunmuş ekspertin ifadəsi və ekspertza rəyində qeyd olunan "Smeta" qrafasındakılar arasında zidiyyət yaranmışdır. Həmçinin ekspertiza rəyində mübahisəli mənzildə görülmüş təmir işlərinə sərf olunmuş materialların qiymətinin haradan götürüldüyü və müqaisəli qiymətləndirmənin aparılmaması nəzərə çarpır. Rəydə qeyd olunmuş bir sıra təmir-tikinti xidmətlərinin dəyərinin isə "razılaşma qiymət" kimi qeyd olunması qeyd olunan ekspert rəyinin mötəbərliyini şübhə altına alan məqamlardan biridir. Halbuki, ekspert, qeyd olunan rəyi tərtib edərkən "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun tələblərinə əməl etməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şika yətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi q eyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Azərbay can Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunve riciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhk əmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 4 16.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şik ayəti iki dəlillər – mənzilin sonradan əldə etmiş şəxs tərəfindən təmir edilməsi və ekspert rəyinin qeyrimötəbərliyi ilə əsaslandırılmağa çalışılmışdır. İlk öncə mənzilin təmiri ilə əlaqədar kasasiya şikayətinin dəlilləri üzrə bildirilməlidir ki, cavabdeh kasasiya şikayətində mənzilin sonradan əldə etmiş şəxsin imkanlı şəxs olması və onun tərəfindən təmir edilməsini vurğulayaraq mənzilin təmirinin iddiaçı ilə əlaqədar olmadığını bildirməyə çalışsa da, kasasiya yoxlaması nəticəsində iş materiallarına əlavə edilmiş tərəflər arasında daha əvvəllərdən qəbul edilmiş məhkəmə aktlarından və həmin məhkəmə aktları üzrə hazırki kassatorun iddia ərizəsinin məzmunundan görünür ki, kassator özü etiraf etmişdir ki, yuxarıda adıçəkilən mənzildə təmir işləri məhkəmə mübahisələrinin başlamadığı dövrdən əvv əl – 2012-2013-cü illər ərzində hazırki iddiaçı tərəfindən həyata keçirilmişdir. Belə olan halda kassatorun mənzilin təmirinin iddiaçı tərəfindən həyata keçirilməsinin inkar edilməsinə yönələn ilk dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvinə əsas ola bilməz. Kassasiya şikayətinin ekspert rəyinin qeyri-mötəbər olması ilə əlaqədar dəlili üzrə isə qeyd edilməlidir ki, kassator rəy tərtib edilərkən "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun tələblərinə əməl edilmədiyinə, ekspertin ifadəsi ilə “Smeta" qrafasında ziddiyyətlər olmasına, qiymətlərin haradan götürülməsinin məlum olmadığına, rəyin əsaslandırılmadığına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, məhkəməyə ünvanlanmış vəsatət əsasında rəy vermiş ekspert məhkəməyə dəvət edilmiş və o, ver miş olduğu rəy üzrə qənaətinin formalaşma əsasını kifayət qədər aydın və ətraflı izah etmişdir. Onun vermiş olduğu ifadə ilə rəydəki “Smeta" qrafasında hər hansı ziddiyyət olması aşkar edilməmişdir. Ekspert rəyi isə kifayət qədər əsaslandırılmışdır. Belə olan halda kasasiya şikayətinin göstərilən dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin formal dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv eidlməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8220/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2385/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2385/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver