Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2387/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13964/2018 nömrəli iş üzrə 12 dekabr 2018-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, A biddin Hüseynov, Vahid Sadıqov) 12 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-57/2018 saylı mülki işi üzrə 10 oktyabr 2018-ci il tarixli qərtnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilmiş, şikayətin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Səbail rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən 15000 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti üzrə yux arıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13964/2018 nömrəli iş üzrə 12 dekabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsini faktiki olaraq 29 oktyabr 2018-ci ildə almışdır. Bunu İsmayıllı rayon Tircan kənd poçt şöbəsindən ona təqdim edilmiş möhürlü poçt zərfi də təsdiq edir. Belə ki, qətnamə poçt zərfi ilə 25.10.2018-ci ildə ərazi üzrə poçt şöbəsindən, Bakı şəhərindən möhürlə təsdiq edilmiş qaydada yola salınmış, zərfi 26.10.2018-ci ildə İsmayıllı MXŞ qəbul etmişdir. İsmayıllı MXŞ-dən isə zərf onun yaşadığı Tircan kəndinin poçt şöbəsinə 29.10.2018-ci il tarixdə daxil olmuşdur. Qeyd olunan poçt göndərişinin onun tərəfindən 26.10.2018-ci il tarixdə imzalanaraq alınması isə mümkün deyildir. Əgər qətnamə rayon Mərkəzi poçtuna 26.10.2018-ci ildə daxil olubsa Tircan kəndində yaşayan iddiaçıya həmin gün Tircan poçt şöbəsinə daxil olmadan necə verilə bilər? Zərfdəki möhür təsdiq edir ki, zərf Tircan kənd poçtuna 29.10.2018-ci ildə daxıl olub. Poçtolyon ona 29 oktyabr 2018-ci il tarixdə zəng edərək məhkəmədən məktub gəlməsini bildirmişdir. Bundan sonra o, dərhal həmin gün məktubu almış və heç bir sənədə də imza etməmişdir. Qanunla qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayətini 27.11.2018-ci ildə Bakı şəh ərindən poçtla yola salmışdır, yəni müddətin bitməsinə iki gün qalmış göndərilmişdir. Ona görə də, qərardad ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsas lara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün hesab edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən qətnamənin qəbul edilməsi barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, qətnamənin surəti 26 oktyabr 2018-ci il tarixdə imzalanmaqla alınmışdır. Qətnamədən şikayət vermə müddəti də məhz həmin tarixdən hesablanmalıdır. Apellyasiya şikayətinin məhkəməyə daxil olma möhüründən görünür ki, apellyasiya şikayəti 27 noyabr 2018-ci il tarixdə poçt şöbəsinə verilib və 29 noyabr 2018-ci il tarixdə Sə bail rayon məhkəməsinə daxil olmuşdur. Belə olan halda İddiaçı qətnamədən qanunla müəyyən edilmiş şikayət vermə müddətini 1 gün ötürmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, prosessual qanunvericilik prosessual müddətin axımını iki qaydada, müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlandığını qeyd etmişdir. Hazırki işdə müddətin axını hadisənin baş verməsindən sonrakı gündən, yəni iddiaçı tərəfindən qətnamənin alınmasından sonrakı gündən hesablanmalıdır. Qətnamənin iddiaçı tərəfindən alınması tarixi kimi 26 oktyabr 2018-ci il tarix qəbul edildiyi təqdirdə müddətin axını həmin gündən sonrakı gündən, yəni 27 oktyabr 2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən görünür ki, iddiaçı Səbail rayon məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini 27 noyabr 2018-ci il tarixdə rabitə orqanına vermişdir. Belə olan halda iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti öturməmişdir. Digər tərəfdən məhkəmə kolleg iyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 26 oktybar 2018-ci il tarixdə qəbul edilməsi məsələsi də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalıdır. Kassasiya şikayətinə əlavə edilmiş qətnamənin iddiaçıya göndərilməsi barədə poçt zərfindən müəyyən edilir ki, məhkəmə tərəfindən göndərilən poçt zərfi 25 oktyabr 2018-ci il tarixdə Bakı şəhər Poçt Şöbəsinə, 26 oktyabr 2018-ci il tarixdə İsmayıllı MXŞ-ya, 29 oktyabr 2018-ci il tarixdə isə iddiaçının yaşadağı yer üzrə Tircan poçt şöbəsinə daxil olmuşdur. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verməli, göndərilmiş məhkəmə sənədinin 29 oktyabr 2018-ci il tarixdə Tircan Poçt şöbəsinə daxil olduğu halda həmin sənədin alınması barədə xəbərnamədə hansı səbəbdən sənədin qəbul edilmə tar ixi kimi 26 oktyabr 2018-ci il tarixinin qeyd edilməsini araşdırmalıdır. Bu halı müəyyən etmək üçün zərurət yaranarsa tərəflərin iştirakı məhkəmə iclasında təmin edilməklə məsələ araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya M əhkəməsi mülki kollegiyasının 12 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülkpi Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13964/2018 nömrəli iş üzrə 12 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2387/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2387/2019
15.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver