Məhkəmə qərarları › İş №2(102)-2387/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2387/2021

24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2387/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi və üçüncü şəxs X1rşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı, onun vəkili Şamxalov T ahir Camal oğlunun, üçüncü şəxs X3 və onun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1625/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları JN-490A nömrəli 40309028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 2000-ci il tarixli 07 nömrəli qərarına əsasən Xnun X kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi Poladaşvili (Bayramaşvili) İamze Nikolayevnanın mülkiyyətinə verilmişdir. Qax RİH başçısının Qax-İngiloy kənd inzibati ərazi dairəsinin DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verdiyi 08.06.2015-ci il tarixli arayışından görünür ki, Xnun Qaxİngiloy kənd sakini X3 nümayəndəliyin X kəndinə aid 9 saylı təsərrüfatbaşına kitabın 749-cu səhifəsində onun adına 1965-ci ildə tikilmiş 93,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq qeydə alınmışdır. Həmin əmlak üzərində onun ailə üzvləri və vərəsələri arasında mübahisə yoxdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin verdiyi Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********05-10301 olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Xnun X kəndində 0.31 ha torpaq sahəsi və üzərində yerləşən 93,6 kv.m fərdi yaşayış evi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 11 nömr əli vərəqində 25.05.2018-ci ildə qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Qax Rayon Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi və üçüncü şəxs X1rşı iddia qaldıraraq, “DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nın 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət rey estrindən çıxarışa əsasən, bacısı İamze Poladaşvilinin mülkiyyətinə verilmiş ev onların ata evidir və o, həmin evdə doğulmuş, orada yaşamışdır. O, mübahisəli evin bir nümayəndəsi olmaqla həmin evdə paya malikdir. Ev isə onun məlumatı olmadan tam qanunsuz əsaslarla tək bacısının adına sənədləşdirilmişdir. Son 20 ildə həmin evdə əsaslı təmir aparmış və evi tam təmir etdirmişdir. Həyətdə böyük fındıq bağı salmışdır. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin verdiyi Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********05-10301 olan, 1.01.2006-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqq ında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Xnun X kəndində 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydə alınmışdır. İddiaçı həmin Çıxarışın ləğvinə dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin Çıxarışın ləğvindən söhbət gedə bilməz. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış məktubla müəyyən edilmişdir ki, sözügedən X, X kəndində yerləşən fərdi yaşayış evi X3 03 may 2018-ci il tarixli ********** saylı ərizəsi əsasında ləğv edilmiş DTXK Qax rayon şöbəsindən X2 adına verilmiş Kod 40309028, JN-490A saylı torpağın mülkiyyətə verilməsinə dai r şəhadətnamə, X, icra hakimiyyətinin Qaxingiloy kənd ərazi dairəsinin 08 iyun 2015-ci ıl tarixli, 1496 saylı təsərrüfatbaşına kitabdan çıxarışı təqdim edilməklə-“Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 8.0 9.1 2.-ci maddəsinin məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsd iq edən sənədlərin Siyahısı” da fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.3-cü bənddə kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış əsasında qeydiyyata alınmışdır. Məhkəmə işdəki sübutlara, işin faktiki hallarına və tərəflərin izahatlarına qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlı olmamışdır. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki i craat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli evin bir nümayəndəsi olmaqla bacısı İamze Poladaşvili ilə bərabər həmin evdə paya malikdir və onun razılığı olmadan həmin ev heç bir əsasla bacısı İamze Poladaşvilinin adına rəsmiləşdirilə bilməzdi. Ev onların valideynlərinə məxsus olmuş və əvvəlcə onların adına qeydiyyata alınmalı və sonradan vərəsəlik qaydasında onlara keçməli idi. Qeyd edilən xüsusat Qax Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. O, həmin mübahisəli evdə anadan olmuş və o, ərə gedənədək həmin evdə yaşamışdır. Ərə getdikdən sonra bir-neçə il ər evində yaşadıqdan sonra yenidən 1998-ci ildə həmin evə qayıdaraq indiyədək həmin evdə yaşayır. Ev onun məlumatı olmadan bacısı İamze Poladaşvili tərəfindən qeyri-qanuni əsaslarla öz adına rəsmiləşdirilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Rafail Əliyev - sədrlik edən və məruzəçi, Akif Eyvazov və İmanverdi Şükürov) 27 oktyabr 2020-ci il tarixli 2(107)-1625/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 10 iyun 2010-cu il tarixli qətnaməsi üçüncü şəxs X4 verilmiş DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 25 may 2018-ci il tarixli **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Xnun X kəndində yerləşən, 0,31 ha həyətyanı torpaq sahəsinə dair hissəsinin ləğv edilməsinin təmin olunmaması hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı müba hisəli torpağa dair çıxarışın ləğv edilməsi üçün əvvəlcə inzibati orqan olan cavabdehə müraciət etməli, sözügedən orqan onun ərizəsini təmin etməkdən imtina etdiyi halda müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməlidir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Rafail Əliyev - sədrlik edən və məruzəçi, Akif Eyvazov və İmanverdi Şükürov) 27 oktyabr 2020-ci il tarixli 2(107)-1625/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, üçüncü şəxs X4 DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 25 may 2018-ci il tarixli **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Xnun X kəndində yerləşən, ümumi sahəsi 93,6 kv m olan fərdi yaşayış evinə aid hissədə ləğv edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı və üçüncü şəxs İamze Poladaşvilinin bacı olmasıdır. Onlar Xnun X kəndində anadan olmuş, valideynləri tərəfindən 1965-ci ildə inşa edilmiş fərdi yaşayış evində böyümüş və sonradan ailə quraraq ər evinə köçmüşlər və hazırda da həmin kənddə yaşayırlar. İşin əsas mübahisələndirilən faktiki halı isə ondan ibarətdir ki, iddiaçı və üçüncü şəxsin nənəsi X9 25.07.1984-cü ildə vəfat etdikdən sonra mübahisəli ev üçüncü şəxs İamze Poladaşviliyə qalmış, iddiaçı Marine ər evində yaşamış, həmin evlə heç bir əlaqəsi olmamış, tərəflərin yaşadıqları və mübahisəli evin yerləşdiyi Xnun Qax-İngiloy kənd inzibati ərazi dairəsinin X kəndin ə aid təsərrüfat başına kitabın 749-cu səhifəsində İamze Poladaşvilinin adına qeydə alınmış və Qax Rayon Aqrar islahat Komissiyasının 20 iyul 2000-ci il tarixli 07 nömrəli qərarı ilə həmin evin yerləşdidiyi 0,31 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmiş, bundan sonra isə 93,6 kv m sahədən ibarət mübahisəli ev yerləşdiyi 0,31 ha torpaq sahəsi ilə birlikdə İamze Poladaşvilinin adına mülkiyyət hüququ ilə qeydə alınmış, lakin iddiaçı 1998-ci ildən həmin evdə yaşamasına baxmayaraq, evin bacısı İamzenin adına qeydə alınmasından xəbəri olmamışdır. Məhkəmə kollegiyasının iddiaçı və üçüncü şəxsin nənəsi X6 25.07.1984-cü ildə vəfatından sonra miras qalmış evdə kimlərin yaşaması və miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi məsələsini araşdıraraq, həm tərəflərin izahatlarından, həm də Qax Rayon Dövlət Arxivinin Xnun X kəndi üzrə 1983-1985-ci illərə aid XDS İK təsərrüfat başına kitabdan çıxarışdan müəyyən etmişdir ki, kitabın şəxsi hesab nömrəsi 377 olan sırasında ailə başçısı kimi X8 göstərilmişdir. Marine və İamze Poladaşvili onun ailə üzvü, nəvəsi kimi yazılmışdır. X8 25.07.1984-cü ildə vəfat edərkən iddiaçı Marine 22 yaşında, üçüncü şəxs İamze isə 16 yaşında olmuşdur. İşin bu halı onu göstərir ki, iddiaçı yetkinik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxs kimi vərəsə olaraq valideynlərindən, sonda isə nənəsindən miras qalmış evi faktiki olaraq qəbul etmiş, orada yaşayıb təsərrüfatı idarə etməklə miras əmlak üzərində sahibliyi aşkar surətdə həyata keçirdiyini nümayiş etdirmişdir. Həm iddiaçının izahatından, həm də istinad olunan kitabın 25-ci qrafasındakı qeyddən görünür ki, İddiaçı 22 oktyabr 1984-cü ildə ailə qurub ərə getmişdir. İddiaçı nənəsinin ölümündən sonra digər vərəsələrlə bərabər miras əmlakı qəbul edərək faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş, bundan sonra elə mirasın olduğu X kəndində ailə qurub ərə getmiş, daim mübahisəli evə gedib-gəlmiş, 1998-ci ildən isə uşaqları ilə həmin evdə daimi məskunlaşaraq indiyədək yaşamışdır. Belə bir vəziyyətdə, yəni tərəflərin izahatlarından aydın göründüyü kimi, bacısı İamze ilə aralarında kəskin narazılıq olduğu halda Qax RİH başçısının Qax-İngiloy inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verilmiş 08.06.2015-ci il tarixli arayışında yazılmışdır ki, X Qaxİngiloy kənd sakini X3 nümayəndəliyin X kəndinə aid 9 saylı təsərrüfat başın a kitabın 749 səhifəsində onun adına 1965-ci ildə tikilmiş 93,6 kv m ümumi sahəsi olan fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpağın olması qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə, miras qalmış evlə bağlı vərəsələr arasında dərin mübahisənin olduğu halda səlahiyyətli icra hakimiyyəti orqanının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim etdiyi arayışda daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisənin olmaması barədə yanlış məlumatın verilməsi bu günki mübahisənin yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə gözlənilən mülkiyyət hüququ ilə iddiaçı və üçüncü şəxsin valideynlərinə məxsus olmuş, sonra isə miras qalmış mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində o zaman vərəsələrdən birinin adına qeydə alına bilər ki, bu digər vərəsələrin hüquqlarını və qanunla qorunan mənafelərini pozmasın. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi iddiaçı və üçüncü şəxsin valideynlərinə məxsus əmlak olduğundan və valideynlərin vəfatından sonra onların uşaqları həmin əmlaklardan istifadə etməkdə davam edərək ona yiyələndiklərini aşkar surətdə nümayiş etdirdiklərindən, bundan sonra iddiaçı ailə qurub həmin kənd sakini ilə yaşasa da, o 1998-ci ildə uşaqları ilə qayıdıb həmin evdə bu günə qədər yaşamaqda davam etdiyindən üçüncü şəxs İamze Poladaşvilinin həmin evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını əsas gətirərək və bununla bağlı heç bir mübahisənin olmamasını göstərməklə həm torpaq sahəsini, həm də həmin torpaq sahəsində yerləşən mübahisəli evi vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırması zamanı bəyan olunan hüquqla qeydiyyata alınmış hüquq arasında ziddiyyətin olubolmamasının müəyyən edilməsi zərurətini yaratsa da, bu ziddiyyət kifayət qədər dərindən araşdırılmamış, həm mübahisəli evə, həm də həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış yalnız üçüncü şəxs İamze Poladaşvilinin adına rəsmiləşdirilmişdir. Ancaq işin həqiqi halı ondan ibarətdir ki, bu zaman digər vərəsə olan iddiaçının bundan məlumatı olmamışdır ki, bu da onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də apelyasiya şikayətinin dəlil ləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs İamze Poladaşviliyə verilmiş 25 may 2018-ci il tarixli **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyati haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisəli fərdi yaşayış evinə münasibətdə ləğv edilməli və bundan sonra mübahisəli evlə bağlı məsələ vərəsələr arasında həll edildikdən sonra yenidən həmin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilməlidir. Məhkəmə qətnamədə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə, hazırda qüvvədə olan Mülki Məcəllənin 149.2-ci maddəsinə, “Daşınmaz ımlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun un 8, 9 və 22-ci maddəsinə istinad etmişdir. 3-cü şəxs X7 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 oktyabr 2020-ci il tarixli 2(107)-1625/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin mübahisələndirilən evdə yaşamır və həmin evə yiyələnməsini heç vaxt nümayiş etdirməmişdir. Mübahisələndirilən qətnamədə müəyyən olunmuş hallardan və mülki işin materiallarından görünür ki, mübahisəli evin iddiaçı tərəfindən faktiki qəbul olunmasını təsdiq edən hər-hansı sübut yoxdur. Birinci instansiya m əhkəməsi **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın hansı hüquqmüəyyənedici sənədlər əsasında üçüncü şəxs X4 verilməsi, Qax rayon Notariat Kontorunda vərəsəlik işinin açılıb-açılmaması, mübahisəli əmlakın hansı vərəsə tərəfindən faktiki qəbul olunubolunmaması məsələləri aydınlaşdırılmamışdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Apelyasiya instansiya məhkəməsi mülki mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 180.3-cü, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-8.0.12-ci və 9.1.3-cu maddəsini tətbiq etmişdir. Halbuki, apelyasiya instansiya məhkəməsi hazırki mülki mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1243.2, 1246-cı, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat’ın 99-cu bəndinin 5ci abzasını tətbiq etməmiş və bununla da maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Eyni zamanda apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1, 385.2-ci maddələrini düzgün tətbiq etməmiş və bu səbəbdən də qanuni və əsaslı qətnamə qəbul etməmişdir. Apelyasiya instansiya məhkəməsi iddiaçının apelyas iya şikayətini təmin edən zaman işin obyektiv hallarına deyil, yalnız İddiaçının verdiyi izahatlara və formal mülahizələrə əsaslanmışdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Şamxalov Tahir Camal oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsin dən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi ş əxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlər indən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə 3-cü şəxs tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı mübahisənin inzibati mübahisə olmasına baxmayaraq mülki məhkəmə icraatı qaydasında verilmi ş iddiaya mahiyyəti üzrə baxmışdır. Belə ki, iddiaçının cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 12 saylı ərazi idarəsi tərəfindən 3-cü şəxsin adına verilmiş 25 may 2018-ci il tarixli **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Çünki çıxarışın ləğvinin əsası həmin İdarə tərəfindən nənəsindən miras qalmış Xnun X kəndində yerləşən, 0,31 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evində payının olmasına baxmayaraq, həmin əmlaka dair 3-cü şəxsin adına qanunsuz olaraq çıxarışın verilməsidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış məktubla m üəyyən edilmişdir ki, sözügedən X, X kəndində yerləşən fərdi yaşayış evi X3 03 may 2018-ci il tarixli ********** saylı ərizəsi əsasında ləğv edilmiş DTXK Qax rayon şöbəsindən X2 adına verilmiş Kod 40309028, JN-490A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, X, icra hakimiyyətinin Qaxingiloy kənd ərazi dairəsinin 08 iyun 2015-ci ıl tarixli, 1496 saylı təsərrüfatbaşına kitabdan çıxarışı təqdim edilməklə-“Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 8.0.9.1.2.-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edi lməsini təsdiq edən sənədlərin Siyahısı” da fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.3-cü bəndinə əsasən qeydiyyata alınmışdır. Buna görə də, hazırki tələb torpaq sahəsi və üzərindəki yaşayış evinin hüquq müəyyənedici sənədlər əsasında ilkin hüquqi qeydiyyatının inzibati orqan tərəfindən düzgün aparılmamasına dair mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Bu iddiaya cavab verməli olan orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.20 15-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə alaraq, mübahisələndirilən çıxarışın torpaq sahəsinə dair hissəsinin ləğv edilməsinin inzibati mübahisə olması qənaətinə gəlsə də, eyni çıxarışın fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsi tələbinə mülki məhkəmə qaydasında baxmaqla ziddiyyətli nəticəyə gəlmiş və məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət m ühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları). Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraatına xitam verilməli, iddiaçıya müvafiq inzibati orqana qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1625/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddianın 25 may 2018-ci il tarixli **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüqu qların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Xnun X X kəndində yerləşən, ümumi sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi tələbi üzrə iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar