Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2387/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-258/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İsmayıllı rayonu Mican kəndində yerləşən 1,0296 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 hüquq sahib olmaqla, Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətinə verilmişdir. 2. "xxxx" MMC-nin 22 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 1,0296 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 22 iyul 2022-ci il tarixə real bazar dəyəri 9/500 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək cav abdehlərdən 1,0296 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 9.500 manat, 3.000 manat maddi, 1.000 manat mənəvi və 130,5 manat dövlət rüsumu, ümumilikdə 13.630,5 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2010-cu ildə mərhum X5 ona yaxınlaşaraq təcili pula ehtiyacı olduğundan özünə və ailə üzvləri Məmmədova B X2, Cavabdeh3 və Cavabdeh4 aid paylı mülkiyyətdə olan, ümumilikdə 1,0296 kənd təsərrüfatlı əkin torpaq sahəsini və bağ təyinatlı torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, mərhum A-nın satmaq istədiyi əkin torpaq sahəsini yerində baxdıqdan sonra razılığa gələrək bütün paylı mülkiyyətçilərin, onların yaxın qohumu X7 və qonşusu Şahid iştirakı ilə 1,0296 hektar torpaq sahəsini al maq üçün mərhum A-ya 2000 manat məbləğində pul vermişdir. Bundan sonra mərhum A həmin torpaq sahəsinə dair MH seriyalı 002698 nömrəli çıxarışı və torpaq sahəsinin planı və ölçü sənədlərini ona təqdim etmişdir. O, mülkiyyətçilərlə razılığa gəlmişdir ki, ona satdıqları əkin torpaq sahəsinə dair gələcəkdə heç bir iddiaları olmayacaqdır və qısa müddətdə notariusa gedib həmin torpaq sahəsini alqı-satqı yolu ilə onun adına rəsmiləşdirəcəklər. Lakin ötən dövr ərzində dəyərini ödəməklə əldə etdiyi 1,0296 hektar əkin torpaq sahəsi onun adına rəsmiləşdirilməmişdir. O, dəfələrlə A-dan əkin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etsə də sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və ailə üzvlərini notariusa gətirməkdən boyun qaçırmışdır. A-nın vəfatından sonra oğlu Cavabd eh3 2020-ci ildən başlayaraq atası tərəfindən ona satılmış torpaq sahəsini geri qaytarmasını tələb edir. Cavabdeh3 o, torpaq sahəsini geri vermədiyi təqdirdə aidiyyatı üzrə hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Hazırda həmin torpaq sahəsinin bu günə olan bazar qiymətinə uyğun olaraq hər hektarı 9500- 10000 manat arasında dəyişir. Artıq 12 ildir ki, həmin torpaq sahəsini o, əkib-becərmiş və bütün vergiləri ödəmişdir. Belə ki, torpaq sahəsinə lazımi qaydada qulluq etmiş və hər il kübrə vermişdir. Bütün aqrotexniki qaydalara əməl etmiş və öz əmlakı kimi həmin torpaq sahəsini qoruyub saxlamışdır. Buna baxmayaraq cavabdehlər həmin torpaq sahəsini ondan geri istəyirlər. Cavabdehlər tərəfindən ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Torpaq sahəsinə ü mumilikdə 3000 manat xərc çəkmişdir. Mənəvi ziyanı isə 1000 manat qiymətləndirir.
5. Şahid X7 ifadə verərək göstərdi ki, o, iddiaçının tanıyır, cavabdehlərlə də qohumluq əlaqəsi var. İddiaçının A-nın torpaq sahəsini aldığını bilir. A iddiaçıdan torpaq sahəsinin əvəzi olaraq pul almışdır.
6. Şahid ifadə verərək göstərdi ki, o, iddiaçını tanıyır. O, sahədə bir il qarolçu işləmişdir. A traktorist işləmiş və orada yoldaşlıqları yaranmışdır. A-nın torpaq sahəsini uzun müddət olaraq iddiaçı əkib becərmişdir. A-nın iddiaçıya mübahisə predmeti olan torpaq sahəsini satıb-satmadığını bilmir.
7. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 14 noyabr 2022-ci il tarixli, 2(037)-1108/2022 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə g əldiyi nəticəni onunla əsaslandırmışdır ki, 14 yanvar 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa və həmin tarixli, AA 003762 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən 1,0296 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5, Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlərdən 1,0296 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 9.500 manat, 3.000 manat maddi, 1.000 manat mənəvi və 130,5 manat dövlət rüsumu, ümumilikdə 13.630,5 manat alınaraq ona ödənilməsini tələb edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Nümayə Cabbarova izahatlarında A-nın iddiaçıya torpaq sahəsini satmadığını bildirərək iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edi lməsini xahiş edirlər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv halı üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbinin əsas ını təşkil edən halları məhkəmə iclasında da mötəbər sübutlarla izah edə bilməmişdir.
9. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 214-220, 227.2, 227.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 10.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, dəfələrlə A-dan əkin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etsə də sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və ailə üzvlərini notariusa gətirməkdən boyun qaçırmışdır. A-nın vəfatından sonra oğlu Cavabdeh3 2020-ci ildən başlayaraq atası tərəfindən ona satılmış torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir. Cavabdeh3 o, torpaq sahəsini geri vermədiyi təqdirdə aidiyyatı üzrə hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Hazırda həmin torpaq sahəsinin bu günə olan bazar qiymətinə uyğun olaraq hər hektarı 9.500-10.000 manat arasında dəyişir. Ar tıq 12 ildir ki, həmin torpaq sahəsini o əkib becərdir və bütün vergiləri ödəyir. Belə ki, torpaq sahəsinə lazımi qaydada qulluq etmiş və hər il kübrə vermişdir. Bütün aqrotexniki qaydalara əməl etmiş və öz əmlakı kimi həmin torpaq sahəsini qoruyub saxlamışdır. Buna baxmayaraq cavabdehlər həmin torpaq sahəsini ondan geri istəyirlər. A-nın 2010-cu ildə 2000 manata satdığı torpaq sahəsi hal-hazıradək onun faktiki sahibliyində və istifadəsindədir. Mübahisə predmeti olan torpaq sahəsinin satışından hazırda təxminən 9.500 manatdan yuxarı vəsait əldə etmək mümkündür. Bu səbəbdən də cavabdeh hazırda əsassız varlanan şəxs sayılır. Lakin birinci instansiya məhkəməsi onun göstərdiyi halları nəzərə almamış, işin həqiqi hallarını düzgün müəyyən etməmişdir. Belə ki, o, cavabdehlərlə həmin məzmunda mü qavilə bağladığını iddia etmir əksinə bu müqavilənin bağlanmaması nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə zərərin dəyməsinin səbəbləri ilə bağlı işin bütün faktiki hallarını aydınlaşdırmadan qətnamə qəbul etmişdir. 12.Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-258/2023 nömrəli iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 13.Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının istinad etdiyi halları sübut etməməsinə istinad etmişdir. 14.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. 15.Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd etmişdir ki, iddiaçı A-ya 2010-cu ildə 2000 manat pul vəsaitini verməklə sonuncunun və cavabdehlərin mülkiyyətində olan 1,0296 ha torpaq sahəsini pul ödəyib aldığını göstərsə də bununla bağlı notarial qaydada təsdiq edilmiş alqı-satqı rəsmiləşdirilməmişdir. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən 14 yanvar 2009-cu il tarixdə verilmiş çıxarışla 1,0296 ha torpaq sahəsi X3, Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 mü lkiyyətinə rəsmiləşdirildiyindən 2010-cu ildə həmin torpaq sahəsinin notarial qaydada alqı-satqısının həyata keçirilməsi üçün maneənin olması müəyyən edilməmişdir. İddiaçı torpaq sahəsini adına rəsmiləşdirməməsini X3 ailə üzvlərinin ona satdıqları torpaq sahəsinə gələcəkdə heç bir iddialarının olmayacağını göstərmələri, qısa müddət ərzində notariata gedib ona satdıqları həmin torpaq sahəsini alqı-satqı yolu ilə onun adına rəsmiləşdirəcəklərinə vəd vermələrinə baxmayaraq sonradan bu vədlərinə əməl etməmələri ilə izah etmişdir. Lakin iddiaçı iddia tələbi ilə bağlı hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmiş, iddiasını və apellyasiya şikayətini özünün mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlər də İddiaçı tərəfindən X4 hər hansı bir məbləğdə pul vəsaitini verməsi barədə qəti fikir ifadə etməmişlər. 16.Kollegiya qeyd etmişdir ki, baxılan iddianın təmin olunması üçün iddiaçı tərəfindən torpaq sahəsinin alışı üçün 2000 manat pul vəsaitinin X4 ödənilməsi, cavabdehlər tərəfindən iddiaçıya zərərin vurulması, zərər vurulması sübut olunduğu halda həmin zərərin məhz cavabdehlərlə səbəbli əlaqəsi sübut olunmalıdır. 17.Kollegiya qeyd etmişdir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) süb utların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 18.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. 19.Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiyası məhkəməsinin iddianı rədd etməklə mövqeyi əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayət inin dəlilləri 20.İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. 21.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməməklə, iş üzrə gəldiyi nəticəni mübahisəli torpaq sahəsinin mülkiyyətçilər tərəfindən kiməsə satılması və yaxud hansısa formada özgəninkiləşdirilməsi barədə iş materiallarında heç bir müqavilə mövcud olmaması əsası ilə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. 22.Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, mübahisəli hüquq münasibətinə sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmiş və Şəki Apellyasiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, cavabdehlər Şəki Apellyasiya Məhkəməsində heç bir sübuta söykənməyən formal mülahizələrinə istisnad etməklə əsaslandırmağa çalışmışdır ki, bu da tamamilə əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likası Mülki Məcəlləsi 24.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 25.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 26.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 27.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir k i, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 28.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunu 29.Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 30.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 34.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 36.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 37.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır 38.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 39.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 40.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə İddiaçı torpaq sahəsini adına rəsmiləşdirməməsini X3 ailə üzvlərinin ona satdıqları torpaq sahəsinə gələcəkdə heç bir iddialarının olmayacağını göstərmələri, qısa müddət ərzində notariata gedib ona satdıqları həmin torpaq sahəsini alqı-satqı yolu ilə onun adına rəsmiləşdirəcəklərinə vəd ve rmələrinə baxmayaraq sonradan bu vədlərinə əməl etməmələri ilə izah etmişdir. Lakin iddiaçı iddia tələbi ilə bağlı hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmiş, iddiasını və apellyasiya şikayətini özünün mülahizələri ilə əsaslandırmağa çalışmışdır. 43.İddiaçı cavabdehlərlə alğı-satqı nəticəsində torpağı əldə etdiyi və buna görə də 2000 manat pul verdiyini göstərir, bununla bağlı iki şahidin ifadəsinə istinad etsə də həmin şahidlər aşkar olaraq torpağın alğı-satqı ilə əldə edilməsi və buna müvafiq olaraq pul ödənilməsinə dair iddiaçının göstərdiklərini aydın şəkildə ifadə etməmişlər. Bu baxımdan işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr şahid ifadələrini mötəbər sübut olaraq qəbul etməmişlər. 44.Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 45.Məhkəmə kollegiyası qeyd edir ki, kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 46.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumu nun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 47.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, h ərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. 48.Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-258/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.