Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2389/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, nümayəndələri Nümayəndə1, Nümayəndə2, vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh «XXX» şirkəti tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-204/2018, hakim F.Ə.Məmmədov) İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh «XXX» şirkətindən (Leyla Şıxlinskayanın klinikası) mənəvi zərərə görə 40.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10942/2018, hakimlər X.A.Mərdanova, İ.S.Şirinov, E.M.Həsənov) «XXX» şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi maddi zərərin ödəni lməsi hissəsində qismən təmin edilmiş, cavabdeh «XXX» şirkətindən maddi zərərə görə 59.000 manat çəkilmiş xərclər və 15.808 manat itirilmiş qazanc, cəmi 74.808 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi maddi zərərin ödənilməsinə dair qalan hissədə rədd edilmiş, qətnamə mənəvi zərərə görə 40.000 manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin dəyişdirilərək əmək qabiliyyətinin 100 faiz itirdiyi üçün iddiaçının əmək fəaliyyəti bərpa edilənə qədər hər ay 1.053 manat, sahibkarlıq fəaliyyətinə görə əldə etdiyi aylıq 13.299 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətna mənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı 17.07.2017 tarixdə X2 «37-38 həftəlik hamiləlik. Baş gəlişi. Uşaqlıqda 2 çapıq» diaqnozu ilə daxil olmuşdur; Onun ümumi vəziyyəti kafi olmuş, şikayətləri olmamış, huşu aydın olmuş, ürək tonları aydın, ritmik olmuş, periferik olaraq aşağı ətraflarda ödemlər qeyd olunmuş və iddiaçı əməliyyat önü hazırlıqdan sonra planlı keysəriyyə əməliyyatına götürülmüşdür; 17.07.2017 saat 14:00 da spinal anesteziya altında “Qeysəriyyə kəsiyi” əməliyyat icra olunmuş, saat 14:10 da cinsi oğlan olan sağlam uşaq xaric edilmişdir; İddiaçı əməliyyat zamanı ani bir zamanda huşun itməsi və apnoe (tənəffüs hərəkətlərinin qısa müddətli dayanması. Səbəbləri: narkozun çox olması və s.) baş verm iş və o, təcili saat 14:15-də intubasiya olunaraq suni tənəffüs aparatına qoşulmuşdur. Aparılan reanimasion tədbirlərə baxmayaraq onda ürək fəaliyyətinin dayanması baş vermiş və kliniki ölüm keçirmişdir; O, 17.07.2017 saat 17:15-də reanimasiya və intensiv terapiya şöbəsinə köçürülmüş, tənəffüsü süni ventilyasiya aparatı vasitəsilə təmin olunmuşdur. İddiaçıya əməliyyatdan sonra «Hipoksik ensefalopatiya, pramid, kobud ekstrapiramid və koqnitiv funksiyaların pozulması ilə» diaqnozu qoyulmuşdur; İddiaçı əməliyyatdan sonra həmçinin sol aşıq-baldır oynağında və sağ baldırın ortaaşağı 1/3-nin bayır səthlərində termiki yanıqdan sonrakı yaralar qeyd olunmuşdur; O, 17.07.2017-ci il tarixdə X1 daxil olduğu “Qeysəriyyə kəsiyi” əməliyyatının nəticələrinə əsasən 29 avqust 2018-ci il tarixdə müddətsiz ol araq İ (birinci) qrup əlillik dərəcəsi almışdır. 31 oktyabr 2017-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonrardan iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə verərək cavabdeh «XXX» şirkətindən (Leyla Şıxlinskayanın klinikası) ona vurulmuş maddi zərərə görə 300.000 manat pulun, mənəvi zərərə görə 200.000 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, əmək qa biliyyətinin hələ də bərpa edilməməsinə baxmayaraq itirilmiş qazanc 15 ay müddətlə məhdudlaşdırılmışdır. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin xəstənin vəziyyətinin ağırlaşmasında, onun İ qrup əlillik dərəcəsi almasında həkimlərin təqsirli olub-olmamasını aydınlaşdırmaq, bu məsələdə səbəbli əlaqəni müəyyən etmək əvəzinə xəstənin sadəcə təxliyə olunduqdan sonra İ qrup əlillik dərəcəsi almasını yetərli hesab etməsi, məhkəmənin işə səthi yanaşmasını, iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməməsini təsdiq edir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspert rəyində qeyd edilir ki, xəstənin “kesar kəsiyi” əməliyyatı zamanı vəziyyətinin qəfildən ağırlaşması, yən i klinik ölüm vəziyyətinə düşməsinin, dölyanı mayenin emboliyasının təsiri nəticəsində baş verməsi istisna edilmir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, dölyanı mayenin emboliyası nəticəsində xəstənin qəflətən vəziyyətinin ağırlaşmasında həkimlərin təqsiri istisna edildiyindən məhz sonuncuların xəstəyə tibbi yardım göstərməsi nəticəsində, onun həyatı xilas edilmişdir. Ona görə də, bu zaman baş vermiş fəsadlarda həkimlərin təqsirli olması qənaəti yanlışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin maddi zərəri müəyyən edərkən iddiaçının və şahidlərin ifadələri ilə kifayətlənərək başqa heç bir sübut olmadan zərərin məbləğini müəyyən etmişdir. Məhkəmə “əmək münasibətləri” ilə “sahibkarlıq fəaliyyəti” anlayışlarını qarışdıraraq iddiaçının yük maşınlarının özgəninkiləşd irilməsi barədə müvafiq alqı-satqı müqavilələri olmadan iddiaçının sonradan müalicə olunması zamanı xərclərinin nədən ibarət olmasını təsdiq edən sənədlər təqdim edilmədən, əldən çıxmış fayda kimi iddiaçının bildirdiyi məbləğləri yoxlamadan, nəticə etibarı ilə heç bir araşdırma aparmadan maddi zərər kimi cavabdehdən 74.808 manat tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri və vəkili, eyni zamanda cavabdehin vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olmaqla, iddiaçı İ qrup əlil, cavabdeh isə tibb müəssisəsidir. İddiaçı məhz cavabdeh tibb müəssisəsinin təqsiri nəticəsində İ qrup əlil olduğuna istinad edərək müəssisəsiyə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh tibb müəssisəsi iddiaçıya göstərilən tibbi xidmətlərin, onun klinikada müayinə və müalicəsinin tibbi standardlara uyğun aparıldığını v ə iddiaçının İ qrup əlillik dərəcəsi almasında müəssisənin təqsirinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsinin yuxarıda qeyd edilən ümumi qaydası ilə bərabər, sübutetmə baxımından çətin vəziyyətdə olan tərəfi müəyyən faktın mövcudluğunu sübut etmək vəzifəsindən azad edən və digər tərəf əksini sübut edənədək bu faktın mövcudluğu ehtimal edilən xüsusi qayda da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi əsaslarını müəyyən edən 1112-cü maddəsinə əsa sən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi, hazırki mübahisədə tibb müəssisəsinin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində sağlamlığına zərər vurulduğu və İ qrup əlil olduğunu sübut etmək iddiaçının vəzifəsi olmamaqla, əksinə cavabdeh iddiaçının sağlamlığına zərər vurulması və İ qrup əlil olmasında təqsiri olmadığını sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tibb müəssisəsi iddiaçının sağlamlığına dəymiş zərərin məhz onların təqsiri üzündən əmələ gəlmədiyini sübuta yetirə bilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi iddiaçı 17.07.2017-ci il tarixində tam sağlam şəkildə uşaq dünyaya gətirmək üçün klinikaya daxil olmuş və 12.09.2017-ci il tarixdə təxliyə olduqdan sonra isə İ qrup əlillik dərəcəsi almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118-ci maddəsi ilə sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin maddənin məzmunundan görünür ki, şəxsin sağlamlığının pozulması nəticəsində ona müalicəsi ilə bağlı çəkdiyi xərclərlə bərabər, o, öz əvvəlki gəlirlərindən məhrum olduğundan məruz qaldığı itkilərin əvəzi ödənilməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əməliyyat zamanı və sonrası qüsurlu müalicə səbəbi ilə ödəmək məcburiyyətində olduğu müalicə xərcləri, əmək qabiliyyətinin itirilməsindən doğan zərərləri, həmçinin iqtisadi gələcəyinə vurulmuş zərərlərdən dolayı aldığı zərərlər cavabdeh tərəfindən kompensasiya edilməlidir. Apellyasiya məhkəməsi iddiaçının 25 iyun 1996-cı il tarixdən əmək fəaliyyəti ilə məşğul olduğu, onun əməyə bağlı olduğunu və əməliyyatdan əvvəl də fərdi sahibkar kimi qazanc əldə etdiyini nəzərə alaraq, onun əmək qabiliyyətinin ömürlük olaraq itirilməsinin hesablanmalı olan maddi zərərin həcminə daxil edilməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın (gəlirin) müəyyənləşdirilməsi qaydasını müəyyən edən 1119-cu maddəsinin tələblərinə görə zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edil ərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işləni lmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Apellyasiya məhkəməsi iddiaçının əmək qabiliyyətinin itirildiyi günün onun qeysəriyyə kəsiyi əməliyyatına alındığı tarixdən hesablanmasını qanunauyğun hesab etmişdir. Belə ki, iddiaçı 17.07.2017-ci il tarixdə alındığı qeysəriyyə kəsiyi əməliyyatından sonra bir daha normal həyat fəaliyyətinə qayıda bilməmiş və əmək qabiliyyətini itirmişdir. Cavabdeh həmin tarixdən əmək qabiliyyətini itirərək əlil olmaqla mütəmadi müalicə olunmağa və kənar şəxslərin qayğısına məcbur qalmışdır. İddiaçı mənəvi zərərin əvəzinin tutulması tələbini də irəli sürmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının X1 müalicəsi nəticəsində və ondan sonrakı sağlamlıq durumu ilə bağlı mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi zərərin pul məbləğidə ifadə edilməsini mümkün sayır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli, 7 saylı Qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsi zliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı işin faktiki halları baxımından iddiaçıya mənəvi ziyana görə 40.000 manatın ödənilməsi ağlabatandır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2389/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2389/2019
04.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver