Məhkəmə qərarları › İş №2(102)-2391/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2391/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2391/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXXqızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Səlimov Elvin Əliyusif oğlunun, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun vəkili X7 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-800/2021 saylı, 26 yanvar 2021-ci il ta rixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Bakı şəhəri 52 nömrəli notariat kontorunda 3M-466 nömrəli reyestrlə təsdiq edilmiş 29 sentyabr 2016-cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalayaraq, borc verən İddiaçı 100.000 (bir yüz min) manat məbləğində borcunun olduğunu bəyan və tam etiraf etmişdir. Cavabdeh həmin məbləği altı ay müddətinədək bütöv şəkildə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüş (2.1-ci bənd), bu müqavilə ilə öhdəliklərini vaxtında icra etmədiyi və ya lazımınca icra etmədiyi halda bunun nəticəsində borc verənə vurduğu maddi və mənəv i zərərə görə məsuliyyət daşıdığını (2.7-ci bənd) bildirmişdir.

2. Cavabdeh və arvadı X10 23.04.2018-ci il tarixdə "xxxx" MTK-ya notariat qaydada təsdiqlənmiş ərizə ünvanlayaraq, "xxxx" MTK-nın inşa etdiy ünvan 1 ünvanda yerləşən 14 saylı mənzildən və paydan imtina etmişdir.

3. Bundan sonra "xxxx" MMC ilə İddiaçı arasında ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilə dair müqavilə bağlanmışdır.

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 14 saylı mənzildən Cavabdeh və arvadı X8 çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı XXXqızı c avabdeh X9 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində əsas borc, 45.000 (qırx beş min) manat məbləğində əldən çıxmış fayda, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10.000 manat məbləğində - ümumilikdə 155.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı XXXqızı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə uzun müddət yaxşı münasibətləri olmuşdur. Cavabdehə 100.000 manat məbləğində borc vermişdir. Lakin razılaşdıqları müddətdə cavabdeh pulu qaytarmamış, hər dəfə problemləri olduğunu bildirərək, borcu ödəməkdən yayınmışdır. Cavabdeh 29 sentyabr 2016-cı il tarixdə notariat kontorunda mövcud borcun etirafı haqqında müqavilə bağlayaraq b orcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Sonradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməmiş, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquq məsuliyyətinə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş və ödənilməli 100.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdeh şəxsin ona vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Son iki ildən artıqdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi 15% təşkil etmişdir. Cavabdeh şəxs ona qaytarmalı olan 100.000 manat məbləğində pul vəsaitini əsassız olaraq özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, 100.000 manat məbləğində pul vəsaitini Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya bilərdi. Belə olan halda artıq 3 ildən artıq müddət ərzində minimum 15% olmaqla həmin məbləğdən 45.000 manat məbləğində gəlir əldə edə bilərdi. Cavabdeh şəxs belə qanunsuz hərəkətləri ilə ona olan borcunu ödəmədiyindən və onun pulunu qanunsuz olaraq özündə saxladığından əldə edə biləcəyi gəlirdən onu məhrum etmişdir. Cavabdehin ona qarşı etdiyi etinasız hərəkətlər ona vurulmuş maddi ziyanla yanaşı həm də mənəvi ziyan vurmuşdur. Cavabdeh şəxs tərəfindən ona vurulmuş mənəvi ziyan 10.000 manat məbləğində qiymətləndirilməlidir.

7. Orucov X3 Şərafət XXXqızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilin qarşılığında ödənilməmiş 350.000 manat məbləğində əsas borcun, 70.000 manat məbləğində əldən çıxmış faydanın, eyni zamanda vurulmuş mənəvi ziyanın müqabilində 10.000 manat məbləğində vəsaitin, cəmi 430.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun İddiaçı ilə aralarında dostluq münasibəti olmuş və bərabər bir neçə uğurlu biznes layihələri həyata keçirmişlər. Təxminən 2015-ci ildə ona borc pul lazım olduğundan İddiaçı müraciət etmiş, sonuncu pulunun olmadığını, lakin Bakı şəhəri, “Xətai” metro stansiyasının yaxınlığında 24 kv.metr torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satıb p ulunu götürə biləcəyini bildirmişdir. O, daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olan şəxslər vasitəsi ilə həmin torpaq sahəsinin alıcısını tapdıqdan sonra İddiaçı sözügedən torpaq sahəsini satmış, alğı-satqı nəticəsində cəmi 40.000 manat məbləğində İddiaçı borca pul almışdır. Lakin İddiaçı bildirmişdir ki, ona 100.000 manat məbləğində borc qaytaracaqdır. Borcun qaytarılması vaxtı isə müəyyən edilməmişdir. O, İddiaçı borc məbləğini imkan olduqca hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin 2016-cı il tarixdə İddiaçı borcun rəsmi qaydada sənədləşdirilməsini istəmişdir. O da öz növbəsində buna etiraz etməyərək, 29 iyun 2016-cı il tarixdə Bakı şəhəri 52 nömrəli notariat kontorunda mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışdır. Buna baxmayaraq, cavabdeh İddiaçı ona qarşı yenidən inamsızlıq yaranmış və 2018-ci il tarixdə borcun müqabilində girov tələb etmişdir. Belə olan halda o, İddiaçı özünün şəxsi mülkiyyətində (31 oktyabr 2005-ci il tarixli ilkin müqaviləyə əsasən) olan və hal-hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilini girov verə biləcəyini bildirmişdir. Aralarında razılaşma belə olmuşdur ki, əgər o, 100.000 manat məbləğində borcu qaytara bilməsə, o zaman mənzil 450.000 (dörd yüz əlli min) manat qiymətə satılacaqdır, İddiaçı 100.000 manat məbləğində borcunu götürdükdən sonra yerdə qalan 350.000 manat məbləğində pul vəsaitini isə ona qaytaracaqdır. Tərəflər arasında razılaşma əldə edildikdən sonra o, 23 aprel 2018-ci il tarixdə nikah tərəfi olan X10 ilə Bakı şəhəri 9 nömrəli notariat kontorunda ünvan 2 ünvanında yerləşən mənzildəki paydan imtina əriz ələri təsdiq olunmuşdur. Həmin imtina ərizələri "xxxx" Mənzil Tikinti Kooperativinə təqdim edildikdən sonra sözügedən mənzil İddiaçı adına müqavilə əsasında qeydiyyata alınmışdır. Sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığı üçün borc müqabilində girov bu formada rəsmiləşdirilmişdir. Göründüyü kimi o, İddiaçı götürdüyü daşınmaz əmlak qarşılığında (Bakı şəhəri, “Xətai” metro stansiyasının yaxınlığında olan 24 kv.metr torpaq sahəsi) digər daşınmaz əmlak verərək ünvan 2 ünvanında yerləşən mənzil) borcunu qaytarmışdır. Ancaq İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin qarşılığında 350.000 manat məbləğində pul vəsaitini ona qaytarmamışdır. Bu azmış kimi, İddiaçı ona qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia qaldırmış və həmin iddia təmin edilmişdir. Hal-hazırd a həmin mübahisədən onun tərəfindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, İddiaçı 100.000 manat məbləğində borcu da hal-hazırda həm iddia formasında, həm də həmin borcun müqabilində verilmiş mənzili də tələb edir. Bu hal isə qanunvericilikdə əsassız varlanma kimi qiymətləndirilir. Bundan əlavə, İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, borcu gecikdirməklə ona zərər vurmuşdur. Əsl həqiqətdə isə İddiaçı ona zərər vurmuşdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, 14 nömrəli mənzilin qarşılığında 350.000 manat məbləğində pul vəsaitini ona vaxtında qaytarsaydı, iki il ərzində bankda depozit hesabı acaraq həmin məbləğə illik 5% olmaqla, cəmi 10% qazanc əldə edə bilərdi. Bu da 70.000 manat təşkil edir. Həmçinin İddiaçı dəfələrlə ona hədə-qorxu g ələrək bildirmişdir ki, məzili onun əlindən alacaq və özünü də çölə atacaqdır. Bununla da, ona mənəvi ziyan dəymişdir və dəymiş mənəvi ziyanın məbləği 10.000 manat təşkil edir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 100.000 manat məbləğində borc vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı XXXqızına qarşı “ödənilməmiş əsas borcun, əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 100.000 ma nat məbləğində borc vermiş və bu borcun verilməsi faktını 29 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri 52 nömrəli notariat kontorunda bağlanmış borcun etirafına dair mücərrəd müqavilə ilə rəsmiləşdirmişlər. Müqaviləyə əsasən cavabdeh qeyd olunan borcu 6 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin ilkin iddia üzrə cavabdeh öhdəliyi pozduğundan, borcunu qaytarmadığından 100.000 manat məbləgində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

11. Məhkəmə hesab etmişdir ki, İddiaçı hazırkı iddia ərizəsinin qeyd edilən hissəsi əsaslıdır, iddiaçı iddiasının müvafiq hissəsini əsaslı edən sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə ilkin iddia ərizəsinin m üvafiq hissəsi ilə bağlı göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə iddiaçı X2 10.000 ABŞ dolları məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehin hər hansı hərəkəti nəticəsində ilkin iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də ilkin iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır.

13. Məhkəmə iddianın “borc məbləğinin ödənilməməsinə görə əldən çıxmış fayda olaraq 45.000 (qırx beş min) manat məbləğində pul vəsaitinin” tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsində hər hansı əldən çıxmış fayda ilə bağlı ödənişlər nəzərdə tutulmadığından, həmçinin iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərlə bağlı məhkəməyə sübutl ar təqdim etmədiyindən həmin hissədə iddia təmin oluna bilməz.

14. Məhkəmə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərkən hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təqdim etdiyi, o cümlədən məhkəmə tərəfindən əldə edilən sübutlardan qarşılıqlı iddia tələblərinin təmin edilməli olduğu qənaətinə gəlmək mümkün deyildir. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385, 390, 442, 443, 445, 446, 448, 739, 740 və 741-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Səlimov Elvin Əliyusif oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddiaçı X1 iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələblərinin bütünlüklə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

17. Həmçinin Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X11 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı olan iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-800/2021 saylı, 26 yanvar 2021ci il tarixli qətnaməsi ilə (sədrlik edən Q.A. Əsgərov, hakimlər A.N.İmanov və V.N.Sadıqov) İddiaçı XXXqızı tərəfindən verilmiş apellyasiya şikayəti və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməməsini qeyd etməklə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh nümayəndəsi və vəkili Ziya Bağırov apellyasiya şikayətində Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, ünvanında yerləşən 14 saylı mənzili İddiaçı olan 100.000 manat borcunun əvəzinə girov qoyduğunu, birinci instansiya məhkəməsi tərəfindən isə mənzilin İddiaçı girovluğuna nə üçün verilməsinin araşdırılmadığını qeyd etsə də, bu halları təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (qarşılıqlı iddia üzrə id diaçı) Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsinin xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh sübut kimi Cavabdeh oğlunun (23.04.2018-ci il saat 12:36) və onun nikah tərəfi X8 (23.04.2018-ci il saat 12:38) 09 saylı notariat kontorunda notarial qaydada təsdiq edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, mənzil 14 ünvanında yerləşən mənzildəki paydan imtina ərizələrini təqdim etmiş, lakin məhkəmələr tərəfindən təqdim olunan sübutlar, həmçinin Cavabdeh mövqeyi nəzərə alınmamış, qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ed ilmiş, qanunun normaları düzgün təfsir edilməmiş, müvafiq maddi və prosessual hüquq normaları pozulmuş, müvafiq qətnamələr qanunvericiliyin tələblərinə uyğun qaydada əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun vəkili X11 məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

25. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Səlimov Elvin Əliyusif oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, kassasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələ r mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etm ək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüv vəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuli yyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv ed ilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkə mə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.

33. Belə ki, iddiaçının təqdim etdiyi borcun etirafı haqqında müqavilə cavabdehin həmin müqavilə üzrə 100000 manat pulun ödənilməsi üzrə öhdəliyini təsdiq edir. Borcun etiraf edilməsi haqqında müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu şərtlə ki, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmasın.

34. Cavabdehin qarşılıqlı iddiasının faktik əsasları ondan ibarət olmuşdur ki, iddiaçıya sözügedən borcun etirafı haqq ında müqavilə üzrə olan 100000 manat borcun ödənilməsi məqsədi ilə özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 14 saylı mənzili iddiaçını adına rəsmiləşdirmişdir.

35. Cavabdeh həmin dəlilini təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış 31.10.2005-ci ildə müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934 ünvanda yerləşən 09/11 saylı evin, 160 kv.metr sahədən ibarət 4 otaqlı 14 saylı mənzil Cavabdeh satılmış, satış qiyməti 85000 ABŞ dolları məbləğdə müəyyən edilmiş, Cavabdeh həmin məbləğdən 15000 ABŞ dollarını qiyməti müqavilə bağlanan zaman ödəməyi, qalan məbləği isə noyabr ayında 35000 ABŞ dolları və dekabr ayında 35000 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

36. Cavabdehin təqdim etdiyi digər sübutdan - Cavabdeh və arvadı X8 23.04.2018-ci il tarixdə "xxxx" MTK-da notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, onlar "xxxx" MTK-nın inşa etdiy ünvan 1 ünvanda yerləşən 14 saylı mənzil və paydan imtina etmişdir.

37. Bundan sonra "xxxx" MMC ilə İddiaçı arasında ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilə dair müqavilə bağlanmışdır. Bu müqavilə bağlanandan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 14 saylı mənzildən Cavabdeh və arvadı X8 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.

38. Göründüyü kimi Cavabdeh, ona məxsus kifayət qədər qiymətli olan əmlakın iddiaçıya keçməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İşin h əqiqi hallarının müəyyən olunması vəzifəsi məhkəmədən cavabdehin bu dəlillərinin hərtərəfli araşdırılmasını, həmin əmlakın iddiaçıya keçməsinin əsasında hansı razılaşmanın dayandığını, iddiaçıya olan borcun ödənilməsi ilə əlaqəsinin olub-olmamasını müəyyən etməni tələb edirdi. Çünki iddiaçı bu mənzilin ona keçməsi üçün hər hansı məbləğin cavabdehə ödənilməsi barədə dəlil irəli sürməyib, sübut təqdim etməyib, ümumiyyətlə bu dövriyyənin hansı öhdəliyə əsaslanması barədə mülahizə bildirməyib.

39. Düzdür ki, "xxxx" MTK ilə iddiaçının arasında bağlanmış müqavilə daha əvvəlki tarixə, yəni 2010-cu ilə rəsmiləşdirilmişdir. Lakin iddiaçının vəkili bildirmişdir ki, «həmin mənzilə dair alğı-satqı müqaviləsi Cavabdehla 2010-cu ildə bağlanıb. Sonradan Cavabdeh evi İddiaçı satarkən MTK bildirmişdir ki, bir dəfə artıq müqavilə 2010-cu ildə bağlanıb, buna görə dövlətə vergi ödənilib, təkrar vergi ödəyə bilmərik, həmin tarixə müqaviləni sizin adınıza dəyişəcəyik. Buna görə də həmin müqavilədə alıcı dəyişdirilərək Cavabdeh əvəzinə İddiaçı yazılıb. Lakin tərəflərin arasında münasibətlər 2-18-ci ildə yaranıb və biz də qəbul edirik ki, bu əməliyyatlar 2018-ci ildə aparılıb» (məhkəmənin 24.11.2020-ci il tarixli iclas protokolu – səh 134).

40. Sədrlik edənin Cavabdeh tərəfindən MTK-ya ödənilən pulun Cavabdeh qaytarılıb qaytarılmadığı barədə sualına iddiaçının vəkili cavab olaraq bildirmişdir ki, «Bu barədə məlimatımız yoxdur. Bunun iddiaçıya aidiyyəti yoxdur. Cavabdehin iddia etdiyi mənzillə bağlı İddiaçı Cavabdeh 100000 dəyərində obyekt verib və 170000 manat pul verib. Cavabdeh özü iddia ərizəsi ndə qeyd etmişdir ki, 100000 manat pul mənzillə bağlı deyil».

41. Göründüyü kimi, işin açıq görünən halına görə cavabdehə məxsus evin iddiaçıya əvəzli keçməsi müəyyən olunmur.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

43. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəli nməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

44. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

45. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli məhkəmə araşdırması prinsipi, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı 19 aprel 1993-cü il tarixli qərarı).

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olm adığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

47. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36).

48. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmas ının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-800/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar