Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2392/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçılar İddiaçı və cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 MTK-nın təsisçisi və qanuni təmsilçisi Cavabdeh2 qarşı “qanunsuz saxlanılan pula hesablanmış faizlərin, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və tərəfindən verilmiş kasasiya şikayətin ə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 MTK-dan pul vəsaitlərinin qaytarılmasına görə 7500 manat, mənəvi zərərəgörə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzinə görə 30(otuz) manat pulun, cəmi 8530 (səkkiz min beş yüz otuz) manat məbləğində pulun alınaraq iddiaçı verilməsi qət edimişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən F.Talışinkski, hakimlər R.Eyvazov və Z.Əliyev) qətnaməsi ilə iddiaçılar İddiaçı və apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasıqət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİ N DƏLİLLƏRİ İddiaçılar İddiaçı və kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: İddiaçılar İddiaçı və Ə cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 MTK-nın təsisçisi və qanuni təmsilçisi Cavabdeh2 qarşı “qanunsuz saxlanılan pula hesablanmış faizlərin, m addi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və həmin Kooperativin təsisçisi və qanuni təmsilçisi Cavabdeh2 onların xeyrinə 600,000 manat maddi zərər, 20,000 manat mənəvi zərər, məhkəmə qətnaməsinin icrasının gecikdirildiyi üçün 7,500 manat, cəmi 627.500 (altı yüz iyirmi yeddi pıin beş yüz) manat pulun, 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci tarixli qətnaməsi ilə 150.000 (yüz əlli min) manat pul borcunun Cavabdeh1 MTK-dan alınaraq tələbkar verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx xxx 2018-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən həmin tarixdə icraata başlanılmışdır. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, borclu Cavabdeh1 MTK xx xxx 2018-ci il tarixli qərar əsasında icraatına başlanılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədini bugünə kimi icra etməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. H əmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində ! nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü maddəsində göstərilmişdir ki, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlə rin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi ona birbaşa maddi zərər vurmaqla nəticələnir, borclu tərəfindən borcun müəyyən edilmiş vaxtda qaytarılmaması isə, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 MTK-nın iddiaçı qarşısında öz öhdəliyini icra etməli olduğu tarixdən, yəni 2018-ci ilin may ayından məhkəməyə müraciət edilən günədək (xx xxx 2019) 7500 (yeddi min beş yüz) mana t faiz hesablanmasını ədalətli hesab etmiş (150.000 manat x 5 % = 7500 manat /12 ay = 625 manat (aylıq faiz) x 12 ay (öhdəliyin icra olunmadığı müddət) = 7500 manat) birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddia tələbinin maddi zərərə görə 600.000 manat pul tələbi hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı iddiaçıların dəlili ondan ibarətdir ki, onlar ümumi sahəsi 250 kv.m. olan mağaza sahəsinə görə 150.000 manat vəsaiti ödəmişlər. Hal-hazırda isə həmin ərazidə artıq inşa edilmiş və uzun müddətdir ki, istifadəyə verilmiş qeyri yaşayış sahələrinin hər kv.metri 3000 manatdan hesablanaraq satılır. Əgər bugünkü gün onlar həmin ərazidən 250 kv.m. olan mağaza sahəsi əldə etmək istəsələr bunun üçün cavabdehlərə ən a zı 750.000 manat pul ödəməlidirlər. Belə olan halda 150,000 manat pul vəsaitini artıq şirkətə ödədiklərindən yeni mağaza sahəsi alınması üçün şirkətə gərək əlavə 600.000 pul vəsaiti ödəməli olardılar. Bu səbəbdən cavabdehlərdən əlavə olaraq 600.000 manat pul vəsaiti tutularaq onlara verilməlidir. Lakin iddiaçılar həmin ərazidə hal-hazırda qeyri-yaşayış sahələrinin hər kv.metrinin 3000 manat olduğunu təsdiq edən hər hansı sübutu təqdim etməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin mənəvi zərərə görə pul tələbi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından görünür ki, Məməvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur...Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcədə cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarından görün ür ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati vəs. hüquq pozmalarda) ifadə oluna biləc. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Cavabdeh1 qeyri-hüquqi hərəkətlərlə öz müqavilə öhdəliklərini icra etməməsi və iddiaçı 2009-cu ildə kooperativə 150,000 manat ödədiyi halda bugünədək, yəni on ildən artıq müddətə pulunu geri ala bilməməsi onu mənəvi sarsıntı və iztirablara məruz qoyma kimi qiymətləndirilə bilər və bu mənada onun Cavabdeh1ndən vurulmuş mənəvi zərərin əvəzini ödəməyi tələb etmək hüququ da yaranmışdır. Mənəvi zərərin miqdarının müəyyənləşdirilməsi məsələsinə dair isə qeyd edilən Plenum qərarının 10-cu bəndində göstərilmişdir ki, bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və ya xud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalı, eləcə də zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçı 150.000 manatdan ibarət əmlakından məhrum olmuş və bunun nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də Cavabdeh1ndən mənəvi sarsıntı və iztirablara səbəb olan hərəkətlər ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pulun tutulub iddiaçı verilməsi hazırki mübahisənin halları baxımından vurulmuş mənəvi zərərin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. İddia tələblərinin yönəldiyi cavabdehlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2018-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə izah verilmiş və Cavabdeh1 MTK-nın rəhbəri Cavabdeh2 Cavabdeh1 MTKnın öhdəlikləri üçün cavabdehlik daşımadığı göstərilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 öz müqavilə öhdəliklərini icra etməməsinə görə Əliyev Fərid Vaqif oğlunun xeyrinə tutulan pul məhz Cavabdeh1ndən tutulmuşdur. Belə olan halda Cavabdeh1 öz müqavilə öhdəliklərini icra etməməsindən törəyən tələblərə görə məsuliyyəti də məhz Cavabdeh1 daşımalıdır. Yuxarıda gö stərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı və kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2392/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2392/2020
11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver